ترجمة سورة النّور

الترجمة الأذرية
ترجمة معاني سورة النّور باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Bu, Bizim nazil edib sizə vacib bu­yurduğumuz bir surə­dir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, dü­şü­nüb ibrət ala­sı­nız.
2. Zinakar qadının və zina­kar kişi­nin hər birinə yüz çu­buq vu­run. Əgər Allaha və axi­rət gü­­nü­nə inanırsınızsa, Alla­hın di­ninə gö­rə onlara yazığı­nız gəl­məsin. Qoy mö­minlər­dən bir dəstə on­la­rın əzabına şahid ol­sun.
3. Zinakar kişi ancaq zina­kar və ya müşrik bir qadınla evlə­nə bilər. Zina­kar qadın da yal­nız zi­nakar və ya müş­rik bir kişiyə ərə ge­də bi­lər. Mömin­lərə isə bu, ha­ram edilmişdir.
4. İsmətli qadınları zinada gü­nah­lan­dırıb, sonra dörd şa­hid gə­tir­­mə­yən kəs­lərə səksən çu­buq vurun və onların şa­hid­li­yini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir.
5. Bundan sonra tövbə edib özlərini islah edənlərdən baş­qa. Şüb­həsiz ki, Allah Bağış­la­yan­dır, Rəhmlidir.
6. Arvadlarını zinada gü­nah­landırıb öz­lərindən başqa şa­hid­ləri ol­mayanların hər biri­nin şahid­liyi, özünün doğru da­nı­şanlardan ol­masına dair dörd dəfə Allahı şahid tutması,
7. beşinci dəfə isə: “Əgər ya­lan da­nı­şanlardandırsa, Allah ona lə­nət eləsin!”– deməsidir.
8. Qadının da ərinin yalan da­nışan­lardan olduğuna dair dörd də­fə Allahı şahid tutması cəzanı ondan dəf edər.
9. Beşinci dəfə: “Əgər ər doğ­ru danı­şanlardandırsa, Allah o qa­dı­na lənət elə­sin!”– demə­li­dir.
10. Əgər Allahın sizə lütfü və mər­hə­məti olmasaydı, Allah töv­bə­ləri qəbul edən və Müd­rik olma­saydı, yalan danı­şanlar Allahın lə­nə­tinə gələr­dilər.
11. Şübhəsiz ki, Aişə barə­sin­də yalan xəbər gəti­rənlər özü­nüz­dən olan bir dəs­tədir. Onu özü­nüz üçün pis bir şey hesab et­mə­yin. Ək­si­nə, bu sizin üçün xe­yirlidir. O dəstə­dən olan hər bir şəx­sin qa­zan­dığı günahın cəzası vardır. İçə­rilərindən gü­nahın böyü­yünü öz üstü­nə gö­türəni isə böyük bir əzab göz­ləyir.
12. Nə üçün siz bunu eşitdi­yi­niz za­man mömin kişilər və qa­dın­lar bir-bi­ri­ləri haqda yax­şı fikirdə olub: “Bu, açıq-aydın bir böh­­tandır!”– demə­dilər?
13. Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Ma­dam ki, şa­hid gə­tirmədilər, deməli, on­lar Allah ya­nında əsl yalan­çı­­dırlar.
14. Əgər Allahın dünyada və axirət­də sizə lütfü və mərhə­məti ol­ma­saydı, dedi-qodula­rı­nıza görə sizə böyük bir əzab toxu­nardı.
15. O zaman siz bunu dili­ni­zə gəti­rir, bilmədiyiniz sözü da­nışır və onu əhə­miyyətsiz bir şey he­sab edirdiniz. Hal­buki bu, Allah ya­­nında çox böyük günahdır.
16. Nə üçün siz onu eşit­di­yiniz za­man: “Bizə bunu da­nış­maq ya­­raşmaz. Ey Allah! Sən pak və mü­qəddəssən! Bu, çox böyük bir böh­tandır!”– de­mə­diniz?
17. Əgər möminsinizsə, bi­lin ki, Allah sizə bir daha buna bən­zər şeyləri tək­ra­rən etmə­mə­yi­nizi nəsihət edir.
