ترجمة معاني سورة الإنسان باللغة الأذرية من كتاب الترجمة الأذرية
علي خان موساييف
آية رقم 1
1. Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?
آية رقم 2
2. İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.
آية رقم 3
3. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
آية رقم 4
ﯻﯼﯽﯾﯿﰀ
ﰁ
4. Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.
آية رقم 5
5. Sözsüz ki, yaxşılar kafur qatılmış şərabla dolu badədən içəcəklər.
آية رقم 6
6. Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.
آية رقم 7
7. Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar.
آية رقم 8
8. Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə, əsirə verər
آية رقم 9
9. və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!
آية رقم 10
10. Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”
آية رقم 11
11. Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər;
آية رقم 12
ﮅﮆﮇﮈﮉ
ﮊ
12. onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və onları orada geyəcəkləri ipəklə mükafatlandırar.
آية رقم 13
13. Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.
آية رقم 14
ﮗﮘﮙﮚﮛﮜ
ﮝ
14. Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
آية رقم 15
15. Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.
آية رقم 16
ﮧﮨﮩﮪﮫ
ﮬ
16. Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar.
آية رقم 17
ﮭﮮﮯﮰﮱﯓ
ﯔ
17. Orada onlara zəncəfil qatılmış şərab badəsi də içirdiləcək.
آية رقم 18
ﯕﯖﯗﯘ
ﯙ
18. Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır.
آية رقم 19
19. Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
آية رقم 20
20. Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən.
آية رقم 21
21. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcək.
آية رقم 22
22. Onlara deyiləcək: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”.
آية رقم 23
ﰅﰆﰇﰈﰉﰊ
ﰋ
23. Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.
آية رقم 24
24. Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!
آية رقم 25
ﰖﰗﰘﰙﰚ
ﰛ
25. Səhər-axşam Rəbbinin adını zikr et!
آية رقم 26
26. Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!
آية رقم 27
27. Həqiqətən, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günə etinasız yanaşırlar.
آية رقم 28
28. Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik.
آية رقم 29
29. Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.
آية رقم 30
30. Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir!
آية رقم 31
31. O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.
تقدم القراءة