ترجمة سورة العنكبوت

الترجمة الأذرية
ترجمة معاني سورة العنكبوت باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Əlif. Ləm. Mim.
2. İnsanlar elə güman edir­lər ki, tək­cə: “İman gətirdik!”– de­mə­lə­ri ilə on­lardan əl çəkilə­cək və onlar imtahan edilmə­yə­cək­lər?
3. Biz onlardan öncəkiləri də sınaq­dan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, ya­lan­çıları da aşkara çıxarda­caq.
4. Yoxsa yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlə­ri­ni xi­las edəcək­lə­rini zənn edir­lər? Onlar nə yarıtmaz dü­şün­cələrə da­lır­lar.
5. Kim Allahla qarşılaşaca­ğı­na ümid bəsləyirsə, qoy bil­sin ki, Alla­hın müəy­yənləşdir­diyi zaman hökmən gələcək­. O, Eşi­dən­dir, Biləndir.
6. Cihad edən məhz özü üçün etmiş olar. Alla­hın aləm­lə­rə qə­tiyyən ehtiyacı yox­dur.
7. İman gətirərək yaxşı əməl edən­lərin, əlbəttə ki, təq­sir­lə­rin­dən keçərik və onları et­dik­ləri əməllərdən daha üs­tün olanı ilə mü­kafatlandırarıq.
8. Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bil­mədiyin bir şeyi Mənə şərik qoşmağın üçün sə­ni məc­bur etsələr, onlara gü­zəş­tə getmə. Dönüşünüz Mənə ola­caq, Mən də bütün etdik­lə­riniz barədə sizə xəbər verə­cə­yəm.
9. İman gətirib yaxşı işlər görənləri əməlisalehlərə qo­vuş­du­ra­ca­ğıq.
10. İnsanlar arasında: “Alla­ha iman gətirdik!”– de­yənləri də var­. Amma Allah yolun­da əziyyətə məruz qal­dıq­da in­sanların fit­nəsini Alla­hın əzabı ilə eyni tuturlar. Əgər Rəbbin­dən bir zəfər gəl­miş olsa, müt­ləq: “Biz də sizinlə idik!”– de­yərlər. Məgər Allah hər kəsin köksündəkiləri ən yaxşı bilən deyilmi?
11. Allah iman gətirənləri də, mü­nafiqləri də aşkar edə­cəkdir.
12. Kafirlər möminlərə: “Bi­zim yolu­muzla gedin, günah­la­rınızı öz üstü­mü­zə götü­rək”– deyirlər. Halbuki onların heç biri heç ki­min günahının al­tı­na girən deyil. Şübhəsiz ki, onlar yalançıdırlar.
13. Onlar həm öz günah yük­lərini və həm də onlarla yana­şı, ne­çə-neçə yük­ü də daşı­ya­caq­lar. Qiyamət günü onlar uy­dur­duq­la­rı şeylər barə­sində müt­ləq sorğu-suala çəki­lə­cək­lər.
14. Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əl­li il az bir müddət ər­zində onların arasında qal­dı. Tufan onları zülm etdikləri za­man yaxaladı.
15. Biz onu və gəmidə olan­ları xilas edib bu möcüzə ilə aləm­lə­rə ibrət dərsi verdik.
16. İbrahimi də xatırla! Bir zaman o öz qövmünə demişdi: “Alla­ha ibadət edin və Ondan qorxun! Heç bilir­siniz­mi bu sizin üçün nə qə­dər xeyirlidir?
17. Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uy­du­rur­su­nuz. Şüb­həsiz ki, Allah­dan başqa ibadət etdik­lə­ri­niz sizə ru­zi vermə­yə qadir deyil­lər. Elə isə ruzini Allahdan di­ləyin, Ona iba­dət edin və Ona şükür edin. Siz ancaq Ona qay­tarılacaqsınız”.
18. Əgər onu yalançı hesab etsəniz, bilin ki, sizdən əvvəlki xalq­lar da öz pey­ğəmbərlərini ya­lançı saymışdılar. Pey­ğəm­bə­rin vəzi­fəsi isə sadəcə olaraq dini anlaşıqlı tərzdə təbliğ et­mək­dir.
