ترجمة سورة سبأ

الترجمة الأذرية
ترجمة معاني سورة سبأ باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Həmd, göylərdəkilərin və yer­də­kilərin ha­mısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsus­dur. O, Hikmət sahibidir, Xə­bərdardır.
2. O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, ora­ya qal­xanı da bilir. O, Rəhm­lidir, Bağışlayandır.
3. Kafirlər: “O Saat (Qiyamət günü) bizə gəl­məyə­cək­!”– dedilər. De: “Xeyr, qey­bi bilən Rəbbimə and olsun ki, o, mütləq sizi haq­­la­ya­caqdır. Göy­lərdə və yerdə zərrə qədər olan bir şey də On­dan gizli qal­maz. Bun­dan da­ha kiçik və daha bö­yük elə bir şey yoxdur ki, açıq-ay­dın Ya­zı­da olmasın”.
4. Bunlar ona görədir ki, Allah iman gətirib yaxşı işlər görən­ləri mü­ka­fat­landırsın. Məhz on­lar üçün bağış­lan­ma və bollu­ca ruzi var­dır.
5. Ayələrimizi qüvvədən sal­mağa cəhd göstərənləri isə ən pis, ağ­rılı-acılı əzab gözləyir.
6. Elm verilmiş insanlar Rəb­bindən sənə nazil edilənin haqq ol­du­ğunu, onun Qüdrətli, Tə­ri­fəlayiq Allahın yo­lunu gös­tər­diyini gö­rürlər.
7. Kafirlər dedilər: “Çürü­yüb parça-parça olduqdan sonra ye­ni­dən yara­dı­lacağınızı xəbər verən bir kişini sizə gös­tə­rək­mi?
8. Əcəba, o, Allahın əleyhi­nə yalanmı quraşdırır, bəlkə on­da di­va­nəlik var?” Xeyr! Axi­rətə inanmayanlar əzaba dü­çar ola­caq, də­rin bir azğınlıq içində qa­la­caqlar.
9. Məgər onlar göydə və yer­də qar­şı­larına və arxalarına bax­mır­larmı? Əgər istəsək, on­ları yerə batırar və yaxud gö­yün bir par­çasını onların ba­şına en­di­rərik. Şübhəsiz ki, bunda töv­bə edib Alla­­ha qayı­dan hər bir qul üçün ibrət vardır.
10. Biz Davuda Özümüz­dən bir lütf bəxş etdik və buyur­duq: “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər de­yin!” Biz dəmi­ri onun üçün yumşaltdıq.
11. Sonra buyurduq: “Geniş zirehlər düzəlt və halqaları to­xu­duq­da ölçüyə riayət et. Ey Davud ailəsi, yaxşı işlər gö­rün! Mən, hə­qi­qə­tən də, sizin nə et­di­yi­nizi görürəm”.
12. Səhər bir aylıq məsafəni qət edən, günorta­dan sonra ye­nə bir aylıq məsa­fə­ni qət edən kü­ləyi də Süleymana ram etdik. Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qis­mi onun qa­bağında işləyirdi. On­lardan hər kim, Süleymana itaət et­mə­yib əm­rimizdən çıxır­dısa, onu Cə­hən­nəm oduna düçar edir­dik.
13. Cinlər onun üçün istə­diyi qəsrlər, heykəllər, hovuz­lara bən­zər çanaqlar və yerin­dən tərpənməyən nəhəng qa­zan­lar dü­zəl­dir­di­lər. Ey Davud nəsli! Bu ne­mətlərə şükür edin! Qullarımdan şükür edə­n azdır.
14. Süleymanın ölümünə hökm verdi­yi­miz zaman onun öldü­yü­nü cinlərə an­caq onun əsa­sı­nı yeyən bir ağac qurdu gös­tər­di. Sü­ley­man yerə yıxıl­dıqda cin­lərə bəlli oldu ki, əgər onlar qeybi bil­səy­­dilər, alçal­dıcı əza­ba məruz qalmazdı­lar.
15. Səba qəbiləsinin yaşa­dığı yerdə ni­şanə – biri sağda, digə­ri də sol­da olan iki bağça var idi. Onlara: “Rəbbinizin ru­zi­sin­dən yeyin və Ona şükür edin. Budur gözəl diyar və Bağışla­yan Rəbb!”– de­yil­miş­di.
16. Amma onlar üz döndər­dilər, Biz də üstlərinə güclü sel gön­dər­dik. On­la­rın iki bağça­sını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik.