18. Allah Öz ayələrini sizə belə izah edir. Allah hər şeyi biləndir, hik­mət sahibidir.
19. Möminlər barəsində iy­rənc şayi­ələ­rin yayılmasını is­təyənlər üçün dün­ya­da və axi­rətdə acılı-ağrılı bir əzab var­­dır. Allah bilir, siz isə bil­mir­si­niz.
20. Əgər Allahın sizə lütfü və mər­hə­məti olmasaydı, Allah şəf­qət­li və rəhm­li ol­masaydı, yaydı­ğınız şayiələrə görə sizi məhv edərdi.
21. Ey iman gətirənlər! Şey­ta­nın izi ilə getməyin. Kim şey­tanın izi ilə getsə, bilsin ki, o şey­tan iyrənc və yaramaz iş­lər gör­məyi əmr edir. Əgər Allahın si­zə lütfü və mərhə­məti olma­saydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. La­kin Allah istədiyini təmizə çı­xar­dır. Allah hər şeyi eşidəndir, hər şeyi bi­ləndir.
22. Qoy aranızda olan fəzi­lət və sər­vət sahibləri qohum­lara, mis­kin­lərə və Allah yo­lun­da hic­rət edənlərə heç bir şey ver­mə­yə­cək­lərinə and iç­mə­sin­lər. Qoy əfv edib bağış­lasınlar. Məgər siz Alla­­hın sizi ba­ğış­la­masını istə­mirsinizmi? Allah Bağışlayandır, Rəhm­lidir.
23. Murdar əməldən xəbəri ol­mayan is­mətli mömin qa­dın­la­rı zi­na­da günah­landıranlar dün­yada və axirətdə lənə­tə düçar olarlar. On­ları böyük bir əzab göz­ləyir –
24. o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barə­sin­də onların əley­hinə şə­hadət verəcəkdir.
25. O gün Allah onlara öz­lə­rinə la­yiq cəzanı tam verəcək və on­lar Allahın Aydın Haqq oldu­ğunu biləcəklər.
26. Murdar qadınlar mur­dar kişilərə, murdar kişilər isə mur­dar qa­dın­lara, elə­cə də təmiz qadınlar təmiz kişilərə, tə­miz kişilər də tə­miz qa­dın­lara la­yiq­dir­lər. Bun­lar ifti­ra­çıların söy­lədiklə­rindən uzaq­dırlar. On­la­rı bağışlanma və bolluca ruzi göz­ləyir.
27. Ey iman gətirənlər! Öz­gə evlərə icazə almadan və on­ların sa­kin­lərinə sa­lam vermə­dən gir­məyin. Bu sizin üçün daha yax­şı­dır. Bəlkə, düşünüb ibrət ala­­sınız.
28. Əgər orada heç kəsi tap­masanız, sizə izin veril­məyin­cə ora­ gir­məyin. Sizə: “Qa­yı­dın!”– deyilsə, qayıdın. Bu si­zin üçün da­ha təmiz­dir. Allah nə et­diklə­rinizi bilir.
29. İstifadə edə biləcəyiniz və yaşa­yış üçün olmayan ev­lə­rə izin­siz da­xil ol­maq sizin üçün günah deyildir. Allah sizin aş­kara çıxar­dığınızı da, gizlində sax­ladı­ğınızı da bilir.
30. Mömin kişilərə de ki, ha­rama bax­ma­yıb gözlərini aşağı dik­sin­lər və cin­siy­yət üzv­lə­ri­ni zi­nadan qorusunlar. Bu on­lar üçün da­ha təmiz olar. Şüb­həsiz ki, Allah onların nə et­dik­lərindən xə­bər­dar­dır.
