Alikhan Musayev - Azerbaijani translation kitabından الأذرية dilində الجاثية surəsinin tərcüməsi
Verse 1
ﭑ
ﭒ
Ha. Mim.
Verse 2
ﭓﭔﭕﭖﭗﭘ
ﭙ
Bu Kitab Qüdrətli, Müdrik Allah tərəfindən nazil edilmişdir.
Verse 3
ﭚﭛﭜﭝﭞﭟ
ﭠ
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır.
Verse 4
Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır.
Verse 5
Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönəltməsində düşüncəli insanlar üçün də dəlillər vardır.
Verse 6
Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan daha sonra hansı sözə inanacaqlar?!
Verse 7
ﮎﮏﮐﮑ
ﮒ
Vay halına iftiraçının və günahkarın!
Verse 8
O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ.
Verse 9
O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır.
Verse 10
Qarşıda onları Cəhənnəm gözləyir. Nə qazandıqları şeylər, nə də Allahdan başqa tutduqları himayəçilər onları əzabdan qurtara bilməyəcəklər. Onları böyük bir əzab gözləyir.
Verse 11
Bu Quran doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənləri ən pis cəza – ağrılı-acılı əzab gözləyir.
Verse 12
Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən axtarmanız üçün dənizi sizin xidmətinizə verən Allahdır. Bəlkə, şükür edəsiniz.
Verse 13
Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.
Verse 14
İman gətirənlərə de ki, Allah, qazandıqları günahlara görə hər hansı bir tayfanın cəzasını versin deyə, Allahın əzab günlərini gözləməyənləri bağışlasınlar.
Verse 15
Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sonra siz Rəbbinizə qaytarılacaqsınız.
Verse 16
Biz İsrail oğullarına Kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik.
Verse 17
Onlara dinə dair aydın dəlillər vermişdik. Amma elm onlara gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Şübhəsiz ki, sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Verse 18
Sonra sənə də dində şəriət yolu göstərdik. Sən ona tabe ol və haqqı bilməyənlərin istəklərinə tabe olma!
Verse 19
Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bilməzlər. Şübhəsiz ki, zalımlar bir-birinin himayədarıdırlar, Allah isə müttəqilərin Himayədarıdır.
Verse 20
Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir.
Verse 21
Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər!
Verse 22
Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir.
Verse 23
Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?
Verse 24
Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.
Verse 25
Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı dirildib gətirin!”– deməkdən başqa bir şey deyildir.
Verse 26
De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi gələcəyinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü dirildib bir yerə toplayacaqdır”. Lakin insanların çoxu bunu bilmir.
Verse 27
Göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur. O Saatın gələcəyi gün – məhz o gün yalan danışanlar ziyana uğrayacaqlar.
Verse 28
Sən həmin gün bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz əməl kitabına tərəf çağırılacaqdır. “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir!
Verse 29
Bu Bizim sizin əleyhinizə həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, Biz sizin etdiyiniz əməlləri yazdırmışıq!”
Verse 30
İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mərhəmətinə nəsib edəcəkdir. Bu, açıq-aşkar müvəffəqiyyətdir.
Verse 31
Kafir olanlara gəldikdə isə, onlara deyiləcəkdir: “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbür göstərirdiniz və günahkar adamlar idiniz.
Verse 32
Sizə: “Allahın vədi haqdır və o Saata heç bir şəkk-şübhə yoxdur!”– deyildiyi zaman: “Biz o Saatın nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz buna əmin deyilik!”– deyirdiniz”.
Verse 33
Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri əzab onları bürüyəcək
Verse 34
və onlara deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz Cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır.
Verse 35
Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaqdır.
Verse 36
Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Verse 37
Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.
تقدم القراءة