ترجمة سورة يونس

الترجمة الأذرية
ترجمة معاني سورة يونس باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Əlif. Ləm. Ra. Bu, hik­mətli Kitab­ın ayələridir.
2. İçərilərindən bir adama: “İn­sanla­rı qorxut və iman gəti­rən­lə­ri müjdələ ki, özlərinin Rəb­bi yanında onların etdik­ləri yax­şılıq­la­rın mükafatı var­!”– de­yə vəhy etməyimiz insanlara qə­ribə­mi gö­rün­dü? Kafirlər: “Söz­­süz ki, bu, açıq-aşkar bir sehr­bazdır!”– de­di­lər.
3. Şübhəsiz ki, Rəbbiniz göy­ləri və ye­ri altı gündə yaradan, son­ra da Ərşə uca­lan Allahdır. İşləri yoluna qoyan Odur. Yal­nız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbi­niz Allah. Ona ibadət edin. Məgər dü­şü­nüb ibrət al­mırsınız?
4. Ha­mı­nı­zın dönüşü Ona­dır. Bu, Allahın haqq olan və­didir. O, məx­luqu ilk də­fə ya­radır, sonra onu Qiyamət günü ye­ni­­dən dirildir ki, saleh əməl­lər edən­ləri əda­lətlə müka­fat­landırsın. Ka­firlərə gə­lin­cə, küfr etdiklə­rinə görə on­lar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazır­lan­mışdır.
5. Günəşi işıqlı, ayı nurlu edən, il­lə­rin sayını və hesabı bi­ləsiniz de­yə ona mənzillər (səf­hələr) müəy­yən edən Odur. Allah bunları ancaq haqq olaraq yaratmışdır. O, ayələri bilən adam­lara belə izah edir.
6. Doğrudan da, gecə ilə gün­düzün bir-birini əvəz etməsin­də, Allahın göylərdə və yerdə yarat­dıqlarında Allahdan qor­xan adam­lar üçün dəlillər var­dır.
7. Şübhəsiz ki, Bizimlə qar­şı­laşa­caq­la­rına ümid etməyən­lər, dün­ya həya­tın­dan razı qa­lıb onun­la rahatlıq tapan­lar və ayələ­ri­miz­dən xəbərsiz olan­ların –
8. məhz onların qazandıq­la­rı günah­la­ra görə gedəcəkləri yer Oddur.
9. İman gətirib saleh əməl­lər edən­ləri Rəbbi imanla­rı­na görə doğru yola yönəldər. Nəim cən­nətlərində onların ayaq­ları al­tından çay­lar axar.
10. Onların oradakı duası: “Alla­hım! Sən pak və müqəd­dəs­sən!”, orada bir-birlərini sa­lamlaması: “Salam!” sözü və dualarının so­nu: “Həmd, aləm­lə­rin Rəbbi Allaha məxsusdur!” söz­ləri olacaq.
11. Əgər Allah insanlara is­tə­­dikləri xeyri tez verdiyi ki­mi, şəri də tez ver­səydi, əlbəttə, on­ların əcəli çatmış olar­dı. Bi­zim­lə qarşı­la­şacaqlarına ümid et­mə­yənləri isə azğınlıqları için­də sər­gər­dan do­laşan vəziy­yətdə tərk edərik.
12. İnsana bəla üz verdikdə uzanan­da da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuş­dur­duqda isə san­ki ona üz vermiş bəla­dan ötrü Bizi çağırmamış kimi keçib ge­dər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.
13. Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri on­la­ra açıq-aşkar dəlillər gətir­dikləri hal­da onlara inan­ma­­dıqlarına gö­rə məhv etdik. Biz gü­nahkar adam­ları belə cəza­landırırıq.
14. Sonra onların ardınca si­zi yer üzün­də xələflər etdik ki, gö­rək necə davranacaq­sı­nız.
15. Açıq-aydın ayələrimiz on­lara oxun­duğu zaman Bizimlə qar­şılaşacaqlarına ümid etmə­yənlər deyərlər: “Bizə bun­dan başqa bir Quran gətir və ya onu də­yişdir!” De: “Mən onu öz is­təyimlə də­yiş­dirə bilmə­rəm. Mən yalnız mənə vəhy olu­na­na tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük gü­nün əza­bından qorxu­ram”.
