ﰕ
                    surah.translation
            .
            
    
                                    من تأليف: 
                                            لي خان موساييف
                                                            .
                                                
            ﰡ
1. Hər bir qeybət edənin, tənə vuranın vay halına! 
                                                                        2. O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır
                                                                        3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaq.
                                                                        4. Xeyr! O, mütləq Hutəməyə atılacaq.
                                                                        5. Sən haradan biləsən ki, Hutəmə nədir?
                                                                        6. Bu, Allahın qaladığı Oddur.
                                                                        7. O Od ki, qalxıb ürəklərə çatacaq.
                                                                        8. Həqiqətən, bu Od onların üzərində qapanacaq.
                                                                        9. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.