ترجمة سورة الإسراء

الترجمة الأذرية
ترجمة معاني سورة الإسراء باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Dəlillərimizdən bəzisini Pey­ğəmbə­rə göstərmək üçün Öz qu­lu­nu gecə vax­tı Məscidul­ha­ram­dan ətrafına xe­yir-bərə­kət ver­di­yi­miz Məsci­dul­əq­saya apa­ran Allah pak və müqəddəsdir. Hə­qiqə­tən, O, Eşidəndir, Gö­rən­dir.
2. Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən baş­qa­­sını özü­nü­zə hi­mayədar gö­türmə­yin!”– deyə o Ki­tabı doğ­ru yol gös­təricisi etdik.
3. Ey Nuhla birlikdə gəmidə daşı­dıq­larımızın nəsli! Nuh, doğ­ru­dan da, Bizə min­nətdar olan bir qul idi.
4. Biz Kitabda İsrail oğul­la­rına: “Siz yer üzündə iki dəfə fəsad tö­rə­də­cək­ və ol­duq­ca təkəbbür göstərə­cəksi­niz”– deyə xəbər ver­dik.
5. İki fəsaddan birincisinin vaxtı gəl­diyi zaman üstünüzə qüv­vət­li qulla­rı­mızı gön­dər­dik. Onlar yur­dunuzda gə­zib dola­şıb sizi ax­ta­rır­dılar. Bu, yerinə yetirilmiş bir vəd idi.
6. Sonra sizə onların üzə­rin­də yeni­dən qələbə qazandır­dıq, var-dövlət və oğullarla sizə yar­dım etdik və sizin sa­yınızı ço­xaltdıq.
7. Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əley­hinizə etmiş olursunuz. So­nuncu vədin vaxtı gələndə, üzü­nü­zü qara etsinlər, birinci dəfə Qüd­sdəki məscidə girdik­ləri ki­mi yenə də ora gir­sinlər və ələ keçirdikləri hər şeyi dar­­ma­da­ğın etsinlər de­yə düşmən­lərinizi üs­­tü­nüzə göndərdik.
8. Ola bilsin ki, Rəbbiniz si­zə rəhm etsin. Əgər siz fəsad tö­rət­mə­yə qayıt­sa­nız, Biz də sizi cə­za­landırmağa qayıdarıq. Biz Cə­hən­­nəmi ka­firlər üçün bir zin­dan etdik.
9. Həqiqətən, bu Quran in­san­ları ən doğru yola yönəldir və yax­şı işlər gö­rən mömin­lərə, öz­ləri üçün böyük mü­ka­fat olacağı ilə müjdə verir.
10. Axirətə iman gətirmə­yən­lər üçün isə ağrılı-acılı bir əzab ha­zır­lamışıq.
11. İnsan özünə xeyir dilə­di­yi kimi, şər də diləyir. Doğ­ru­su, in­san tələsən­dir.
12. Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf di­lə­yə­siniz, il­lə­rin sayını və he­sabı biləsiniz deyə ge­cə­nin əla­mətini si­lib gündüzün işıqlı əla­mətini gətirdik. Biz hər şeyi təf­silatı ilə izah et­dik.
13. Biz hər bir insanın əmə­lini öz boy­nundan asdıq. Qi­ya­mət gü­­nü isə açıq vəziy­yət­də qarşısına qoyulan kita­bı ona gös­tə­rə­cə­yik.
14. Kitabını oxu! Bu gün sə­nə özün-özünü hesaba çək­mə­yin ye­tər.
15. Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim az­ğın­lı­ğa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir gü­nah­kar baş­qa­sının günahını da­şı­maz. Biz elçi gön­dər­məmiş heç kəsə əzab ver­mərik.
16. Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-ca­lal için­də yaşayan sakinlərinə Alla­ha itaət etməyi əmr edərik. On­lar isə ora­da günah işlər gö­rər­lər. Be­ləcə, o məmləkə­tin ba­rə­sindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik.
17. Biz Nuhdan sonra neçə-neçə nə­sli məhv etdik. Rəb­bi­nin, qullarının günahlarını bil­məsi və görməsi kifa­yət­dir.
18. Kim gəldi-gedər dün­ya­nı istəsə, orada ona – di­lə­di­yi­miz kim­səyə is­tə­di­yi­miz şeylə­ri dər­hal verərik. Sonra isə onu qı­nan­mış və Allahın rəhmə­tin­dən qovul­muş halda girəcəyi Cə­hənnəmə ata­rıq.
