Surah 'Abasa in Azərbaycanca
سورة عبس · Verses: 42 · Meccan
Translation: Azərbaycanca translation 1 (الترجمة الأذرية)
-
1
عَبَسَ وَتَوَلَّىٰٓ
1. Peyğəmbər qaşqabağını tökdü və üzünü çevirdi – -
2
أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ
2. yanına korun gəldiyinə görə. -
3
وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ
3. Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi -
4
أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ
4. və yaxud nəsihət dinləyib faydalanacaqdı. -
5
أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ
5. Nəsihətə ehtiyacı olmayana gəlincə isə, -
6
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ
6. sən ona diqqət yetirirsən. -
7
وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ
7. Onun təmizlənməməyinin sənə bir aidiyyəti yoxdur. -
8
وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ
8. Səy göstərib sənin yanına gələn, -
9
وَهُوَ يَخۡشَىٰ
9. Allahdan qorxan kimsəyə gəlincə, -
10
فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ
10. sən ona məhəl qoymursan! -
11
كَلَّآ إِنَّهَا تَذۡكِرَةࣱ
11. Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir. -
12
فَمَن شَآءَ ذَكَرَهُۥ
12. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın. -
13
فِي صُحُفࣲ مُّكَرَّمَةࣲ
13. Bu Quran kəramətli səhifələrdə - -
14
مَّرۡفُوعَةࣲ مُّطَهَّرَةِۭ
14. yüksək və pak səhifələrdədir. -
15
بِأَيۡدِي سَفَرَةࣲ
15. Bu səhifələr elçilərin əllərində – -
16
كِرَامِۭ بَرَرَةࣲ
16. möhtərəm və müti olan mələklərin əllərindədir. -
17
قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ
17. Qoy ölsün kafir insan! O necə də nankordur! -
18
مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ
18. Qoy baxıb görsün, Allah onu nədən yaradıb? -
19
مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ
19. Allah onu nütfədən yaratdı və onu müəyyən şəklə saldı. -
20
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ
20. Sonra da onun yolunu asanlaşdırdı. -
21
ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ
21. Sonra onu öldürüb qəbirə yerləşdirdi. -
22
ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ
22. Sonra da istədiyi vaxt onu yenidən dirildəcək. -
23
كَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ
23. Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir. -
24
فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ
24. Qoy insan yediyinə diqqət yetirsin! -
25
أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبࣰّا
25. Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq. -
26
ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقࣰّا
26. Sonra da yeri çat-çat yarıb -
27
فَأَنۢبَتۡنَا فِيهَا حَبࣰّا
27. orada taxıl yetişdiririk. -
28
وَعِنَبࣰا وَقَضۡبࣰا
28. Habelə üzüm və yonca, -
29
وَزَيۡتُونࣰا وَنَخۡلࣰا
29. zeytun və xurma ağacları, -
30
وَحَدَآئِقَ غُلۡبࣰا
30. sıx-sıx bağlar, -
31
وَفَٰكِهَةࣰ وَأَبࣰّا
31. meyvələr və otlar da bitiririk. -
32
مَّتَٰعࣰا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ
32. Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür. -
33
فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ
33. Qulaqbatırıcı bir səs gələndə – -
34
يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ
34. o gün insan qaçacaq öz qardaşından, -
35
وَأُمِّهِۦ وَأَبِيهِ
35. anasından, atasından, -
36
وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ
36. həyat yoldaşından və övladlarından! -
37
لِكُلِّ ٱمۡرِيࣲٕ مِّنۡهُمۡ يَوۡمَئِذࣲ شَأۡنࣱ يُغۡنِيهِ
37. O gün onlardan hər birinin yetərincə işi olacaq. -
38
وُجُوهࣱ يَوۡمَئِذࣲ مُّسۡفِرَةࣱ
38. O gün neçə-neçə üzlər parlayacaq, -
39
ضَاحِكَةࣱ مُّسۡتَبۡشِرَةࣱ
39. güləcək və fərəhlənəcək. -
40
وَوُجُوهࣱ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةࣱ
40. O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq, -
41
تَرۡهَقُهَا قَتَرَةٌ
41. onları zülmət bürüyəcək. -
42
أُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ
42. Məhz onlar kafirlər, günahkarlardır!