ترجمة سورة الغاشية

الترجمة الأذرية
ترجمة معاني سورة الغاشية باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı?
2. O gün neçə-neçə üzlər zə­lil olub yerə dikiləcək,
3. üzülüb əldən düşəcək,
4. çox qızmar oda girəcək,
5. qaynar çeşmədən içirdi­lə­cək.
6. Onlara daridən başqa bir yemək verilməyəcək.
7. O onları nə doydurar, nə də aclıq­dan xilas edər.
8. O gün neçəsinin üzündə fərəh gö­rü­nəcək,
9. dünyadakı səylərindən məmnun qa­lacaq,
10. uca Cənnətdə olacaq,
11. orada faydasız söz eşit­məyə­cək­.
12. Orada axar çeşmələr var­dır;
13. Orada hündür taxtlar,
14. düzülmüş piyalələr,
15. yan-yana qoyulmuş yas­tıqlar,
16. və döşəmələrə sərilmiş xal­çalar var.
17. Məgər onlar dəvənin ne­cə ya­ra­dıldığını görmürlər?
18. Göyün necə yüksəl­diyi­ni gör­mür­lər?
19. Dağların necə sancıldı­ğı­nı gör­mürlər?
20. Yerin necə döşədildiyini gör­mürlər?
21. Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.
22. Sən onların üstündə hökm­dar deyilsən.
23. Lakin üz döndərib küfr edəni,
24. Allah ən şiddətli əzabla cəza­lan­dırar.
25. Şübhəsiz ki, onların dö­nüşü Bi­zədir.
26. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.
Icon