ترجمة سورة التين

الترجمة الأذرية
ترجمة معاني سورة التين باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. And olsun əncirə və zey­tuna!
2. And olsun Sina dağına!
3. And olsun bu təhlükəsiz şə­hərə (Məkkəyə)!
4. Biz insanı ən gözəl su­rət­də ya­rat­dıq!
5. Sonra isə onu aşağı qatla­rın ən aşa­ğısına salacağıq.
6. Yalnız iman gətirib yaxşı iş­lər görənlər istisnadır! Onlar üçün tükənməz müka­fat­ ha­zır­lanmışdır.
7. Bundan sonra dini yalan­ saymağa səni nə məcbur edir?
8. Məgər Allah hakimlərin ən üstünü de­yilmi?
Icon