16. De: “Əgər Allah istə­səy­di, mən onu sizə oxumaz­dım, O da onu sizə bildir­məzdi. Mən axı bundan öncə də si­zin ara­nızda ya­şa­mışam. Məgər bil­mirsiniz?”
17. Allaha qarşı yalan uy­du­­randan və ya Onun ayələrini ya­lan hesab edən­dən daha za­lım kim ola bilər? Doğ­ru­dan da, günah­kar­lar nicat tapmaz­lar.
18. Onlar Allahı qoyub öz­lə­­ri­nə nə bir zərər, nə də bir fayda ve­rə bilmə­yənlərə iba­dət edir və: “Onlar Allah yanında bizim şə­fa­ət­çi­lərimizdir!”– de­yir­lər. De: “Yoxsa Allaha göy­lərdə və yer­də bil­mə­diyi bir şeyimi xəbər verir­si­niz?” Allah onların qoşduqları şə­rik­lər­dən uzaqdır və ucadır.
19. İnsanlar vahid bir üm­mət idilər, sonra ixtilafa düş­dülər. Əgər Rəbbin tə­rəfindən əzəl­dən bir Söz verilməsəydi, ixti­lafa düş­dükləri şey barə­sin­də ara­la­rında dərhal hökm ve­ri­lərdi.
20. Onlar deyirlər: “Niyə ona Rəb­bin­dən bir möcüzə endi­ril­mə­yib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şüb­hə­siz ki, mən də sizinlə bir­lik­də göz­ləyənlər­dənəm”.
21. İnsanlara üz verən bəla­dan sonra onlara bir mərhə­mət dad­dır­dığımız za­man ayə­ləri­mizə qarşı hiyləgərlik et­mə­yə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şüb­həsiz ki, elçi­lərimiz mələklər qurdu­ğu­nuz hiylələri ya­zır­lar.
22. Sizi quruda və dənizdə hərə­kət etdirən Odur. Siz gə­mi­lərdə oldu­ğu­nuz, gəmilər də içində­ki­ləri xoş bir küləklə apar­­dığı və onlar buna sevin­dikləri za­man bir­dən fırtına qo­par və dalğalar hər yan­dan onların üs­tünə gələr. Dal­ğala­rın onları bürüyəcəyini yəqin et­dikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyər­lər: “Əgər bizi bundan xilas etsən, əlbət­tə, şükür edən­lər­dən olarıq”.
23. Allah onları xilas etdik­də isə dər­hal haqsız olaraq yer üzün­də azğınlıq edərlər. Ey in­sanlar! Azğınlığınız yal­nız si­zin öz əley­hi­nizədir. Bunlar dün­ya həyatının keçici zövqlə­ri­dir. Sonra isə dö­nü­şünüz Bizə ola­caq, Biz də nə etdik­ləriniz ba­rədə sizə xəbər ve­rə­cəyik.
24. Dünya həyatının misalı göy­dən endirdiyimiz suyun misalına bənzəyir ki, onun sa­yə­sində insanların və hey­van­ların yediyi yer bitkiləri bir-bi­rinə qatışır. Nə­hayət, yer öz bərbə­zəyinə bürü­nüb rövnəq­ləndiyi və onun sakin­ləri onun məh­sulunu yığma­ğa qa­dir ol­duq­larını güman et­dikləri za­man gecə yaxud gündüz əm­ri­miz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndə­rərik ki, san­ki dünən heç bol məh­­sulu olmamışdı. Biz ayələri düşü­nən bir qövm üçün belə­cə izah edirik.
