سورة الحجرات

الترجمة الأذرية

ترجمة معاني سورة الحجرات باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

4. Şübhəsiz ki, səni otaqların arxa­sın­dan səsləyənlərin əksə­riy­yə­ti nə etdik­lə­rini anla­mırlar.
5. Sən onların qarşılarına çı­xanadək səbir etsəydilər, əl­bət­tə, bu, onlar üçün daha yax­şı olardı. Allah Bağış­layan­dır, Rəhmlidir.
آية رقم 8
8. Bunlar Allahın lütfü və neməti sa­yəsindədir. Allah hər şeyi bi­ləndir, hikmət sahibidir.
9. Əgər möminlərdən iki dəs­tə bir-biri ilə vuruşsa, onları ba­rış­dı­rın. Əgər onlardan biri digərinə qarşı təcavüz et­sə, tə­cavüzkar dəs­tə ilə, o, Allahın əm­ri­ni yerinə yetirməyə qayı­da­nadək, vuru­şun. Əgər o qa­yıt­sa, hər iki dəstəni əda­lətlə ba­rışdırın və insaflı olun. Söz­süz ki, Allah insaflıları sevir.
10. Möminlər, həqiqətən də qardaş­dırlar. Elə isə qardaşla­rınızı ba­rış­dırın və Allahdan qorxun ki, sizə rəhm edil­sin.
11. Ey iman gətirənlər! Bir camaat di­gərini məsxərəyə qoy­ma­sın. Ola bilər ki, bunlar on­lardan daha yaxşı olsunlar. Qa­dınlar da qa­dınları lağa qoy­masınlar. Ola bilər ki, bunlar onlardan daha yax­şı ol­sunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə ça­­ğır­ma­yın. İman gətirdikdən son­ra fasiq adlan­maq necə də pis­dir. Məhz tövbə etmə­yənlər za­lımlardır.
12. Ey iman gətirənlər! Zən­nə çox qa­pılmayın. Çünki zənn edi­lən­lərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-biri­nizin qey­bətini qırma­yın. Siz­dən biriniz ölmüş qardaşının ətini yemək is­təyərmi? Siz ki, bun­dan iyrənirsiniz. Allahdan qorxun! Həqi­qə­tən, Allah töv­bə­ləri qəbul edəndir, Rəhm­li­dir.
13. Ey insanlar! Biz sizi kişi və qadın­dan yaratdıq. Sonra bir-bi­ri­nizi tanıyası­nız deyə, si­zi xalqlara və qəbilələrə ayır­dıq. Şüb­hə­siz ki, Allah yanında ən hör­mətli olanınız Ondan ən çox qorxa­nı­nız­dır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbər­dardır.
14. Bədəvilər: “Biz iman gə­tirdik!”– dedilər. De: “Siz qəl­bən iman gətir­mə­di­niz! Ancaq: “Biz müsəlman olduq!”– de­yin. İman sizin qəlblər­inizə hələ daxil ol­mamışdır. Əgər Allaha və Onun El­çi­si­nə ita­ət etsəniz, O sizin əməllərinizdən heç bir şey əs­kiltməz. Şüb­hə­siz ki, Allah Bağışlayandır, Rəhmlidir!”
15. Möminlər ancaq Allaha və Onun Rəsuluna iman gətirən, son­ra heç bir şəkk-şübhəyə düş­məyən, Allah yolun­da mal­ları və can­la­rı ilə cihad edən­lər­dir! İmanlarında sadiq olan­lar da məhz on­lar­dır.
17. Onlar müsəlman olduq­larına gö­rə sənə minnət qoyur­lar. De: “Müsəl­man olmusu­nuz deyə mənə minnət qoyma­yın! Əgər doğ­ru danışanlarsınızsa, bilin ki, əslində Allah sizi ima­na gə­tir­mək­lə sizə mərhə­mət göstərmişdir!”
تقدم القراءة