17. Nankorluqlarına görə on­ları belə cəzalandırdıq. Məgər biz nan­kordan başqasını cəza­landırarıqmı?
18. Səba qəbiləsi ilə bərəkət verdi­yi­miz məmləkətlər ara­sın­da ay­dın görünən bir-birinə ya­xın şəhərlər salmış, orada ge­diş-gəliş ya­rat­mışdıq. “Ora­lar­da ge­cələr və gündüzlər ar­xa­yın gəzib dola­şın!”– de­­miş­dik.
19. Onlar isə: “Ey Rəbbi­miz! Səfər­ləri­mizdə dayanacağımız şə­hər­lər arasındakı məsafəni uzaq et!”– dedilər və özlə­rinə zülm et­di­lər. Biz onları ibrət alınası əfsanələrə çe­virdik, özlərini də dar­ma­dağın et­dik. Həqi­qə­tən, səbirli olan və şü­kür edən hər kəs bun­dan ibrət alar.
20. İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mö­min­dən baş­qa, qalanları ona tabe oldular.
21. Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz an­caq axirətə ina­nanla ona şəkk gətirən kimsələri ayırd et­mək üçün şeytana belə bir für­sət verdik. Sənin Rəbbin hər şe­yi mü­ha­fi­zə edəndir.
22. De: “Allahdan başqa mə­bud say­dıqlarınızı çağırın”. On­lar nə göy­lərdə, nə də yerdə zərrə qədər olan bir şeyə də sahib de­yil­lər. Onların göylərin və yerin yaradılışında heç bir şə­rikliyi yox­dur və on­lar­dan Alla­ha yardımçı olanı da yoxdur.
23. Onun qarşısında, izin ver­diyi kəs­lərdən başqa, heç ki­min şə­faəti fay­da verməz. Nəhayət, mələklərin qəlbin­dən qorxu ke­çib get­dikdə onlar: “Rəb­biniz nə buyurdu?”­– deyə soruşar, di­gər­lə­ri isə: “Haqqı buyurdu! O, Ucadır, Bö­yük­dür!”– deyə cavab verərlər.
24. De: “Göylərdən və yer­dən sizə ruzi verən kimdir?” De: “Allah­dır! Elə isə biz və ya siz – ikimizdən biri ya doğ­ru yolda, ya da açıq-aydın azğın­lıq için­dədir”.
25. De: “Siz bizim etdiyimiz günah­la­ra görə sorğu-sual edil­mə­yə­cəksiniz, biz də sizin et­diklərinizə görə sorğu-sual edil­mə­yə­cə­yik”.
26. De: “Rəbbimiz hamımızı bir ara­ya cəmləşdirib sonra da ara­­mızda əda­lətlə hökm verə­cək. O, ən ədalətli Hakim­dir, Bi­lən­dir”.
27. De: “Ona qoşduğunuz şə­rikləri bir mənə göstərin. Xeyr! O, Qüd­rətli, Müdrik Allahdır!”
28. Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəm­bər kimi gön­dərdik. Lakin insanların çoxu bunu bilmir.
29. Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər.
30. De: “Sizə vəd edilmiş bir gün var ki, siz onu nə bircə saat yu­bada, nə də tez­ləş­dirə bilərsiniz”.
31. Kafirlər dedilər: “Biz nə bu Qu­rana, nə də bundan əv­vəl­ki­lə­rə əs­la inanmaya­cağıq!” Kaş sən o zalımları öz Rəbbi­nin hü­zu­run­da sax­lanılıb bir-bi­ri­nə söz qaytardıqları anda görəydin. Zə­if­lər, özlərini yüksək tutan­lara deyəcəklər: “Əgər siz ol­ma­saydınız, biz iman gəti­rər­dik”.
32. Özlərini yüksək tutan­lar da zəiflərə belə de­yə­cək­lər: “Si­zə doğ­ru yol gös­tə­ri­cisi gəldikdən sonra sizi on­dan bizmi ya­yın­dırdıq? Xeyr, siz özünüz günahkar idiniz”.
33. Zəiflər özlərini yüksək tutan­lara deyəcəklər: “Xeyr! İşi­niz gecə-gün­düz hiy­lə qurmaq idi. Siz bizə Allahı in­kar etməyi və Ona şəriklər qoş­mağı əmr edirdiniz”. Onlar əzabı gör­dük­də peş­­mançılıq hissini gizlə­dərlər. Kafirlərin boyunlarına zən­cir­lər vu­rarıq. Onlar ancaq etdikləri əməllərə görə cəza­lan­dırılarlar.
34. Biz hansı bir məmləkətə xəbər­darlıq edən peyğəmbər gön­dər­diksə, onun cah-calal içində yaşayan sakinləri ona sa­dəcə ola­raq: “Biz sizinlə gön­də­ri­lənləri inkar edirik!”– dedilər.