25. Allah əmin-amanlıq yur­duna – Cən­nətə çağırır və istə­di­yini doğru yola yönəldir.
26. Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü (Cən­nət, üstəlik də Allahı gör­mək) vardır. Onların üzü­nü nə bir qu­bar, nə də bir zillət bü­rüyər. Onlar Cənnət sakin­ləri­dir­lər və onlar ora­da əbədi qa­lacaq­lar.
27. Pis işlər görənlərə isə pis­­liyin cə­zası onun misli qədər ve­ri­lər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üz­ləri sanki zülmət gecənin par­çalarına bü­­rün­müş­dür. On­lar Od sakinləridir­ və onlar orada əbədi qalacaqlar.
28. O gün onların hamısını bir yerə toplayacaq, sonra da müş­rik­lərə: “Siz də, şərik­ləri­niz də öz yeri­nizdə qalın!”– de­yə­cəyik. Biz on­ları ayıraca­ğıq. Onla­rın şə­rikləri deyəcək­lər: “Siz bizə iba­dət et­mirdiniz.
29. Bizimlə sizin aranızda Alla­hın şa­hid olması yetər. Doğ­ru­dan da biz si­zin ibadəti­niz­dən xəbər­siz idik”.
30. Orada hər kəs keç­mişdə tö­rətdiklərinin acısını çəkə­cək­dir. On­lar Allaha – öz­lərinin həqiqi Hima­yə­da­rı­na qaytarılacaq­ və uydur­duq­ları bütlər on­lardan uzaqlaşıb qeyb ola­caqlar.
31. De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaq­lara və gözlərə ha­kim olan kim­dir? Ölüdən diri çıxaran, di­ri­dən də ölü çıxaran kimdir? İş­ləri yoluna qoyan kimdir?” Onlar de­yəcək­lər: “Allah!” De: “Bəs belə olduğu halda Allah­dan qorxmursunuz?”
32. O sizin Haqq Rəbbiniz olan Allah­dır. Haqdan sonra zə­la­lət­dən baş­qa nə ola bilər? Siz necə də haqdan dön­dəri­lir­siniz!
33. Beləliklə, fasiqlərin iman gətir­mə­yəcəyinə dair Rəbbinin Sö­zü doğru çıx­dı.
34. De: “Allaha qoşduğunuz şə­rik­lər­dən eləsi varmı ki, hər hansı bir məx­lu­qu ilk dəfə ya­rat­sın, öldükdən sonra onu əvvəlki halına qay­tarsın?” De: “Məx­lu­qu ilk də­fə Allah yaradır, öldük­dən sonra onu əvvəlki halına qay­tarır. Siz necə də haq­dan dön­dərilirsiniz!”
35. De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəl­dən bir kimsə var­mı?” De: “Allah Öz qullarını haqqa yö­nəldir. Elə isə de­yin görək haq­qa yö­nəl­dən kəs arxasınca ge­dilməyə daha çox la­yiq­dir, yox­sa özünə doğru yol gös­tə­ril­mə­yincə onu tapa bilmə­yən kəs? Sizə nə olub? Necə mü­hakimə edir­si­niz?”
36. Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn hə­qiqəti heç cür əvəz edə bil­məz. Allah onların nə etdiklə­rini bilir.
37. Bu Quran Allahdandır, On­dan baş­qası tərəfindən uy­durula bilməz. La­kin o, özün­dən əvvəl­kiləri təs­diq­lə­yən və aləmlərin Rəb­bi tərəfindən na­zil edilmiş, içində də heç bir şəkk-şübhə ol­ma­yan kitabları mü­fəssəl izah edəndir.
38. Yoxsa: “Muhəmməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru danı­şır­sı­nız­sa, ona bənzər bir surə də siz gə­tirin və Allahdan başqa, ki­mi ba­carırsı­nızsa, köməyə çağı­rın!”
39. Xeyr! Onlar elmini qav­raya bil­mədikləri və hələ yo­zumu on­lara gəl­məmiş Quranı yalan hesab etdilər. On­lardan əv­vəlkilər də yalan hesab et­miş­di­lər. Bir gör zalım­ların aqi­bəti necə oldu.
