سورة الزمر

الترجمة الأذرية

ترجمة معاني سورة الزمر باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

2. Biz Kitabı sənə bir həqi­qət kimi nazil etmişik. Sən də, dinin yal­nız Alla­ha məxsus ol­duğuna iman gətirərək Ona iba­dət et!
3. Doğrusu, əsl din ancaq Allaha məx­susdur. Allahı qo­yub baş­qa­la­rını özlə­rinə dost tutan­lar: “Biz, onlara an­caq bi­zi Allaha daha çox yaxın­laş­dır­sınlar deyə ibadət edirik”– de­yirlər. Əl­bəttə ki, Allah zid­diy­yətə düşdükləri şeylər barə­sin­də onların arasında Öz hök­münü ve­rəcək­dir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğ­ru yo­la yönəlt­məz.
6. Allah sizi tək bir nə­fər­dən yaratdı. Sonra onun özündən zöv­cə­sini yaratdı. O sizdən öt­rü səkkiz cüt heyvan endir­di. O sizi ana­la­rınızın bətnlərində üç zülmət içərisində yaranış ar­dından ya­ra­nı­şa salaraq yara­dır. Bu sizin Rəb­bi­niz olan Allah­dır. Mülk Ona məx­sus­dur. On­dan başqa ibadə­tə layiq olan heç bir məbud yox­dur. Siz necə də haqdan döndəri­lir­siniz!
7. Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyil. O, qulla­rı­nın kafirlik etməsinə razı ol­maz. Əgər şükür et­sə­niz, buna görə siz­dən razı qalar. Heç bir gü­nah­kar başqasının günah yü­kü­nü da­şı­maz. Son­ra Rəbbi­ni­zin yanına qayıdacaq­sınız. O sizə nə etdik­lə­ri­nizi bildirə­cək­. Həqi­qə­tən, O, kökslərdə olanları bilir.
8. İnsana bir zərər toxun­duq­da Rəb­binə üz tutub təkcə Ona yal­va­rır. Sonra Allah Özün­dən insana bir nemət ve­rən­də o, əv­vəl­cə kimə yalvardı­ğını unu­dur və insanları Allahın yolundan çı­xart­maq məqsədilə Ona şə­rik­lər qoşur. De: “Küf­­rünlə bu dün­ya­da bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərin­dən­sən!”
9. Məgər gecə saatlarını səc­də edərək və ayaq üstə du­ra­raq iba­dət içində ke­çirən, axi­rət­dən həzər edən və Rəbbinin rəh­­mətinə ümid bəs­ləyən kimsə kafirlə eynidirmi? De: “Heç bi­lənlərlə bil­mə­yən­lər ey­ni ola bilər­mi? Bundan ancaq ağıl sa­hibləri düşünüb ibrət alar­lar”.
10. Qullarıma Mənim bu Sö­zü­mü de: “Ey Mənim iman gəti­rən qul­larım! Rəb­binizdən qor­xun! Bu dün­yada yaxşılıq edən­ləri yax­şı­lıq (Cənnət) göz­ləyir. Alla­hın yaratdığı yer üzü ge­niş­dir. Yal­nız səbir edənlərə mü­kafatları hesabsız verilə­cək­dir”.
آية رقم 12
12. Mənə həm də müsəl­man­ların bi­rincisi olmaq əmr olun­muş­dur”.
آية رقم 14
14. De: “Mən dinimi məhz Allaha məx­sus edərək yalnız Ona iba­dət edi­rəm.
23. Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və tək­rar­lanan Ki­tab kimi nazil etdi. Rəbbindən qor­xan­la­rın on­dan də­ri­lə­ri ür­pəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yum­şa­lır. Bu, Alla­hın hidayətidir. Onun­la istədi­yini doğru yola yö­nəl­dir. Alla­hın zə­lalətə saldığı şəxsə isə yol gös­­tərən olmaz.
25. Onlardan əvvəlkilər də peyğəm­bər­ləri yalançı saymış­dı­lar və bu­na görə əzab on­lara gözləmədikləri yerdən gəldi.
آية رقم 28
28. Biz onlara heç bir qü­suru ol­ma­yan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahdan qorx­sunlar.
آية رقم 30
30. Sözsüz ki, sən də ölə­cək­sən, onlar da öləcəklər!
آية رقم 31
31. Sonra siz Qiyamət günü Rəb­bi­ni­zin yanında mübahisə edə­cək­si­niz.
34. Onlar üçün Rəbbinin ya­nında di­lədikləri hər şey var­dır. Yax­şı işlər gö­rənlərin mükafatı budur.
35. Beləcə, Allah onların et­dikləri ən pis əməlləri bağış­la­yacaq və etdikləri ən yaxşı əməl­lərə görə mükafatlarını ve­rə­cək­.
38. Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmışdır?”– de­yə so­ruşsan, on­lar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin gö­rək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah­dan başqa ibadət et­dikləriniz Onun zə­rərini ara­dan qaldıra bi­lər­lər­­mi? Ya da O mə­nə bir mərhəmət göstərmək is­tə­sə, onlar Onun mər­həməti­nin qar­şısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Tə­vək­kül edənlər yalnız Ona təvək­kül edirlər!”