19. Məgər onlar Allahın məx­luqatı əvvəlcə necə yarat­dığı­nı, son­ra da on­ları yeni­dən yara­dacağını görmür­lər­? Həqi­qə­tən, bu, Allah üçün asan­dır.
20. De: “Yer üzünü gəzib do­laşın və Allahın məxluqatı ilk dəfə ne­cə yarat­dı­ğına baxın. Sonra Allah ölüləri dirildə­cək­. Allah hər şeyə qadirdir.
21. O, istədiyinə əzab verir, istə­diyi­nə də rəhm edir. Siz yalnız Ona qay­ta­rılacaqsınız.
22. Siz nə yerdə, nə də göy­də Ondan gizlənib yaxa qurtara bil­mə­yəcəksiniz. Allahdan baş­qa sizin nə bir hima­yəda­rı­nız, nə də bir yardımçınız olacaq”.
23. Məhz Mə­nim mərhə­mətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən­lərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.
24. Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yan­dı­rın!”– demə­ləri oldu. La­kin Allah onu oddan qoru­du. Doğrudan da, bunda mömin adam­lar üçün ibrətlər var.
25. İbrahim dedi: “Siz ara­nız­da ancaq dünya həyatına bəs­lə­di­yi­niz vurğun­lu­ğa görə Alla­hı qoyub bütlərə pərəstiş et­di­niz. Sonra isə Qiyamət günü bir-bi­ri­nizi inkar edib lə­nətləyəcəksiniz. Gedəcəyiniz yer də Oddur. Sizə yar­dım edə bilən kəslər də tapa bil­məyə­cəksi­niz”.
26. Lut ona iman gətirdi. İb­rahim de­di: “Mən Rəbbimin ya­nına (əmr etdiyi Şam diya­rına) hicrət edirəm. Həqi­qə­tən, O, Qüd­rət­li­dir, Hikmət sahibidir”.
27. Biz ona İshaqı və Yə­qu­bu ba­ğış­ladıq. Onun nəslinə pey­ğəm­bərlik və Kitab bəxş etdik. Dünyada onun müka­fatı­nı ver­dik. Şüb­həsiz ki, o, axirətdə əmə­li­salehlərdən olacaqdır!
28. Lutu da xatırla! Bir za­man o öz qövmünə belə de­mişdi: “Doğ­rudan da, siz özü­nüzdən əvvəlki aləmlərdən heç kəsin et­mə­di­yi iyrənc bir iş tu­tursunuz.
29. Doğrudanmı, siz şəhvətlə kişi­lərə yaxınlaşır, yol kəsir və məclislə­ri­nizdə bir-bi­rinizlə murdar işlər görür­sü­nüz?” Qöv­münün ca­vabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bi­zə Allahın əza­bını gətir!”– de­mə­ləri oldu.
30. Lut dedi: “Ey Rəbbim! Fitnə-fə­sad törədən qövmün əley­hi­nə mənə kömək et!”
31. Elçilərimiz İbrahimə müj­də gə­tirdikləri zaman dedi­lər: “Biz bu şə­hə­rin sakinlərini məhv edəcəyik. Həqi­qə­tən, ora­nın sa­kinləri za­lım­lardır”.
32. İbrahim dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz ora­da ki­min oldu­ğu­nu yaxşı bili­rik. Biz onu da, onun ailə­si­ni də mütləq xi­las edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalan­lar­dan ola­­caq”.
33. Elçilərimiz Lutun yanı­na gəl­dik­də o, onlara görə kədər­ləndi və ürəyi sı­xıldı. Onlar de­dilər: “Qorxma və kə­dərlən­mə! Biz səni və sə­nin ailəni xilas edəcəyik. Yalnız arvadın­dan başqa. O, geridə qa­lan­lar­dan olacaq.