19. Kim də Axirəti istəsə, mö­min ola­raq bütün qəlbi ilə ona can at­sa, onların səyi məm­nuniyyətlə qəbul olunar.
20. Biz hamıya – onlara da, bun­lara da Rəbbinin nemətin­dən ve­ri­rik. Rəbbi­nin neməti heç kəsə qadağan deyil.
21. Bax gör dünyada onla­rın birini di­gərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üs­tün­lüklər var­.
22. Allahla yanaşı başqa mə­buda iba­dət etmə, yoxsa qınanmış və başlı-başına buraxılmış vəziyyətdə qalarsan.
23. Rəbbin yalnız Ona iba­dət etməyi və ata-ana ilə yaxşı dav­ran­­mağı buyur­muşdur. Əgər onların biri və ya hər iki­si sə­nin ya­nın­da qocalıq yaşına do­larsa, onlara: "Uf!" belə demə, üstlərinə qış­qır­ma və onlara xoş söz söylə!
24. Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının al­tı­na al və: “Ey Rəbbim! On­lar məni körpəliyimdən tər­bi­yə edib bö­yütdük­ləri kimi, Sən də onlara rəhm et!”– de.
25. Rəbbiniz ürəklərinizdə olan­ları çox yaxşı bilir. Əgər əmə­li­sa­leh olsanız, bilin ki, hə­qiqətən də, O, tövbə edənləri Ba­ğış­la­yan­dır.
26. Qohum-əqrəbaya da, yox­sula da, mü­safirə də haqqını ver. La­kin malını lazım olma­yan yerə sərf etmə.
27. Həqiqətən, israfçılar şey­tan­ların qardaşlarıdır. Şeytan isə Rəb­binə qarşı nankordur.
28. Əgər sən Rəbbindən di­lə­diyin mər­həməti umaraq on­ların üzü­nə bax­mırsansa (imka­­nın olma­dığı üçün onlara bir şey verə bil­mirsənsə), onda on­lara xoş söz de.
29. Əlini nə qoynunda giz­lət, nə də onu büsbütün aç (nə xəsis ol, nə də is­rafçı). Yoxsa qı­nanmış və peşman və­ziy­yətdə qalarsan.
30. Həqiqətən, Rəbbin istə­di­yi­nin ru­zisini bol edər, istə­di­yinin­ki­ni də azal­dar. Şübhə­siz ki, O, Öz qullarını tanıyır və görür.
31. Yox­sulluq qorxusundan uşaq­la­rınızı öldürməyin. Axı on­la­rın da, sizin də ruzinizi Biz veri­rik. Onları öldür­mək, hə­qi­qətən də, böyük günahdır.
32. Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yol­dur!
33. Allahın, öldürülməsini ha­ram bu­yur­duğu şəxsi haqsız yerə öl­dürməyin. Kim haqsız yerə öldü­rülmüşsə, artıq onun varisinə ix­ti­yar vermişik (is­tə­sə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qan­bahası alar). Lakin o da qisas al­dıqda həddi aşmamalıdır. Çün­ki ona artıq kömək olunmuşdur.
34. Yetim həddi-büluğa ça­tana qə­dər, – xeyirxahlıq (qo­ruyub sax­la­maq və artırmaq məqsədilə is­tifadə etmək) is­tis­na olmaqla, – onun malına ya­xın­laşmayın! Əhdə vəfa edin. Çünki hər kəs əhd ba­rə­sində sor­ğu-sual oluna­caq­.
35. Ölçdükdə ölçüyə tam ria­yət edin, çəkdikdə düzgün tə­rə­zi ilə çə­kin. Bu, da­ha xeyirli və nəticə baxımından daha yax­şı­dır.
36. Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Çün­ki qulaq, göz və ürək – bun­ların ha­mısı sahibinin əməl­ləri barəsində sorğu-sual olu­na­caq­.
