ترجمة سورة الأنفال

الترجمة الأذرية
ترجمة معاني سورة الأنفال باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Səndən qənimətlər haq­qın­da so­ru­şurlar. De: “Qəni­mət­­lər Alla­ha və Pey­ğəmbərə aid­dir”. Elə isə Allahdan qor­xun və ara­nız­da­kı müna­sibət­ləri düzəl­din. Əgər mö­min­si­nizsə, Allaha və Onun Rəsuluna itaət edin.
2. Möminlər ancaq o kəslər­dir ki, Allah anıldığı zaman onların qəlbi qor­xuya düşər, Onun ayələri onlara oxun­duq­da imanları ar­tar, yalnız öz Rəbbi­nə təvəkkül edər,
3. namaz qılar və Bizim on­lara ver­di­yimiz ruzidən Allah yo­lun­da xərclə­yər­lər.
4. Məhz onlar həqiqi mö­min­lərdir. Onlar üçün Rəbbi ya­nın­da də­rə­cələr, bağış­lan­ma və bolluca ruzi vardır.
5. Rəbbin səni bu minvalla haqq-əda­lət uğrunda Bədrə get­mək üçün evindən çıxartdı. Hal­buki bu, möminlərdən bir dəs­tənin xo­şu­na gəlmirdi.
6. Haqq bəlli olduqdan son­ra belə onun barəsində səninlə mü­ba­hisə edir­di­lər, sanki göz­ləri baxa-baxa ölümə sü­rük­lə­nir­dilər.
7. O vaxt Allah sizə, iki dəs­tə­dən bi­ri­nin – karvanın və ya­xud ka­fir­lərin qo­şu­nunun sizin ol­acağını vəd edirdi. Siz si­lah­sız dəs­tənin si­zin olmasını ar­zu­la­yır­dınız. Allah isə Öz kəl­mə­ləri ilə haq­qı ger­çək­ləşdir­mək və kafir­lərin kökü­nü kəs­mək istəyirdi.
8. O bununla günahkarların xoşuna gəlməsə də, haqqı ger­çək­ləş­dir­mək və batili puç et­mək istəyirdi.
9. O vaxt siz Rəbbinizdən kö­mək di­ləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mə­ləklə yardım edə­cə­yəm”– deyə du­anızı qəbul etmişdi.
10. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz ra­hat­lıq tap­sın deyə belə etdi. Qə­lə­bə yal­nız Allahdandır. Həqi­qə­tən, Allah Qüd­rət­lidir, Hikmət sahibidir.
11. O zaman Allah Öz tərə­fin­dən bir təskinlik olsun de­yə, sizə yüngül bir mür­gü gön­dər­miş, göydən sizin üzə­ri­nizə yağmur en­dir­mişdi ki, onunla sizi təmiz­ləsin, şeytanın vəsvə­səsini sizdən uzaq etsin, qəlbi­nizi möhkəmlən­dirsin və onun­la qədəmlərinizi sa­bit etsin.
12. O zaman Rəbbin mə­lək­lərə: “Mən sizinləyəm! İman gə­ti­rən­ləri güclən­di­rin. Mən ka­­fir­lərin qəlbinə qorxu sa­la­ca­­ğam. On­la­rın boyunlarını vu­­run və bar­maqlarının ha­mı­sını kə­sin!”– deyə vəhy etmiş­di.
13. Bu, onların Allaha və Onun El­çi­sinə qarşı çıxmala­rı­na görə­dir. Allaha və Onun El­çisinə qarşı çıxan kimsəyə Allah şiddətli əzab verər.
14. Bax belə! İndi dadın onu! Kafirlər üçün Cəhənnəm odu­nun əzabı da hazır­lanmışdır.
15. Ey iman gətirənlər! Ka­fir­lərlə dö­yüş meydanında qar­­şılaş­sa­nız, arxanızı onlara çe­vir­məyin.
16. Daha bir döyüş əməliy­yatı keçir­mək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan­lar istisna olmaqla, kim belə bir gün­də onlara arxa çe­vi­rər­sə, Allahın qəzə­binə dü­çar olar. Onun gedəcəyi yer Cə­hənnəm­dir. Ora necə də pis dö­nüş yeridir.
