ترجمة معاني سورة الرعد باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

4. Yer üzündə bir-birinə ya­xın müx­tə­lif münbitli torpaq sa­hələri, üzüm bağ­ları, əkinlər, şa­xəli-şa­xəsiz xurma ağac­ları var­dır. On­lar ey­ni su ilə suva­rılır. Lakin Biz yeyilməsinə görə on­la­rın birini di­gə­rin­dən üstün edi­rik. Doğru­dan da, bun­da ba­şa dü­şən adamlar üçün də­lil­lər var­.
6. Müşriklər səni yaxşılıq­dan öncə pisliyə – əzabın gəl­məsinə tə­ləs­dirirlər. Halbuki onlardan əv­vəl neçə-neçə ibrə­ta­miz cə­za­lar olub keçmişdir. Həqi­qə­tən, Rəb­bin insanların zalımlığına bax­ma­ya­raq tövbə edənləri ba­ğış­la­yır. Söz­süz ki, Rəbbinin cə­zası şiddət­li­dir.
8. Hər bir dişinin bətnində nə daşı­dı­ğı­nı, bətnlərin nəyi əs­kil­dib, nəyi artı­ra­cağını (uşa­ğın doqquz aydan tez yaxud gec doğulaca­ğı­nı) Allah bilir. Onun ya­nında hər şeyin müəyyən ölçüsü var­.
آية رقم 9
9. Allah qeybi və aşkarı bi­lən­dir, Bö­yükdür, Ucadır.
11. Allahın əmri ilə insanın həm önün­də, həm də arxa­sın­da daim onun­la birlikdə olub onu qoruyan mələklər vardır. Həqi­qə­tən də, insanlar nəfs­lə­rin­də olanı dəyişmədikcə, Allah da on­larda ola­nı dəyişməz. Əgər Allah hər hansı bir qövmə pis­lik etmək is­tə­sə, heç nə onun qar­şısını ala bilməz. On­ların On­dan başqa ixti­yar sa­hibi yox­dur.
12. İldırımdan qorxasınız və yağışın yağmasına ümid bəs­lə­yə­siniz deyə sizə şimşək gös­tərən və yağışla dolu ağır bu­lud­ları var edən Odur.
13. Göy gurultusu həmd edə­rək Ona təriflər deyir. Mələk­lər də Onun qor­xu­sundan tə­rif­lər deyirlər. Allah ildırımlar gön­də­rib is­tə­di­­yini vurur. Onlar Allah barəsində mübahisə edir­lər. Hal­buki O, şid­dətli cəza ve­rəndir.
14. Haqq çağırış yalnız Ona­dır. Müş­riklərin Ondan başqa çağır­dıqları isə, on­lara heç bir şeylə cavab vermirlər. Onlar ağ­zına su çat­sın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Hal­buki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan de­yil­. Doğ­ru­su, kafirlərin duası az­ğın­lıq­dan başqa bir şey de­yil­.
16. De: “Göylərin və yerin Rəbbi kim­dir?” De: “Allah­dır!” De: “Siz Onu qo­yub özlə­rinə nə bir fayda, nə də bir zə­rər ver­məyə qa­dir olmayan­larımı özü­nüzə dost tutursu­nuz?” De: “Korla görən ey­ni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa on­lar Alla­ha, Onun yaratdığı kimi yaradan şə­rik­lər tapdılar və bu ya­ra­dı­lış onlara bənzər göründü? De: “Hər şeyi yara­dan Allah­dır. O Tək­dir, hər şeyə Qalib gələn­dir”.
17. O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məc­ra­la­rından da­şaraq sel olub axır. Sel də üzə çıxmış kö­püyü gö­tü­rüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar dü­zəltmək üçün in­san­ların odda qızdırıb əritdik­ləri şeylə­rin üs­tündə də buna bən­zər kö­pük olur. Allah haqqa və ba­ti­lə belə mi­sal­lar çəkir. Köpük yox olub gedir, insan­lara fayda ve­rən şeylər isə yerində qa­lır. Bu­dur Allahın çəkdiyi misallar!
18. Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət – Cən­nət hazır­lan­mışdır. Onun də­vətini qəbul etmə­yən­lə­rə gə­lin­cə, yer üzündə olan var-döv­lə­tin ha­mısı, üstəlik bir o qədəri də onların ol­saydı, əzab­dan qur­tarmaq üçün onu müt­ləq fidyə verərdilər. On­larla dəh­şətli bir haqq-hesab çəki­ləcəkdir. Onla­rın gedəcəkləri yer Cəhən­nəmdir. Ora nə pis yataqdır!