40. İçərilərində bu Qurana ina­nan­lar da var, ona inanma­yan­lar da. Rəb­bin fit­nə-fəsad törə­dənləri daha yaxşı ta­nıyır.
41. Əgər səni yalançı hesab et­sələr, de: “Mənim əməlim mə­nə, sizin əmə­li­niz isə sizə aid­dir. Siz mənim etdiyim əməl­­dən uzaqsı­nız, mən də sizin et­­di­yi­niz əməl­lərdən uzağ­am”.
42. Onlardan səni dinləyən­lər də var­dır. Məgər karlara – əgər an­lamır­lar­sa – sənmi eşit­di­rəcəksən?
43. Onlardan sənə baxanlar da var­dır. Məgər korları – əgər gör­mürlərsə – sənmi doğru yo­la yö­nəl­dəcəksən?
44. Həqiqətən, Allah insan­la­ra əsla zülm etməz, lakin in­san­lar öz­ləri öz­lə­rinə zülm edər­lər.
45. Allah onları bir yerə top­la­yacağı gün, sanki dünyada və yaxud qəbirdə gün­düzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini ta­nı­yacaqlar. Allahla qar­şı­laşacaqlarını yalan sayan­lar mütləq zi­ya­na uğrayacaq­lar. On­lar doğru yola yönələn deyillər.
46. Onlara vəd etdiyimiz əza­bın bə­zisini sənə göstərsək və ya­xud da gös­tərmədən öncə səni öldürsək, yenə də onların dö­nüşü Bi­zə­dir. Həm də Allah on­ların nə etdiklərinə Şahiddir.
47. Hər ümmətin bir elçisi var­dır. El­çiləri gəldikdə onla­rın ara­sında əda­lət­lə hökm ve­rilər və onlara zülm edil­məz.
48. Kafirlər deyirlər: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”
49. De: “Allahın istədiyin­dən başqa, mən özümə nə bir zə­rər, nə də bir xeyir verməyə qa­di­rəm. Hər ümmətin bir əcə­li var­dır. On­ların əcəli gəldiyi za­man bircə saat belə nə yu­ba­nar, nə də qa­ba­ğa keçə bilər­lər”.
50. Müşriklərə de: “Söylə­yin görüm, əgər Onun əzabı sizə gecə, ya­xud gün­düz gələ­cəksə, onda günahkarlar bun­lardan hansını tə­ləsik istəyə­cəklər?
51. Əzab başınızın üstünü al­dıqdan sonramı ona iman gə­tirə­cək­siniz? Yox­sa indimi? Siz ki, onun tez gəlməsini is­tə­yir­diniz!”
52. Sonra zalımlara deyilə­cək­dir: “Da­dın əbədi əzabı! Mə­gər siz ancaq qazandığınız gü­nahlara görə cəzalan­dı­rıl­mır­sı­nızmı?”
53. Səndən: “O əzab doğru­durmu?”– deyə xəbər alırlar. De: “Bə­li, and olsun Rəbbimə! Həqi­qətən də, o, doğrudur və siz ondan ya­xa qurtara bil­mə­yə­cək­siniz”.
54. Əgər zalım olan hər kəs yer üzün­də olanların hamısına sa­hib olsaydı, müt­ləq onu əzab­­dan qur­tarmaq üçün fid­yə ve­rər­di. On­lar əzabı gördükdə də­rin­dən peşman olarlar. Onla­rın arasında əda­lətlə hökm ve­ri­lər və onlara zülm edilməz.
55. Bilin ki, göylərdə və yer­də olan­ların hamısı Allahın­dır. Bilin ki, Alla­hın vədi haq­dır, lakin onların çoxu bu­nu bilmir.
56. O, həm dirildir, həm də öl­dürür. Siz yalnız Ona qayta­rıla­caq­sınız.
57. Ey insanlar! Rəbbiniz­dən sizə bir öyüd-nəsihət, köks­lər­də ola­na bir şəfa, möminlərə doğru yol göstəricisi və mər­hə­mət gəl­miş­dir.