37. Yer üzündə təkəbbürlə gəz­mə. Çün­ki sən nə yeri yara bilər, nə də yük­sələrək dağlara çata bilərsən.
38. Bütün bu qadağan edil­miş pis əməl­lər, Rəbbinin xo­şuna gəl­məyən şey­lərdir.
39. Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allah­la ya­naşı başqa mə­buda iba­dət et­mə, yoxsa qınanmış və qo­­vul­muş hal­da Cəhənnəmə atı­lar­san.
40. Doğrudanmı Rəbbiniz oğ­lanları sizin üçün seçib, Özünə isə mə­lək­lər­dən qızlar götü­rüb?! Siz, həqiqətən də, olduqca ya­ramaz söz danışır­sınız.
41. Biz bu Quranda dinin eh­kamlarını izah etdik ki, onlar dü­şü­nüb ibrət al­sın­lar. Lakin bu, on­ların yalnız nifrətini ar­tırır.
42. De: “Əgər müşriklərin söy­lədikləri kimi Allahla ya­na­şı baş­qa məbudlar ol­saydı, onlar Ərş Sahibinin yanına çat­maq üçün yol ax­ta­rardılar”.
43. Allah müşriklərin söylə­dik­lərin­dən çox uzaq və çox ucadır.
44. Yeddi göy, yer və on­lar­da olan­lar Ona təriflər deyir. Elə bir şey yox­dur ki, həmd ilə Ona tərif deməsin, la­kin siz on­ların tə­ri­fi­ni anlamazsınız. Hə­qiqətən, O, Hə­lim­dir, Bağış­la­yandır.
45. Sən Quran oxuduğun za­man sə­ninlə Axirətə inanma­yan­la­rın arasına gözə­görün­məz pərdə çəkərik.
46. Quranı anlamasın­lar de­yə, Biz on­ların qəlblərinə örtük­lər çək­dik, qulaq­ları­na da tıxac vurduq. Sən Quranda Rəb­bi­nin Tək Allah ol­duğunu yada sal­dı­ğın zaman on­lar bu dəvətə nifrət edərək ar­xa­la­­rını çevirib gedərlər.
47. Onlar səni dinlədikləri za­man nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söh­bət edər­kən o zalımların: “Siz ancaq sehr­lən­miş bir adama uyur­sunuz”– dediklərini Biz çox yaxşı bi­li­rik.
48. Gör sənin üçün necə pis məsəllər çəkdilər. Onlar azdı­lar və ar­tıq doğru yolu tapa bil­mə­yəcəklər.
49. Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyü­müz za­man yeni bir məxluq kimi diril­diləcəyikmi?”
50. De: “İstər daş olun, istər dəmir,
51. və ya sizə nəhəng görü­nən bir məxluq olun, yenə də Allah si­zi di­riltmə­yə qadirdir”. On­lar deyəcəklər: “Bizi hə­yata kim qay­ta­ra­caq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə baş­la­rını yır­ğa­la­yıb: “Bəs bu nə vaxt ola­caq­?”– deyə­cək­lər. De: “Bəlkə də, ya­xın za­man­da oldu!”
52. O gün Allah sizi çağıra­caq. Siz də Ona həmd edərək çağırı­şı­na cavab ve­rəcək və dün­yada çox az qaldığınızı gü­man edəcək­si­niz.
53. Qullarıma de ki, ən gö­zəl sözləri danışsınlar. Çünki şeytan onların ara­sı­na ədavət sala bilər. Həqiqətən, şeytan in­sanın açıq-ay­dın düşmənidir.
54. Rəbbiniz sizi çox yaxşı ta­nıyır. İstəsə, sizə rəhm edər, is­təsə, sizə əzab ve­rər. Biz səni on­lara qoruyan gön­dər­mə­mi­şik.
55. Rəbbiniz göylərdə və yer­də olan­ları çox yaxşı tanı­yır. Biz pey­ğəm­bər­lə­rin bəzi­sini di­gərlə­rindən üstün etdik və Da­vuda Zə­bur verdik.
56. De: “Allahdan başqa mə­bud say­dıq­larınızı çağırın. On­lar bə­lanı sizdən nə uzaq­laş­dır­mağa, nə də onu başqasına yö­nəlt­məyə qa­dir deyillər”.
57. Onların yalvardıqları mə­budların öz­ləri də Rəbbinə – hansı daha yaxın ola­caq deyə vəsilə ax­tarırlar, Onun rəh­mə­tini umurlar, əzabından qor­xur­lar. Həqiqətən, Rəbbinin əza­bın­dan qo­run­maq gə­rəkdir.