آية رقم 20
20. O kəslər ki, Allaha ver­dik­ləri sö­zü yerinə yetirir və əhdi poz­murlar.
21. O kəslər ki, Allahın qo­vuş­du­rul­masını əmr etdiyi şey­ləri qo­vuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möh­­kəm­lədir), Rəb­bin­dən qorxur və pis haqq-hesabdan çəkinirlər.
23. əməlisaleh ataları, zöv­cə­­ləri və öv­ladları ilə birlikdə da­xil ola­caqları Ədn cən­nətləri ha­zırlan­mışdır. Mələklər bütün qapılar­dan onların yanına da­xil olub deyə­cəklər:
آية رقم 24
24. “Səbir etdiyinizə görə si­zə salam ol­sun! Axirət yur­du­nuz ne­cə də gözəl­dir!”
28. Bunlar, iman gətirənlər və qəlb­lə­ri Allahı zikr etməklə ra­hat­lıq ta­pan­lardır. Bilin ki, qəlblər ancaq Allahı zikr et­məklə ra­hat­lıq tapır.
آية رقم 29
29. İman gətirib saleh əməl­lər edən­lər üçün xoş güzəran və gö­zəl qayı­dış yeri hazırlan­mışdır.
30. Beləliklə, Biz səni özün­dən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir üm­­mətə gön­dərdik ki, onlar Mərhə­mətli Allahı inkar et­dik­ləri halda, sə­nə vəhy et­di­yimizi onlara oxu­yasan. De: “O, mə­nim Rəb­bim­dir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yal­nız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”.
31. Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və ya­xud da onun sayə­sində ölü­lər da­nış­saydılar, o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Alla­ha məx­susdur. İman gə­ti­rənlər hələ bil­mir­lərmi ki, əgər Allah istə­səy­di, bütün in­san­la­rı doğru yola yönəl­dərdi? Alla­hın vədi gəlin­cə­yə qədər etdik­ləri əməllərə görə kafir olan­la­ra müsibət üz ver­mək­də davam edəcək və ya onların yur­du­nun yaxınlığında da­ya­na­caqdır. Şüb­hə­siz ki, Allah vədinə xilaf çıx­maz.
32. Səndən əvvəlki elçilərə də isteh­za edilmişdi. Mən ka­fir­lə­rə möh­lət ver­dim, sonra isə on­ları yaxaladım. Gö­rəydin on­ları cə­za­landırmağım necə ol­du!
33. Hər kəsin qazandığını qo­ru­yub saxlayan Allah, buna qa­dir ol­mayan bütlər kimi ola bilər­mi? Müşriklər isə Allaha şə­rik­lər qo­şur­lar. De: “Onların ad­larını söyləyin! Yoxsa siz Allaha yer üzündə bil­mə­diyi şey­ləri ya­xud boş sözlərimi xəbər ve­rir­si­niz?” Doğrusu, ka­firlərə öz hiylələri gözəl göstərildi və on­lar doğru yoldan çı­xa­rıl­dı­­lar. Allah kimi azdırsa, onu doğ­ru yola yönəl­dən olmaz.
36. Kitab verdiyimiz kəslər sə­nə na­zil edilənə sevinirlər. Firqə­lər arasında elə­si də var­ ki, onun bir qismini in­kar edirlər. De: “Mə­­nə Allaha iba­dət et­mək və Ona şərik qoşma­maq əmr edil­miş­dir. Mən sizi yalnız Ona ibadət etmə­yə çağı­rıram və qayı­dışım da yalnız Onadır!”
39. Allah bu yazıdan istə­di­yini silər, istədiyini də sabit sax­layar. Ki­tabın anası da Onun yanın­dadır.
40. Biz onlara vəd etdiyimi­zin bir qismini sənə göstərsək və ya on­dan öncə səni öldür­sək, bil ki, sənin öhdənə dü­şən an­caq təbliğ et­məkdir. Haqq-he­sab çəkmək isə Bizə aiddir.
41. Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəf­lə­rin­dən azalt­dığı­mızı (müsəl­man­ların ixti­yarına ver­diyi­mi­zi) gör­mür­lər­mi? Allah istədiyi kimi hökm verir. Onun hök­münü ləğv edən ol­maz. O, tez haqq-hesab çəkəndir.
تقدم القراءة