58. De: “Bunlar Allahın lütfü və mər­hə­məti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, on­ların yığ­dıq­la­rın­dan da­ha xeyir­li­dir.
59. De: “Allahın sizə nazil et­diyi ru­zi barədə söyləyin gö­rüm, onun bir qis­mini haram, bir qis­mini isə halal say­dı­nız”. De: “Allah­mı sizə izin verdi, yox­sa Allaha iftira yaxırsınız?”
60. Allaha qarşı yalan uy­du­­ranların Qiyamət günü barədə fi­kir­ləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütf­kardır, la­kin on­la­rın çoxu şükür etmir.
61. Sən hansı bir işdə olsan, Quran­dan nə oxusan, siz nə iş gör­sə­niz, ba­şı­nız ona qarışar­kən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qə­dər bir şey Rəbbindən gizli qal­maz. Bundan da­ha ki­çiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məh­fuz­da) ol­­masın.
62. Şübhəsiz ki, Allahın dost­larının heç bir qorxusu yoxdur və on­lar kədər­lən­məyəcəklər.
63. Onlar iman gətirmiş və Allah­dan qorxmuşlar.
64. Dünya həyatında da, axi­rətdə də onlara müjdə vardır. Alla­hın kəlmələri əsla dəyişil­məz. Bu, böyük uğurdur.
65. Onların sözləri səni kə­dər­­lən­dir­məsin. Çünki qüdrət bütün­lüklə Allaha məxsusdur. O, Eşidən­dir, Biləndir.
66. Bilin ki, göylərdə və yer­də olan­ların hamısı Allahın­dır. Alla­hı qoyub başqa şərik­lərə yalvaranlar nəyin ar­dın­ca ge­dirlər? On­lar yal­nız zənnə uyur və ancaq yalan uydu­rurlar.
67. Gecəni rahatlanmanız üçün yara­dan, gündüzü də ru­zi qa­zan­­manız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşi­dən adamlar üçün dəlillər vardır.
68. Onlar: “Allah Özünə öv­lad gö­tür­müşdü!”– dedilər. O, pak­dır, mü­qəd­dəsdir! O, heç nəyə möhtac deyil. Göy­lər­də və yerdə nə varsa, Onun­dur. Buna aid sizdə heç bir də­lil yoxdur. Niyə Alla­ha qarşı bil­mədiklərinizi söy­ləyir­siniz?
69. De: “Şübhəsiz ki, Allaha qarşı ya­lan uyduranlar nicat tap­maz­lar”.
70. Onlar bir müddət dün­ya­da fay­da­lanar; sonra onların dö­nüşü Bizə olar. Sonra da küfr etdiklə­rinə görə onlara şiddətli əzab dad­dı­rarıq.
71. Onlara Nuhun əh­vala­tı­nı oxu. Bir zaman o, öz qöv­mü­nə de­mişdi: “Ey qövmüm! Əgər ara­nızda qalmağım və Allahın ayə­lə­ri­ni xatırlatmağım sizə ağır gə­lirsə, mən Allaha təvək­kül edi­rəm. Allaha qoşduğu­nuz şəriklər­lə bir­ləşib sözü bir yerə qoyun, sonra da işi­nizi aşkarda görün. Bundan sonra mə­nə qarşı bacar­dığınızı edin və mənə möh­lət ver­məyin.
72. Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istə­mirəm. Mə­nim mükafatım ancaq Allahdadır. Mənə mü­səlman­lar­dan olmaq əmr edil­­mişdir”.
73. Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla bir­lik­də gəmidə olanları xilas etdik, onları yer üzünə xə­ləflər təyin et­dik. Ayələrimizi yalan he­sab edənləri isə suda batır­dıq. Bir gör qor­xudulanların aqibəti necə oldu!
74. Sonra onun arxasınca el­çi­ləri öz ümmətlərinə göndər­dik. El­çilər onlara açıq-aydın də­lillər gətirdilər. Onlar isə öncə yalan he­sab etdiklərinə iman gə­tirmədi­lər. Biz həddi aşanla­rın qəlb­lə­ri­ni beləcə mö­hürlə­yirik.