58. Elə bir məmləkət yox­dur ki, Qi­yamət günündən əv­vəl Biz onu məhv etməyək və ya onu şiddətli əzaba düçar et­mə­yək. Bu, Ki­tabda yazıl­mışdır.
59. Bizim möcüzələr gön­dər­­məkdən vaz keçməyimizə sə­bəb an­caq əvvəl­ki­lə­rin onları yalan hesab etmələri idi. Sə­mud tay­fa­sı­na açıq-aydın möcüzə ki­mi bir dişi dəvə verdik, lakin on­lar ona zülm etdilər. Biz mö­cü­zələri yal­nız qor­xutmaq üçün göndəririk.
60. Bir zaman Biz sənə: “Rəb­bin in­sanları əhatə etmiş­dir”– de­miş­dik. Me­racda sənə gös­tər­­diyimiz mənzərəni və Qu­ran­da lə­nət­lən­miş ağacı in­sanlar üçün yalnız bir imtahan etdik. Biz on­ları qor­xu­du­ruq, bu isə onlarda ancaq böyük bir az­ğın­lığı daha da ar­tı­rır.
61. Bir zaman mələklərə: “Adə­mə səc­də edin!”– demiş­dik. İb­lis­dən başqa ha­mısı səc­də etdi. O dedi: “Mən Sənin pal­çıqdan ya­rat­dı­ğınamı səcdə edə­cə­yəm?!”
62. İblis dedi: “Məndən üs­tün tut­du­ğuna bir bax! Əgər Qiyamət gününə qədər mənə möhlət ver­sən, az bir qis­min­dən başqa onun bü­tün nəslini özü­mə ram edə­cəyəm”.
63. Allah buyurdu: “Çıx get! On­lar­dan kim sənə uysa, tam bir əvəz kimi cəzanız Cəhən­nəm ola­caqdır.
64. Onlardan gücün çatdığı kim­sə­lə­ri səsinlə günaha təhrik et, atlı və pi­ya­danı onların üs­tünə yerit, mallarına və övlad­larına şə­rik ol, onla­ra vədlər ver. Şübhə­siz ki, şeytan onlara ancaq yalan vəd­lər verər.
65. Əslində, Mənim ixlaslı qullarım üzərində sənin hökm­ran­lı­ğın olmaya­caq. Qo­ru­yan olaraq Rəbbin yetər”.
66. Lütfünə nail olasınız de­yə də­nizdə gəmiləri sizin üçün hə­rə­­kətə gə­tirən Rəbbi­nizdir. Həqiqə­tən, O sizə qarşı rəhm­lidir.
67. Sizə dənizdə bir fəlakət üz ver­di­yi zaman Ondan baş­qa ta­pın­dıq­larınız sizdən uzaq­la­şar. O sizi xilas edib qu­ru­ya çıxartdıqda isə üz döndərir­si­niz. Hə­qiqətən, insan nankor­dur!
68. Allahın sizi quruda yerə batır­ma­yacağına, yaxud üstü­nü­zə daş-kəsəkli tufan gön­dər­məyə­cə­yinə əminsinizmi? Son­ra sizi qo­ru­yan da tapa bilməz­siniz.
69. Yoxsa sizi bir daha də­ni­zə qay­ta­rıb üstünüzə qasırğa gön­dər­məyə­cə­yinə və kafir ol­duğunuza görə dənizdə sizi ba­tır­ma­ya­ca­ğı­na əminsiniz? Son­ra buna görə Biz­dən inti­qam alan bir nə­fər be­lə tapa bil­məz­siniz.
70. Biz Adəm oğullarını hör­mətli etdik, onları quruda və də­niz­də minik üstündə da­şıdıq, on­lara pak ruzilər ver­dik və onları ya­rat­dıq­larımızın ço­xun­dan xeyli üstün elədik.
71. O gün bütün insanları öz baş­çı­la­rı ilə birlikdə çağıra­cağıq. O zaman kita­bı sağ əlinə verilən kimsələr öz kitab­la­rını sevinclə oxu­yacaq və onlara xur­ma çəyirdə­yindəki lif qədər zülm edilmə­yə­cəkdir.