17. Onları siz öldürmədi­niz, Allah onları öldürdü. Düşmən­lə­rin gözünə bir ovuc torpaq at­dı­­ğın zaman sən at­madın, Allah atdı ki, mö­minləri Öz tə­rə­fin­dən yaxşı bir sınaqdan ke­çirt­sin. Həqiqətən, Allah hər şeyi eşi­dən­dir, hər şeyi biləndir.
18. Bax belə! Həqiqətən də, Allah ka­firlərin hiyləsini zəif­lədər.
19. Əgər siz kafirlər ədalətli hökm di­ləyirsinizsə, artıq sizə hökm gəl­mişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xe­yir­li olar. Yox əgər qayıtsa­nız, Biz də qayı­darıq (mö­minlərə qarşı vuruşsa­nız, Biz də sizi məğlub edə­rik). Dəs­tə­niz nə qədər çox olsa da, bu sizi heç bir şey­dən qurtara bilməz. Şübhəsiz ki, Allah mö­min­lər­lədir.
20. Ey iman gətirənlər! Alla­ha və Onun Rəsuluna itaət edin, eşit­diyiniz halda on­dan üz dön­dər­məyin.
21. Eşitmədikləri halda: “Eşit­­dik!” de­yənlər kimi olma­yın.
22. Şübhəsiz ki, Allah ya­nın­da canlıla­rın ən pisi haqqı an­la­ma­yan karlar və lallardır.
23. Əgər Allah onlarda bir xe­yir ol­du­ğunu bilsəydi, əlbət­tə, on­la­ra eşit­di­rər­di. Əgər on­lara eşit­dirsəydi belə, yenə də üz çevi­rə­rək dönərdilər.
24. Ey iman gətirənlər! Pey­ğəmbər si­zi, həyat verəcək şey­lərə ça­ğır­dığı za­man Allahın və Peyğəmbərinin çağı­rı­şına ca­vab verin. Bi­lin ki, Allah in­san­la onun qəlbi arasındadır (onun istəyinə çat­ma­sına mane ola bilər) və siz Onun hüzu­runa toplanacaqsınız.
25. Elə bir bəladan qorxun ki, o, siz­lərdən təkcə zalım olan­lara üz verməz (hamınızı bürü­yər). Bilin ki, Allah şid­dətli cəza ve­rən­dir.
26. Yadınıza salın ki, bir za­man siz az idiniz, yer üzündə zəif sa­yılırdınız; kafir adamla­rın sizi ələ keçirəcəyindən qor­xurdunuz. Allah sizə sığınacaq ver­di, Öz köməyi ilə sizi qüv­vətləndirdi və si­zə pak ruzilər­dən verdi ki, bəlkə şükür edə­siniz.
27. Ey iman gətirənlər! Alla­ha və Onun Rəsuluna xəyanət­karlıq gös­tər­məyin və bilə-bilə ara­nız­dakı əmanətlərə də xə­ya­nət et­mə­yin.
28. Bilin ki, var-dövlətiniz də, öv­lad­la­rınız da ancaq bir imta­han­dır. Böyük mükafat isə Allah yanındadır.
29. Ey iman gətirənlər! Əgər Allah­dan qorxsanız, O sizə haqla na­haqqı ayırd etmə ba­carığı ve­rər, günah­ları­nız­dan keçər və sizi ba­ğışlayar. Allah bö­yük lütf sahi­bidir.
30. Bir zaman kafirlər səni həbs et­mək, öldürmək və ya yurdun­dan qovmaq üçün sənə qarşı hiylə qururdular. On­lar hiylə iş­lət­di­lər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.
31. Ayələrimiz onlara oxun­duğu za­man deyərlər: “Artıq eşit­dik. İstəsək, biz də buna bən­zərini deyə bilərik. Bu, keç­­miş­­də­ki­lə­rin əf­sanələrindən baş­qa bir şey de­yildir”.