75. Sonra onların arxasınca Musanı və Harunu Fironun və onun əyan­larının yanına açıq-aydın də­lilləri­mizlə elçi gön­dər­dik, la­kin onlar tə­kəb­bürlük göstər­dilər. On­lar günahkar bir tayfa idilər.
76. Onlara Bizim tərəfimiz­dən haqq gəldikdə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehr­dir!”– dedilər.
77. Musa dedi: “Əcəba, sizə haqq gəl­dikdə: “Bu sehr­dir­mi?”– de­yirsiniz? Hal­buki sehr­bazlar uğur qazan­maz­lar”.
78. Onlar dedilər: “Gəlmisi­niz ki, bizi atalarımızın tut­du­ğu yol­dan dön­də­rə­siniz və yer üzündə böyüklük et­mək ikini­zə qalsın? Biz sizə iman gəti­rən deyilik”.
79. Firon dedi: “Bütün bi­lik­li sehr­baz­ları yanıma gətirin!”
80. Sehrbazlar gəldikdə Mu­sa onlara dedi: “Nə atacaqsı­nızsa, atın!”
81. Onlar əllərindəki ipləri və dəyə­nək­ləri atdıqda Musa dedi: “Si­zin gör­dü­yünüz iş sehrdir. Hə­qiqətən, Allah onu boşa çı­xara­caq. Çünki Allah fitnə-fə­sad törə­dənlərin işini düzəlt­məz”.
82. Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haq­qı bər­qərar edəcək.
83. Firon və onun əyan­ları tə­rə­fin­dən özlərinə işgəncə ve­rilə­cə­yin­dən qor­xa­raq Musaya öz qövmündən yalnız az­saylı bir nəsil iman gətirdi. Həqiqə­tən də, Firon yer üzündə qəd­dar hakim və həd­di aşan­lar­dan idi.
84. Musa dedi: “Ey qöv­müm! Əgər Allaha iman gətirmiş­si­nizsə və mü­səl­man olmuşsu­nuzsa, Ona təvəkkül edin!”
85. Onlar dedilər: “Biz an­caq Allaha təvəkkül edirik. Ey Rəbbi­miz! Bizi za­lım qövmün əlində sınağa çəkmə!
86. Və bizi Öz mərhəmə­tin­lə kafir qövmün əlindən qur­tar!”
87. Biz Musaya və onun qar­daşına: “Camaatınız üçün Mi­sir­də evlər hazır­layın, evlə­ri­ni­zi na­mazgah edin və na­maz qı­lın. Mö­min­ləri müjdələ!”– deyə vəhy et­dik.
88. Musa dedi: “Ey Rəbbi­miz! Sən Firona və onun əyan­larına dün­ya hə­ya­tında zinət və mal-dövlət bəxş etdin. Ey Rəb­bimiz! On­lar insanları Sə­nin yolun­dan sapdırırlar. Ey Rəb­bimiz! Onların mal-döv­lə­tini məhv et, qəlblərini də sərt­ləş­dir ki, ağrılı-acılı əzabı gör­mə­yincə iman gətirməsinlər”.
89. Allah dedi: “Hər ikini­zin duası qə­bul olundu. Dəvəti­niz­də möh­kəm olun və nadan­la­rın yo­luna uymayın!”
90. Biz İsrail oğullarını də­niz­dən ke­çirtdik. Firon və onun qo­şu­nu zülm və düşmənçilik məqsə­dilə onları təqib et­dilər. Nəhayət Fi­ron dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdik­lə­rin­dən başqa məbud olmadığına inan­dım. Mən də müsəlman­lar­da­nam!”
91. Firona deyildi: “İndimi? Sən ki əv­vəllər asilik etmiş və fəsad tö­rə­dən­lər­dən olmuş­dun.
92. Bu gün sənin bədənini xilas edə­cə­yik (sahilə çıxara­cağıq) ki, səndən son­ra gələn­lərə ibrət ola­san”. Hə­qi­qə­tən də, insanların ço­xu ayələrimiz­dən xə­bər­sizdir.