72. Bu dünyada kor olan kəs axi­rət­də də kor olacaq və üs­tə­lik haqq yol­dan daha çox aza­caqdır.
73. Müşriklər səni, sənə vəhy etdi­yi­mizdən az qala döndərə­cək­di­lər ki, Qu­randan başqa bir şeyi Bizə aid edəsən. Belə ol­duğu hal­da onlar səni özlərinə dost tutacaqdılar.
74. Əgər Biz səni dinində sa­bit sax­la­masaydıq, əlbəttə, az­ca da ol­sa onlara meyl edə­cək­din.
75. Belə olacağı təqdirdə sə­nə hə­ya­tın və ölümün əza­bını ikiqat daddı­rar­dıq. Sonra Bizə qarşı özünə bir köməkçi də ta­pa bilməz­din.
76. Müşriklər az qala səni bu torpaq­dan sıxışdırıb çıxa­ra­caq­dı­lar. Lakin sə­ni qovduqdan sonra özləri də orada an­caq az bir müd­dət qala bilərdilər.
77. Səndən əvvəl göndərdi­yi­miz el­çi­lərə qarşı da belə dav­ran­mış­lar. Sən Bi­zim qayda-qa­nun­larımızda heç bir də­yi­şik­lik tapa bil­məzsən.
78. Gün batmağa meyl edən­dən ge­cə­nin qaranlığına­dək bəl­li vaxt­­larda namaz qıl və sübh çağı Quran oxu (fəcr nama­zını da qıl)! Çün­ki sübh çağı oxu­nan Quranın şahidləri olur.
79. Gecənin bir vaxtı oya­nıb sənə əlavə buyrulmuş təhəc­cüd na­ma­zında Qu­ran oxu. Ola bil­sin ki, buna görə Rəb­bin səni tə­ri­fə­la­yiq bir məqama yük­səlt­sin.
80. De: “Ey Rəbbim! Məni da­xil ola­cağım yerə yaxşılıqla daxil et; məni çı­xa­cağım yer­dən də yax­şılıqla çıxart. Öz tə­rə­fin­dən mə­nə yardım edən bir də­lil ver”.
81. De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puç­luğa məh­kumdur!”
82. Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayə­lər na­zil edirik. Bu ayələr za­lım­ların ancaq ziyanını artırır.
83. İnsana nemət verdiyi­miz zaman anlamayaraq üz çevirib uzaq durar. Ona bir zərər to­xun­duqda isə məyus olar.
84. De: “Hər kəs öz xasiy­yə­tinə görə iş görər. Rəbbiniz isə ki­min doğru yol­da oldu­ğunu daha yaxşı bilir”.
85. Səndən ruh haqqında so­ru­şurlar. De: “Ruh Rəbbimin əm­rin­dən­dir. Sizə yalnız az bir bilik verilmişdir”.
86. Əgər istəsəydik, sənə vəhy etdi­yimizi qəlbindən silib aparar­dıq. Sonra bundan dola­yı Bizə qarşı özünə hi­ma­yəçi tapa bil­məz­din.
87. Ancaq Rəbbinin mərhə­mə­ti sayə­sində bunu etmədik. Doğru­dan da Onun sənə olan lütfü bö­yükdür.
88. De: “Əgər insanlar və cin­lər bu Qurana bənzər bir şey gə­tir­mək üçün bir yerə top­la­şıb, bir-birinə kömək etsələr belə ona bən­zə­rini gətirə bilməz­lər”.
89. Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah et­dik. La­kin insanların ço­xu yal­nız küfrü seçdi.
90. Onlar dedilər: “Bizə yer­dən bir bu­laq çıxarmayınca sə­nə iman gətir­məyə­cəyik;
91. və ya ortasından şırıl-şı­rıl çaylar axıdacağın xurma və üzüm ba­ğın ol­mayınca;
92. yaxud, iddia etdiyin ki­mi, göyü par­ça-parça üstü­mü­zə yağ­dır­ma­yınca; və ya Allahı və mə­ləkləri qarşımıza gətir­məyincə;
93. yaxud qızıldan bir evin ol­ma­yın­ca; və ya göyə qalxma­yınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir ki­tab en­dir­mə­sən, göyə qalx­ma­ğına da inanmaya­ca­ğıq”. De: “Rəbbim pak və mü­qəd­dəsdir! Mən isə yalnız elçi gön­dəril­miş bir insanam”.