34. Biz günah əməllər törət­diklərinə görə bu şəhərin sa­kin­lə­ri­nin üstünə göy­dən əzab endirəcəyik”.
35. Həqiqətən, Biz düşünən adamlar üçün o şəhərdən açıq-ay­dın bir əlamət saxladıq.
36. Mədyən əhalisinə də qar­daşları Şueybi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin”.
37. Onlar isə onu yalançı say­dılar. Bu­na görə də onları qor­xunc səs­li bir zəl­zə­lə yaxa­ladı və onlar öz evlərin­də üzü­qoy­lu düşüb qal­dılar.
38. Ad və Səmud qövmünü də məhv etdik. Bu, onların məskən­lərin­dən si­zə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstə­rib onları haqq yoldan çıxart­dı. Halbuki onlar gözüaçıq adam­lar idilər.
39. Qarunu, Fironu və Ha­manı da məhv etdik. Həqiqə­tən, Musa on­lara ay­dın dəlillər gə­tirdi. Onlar isə yer üzün­də tə­kəbbürlük et­di­lər və axırda əza­bı­mızdan qaça bilmədilər.
40. Biz hər birini öz güna­hı­na görə yaxaladıq. Onlardan ki­mi­si­nin üstünə qasırğa ilə bir­gə daşlar göndərdik, kimi­si­ni qor­xunc səs ya­xaladı, ki­misini yerə ba­tırdıq, kimisini də suya qərq etdik. Allah on­­lara zülm etmirdi, onlar ancaq özləri öz­lərinə zülm edir­dilər.
41. Allahdan başqasını öz­lə­rinə dost tutanların aqibəti özü­nə yu­va qur­muş hörümçəyin məsəlinə bənzəyir. Yuva­la­rın ən zəifi isə, əlbəttə ki, hörüm­çək yu­vasıdır. Kaş ki, biləy­di­lər!
42. Şübhə yoxdur ki, Allah onların Onu qoyub nəyə yal­vardıq­larını bilir. O, Qüdrətlidir, Hikmət sahibidir.
43. Biz insanlar üçün belə məsəllər çəkirik. Bunları isə an­caq hə­qi­qəti dərk edən adamlar anlayarlar.
44. Allah göyləri və yeri ger­çək olaraq yaratmışdır. Həqi­qə­tən, bun­da mö­min­lər üçün bir ibrət var.
45. Kitabdan sənə vəhy olu­nanları oxuyub namaz qıl. Hə­qi­qə­tən, na­maz çirkin və yara­maz işlərdən çəkindirir. Alla­hı yada sal­maq isə ibadətlərin ən əzə­mətlisidir. Allah nə etdik­lə­rinizi bilir.
46. İçərilərindən zülm edən­­lər istisna olmaqla Kitab əhli ilə ən gö­zəl tərzdə mübahisə edin və deyin: “Biz həm özü­müzə na­zil ola­na, həm də sizə nazil ola­na iman gətirdik. Bi­zim də ilahımız, si­zin də ilahınız təkdir. Biz yalnız Ona təslim olanlarıq.”
47. Beləcə, bu müqəddəs Ki­ta­bı sə­nə na­zil et­dik. Kitab ver­di­yi­miz şəxs­lər də ona iman gə­tirirlər. Onla­rın ara­sın­da Qu­ra­na iman gə­tirənlər var. Bi­zim ayə­lə­ri­mizi ancaq kafirlər inkar edirlər.
48. Sən bundan əvvəl nə bir Kitab oxu­ya bilir, nə də onu əlin­lə yaza bi­lirdin. Belə ol­say­dı, batilə uyanlar şübhəyə dü­şər­di­lər.
49. Əksinə, bu Quran elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bi­zim ayələrimizi ancaq za­lımlar inkar edir­lər.
50. Onlar dedilər: “Bəs nə üçün Rəb­bindən ona möcüzə nazil ol­ma­dı?” De: “Möcü­zə­lər yalnız Allah yanın­dadır. Mən isə ancaq açıq-ay­dın xə­bər­darlıq edə­nəm”.
51. Onlara oxunan Kitabı sə­nə nazil etməyimiz onlar üçün ki­fa­yət deyilmi? Həqiqə­tən, bunda iman gətirən adam­­lar üçün mərhə­mət və ibrət var­.