31. Mömin qadınlara da de ki, hara­ma baxma­yıb gözlərini aşağı dik­sinlər və cinsiyyət üzv­lərini zinadan qo­ru­sun­lar. Qoy onlar – gö­rünənlər is­tisna ol­maqla, zinət­lərini naməh­rə­mə göstər­məsinlər; ör­tüklərini ya­xalarının üs­tü­nə sal­sınlar; zi­nət­lərini ərlərindən, ya­xud ata­la­rından, yaxud ərlərinin atala­rından, yaxud öz oğul­ların­dan, yaxud ərlərinin oğullarından, yaxud qardaş­la­rından, yaxud qar­daşla­rı­nın oğulla­rın­dan, ya­xud bacıları­nın oğullarından, ya­xud öz müsəl­man qadınla­rın­dan, yaxud sahib olduqları kö­lə­lər­dən, yaxud ehti­rasını itir­miş kişi xidmət­çilərdən, ya­xud qa­dın­la­rın çılpaqlığını hələ an­lamayan uşaqlardan başqa­sına gös­tər­mə­sin­lər; gizlətdik­ləri zi­nət əşyaları bilinsin deyə ayaq­larını yerə vu­ra-vura yeri­mə­sin­lər. Ey iman gətirənlər! Hamı­nız Allaha tövbə edin ki, bəlkə nicat tapa­sınız.
32. Aranızdakı subay ki­şi­lə­ri və ərsiz qadınları, əməli­sa­leh kölə və kənizləri­nizi ev­ləndi­rin. Əgər onlar kasıbdırlar­sa, Allah öz lüt­fü ilə on­ları varlı edər. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.
33. Qoy evlənməyə imkanı ol­mayan­lar, Allah Öz lütfü ilə on­la­rı var­lan­dı­rana qədər, is­mətlərini qorusunlar. Sa­hib ol­duğunuz kö­lə­lərdən özü­nün azad olmasına dair sizdən ya­zılı mək­tub istə­yən­lə­rə, – əgər onlarda bir xeyir gö­rür­sü­nüzsə – is­tə­dik­ləri məktubu ya­zıb ve­rin. Alla­hın sizə verdiyi mal­dan onlara da verin. Əgər kə­niz­ləriniz is­mətlərini qoru­maq istəsələr, fa­ni dünya malı əl­də edə­cək­si­niz deyə onları zina­karlı­ğa məc­bur etmə­yin. Kim onları bu işə məc­bur etsə, bil­sin ki, onlar məcbur edil­dik­dən sonra Allah onları ba­ğış­layar və onlara rəhm­ edər.
34. Biz sizə açıq-aydın ayə­lər, sizdən əvvəl gəlib-gedən­lər barə­sin­də məsəl­lər və müt­təqilər üçün öyüd-nəsihət na­zil etdik.
35. Allah göylərin və yerin nu­rudur. Onun möminlərin qəl­bində olan nuru, içində çıraq olan bir taxçaya bənzə­yir; o çıraq şüşənin için­dədir, şüşə isə, san­ki inci kimi bir ulduzdur. O çı­raq təkcə şər­qə və ya təkcə qər­bə aid edilmə­yən daim günəş şüa­ları altında qalan mü­barək zey­tun ağacın­dan yandı­rılır. Onun yağı, özü­nə od to­xun­­masa da, sanki işıq sa­çır. Bu, nur üs­tün­də nurdur. Allah istə­di­yini Öz nuruna yönəldir. Allah in­san­lar üçün məsəllər çəkir. Allah hər şe­yi biləndir.
36. Bu nur Allahın, tikilib ucal­dıl­ma­sına və içində Öz adı­nın zikr edilməsinə izin ver­di­yi evlərdədir. Mömin kişilər ora­da səhər-ax­­şam Ona təriflər de­yirlər.
37. O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr et­mək­dən, na­maz qılmaq­dan və zəkat verməkdən ya­yın­dır­mır. On­lar qəlb­lərin və göz­lə­rin çev­ri­lə­cəyi bir gündən qor­xurlar.
38. Bu ona görədir ki, Allah onları, et­dikləri əməllərin ən gö­zəli ilə müka­fat­landırsın, on­lara olan lütfünü artırsın. Allah istə­diyinə he­sab­sız ruzi verir.
39. Kafirlərin əməlləri səh­ra­dakı ilğı­ma bənzəyir ki, su­sa­mış kim­sə onu su hesab edər. Ona ya­xınlaşdıqda isə onun heç nə ol­du­­ğunu görər. O öz ya­nında Allahı tapar. O da onun cəzasını ve­rər. Allah tez haqq-hesab çəkəndir.