94. İnsanlara doğru yol gös­təricisi gəl­diyi zaman on­la­rın iman gə­tirməsinə ancaq: “Allah bir insanımı el­çi göndər­di?”– demələ­ri ma­ne oldu.
95. De: “Əgər yer üzündə arxa­yın gə­zib dolaşanlar mə­ləklər ol­saydı, əlbəttə, onlara göy­dən bir mələk elçi göndə­rər­dik”.
96. De: “Mənimlə sizin ara­nızda Alla­hın şahid olması ye­tər. Hə­qiqə­tən, O, qulların­dan Xəbər­dardır, nə etdik­ləri­ni Gö­rəndir”.
97. Allah kimi doğru yola yö­nəl­dir­sə, o, doğru yoldadır. Kimi az­dı­rırsa, on­lara Ondan başqa dost­lar tapa bil­məz­sən. Qiyamət gü­nü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə top­laya­ca­ğıq. On­ların gedəcəkləri yer Cə­hən­nəmdir. Onun alovu azal­dıqca onlar üçün alovu artıra­cağıq.
98. Bu, ayələrimizi inkar et­diklərinə və: “Məgər biz sür-sü­­mük və ovuntu ol­du­ğumuz hal­da yeni bir məxluq olaraq di­rildilə­cə­yik?”– dediklərinə gö­rə onla­rın cəzasıdır.
99. Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah on­lar kimisini də yarat­mağa qadirdir? Allah onlar üçün elə bir əcəl mü­əyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yox­dur. Zalımlar isə küfrdən baş­qa bir şey qəbul etmədilər.
100. De: “Əgər siz Rəbbi­min rəhmət xəzinələrinə sahib ol­say­dı­nız belə, yenə də onun xərc­lənib tükənməsindən qor­xa­raq xə­sislik edərdiniz. Çünki insan xə­sis­dir”.
101. Biz Musaya doqquz aş­kar möcü­zə verdik. İsrail oğul­ların­dan soruş; Musa onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sə­nin ovsun­lan­dığını zənn edirəm”– demişdi.
102. Musa dedi: “Sən artıq bilirsən ki, bunları yalnız göy­lərin və yerin Rəb­bi, açıq-aş­kar mö­cüzə olaraq endirdi. Mən isə, ey Fi­ron, sənin məhv olacağını yəqin bilirəm”.
103. Firon onları bu yerdən qovub çı­xartmaq istədi. Biz isə onu və onunla bir­­likdə olanla­rın hamısını dənizdə ba­tırdıq.
104. Bundan sonra İsrail oğul­larına: “Bu yerdə yaşayın! Axi­rət vədi gəlib yetişdiyi za­man sizin hamınızı məhşərə gə­tirə­cəyik”– de­dik.
105. Biz Quranı haqq ola­raq nazil et­dik, o da haqq ola­raq nazil oldu. Səni də ancaq müj­də verən və xəbərdar edən bir elçi kimi gön­dərdik.
106. Quranı insanlara aram­la oxu­ya­san deyə, Biz onu his­sə­lərə ayırıb təd­riclə nazil et­dik.
107. De: “İstər ona inanın, is­tərsə də inanmayın. Doğru­dan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxundu­ğu za­man üzüstə səc­də­yə qapa­nır
108. və: “Rəbbimiz pak və mü­qəd­dəsdir! Rəbbimizin və­di müt­ləq yerinə yetəcəkdir!”– deyirlər.
109. Onlar üzüqoylu düşüb ağ­layır və bu ayələr onların ita­ətini ar­tırır.
110. De: “İstər Allah deyib ça­ğırın, istərsə də ər-Rəhman deyib çağırın. Necə ça­ğırsanız da, hər halda ən gözəl adlar Ona məx­sus­dur”. Na­mazını nə uca səs­lə, nə də pıçıltı ilə qıl. Bunların ara­sında or­ta bir yol tut.
111. De: “Özünə heç bir öv­lad gö­tür­məyən, mülkündə heç bir şə­ri­ki ol­ma­yan, aciz qalma­maq­dan ötrü Özünə kö­mək edə­cək heç bir dos­ta möhtac olma­yan Allaha həmd olsun!” Onu tərif­lə­yərək uca tut.
Icon