35. Onlar: “Bizim mal-döv­lətimiz də, övladlarımız da da­ha çox­dur və bizə əzab veril­mə­yəcək”– dedilər.
36. De: “Həqiqətən, Rəbbim istə­di­yi­nin ruzisini bol edər, istə­di­yi­ninkini də azaldar. Lakin insanların çoxu bunu bil­mir”.
37. Sizi bizə yaxınlaşdıra bi­ləcək nə var-dövlətiniz, nə də oğul-uşa­ğınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər is­tis­nadır. Məhz onların müka­fat­la­rı et­dikləri əməllərə görə qat-qat ar­tı­rı­la­caq və onlar Cən­nət­dəki mənzillərində asudə yaşa­yacaqlar.
38. Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə əzaba gi­riftar edi­ləcəklər.
39. De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, is­tədiyinə də onu azaldar. Nə xərcləsəniz, Allah onun əvə­zini ve­rər. O, ruzi verən­lərin ən yaxşısıdır!”
40. O gün Allah onların ha­mısını toplayacaq, sonra da mə­lək­lə­rə bu­yu­ra­caq: “Bunlar si­zəmi ibadət edirdilər?”
41. Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar de­yil, Sən­sən bi­zim Hamimiz! Xeyr, onlar cinlərə iba­dət edir­dilər. Ək­səriyyəti də məhz on­lara iman gətirmişdi”.
42. Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bi­lər­si­niz. Biz za­lımlara: “Da­dın yalan saydığınız Cə­hən­nəm əzabını!”– de­yəcəyik.
43. Ayələrimiz onlara açıq-aydın oxun­­duğu zaman: “Bu ancaq si­zi ata­la­rınızın ibadət et­diklərindən dön­dər­mək istə­yən bir adam­­dır!”– deyərlər. On­lar: “Bu, uydurulmuş yalan­dan başqa bir şey de­yil­!”– de­yər­lər. Ka­firlərə haqq gəl­dikdə onun ba­rəsində: “Bu yal­nız açıq-aydın bir sehrdir!”– deyərlər.
44. Hərçənd ki, Biz onlara oxuyub öyrənmələri üçün bir kitab ver­mə­miş­dik və sən­dən əvvəl də onlara bir xə­bərdarlıq edən gön­dər­məmişdik.
45. Onlardan əvvəlkilər də el­çiləri­mi­zi yalançı hesab et­miş­dilər. Müş­riklər onlara ver­dik­lərimizin onda birini belə əldə etməmişlər. La­kin onlar Mə­nim el­çilərimi yalançı say­dılar. Görəy­din, Mə­nim on­ları həlak etməyim necə oldu!
46. De: “Mənim sizə yalnız bircə nəsihətim var; Allah üçün iki-iki, bir-bir ayağa qal­xın, son­ra da bir düşü­nün. Sizin dos­tunuzda heç bir dəlilik əlaməti yoxdur. O, şid­dətli əzab gəl­məz­dən əvvəl si­zi ancaq xəbərdar edən­dir”.
47. De: “Mən sizdən bir haqq istə­mi­şəmsə, onu sizin üçün is­tə­mi­şəm. Mə­nim haqqım an­caq Allahdan olacaq. O, hər şeyə Şa­hid­dir”.
48. De: “Rəbbim haqqı en­dirir. O, qeybləri biləndir”.
49. De: “Haqq gəldi. Batil ona qarşı nə ortaya bir şey çı­xa­rar, nə də onu qaytara bilər”.
50. De: “Əgər mən haqq yol­dan çıx­sam, öz əleyhimə çıx­mış ola­ram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəb­bimin mənə nazil et­diyi vəhyə görə­dir. Həqiqətən, O, Eşidəndir, Yaxındır”.
51. Kaş ki, sən o kafirləri qor­xuya düşdükləri vaxt gö­rəy­din. On­lar qaçıb canlarını qurtara bilməyəcək və onsuz da yaxın bir yer­də ələ keçirilə­cəklər.
52. Onlar: “Biz ona inan­dıq!”– de­yə­­cəklər. Axı uzaq bir yerdə – Axi­­rətdə imana necə nail ola bilərlər?!
53. Halbuki bundan əvvəl onu inkar edir və əlçatmaz bir yer­dən qeyb haq­qında fikir yü­rüdürdülər.
54. Daha öncə onların bən­zərlərinə edildiyi kimi, arzula­dıqları şey­lərlə on­ların arasına sədd çəkilər. Həqiqə­tən, onlar anlaşılmaz bir şübhə içində idi­lər.
Icon