ترجمة معاني سورة الشمس باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

آية رقم 1
1. And olsun günəşə və onun saç­dığı şəfəqə!
آية رقم 2
2. And olsun ondan sonra zühur edən aya!
آية رقم 3
3. And olsun günəşi açıqlığa çıxar­dan gündüzə!
آية رقم 4
4. And olsun günəşi bürü­yən gecəyə!
آية رقم 6
6. And olsun yerə və onu dö­şəyənə!
آية رقم 7
7. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
آية رقم 8
8. ona günahları və Allah­dan qorx­mağı təlqin edənə!
آية رقم 9
9. Nəfsini günahdan təmiz­lə­yən uğur qazanmışdır.
آية رقم 10
10. Onu günaha batıran isə ziyana uğramışdır.
آية رقم 11
11. Səmud qövmü öz azğın­lı­ğı üzün­dən Allahın elçisini inkar et­di.
آية رقم 12
12. Onların ən bədbəxti də­və­ni kəs­məyə qalxdıqda
آية رقم 13
13. Allahın elçisi onlara de­di: “Alla­hın bu dişi dəvəsi­nə to­xun­ma­yın və onun su içmə­si­nə mane olmayın!”
آية رقم 14
14. Onlar isə peyğəmbəri ya­lançı sa­yıb, dəvə­nin diz və­tə­ri­ni kəs­dilər. On­ların Rəbbi də bu günahlarına görə on­ların ha­mı­sını qı­rıb yerlə yeksan etdi.
آية رقم 15
15. Allah günahkarlara etdi­yi­nin nəti­cəsindən çəkinməz!
تقدم القراءة