ترجمة سورة العلق

الترجمة الأذرية
ترجمة معاني سورة العلق باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Yaradan Rəbbinin adı ilə oxu!
2. O, insanı qan laxtasından yaratdı.
3. Oxu! Sənin Rəbbin mü­qa­yisəsiz sə­xavətə malikdir.
4. O, qələmlə yazmağı öy­rət­di.
5. İnsana bilmədiklərini öy­rətdi.
6. Xeyr! İnsan, doğrudan da, həddini aşır –
7. özünün ehtiyacsız oldu­ğunu zənn etdiyinə görə.
8. Axı son dönüşün Rəb­bi­nədir!
9. Gördünmü o kəsi ki, ma­ne olur –
10. bir bəndəyə namaz qıl­dı­ğı zaman?
11. Söylə görək, əgər o bən­də doğru yoldadırsa,
12. yaxud Allahdan qorx­ma­ğı əmr edirsə, onda necə olsun?
13. Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz dön­də­rib­sə, on­da necə olsun?
14. Məgər o bilmir ki, Allah görür?!
15. Xeyr! Əgər yaramaz əmə­linə son qoy­­ma­sa, Biz onun kə­ki­lin­dən tuta­cağıq –
16. yalançı, günahkar kəki­lindən.
17. Qoy öz yığnağını ça­ğır­sın.
18. Biz də əzab mələklərini çağıra­cağıq.
19. Xeyr, sən ona qulaq as­ma! Səcdə qıl və Allaha ya­xınlaş!
Icon