32. O zaman onlar: “Ey Allah! Əgər bu, Sənin tərəfindən gəl­miş bir haqdırsa, onda üstü­müzə göy­dən daş yağdır və ya bizə ağrılı-acı­lı bir əzab gön­dər”– de­mişdilər.
33. Sən onların arasında ol­du­ğun hal­da Allah onlara əzab ver­mə­yəcək. Bağış­lanmalarını dilə­dikləri zaman da Allah on­lara əzab verən deyildir.
34. Onlar Məscidulharamın xid­mət­çi­ləri olmadıqlarına bax­­ma­ya­­raq mömin­ləri oraya bu­raxmadıq­ları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçi­ləri yalnız müt­təqilərdir. Lakin on­la­rın çoxu bunu bilmir.
35. Onların müqəddəs Evin yanındakı ibadətləri fit ver­mək və əl çal­maqdan başqa bir şey deyil­dir. Küfr etdiyinizə görə dadın əza­bı!
36. Şübhəsiz ki, kafir olan­lar insan­la­rı Allah yolundan sap­dır­maq üçün öz mallarını sərf edir­lər. Onlar onu sərf edə­cək, sonra bu­nun peşmançılığını çə­­kəcək, daha sonra isə məğlub ediləcək­lər. Ka­fir olanları Cə­hənnəmə top­la­ya­caqlar ki,
37. Allah murdarı pakdan ayır­sın, murdarları bir-birinin üs­tü­nə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yer­ləş­dirsin. Zi­ya­na uğrayanlar da məhz onlardır.
38. Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-ke­çən­lər on­lara ba­ğış­la­nar. Yox, əgər küfrə qayıtsalar, əvvəl­ki­lərin ba­şına gə­lən aqibəti göz­ləsinlər.
39. Fitnə aradan qalxana qə­dər və din tamamilə yalnız Alla­ha həsr edilənə­dək onlarla vu­ruşun! Əgər şirkə son qoy­sa­lar, bilsinlər ki, Allah onların et­dik­lərini görür.
40. Əgər onlar üz döndər­sə­lər, bilin ki, Allah sizin Hima­yədarı­nız­dır. O, nə gözəl Hi­ma­yədar, nə gözəl Yardım­çı­dır!
41. Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəs­tə­nin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil et­diyi­mi­zə iman gə­tirmisinizsə, bilin ki, ələ keçir­diyiniz qənimətlərin beşdə biri Alla­ha, Onun Elçi­sinə, onun əq­rəbasına, yetimlərə, kasıb­la­ra və müsa­firlərə məxsusdur. Allah hər şeyə qa­dirdir.
42. O zaman siz vadinin ya­xın tərə­fində, onlar uzaq tərə­fində, kar­van isə sizdən aşa­ğı­da dənizin sahilində idi. Əgər siz vədələş­səy­diniz, həmin vaxt və yer barə­sində ixtilafa düşər­di­niz. Lakin Allah olacaq işi hə­yata keçirmək üçün belə etdi ki, həlak olan açıq-ay­dın bir dəlil­lə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Hə­qiqətən, Allah hər şeyi eşi­dən­­dir, hər şeyi bi­lən­dir.
43. O zaman Allah yuxun­da sə­nə on­ları az göstərdi. Əgər on­­la­rı sənə çox gös­tərsəydi, ruh­dan dü­şər­ və döyüş barə­sində bir-biri­niz­lə müba­hisə edərdi­niz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olan­­ları bilir.
44. O vaxt qarşı-qarşıya gəl­di­yiniz za­­man Allah onları si­zin gö­zü­nüzə az gös­tərdi, sizi də onların gözündə azalt­dı ki, olacaq işi ye­rinə yetirsin. Bü­tün iş­lər Allaha qayıdır.
45. Ey iman gətirənlər! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möh­kəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapa­sı­nız.
46. Allaha və Onun Rəsuluna itaət edin, bir-birinizlə müba­hi­sə et­məyin, yox­sa ruhdan dü­şər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edən­lər­lə­dir.