93. Biz İsrail oğullarını gö­zəl bir yur­da sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlə­rinə elm gələnə qə­dər ixtilafa düş­mədilər. Şübhə­siz ki, Rəbbin, ixtilafa düşdük­ləri şey barə­sin­də Qi­yamət gü­nü onların arasında hökm ve­rəcəkdir.
94. Əgər sənə nazil etdiyi­mizə şübhə edirsənsə, səndən əvvəl Ki­tab oxu­yan­lardan so­ruş. Rəb­bindən sənə haqq gəl­mişdir. Odur ki, şübhə edən­lərdən ol­ma.
95. Allahın ayələrini yalan sa­yan­lar­dan da olma, yoxsa zi­yana uğra­yan­lar­dan olarsan.
96. Həqiqətən, sənin Rəbbi­nin Sözü özlərinin əleyhinə doğ­ru çıx­mış kim­sə­lər iman gə­tir­məzlər.
97. Onlara ayələrin hamısı gəl­sə be­lə, ağrılı-acılı əzabı gör­mə­yin­cə, iman gətir­məzlər.
98. Əzab gəldiyi an, Yunu­sun qöv­mün­dən başqa, iman gə­ti­rib ima­nı özü­nə fayda verən bir məm­ləkət əhli olub­mu? Yu­nu­sun qöv­mü iman gətirəndə on­lardan dünya həyatında rüs­vayçılıq əza­bını so­vuşdurduq və onlara müəy­yən vaxta qə­dər fani nemətlərdən fay­da­lan­maq imkanı verdik.
99. Əgər Rəbbin istəsəydi, yer üzün­də olanların hamısı iman gətirərdi. İn­sanları mö­min olmağa sənmi məcbur edə­cək­sən?
100. Allahın icazəsi olma­dan heç kəs iman gətirə bil­məz. Allah an­lama­yan­la­rı qə­zəbə uğ­radar.
101. De: “Görün göylərdə və yerdə nə­lər var”. Lakin iman gə­tir­məyən adam­­lara dəlillər və xə­bərdarlıqlar heç bir fayda vermir.
102. Yoxsa onlar özlərindən əvvəl gə­lib-gedənlərə üz ver­miş əzablı gün­lə­rin bənzəri­ni­mi göz­ləyirlər? De: “Göz­lə­­yin! Şübhəsiz ki, mən də sizinlə bir­likdə gözləyən­lərdənəm”.
103. Sonra elçilərimizi və mö­min­ləri xilas edərik. Mömin­ləri xi­las etmək Bizə vacibdir.
104. De: “Ey insanlar! Di­ni­mə şəkk edirsinizsə, bilin ki, mən Allah­dan baş­qa tapındıq­larınıza deyil, canınızı ala­caq Allaha iba­dət edirəm. Mənə mö­minlərdən olmaq əmr edil­mişdir”.
105. Sən hənif olaraq üzünü dinə tə­rəf çevir və müşrik­lər­dən ol­ma.
106. Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilmə­yən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, za­lım­lar­dan olar­san.
107. Əgər Allah sənə bir zə­rər to­xun­dursa, bunu Ondan başqa heç kəs ara­dan qaldıra bilməz. Əgər sənə bir xeyir di­ləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qulların­dan is­tə­di­yinə nə­sib edər. O, Bağış­layandır, Rəhm­­lidir.
108. De: “Ey insanlar! Rəb­binizdən sizə haqq gəlmişdir. Kim doğ­ru yolla getsə, xeyri onun özünə dəyər, kim az­ğın­lığa düşsə, zi­yanı da onun öz əley­hinə olar. Mən sizi qoru­yan deyiləm”.
109. Sənə nazil edilən vəhy­lərə tabe ol və Allah Öz hök­münü ve­rənə qədər səbir et. O, hökmran­ların ən yaxşısıdır.
Icon