Surah Al-Mutaffifin in Azərbaycanca
سورة المطففين · Verses: 36 · Meccan
Translation: Azərbaycanca translation 1 (الترجمة الأذرية)
-
1
وَيۡلࣱ لِّلۡمُطَفِّفِينَ
1. Çəkidə və ölçüdə aldadanların vay halına! -
2
ٱلَّذِينَ إِذَا ٱكۡتَالُواْ عَلَى ٱلنَّاسِ يَسۡتَوۡفُونَ
2. O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər, -
3
وَإِذَا كَالُوهُمۡ أَو وَّزَنُوهُمۡ يُخۡسِرُونَ
3. onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə isə onları ziyana salarlar. -
4
أَلَا يَظُنُّ أُوْلَٰٓئِكَ أَنَّهُم مَّبۡعُوثُونَ
4. Onlar dirildiləcəkləri barədə fikirləşmirlərmi?! -
5
لِيَوۡمٍ عَظِيمࣲ
5. Özü də əzəmətli bir gündə. -
6
يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ
6. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında duracaqlar. -
7
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينࣲ
7. Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir. -
8
وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينࣱ
8. Sən haradan biləsən ki, Siccin nədir?! -
9
كِتَٰبࣱ مَّرۡقُومࣱ
9. O, yazılı bir kitabdır! -
10
وَيۡلࣱ يَوۡمَئِذࣲ لِّلۡمُكَذِّبِينَ
10. O gün haqqı yalan hesab edənlərin vay halına! -
11
ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ
11. O kəslər ki, Din gününü yalan hesab edirlər. -
12
وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ
12. Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz. -
13
إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
13. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!”– deyir. -
14
كَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ
14. Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür. -
15
كَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذࣲ لَّمَحۡجُوبُونَ
15. Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək! -
16
ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ
16. Sonra onlar Cəhənnəmə girəcəklər. -
17
ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
17. Sonra onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!” -
18
كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ
18. Xeyr! Həqiqətən, yaxşıların kitabı İlliyyundadır! -
19
وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ
19. Sən haradan biləsən ki, İlliyyun nədir?! -
20
كِتَٰبࣱ مَّرۡقُومࣱ
20. O, elə bir yazılı kitabdır ki, -
21
يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ
21. onu yalnız Allaha yaxın olanlar görürlər! -
22
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ
22. Həqiqətən, yaxşılar nemət içində olacaqlar. -
23
عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ
23. Onlar taxtlar üstündə seyrə dalacaqlar. -
24
تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ
24. Sən onların üzündə səadət parlaqlığı görəcəksən. -
25
يُسۡقَوۡنَ مِن رَّحِيقࣲ مَّخۡتُومٍ
25. Onlara möhürlü şərabdan içirdiləcək. -
26
خِتَٰمُهُۥ مِسۡكࣱۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ
26. Onun möhürü müşkdür. Qoy yarışanlar ona nail olmaq üçün yarışsınlar! -
27
وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ
27. Onun qatışığı təsnim bulağındandır. -
28
عَيۡنࣰا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ
28. O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər. -
29
إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ
29. Doğrudan da, günahkarlar iman gətirənlərə gülürdülər, -
30
وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ
30. onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, -
31
وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ
31. öz ailələrinin yanına fərəhlə qayıdırdılar, -
32
وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ
32. möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!” -
33
وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ
33. Halbuki bu günahkarlar onlara gözətçi göndərilməmişdilər. -
34
فَٱلۡيَوۡمَ ٱلَّذِينَ ءَامَنُواْ مِنَ ٱلۡكُفَّارِ يَضۡحَكُونَ
34. Bu gün isə iman gətirənlər kafirlərə güləcəklər. -
35
عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ
35. Onlar taxtlar üstündə baxacaqlar. -
36
هَلۡ ثُوِّبَ ٱلۡكُفَّارُ مَا كَانُواْ يَفۡعَلُونَ
36. Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!