ترجمة سورة الأعلى

الترجمة الأذرية
ترجمة معاني سورة الأعلى باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Ən Uca Rəbbinin adına təriflər de!
2. O Rəbbin ki, hər şeyi ya­ra­dıb ka­milləşdirdi.
3. O Rəbbin ki, hər şeyin mü­qəddəratını əzəldən müəy­yən e­dərək yol göstərdi.
4. O Rəbbin ki, otlağı cü­cərt­di,
5. sonra da onu qaralmış sa­ma­na çevirdi.
6. Biz sənə Quranı oxudacağıq və sən onu unutmayacaqsan.
7. Yalnız Allahın istədi­yin­dən başqa. Şübhəsiz ki, Allah aşkarı da, gizlini də bilir.
8. Səni ən asan olana mü­vəf­fəq edə­rik.
9. Xatırlatmanın fayda ver­diyini gör­sən, onlara xatırlat!
10. Allahdan qorxanlar öyüd-nəsihət gö­türərlər.
11. Ən bədbəxt kimsələr isə onu qu­laqardına vurarlar.
12. O kimsə ki, Cəhənnəmə atılacaq.
13. O orada nə öləcək, nə də yaşaya bil­əcək.
14. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.
15. O kimsə ki, Rəbbinin adı­nı xatırla­yıb namaz qılmışdır.
16. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;
17. Axirət isə daha xeyirli və daha sürəklidir.
18. Həqiqətən də, bu, əv­vəl­ki səhifə­lərdə bildirilmişdir –
19. İbrahimin və Musanın sə­hifələ­rində.
Icon