ترجمة سورة البلد

الترجمة الأذرية
ترجمة معاني سورة البلد باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. And içirəm bu şəhərə (Məkkəyə)!
2. Sən də o şəhərin saki­ni­sən.
3. And olsun valideynə və onun tö­rəməsinə!
4. Biz insanı çətinlik içində xəlq etdik.
5. O, heç kəsin ona gücü çat­maya­ca­ğınımı güman edir?!
6. O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
7. O, heç kəsin onu görmə­yəcəyi­ni­mi zənn edir?!
8. Biz ona iki göz vermə­dikmi?!
9. Eləcə də, bir dil və iki dodaq vermə­dikmi?!
10. Onu iki yolu – doğru və əyri yolu göstərmə­dikmi?!
11. Fəqət o, sərt yoxuşu aşa biləmədi.
12. Sən nə bilirsən ki, sərt yoxuş nədir?
13. O, bir kölə azad et­mək­dir
14. və ya aclıq günündə möh­taca ye­mək verməkdir –
15. qohumluğu çatan bir ye­timə,
16. yaxud aclıqdan yerə uzan­mış ka­sıba!
17. Sonra isə iman gəti­rənlərdən, bir-birinə səbir töv­si­yə edən­lərdən və mərhəmət töv­si­yə edən­lərdən olmaqdır.
18. Onlar sağ tərəf sahiblə­ridir.
19. Ayələrimizi inkar edən­lər isə sol tərəf sahibləridir.
20. Onları hər tərəfdən qa­playan bir Od gözləyir.
Icon