Surah Al-Infitar in Azərbaycanca
سورة الإنفطار · Verses: 19 · Meccan
Translation: Azərbaycanca translation 1 (الترجمة الأذرية)
-
1
إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ
1. Göy parçalanacağı zaman; -
2
وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ
2. ulduzlar səpələnəcəyi zaman; -
3
وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ
3. dənizlər daşıb bir-birinə qarışacağı zaman; -
4
وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ
4. qəbirlər çevriləcəyi zaman; -
5
عَلِمَتۡ نَفۡسࣱ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ
5. hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcək. -
6
يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ
6. Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? -
7
ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ
7. O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. -
8
فِيٓ أَيِّ صُورَةࣲ مَّا شَآءَ رَكَّبَكَ
8. Səni istədiyi şəklə saldı. -
9
كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ
9. Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz! -
10
وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ
10. Həqiqətən, sizin üstünüzdə nəzarətçilər var – -
11
كِرَامࣰا كَٰتِبِينَ
11. çox möhtərəm, əməllərinizi yazanlar. -
12
يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ
12. Onlar sizin nə etdiklərinizi bilirlər. -
13
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمࣲ
13. Həqiqətən, yaxşılar nemət içində olacaqlar. -
14
وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمࣲ
14. Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar. -
15
يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ
15. Onlar ora Haqq-hesab günü girəcəklər. -
16
وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ
16. Onlar əsla ondan yayına bilməyəcəklər. -
17
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
17. Sən haradan biləydin ki, Haqq-hesab günü nədir? -
18
ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
18. Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir? -
19
يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسࣱ لِّنَفۡسࣲ شَيۡـࣰٔاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذࣲ لِّلَّهِ
19. O gün heç kəs heç kəsə fayda verə bilməz. O gün hökm yalnız Allaha məxsus olacaq!