40. Yaxud onların əməlləri ən­gin də­nizdəki qaranlığa bən­zə­yir. Onu bir dal­ğa, onun üs­tün­dən də başqa bir dal­ğa örtər; onun da üs­tündə bir bu­lud var­; bir-biri­nin üstündə olan qa­ran­lıqlar! İn­san əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz.
41. Məgər göylərdə və yer­də olan­la­rın, həm də qanad açıb uçan quşların Allaha tərif­lər dediklə­rini görmür­sən­mi? Hər biri öz du­asını və həmd-səna­sı­­nı bilir. Allah onların nə etdik­lərini bi­lir.
42. Göylərin və yerin mül­kü Allaha məxsusdur. Dönüş də Alla­ha­dır.
43. Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra on­ları bir-bi­ri­nə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağ­mur çıx­dığını görürsən. Allah göy­dən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Son­ra da onunla istədi­yi­ni vu­rur, istə­diyindən də onu uzaq edir. Bu­ludların şimşə­yinin pa­rıl­tı­sı az qalır ki, gözləri kor etsin.
44. Allah gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən, bun­da bəsirət sa­hibləri üçün bir ibrət var.
45. Allah hər bir canlını su­dan ya­rat­mışdır. Onlardan bə­zisi qar­nı üstə sü­rü­nür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şüb­hə­siz ki, Allah hər şeyə qadirdir.
46. Biz açıq-aydın ayələr na­zil et­dik. Allah istədiyini doğ­ru yo­la yö­nəl­dir.
47. Münafiqlər: “Allaha və Pey­ğəm­bərə iman gətirdik, itaət et­dik!”– deyir­lər. Bundan son­ra isə onlardan bir dəs­tə üz çe­virir. On­lar mömin deyillər.
48. Aralarında hökm ver­mək üçün Allaha və Onun Elçisinə çağı­rıldıqları za­man on­lardan bir dəstə üz çevirir.
49. Onlar haqlı olsaydılar, ita­ət edib onun yanına gələr­dilər.
50. Onların qəlbində xəstə­lik­mi var? Yoxsa onlar şübhə­yə­mi dü­şüb­lər? Ya da Allahın və Onun Elçisinin onlara haq­sız­lıq edə­cək­lərin­dən qorxur­lar? Xeyr, məhz onlar zalım­dırlar.
51. Aralarında hökm ver­mək üçün Allaha və Onun Elçisi­nə ça­ğı­rıldıqda mö­min­lə­rin sözü ancaq: “Eşi­di­rik və ita­ət edi­rik!”– de­mə­ləridir. Ni­cat ta­panlar da məhz on­lardır.
52. Allaha və Onun Elçisinə itaət edən­lər, Allahdan qorxub çə­kinən­lər – məhz onlar uğur qaza­nanlardır.
53. Münafiqlər Allaha çox möh­kəm and içdilər ki, əgər sən on­la­ra əmr etsən, onlar mütləq dö­yüşə çıxacaqlar. De: “And iç­mə­yin! İta­əti­niz bəllidir. Şüb­hə­siz ki, Allah nə etdikləri­niz­dən xəbər­dar­dır”.
54. De: “Allaha və Peyğəm­bərə itaət edin”. Əgər üz çe­vir­sə­niz, bi­lin ki, o, an­caq özünə hə­valə edilənə cavab­dehdir, siz də ancaq özü­nüzə həvalə edi­lənə cavab­dehsiniz. Əgər ona itaət etsəniz, doğ­ru yola yönəl­miş olarsınız. Pey­ğəm­bərin öh­də­si­nə düşən isə an­caq açıq-aş­kar təbliğ etməkdir.
55. Allah sizlərdən iman gə­ti­rib yax­şı işlər görənlərə vəd et­miş­dir ki, özlə­rindən əvvəl­ki­ləri varislər etdiyi kimi on­la­rı da yer üzü­nün varisləri edə­cək, mömin­lər üçün Özü­nün bəyən­di­yi dinini möh­kəm­lən­dirəcək və onla­rın qor­xu­sunu sonra əminliklə əvəz edə­cəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mə­nə şə­rik qoş­mur­lar. Bun­dan son­ra küfr edənlər – məhz onlar fa­siq­­lərdir.