41. Biz Kitabı sənə, insanlar üçün zə­ruri olan bir həqiqət ki­mi na­zil etdik. Kim doğru yol­la getsə, xeyri onun özü­nə olar, kim az­ğın­lığa düşsə, zi­yanı onun öz əleyhinə olar. Sən onların müdafiə­çi­si deyilsən.
43. Yoxsa onlar Allahdan qeyrilə­ri­nimi özlərinə şəfaətçi et­di­lər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey an­lamırlarsa, bəs necə ol­sun?”
44. De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və ye­rin hökm­ranlığı da Ona məx­susdur. Sonra siz Ona qaytarı­la­caq­sı­nız”.
51. Onlar etdikləri pis əməl­lərin cəzasına çatdılar. Bun­lar­dan za­lım olan­lara da qazan­dıqları günahların cəzası yeti­şəcək və on­lar qaçıb canla­rını qur­ta­ra bilməyəcəklər.
53. Qullarıma mənim bu sö­zü­mü de: “Ey Mənim özlə­rinə qar­şı həd­di aşmış qulla­rım! Alla­hın rəhmin­dən ümidi­nizi üz­məyin. Şüb­həsiz ki, Allah bü­tün gü­nahları bağışla­yır. O, hə­qiqətən, Ba­ğış­­la­yan­dır, Rəhm­lidir!”
56. Sonra kimsə deməsin ki: “Allaha qarşı etdiyim etina­sız­lıq­la­ra görə vay mənim halı­ma! Həqiqətən, mən dinə və dində olan­lara riş­xənd edənlərdən idim!”
57. Yaxud deməsin: “Əgər Allah mə­ni doğru yola yönəlt­səydi, mən mütləq müttəqi­lər­dən olardım!”
59. Xeyr! Ayələrim sənə gəl­mişdi, sən isə onları yalan say­dın, tə­kəbbür gös­tərdin və ka­firlərdən oldun”.
61. Allah müttəqilərə uğur­larına gö­rə nicat verəcək. On­lara pis­lik to­xunma­yacaq və onlar kədərlənməyəcəklər.
آية رقم 64
64. De: “Mənə Allahdan qey­ri­sinə­mi ibadət etməyi əmr edir­si­niz, ey ca­hil­lər?”
65. Sənə və səndən əvvəlki­lərə belə vəhy olunmuşdur: “Əgər Allaha şə­rik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğra­yan­lardan ola­caq­san.
67. Onlar Allahı layiqincə qiymət­lən­dirmədilər. Halbuki Qi­ya­mət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göy­lər isə Onun əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və on­ların Ona qoş­duq­ları şəriklər­dən ucadır.
69. Yer öz Rəbbinin nuru ilə işıq­lana­caq, əməllər yazılmış ki­tab hər kəsin qar­şı­sına qo­yu­la­caq, peyğəmbərlər və şa­hid­lər gəti­rilə­cək­dir. Onların ara­sında əda­lətlə hökm verilə­cək və onlara haqsız­lıq edil­mə­yə­cək.
70. Hər kəsə öz əməlinin əvə­zi tam veriləcək. Allah on­ların nə etdik­lə­rini yaxşı bilir.
71. Kafirlər dəstə-dəstə Cə­hənnəmə sürüklənəcəklər. Nə­hayət, ora çatdıqda onun qapı­ları açılacaq və onun gö­zətçi­lə­ri onlara de­yə­cək­lər: “Məgər öz içə­ri­nizdən Rəbbinizin ayə­lə­ri­ni sizə oxu­yan və sizi bu gü­nü­nüzə qovuşa­ca­ğınızla xə­­bərdar edən elçilər gəlmə­miş­di?” On­lar: “Əlbəttə, gəl­mişdi!”– deyə­cəklər. Lakin əzab Sözü ka­fir­lər ba­rəsində ger­çək­ləşdi.
72. Onlara: “İçində əbədi qa­lacağınız Cəhənnəmin qapı­la­rına gi­rin!”– deyi­lə­cək. Tə­kəb­bürlülərin yeri necə də pis­dir!
73. Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətirilə­cək­lər. Nə­ha­yət, ora çatdıqda onun qapıları açılacaq və onun gö­zət­çiləri on­lara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halını­za! Əbədi qal­maq üçün buraya daxil olun!”
74. Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bi­zi bu yerə va­ris edən Allaha həmd olsun! Biz Cən­nətin is­tə­diyimiz ye­rində sakin oluruq. Yaxşı əməl sahiblərinin müka­fatı necə də gö­zəldir!”
75. Sən mələklərin, Ərşi əha­tə edərək, Rəbbinə həmd ilə tə­rif­lər de­diklərini gö­rəcək­sən. On­ların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– de­yiləcəkdir.
تقدم القراءة