47. Yurdlarından təkəbbür­lə, özlərini camaata göstərmək üçün çıxan və insan­ları Allah yo­lun­dan sapdıran kəslər ki­mi olma­yın. Allah onların əməl­lə­rini hər tərəf­dən əhatə etmiş­dir.
48. O zaman şeytan onların əməl­lə­ri­ni özlərinə gözəl­ gös­tə­rib: “Bu gün in­san­lardan heç kəs sizə qalib gələ bil­məz. Axı mən sizə yar­dım edən bir qon­şu­yam!”– demişdi, iki dəstə bir-birini gör­dük­də isə geri çə­ki­lib: “Mən siz­dən uza­ğam. Mən sizin görmədik­lə­ri­ni­zi görü­rəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza ve­rəndir!”– de­mişdi.
49. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedi­lər: “Bun­ları öz din­ləri aldat­dı!” Kim Allaha təvəkkül etsə, bil­sin ki, Allah Qüdrət­lidir, Hikmət sahibidir!
50. Kaş sən kafirləri mələk­lər onların canını alarkən görəy­din. Mə­ləklər onla­rın üzünə və yanla­rına vura-vura de­yir­dilər: “Dadın yan­dırıcı odun əzabı­nı!
51. Bu, öz əllərinizlə etdi­yi­niz əməl­lərə görədir. Yoxsa Allah qul­larına zülm edən de­yildir”.
52. Bunların əməli Firon nəs­li­nin və on­lardan əvvəlkilərin əmə­­­­li­nə bənzəyir. Onlar Alla­hın ayə­lərini inkar etdilər, Allah da on­ları gü­nahlarına görə ya­xa­ladı. Şübhəsiz ki, Allah Qüv­vətlidir, cə­za­lan­dırması da şid­dətlidir.
53. Bu, ona görədir ki, bir ca­maat nəfs­lərində olanı də­yiş­­mə­yin­cə, Allah da onlara ver­diyi neməti dəyişən de­yil­dir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi bilən­dir.
54. Bunların əməli Firon nəs­li­nin və on­lardan əvvəlkilərin əmə­­­­li­nə bənzəyir. Onlar Rəb­bi­nin ayə­lərini yalan hesab et­di­lər, Biz də on­ları günah­la­rı­na görə məhv etdik. Firon nəs­lini dənizdə qərq et­dik. On­la­rın ha­mısı zalım idi.
55. Şübhəsiz ki, Allah ya­nın­da can­lı­ların ən pisi kafir olan­lar­dır. Onlar iman gətir­məzlər.
56. Onlar əhd bağladığın kim­sələrdir ki, sonra hər dəfə öz əhd­lə­rini pozur və heç nə­dən çəkin­mirlər.
57. Əgər döyüşdə onları ya­xa­lasan, on­ları cəzalan­dırmaq­la ar­xa­­larında olan kimsələri də dağıt ki, bəlkə ibrət alsın­lar.
58. Əgər bir qövmün əhdi po­za­cağı ilə xəyanət etməsin­dən qorx­san, sən də on­lara onu poz­duğunu bil­dir. Şübhəsiz ki, Allah xa­in­lə­ri sevmir.
59. Qoy kafirlər əzabdan qa­ça bilə­cək­lərini zənn etmə­sin­lər. Çün­ki onlar ondan yaxa qurtara bilməzlər.
60. Düşmənlərə qarşı bacar­dı­ğınız qə­dər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşmə­ninizi və on­lar­dan başqa sizin bil­mə­di­yiniz, lakin Allahın bil­diyi kimsələri qor­xudasınız. Allah yolunda nə xərc­lə­səniz, əvəzi sizə tam ödə­ni­lər və sizə zülm edilməz.
61. Əgər onlar sülhə meyl etsə­lər, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidən­dir, Biləndir.
62. Əgər onlar səni aldat­maq istəsə­lər, bil ki, sənə Allah ye­tər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüv­vətlən­dirdi.
