Azerbaijani - Azerbaijani translation kitabından الأذرية dilində التين surəsinin tərcüməsi
Verse 1
ﭫﭬ
ﭭ
And olsun əncirə və zeytuna;
Verse 2
ﭮﭯ
ﭰ
And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;
Verse 3
ﭱﭲﭳ
ﭴ
And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,
Verse 4
ﭵﭶﭷﭸﭹﭺ
ﭻ
Biz insanı ən gözəl biçimdə yaratdıq!
Verse 5
ﭼﭽﭾﭿ
ﮀ
Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!
Verse 6
Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.
Verse 7
ﮋﮌﮍﮎ
ﮏ
(Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!
Verse 8
ﮐﮑﮒﮓ
ﮔ
Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!
تقدم القراءة