ترجمة سورة الطارق

الترجمة الأذرية
ترجمة معاني سورة الطارق باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. And olsun səmaya və ge­cə yolçu­suna!
2. Sən nə bilirsən ki, gecə yolçusu nədir?
3. Bu, qaranlıqları dəlib ke­çən ul­duz­dur.
4. Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olma­sın!
5. Qoy insan nədən yara­dıl­dığına bir baxsın!
6. İnsan axıdılan nütfədən yaradıl­mışdır.
7. Bu nütfə bel və köks sü­mükləri arasından çıxır.
8. Şübhəsiz ki, Allah onu di­rildib qay­tarmağa qadirdir.
9. Sirlərin sınaqdan keçiri­lə­cəyi gün,
10. onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
11. And olsun yağmurla qa­yıdan göyə!
12. And olsun növbənöv bit­kilərlə ya­rılan yerə!
13. Həqiqətən, bu, haqqı ba­tildən ayırd edən bir kə­lamdır.
14. O, əyləncə də deyil.
15. Həqiqətən, kafirlər hiylə qururlar.
16. Mən də hiylə qururam.
17. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.
Icon