52. De: “Mənimlə sizin ara­nızda Alla­hın şahid olması ye­tər. O, göy­lərdə və yerdə olan­ları bilir. Batilə inanıb Alla­ha küfr edənlər – məhz onlar zi­ya­na uğrayanlardır”.
53. Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Əgər artıq mü­əy­yən etdi­yimiz bir vaxt ol­masaydı, əzab onlara gələrdi. O əzab on­lara qəflətən, özləri də hiss etmədən gələcək.
54. Onlar səndən əzabın tez gəlmə­si­ni istəyirlər. Şübhəsiz ki, Cə­hən­nəm kafirləri bürü­yə­cək.
55. O gün əzab onları başla­rının üs­tündən və ayaqlarının al­tın­dan əhatə edəcək. Allah deyəcək: “Etdiyiniz əməllə­rin cə­za­sı­nı dadın!”
56. Ey mömin qullarım! Şüb­həsiz ki, Mənim bu yerim ge­nişdir. Elə isə yal­nız Mənə iba­dət edin.
57. Hər kəs ölümü dada­caq. Son­ra da Bizə qaytarıla­caq­sınız.
58. İman gətirib saleh əməllər edən­ləri ağacları altın­dan çaylar axan Cən­nət­dəki otaq­larda yerləşdirəcəyik. Onlar əbədi olaraq ora­­da qalacaqlar. Yaxşı əməl sahiblərinin müka­fatı necə də gö­zəl­dir!
59. O kəslər ki, səbirli ol­muş və yal­nız öz Rəbbinə tə­vəkkül et­miş­lər.
60. Neçə-neçə canlı var­ ki, ru­zi­sini öz yanında daşıya bil­mir. Onların da, sizin də ru­zinizi Allah verir. O, Eşi­dən­dir, Bi­lən­dir.
61. Əgər sən onlardan: “Göy­ləri və ye­ri yaradan, günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Allah­dır!”– de­yə­cəklər. Onlar necə də haqdan döndərilirlər!
62. Allah Öz qullarından is­tə­diyinin ruzisini bol edər, is­tə­di­yi­nin­kini də azal­dar. Şübhə­siz ki, Allah hər şeyi bilir.
63. Əgər sən onlardan: “Göy­dən yağış nazil edib onunla ye­ri qu­ruduqdan sonra canlan­dı­ran kimdir?”– deyə so­ruşsan, onlar müt­ləq: “Allahdır!”– de­yə­cəklər. De: “Həmd, Alla­ha məxsusdur!” Lakin on­ların çoxu bunu başa düşmür.
64. Bu dünya həyatı əylən­cə və oyundan başqa bir şey deyil. Axi­rət yurdu isə əsl həyatdır. Kaş ki, bi­ləydi­lər!
65. Onlar gəmiyə mindik­lə­ri zaman, dini yalnız Allaha məx­sus edə­rək, Ona yalvarır­lar. Allah onları xilas edib qu­ruya çıxaran ki­mi, yenə də Ona şərik qo­şurlar.
66. Bu ona görədir ki, Bizim onlara ver­diyimiz nemətlərə nan­kor­luq etsin­lər və hələlik əy­lənsinlər. Amma tezliklə bi­lə­cəklər.
67. Məgər onlar, ətrafların­da­kı in­san­lar yaxalandıqları hal­da, Mək­kəni on­lar üçün mü­qəd­dəs, təhlükəsiz bir yer et­di­yi­mizi gör­mür­lərmi? Onlar ba­tilə inanıb Allahın ne­mətini in­karmı edirlər?
68. Allaha qarşı yalan uy­du­ran və yaxud özünə haqq gəl­dikdə onu yalan sayan kəs­dən daha zalım kim ola bilər? Cə­hənnəmdə ka­firlər üçün yermi yox­dur?
69. Uğrumuzda cihad edən­ləri müt­ləq Öz yolumuza yö­nəldə­cə­yik. Şüb­həsiz ki, Allah saleh əməl sahib­lə­ri­lədir.
Icon