56. Namaz qılın, zəkat ve­rin və Pey­ğəmbərə itaət edin ki, sizə rəhm edil­sin.
57. Kafirlərin yer üzündə Allah­dan yaxa qurtara bilə­cək­lərini zənn etmə. Onların gedəcəkləri yer Oddur. Ora nə pis dönüş ye­ri­dir!
58. Ey iman gətirənlər! Sa­hib oldu­ğunuz kölələr və həddi-bu­lu­ğa çatma­yanlar ya­nınıza gir­mək istədikdə qoy üç vaxtda siz­dən izin is­tə­sinlər: sübh na­ma­zından əvvəl, gü­norta palta­rı­nızı çı­xartdı­ğı­nız za­man və ge­cə namazından sonra. Bu sizin çılpaq ola bilə­cə­yi­niz üç vaxt­dır. Qalan vaxt­larda bir-biri­ni­zin yanına ica­zəsiz gir­mək­də nə sizə, nə də onlara heç bir gü­nah gəlməz. Allah ayələri si­zə belə izah edir. Allah hər şeyi bilən­dir, hikmət sahibidir.
59. Sizin uşaqlar da həddi-buluğa ça­tanda qoy özlə­rin­dən əv­vəl­kilər yanınıza girmək üçün izin istədikləri kimi izin istə­sinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
60. Ərə getməkdən ümidini üz­müş yaşlı qadınlara ayıb yer­lə­ri­ni gös­tər­mə­dən hicabla­rını soyunma­sında günah yox­dur. Lakin bu­nu etməmək on­lar üçün daha xeyir­lidir. Allah hər şeyi eşidən­dir, hər şeyi bilən­dir.
61. Kora, ço­lağa, bir də xəs­təyə günah gəlməz. Si­zin özü­nüzə də öz evləriniz­də, yaxud ata­­larınızın evlərində, yaxud ana­la­rı­nı­zın ev­lərində, yaxud qar­daşla­rınızın ev­lə­rində, ya­xud bacı­ları­nı­zın evlə­rində, ya­­xud əmilərinizin evlərin­də, ya­xud bi­biləri­nizin ev­lərin­də, ya­xud dayı­ları­nı­zın evlərində, ya­xud xalalarınızın evlə­rin­də, ya­xud açarları əllərinizdə olan ev­lərdə, yaxud dostları­nızın ev­lə­rində ye­mək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, ya­xud ay­rı-ayrılıqda yemək ye­mə­yi­niz­də də sizə heç bir günah gəl­məz. Ev­­lərə daxil ol­duğu­nuz zaman özü­nüzü Allah tərə­fin­dən müba­rək və çox xoş bir sa­lamla salam­layın. Allah ayə­lə­rini sizə belə izah edir ki, başa düşəsiniz.
62. Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kim­sə­lərdir. On­lar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda on­dan izin almamış heç yerə getmirlər. Səndən izin istəyənlər, söz­süz ki, Allaha və Onun Elçisinə iman gətirənlər­dir. Əgər onlar bə­zi işləri üçün səndən izin istəsələr, onlardan istə­di­yin kəsə izin ver və onlar üçün Allah­dan bağışlanma di­lə. Həqiqətən, Allah Ba­ğış­la­­yan­dır, Rəhmlidir.
63. Peyğəmbəri, öz ara­nız­da bir-biri­nizi çağırdığınız kimi ça­ğır­mayın. Allah sizin aranız­dan daldalanaraq xəlvətcə çı­xıb ge­dən­­ləri bilir. Qoy onun əm­rinə qar­şı çıxanlar başlarına bir bə­la gəl­mə­sindən, yaxud özlə­ri­nə ağrılı-acılı bir əzab üz ver­məsindən qorx­sunlar.
64. Göylərdə və yerdə nə var­sa, Alla­ha məxsusdur. O sizin nə əməl sahibi olduğu­nuzu və qullarının Onun hüzu­runa qay­ta­rı­la­caq­ları günü bilir. Allah onlara nə etdiklərini bil­dirə­cək­. Allah hər şeyi bilir.
Icon