Surah Ash-Shams in Azərbaycanca
سورة الشمس · Verses: 15 · Meccan
Translation: Azərbaycanca translation 1 (الترجمة الأذرية)
-
1
وَٱلشَّمۡسِ وَضُحَىٰهَا
1. And olsun günəşə və onun saçdığı şəfəqə! -
2
وَٱلۡقَمَرِ إِذَا تَلَىٰهَا
2. And olsun ondan sonra zühur edən aya! -
3
وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا
3. And olsun günəşi açıqlığa çıxardan gündüzə! -
4
وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰهَا
4. And olsun günəşi bürüyən gecəyə! -
5
وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا
5. And olsun göyə və onu qurana! -
6
وَٱلۡأَرۡضِ وَمَا طَحَىٰهَا
6. And olsun yerə və onu döşəyənə! -
7
وَنَفۡسࣲ وَمَا سَوَّىٰهَا
7. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, -
8
فَأَلۡهَمَهَا فُجُورَهَا وَتَقۡوَىٰهَا
8. ona günahları və Allahdan qorxmağı təlqin edənə! -
9
قَدۡ أَفۡلَحَ مَن زَكَّىٰهَا
9. Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. -
10
وَقَدۡ خَابَ مَن دَسَّىٰهَا
10. Onu günaha batıran isə ziyana uğramışdır. -
11
كَذَّبَتۡ ثَمُودُ بِطَغۡوَىٰهَآ
11. Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini inkar etdi. -
12
إِذِ ٱنۢبَعَثَ أَشۡقَىٰهَا
12. Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda -
13
فَقَالَ لَهُمۡ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقۡيَٰهَا
13. Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!” -
14
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمۡدَمَ عَلَيۡهِمۡ رَبُّهُم بِذَنۢبِهِمۡ فَسَوَّىٰهَا
14. Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə yeksan etdi. -
15
وَلَا يَخَافُ عُقۡبَٰهَا
15. Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!