سورة لقمان

Alikhan Musayev - Azerbaijani translation

Alikhan Musayev - Azerbaijani translation kitabından الأذرية dilində لقمان surəsinin tərcüməsi

Alikhan Musayev - Azerbaijani translation

Verse 3

Xeyirxah əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir.

Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.

Biz onlara dünyada olan nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba qatlaşmağa məcbur edəcəyik.

Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər.
تقدم القراءة