63. Allah onların qəlblərini bir­ləş­dir­di. Əgər sən yer üzün­də olan­ların ha­mı­sını sərf et­səy­din belə, onların qəlb­lə­ri­ni bir­ləş­dirə bil­məzdin. Lakin Allah on­la­rı birləş­dirdi. Həqiqətən, O, Qüdrət­li­dir, Hikmət sahibidir.
64. Ey Peyğəmbər! Sənə və sənin ar­dın­ca gedən mö­min­lə­rə Allah kifayət edər.
65. Ey Peyğəmbər! Mömin­ləri döyü­şə ruhlandır. Əgər ara­nızda iyirmi sə­birli kişi olsa, kafirlər­dən iki yüzünə qa­lib gə­lər; əgər ara­nız­da yüz səbirli ki­şi ol­sa, ka­fir­lərdən mininə qa­lib gələr. Çün­ki on­lar anla­ma­yan adam­lardır.
66. İndi Allah sizin yükü­nü­zü yün­gülləşdirdi. Çünki O, sizdə zə­iflik ol­duğunu bilirdi. Əgər ara­nızda yüz sə­birli kişi olsa, kafir­lər­dən iki yüzünə qa­lib gələr; əgər aranızda min sə­birli kişi olsa, Alla­hın izni ilə ka­firlərdən iki mi­ni­nə qalib gələr. Allah səbir edən­lər­lədir.
67. Peyğəmbərə yer üzündə çoxlu ka­fir qırmayınca əsir gö­tür­mək yaraşmaz. Siz dünya mən­fəət­lərini istəyirsiniz, Allah isə axi­rə­ti qazanmağınızı istə­yir. Allah Qüdrətlidir, Hikmət sahibidir.
68. Əgər Allah tərəfindən əzəl­dən yazılan bir hökm ol­masaydı, aldığınız fidyə müqa­bilində sizə böyük bir əzab to­xunardı.
69. Ələ keçirdiyiniz qəni­mət­­ləri ha­lal və təmiz olaraq yeyin və Allahdan qor­xun. Hə­qi­qə­tən, Allah Bağışlayandır, Rəhmli­dir.
70. Ey Peyğəmbər! Əliniz­də olan əsir­lərə de: “Əgər Allah qəl­bi­niz­də xe­yir olduğunu bilsə, siz­dən alınan fid­yə­dən daha xe­yirli­si­ni sizə verər və sizi ba­ğışlayar. Allah Bağışlayandır, Rəhm­lidir”.
71. Əgər əsirlər sənə xəya­nət etmək istəsələr, bilin ki, on­lar bun­dan əvvəl Allaha xəya­nət et­mişdi­lər. Allah mömin­lərə on­ların öh­də­sindən gəl­məyə im­kan ver­mişdi. Allah hər şeyi biləndir, hikmət sahibidir.
72. Həqiqətən, iman gəti­rən, hicrət edən və Allah yolunda öz ma­lı və canı ilə cihad edən müha­cirlər və sığınacaq verib köməkl­ik göstərən ənsar – məhz onlar bir-birinin dost­la­rı­­dır. İman gəti­rən, lakin hicrət etməyənlərə gəl­dikdə isə, on­lar hicrət etməyincə siz onları hi­mayə etməyə borclu deyil­si­niz. Əgər onlar din uğrun­da sizdən kömək istə­sələr, sizinlə arala­rında müqavilə olan bir qövm əleyhinə yardım istisna ol­maq­la, kömək etməyiniz gə­rək­dir. Allah sizin nə etdikləri­nizi görür.
73. Kafirlər də bir-birinə dost­­durlar. Əgər siz bir-birinizə yar­dımçı olma­sanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər.
74. İman gətirən, hicrət edən və Allah yolunda cihad edən­lər və sığınacaq ve­rib kö­mək­lik gös­tərənlər – məhz onlar həqiqi mö­min­lərdir. Onlar üçün ba­ğış­lanma və bolluca ruzi var­dır.
75. Sonradan iman gətirən­lər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kita­bı­na gö­rə bir-bi­ri­nə varis olmağa daha ya­xın­dırlar. Həqiqətən, Allah hər şe­yi bi­lir.
Icon