ترجمة معاني سورة المرسلات
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. And olsun xeyirlə göndərilənlərə
3. And olsun Allahın əmrini yaydıqca yayanlara,
4. haqqı nahaqdan ayırdıqca ayıranlara
5. və zikri çatdıranlara –
6. üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!
7. Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaq.
8. Ulduzlar sönəcəyi zaman;
10. Dağlar dağılacağı zaman;
11. Ümmətlərinə şahidlik etmələri üçün elçilərə vaxt təyin ediləcəyi zaman
12. deyiləcək: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”
13. Cavabında deyiləcək: “Ayırd etmə gününədək!”
14. Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?
15. O gün Qiyaməti yalan sayanların vay halına!
16. Məgər Biz ilk nəsilləri həlak etmədikmi?!
17. Sonrakıları da onlara qatacağıq.
18. Biz günah sahibləri ilə belə davranırıq.
19. O gün Qiyaməti yalan sayanların vay halına!
20. Məgər Biz sizi dəyərsiz bir sudan xəlq etmədikmi?
21. Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
22. məlum bir vaxta kimi?
23. Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
24. O gün Qiyaməti yalan sayanların vay halına!
25. Məgər Biz yeri məskən etmədikmi –
27. Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?
28. O gün Qiyaməti yalan sayanların vay halına!
29. Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!
30. Üç qola ayrılan kölgəliyə gedin!”
31. Ora nə kölgə salır, nə də alovdan qoruyur.
32. Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.
33. Onlar sanki sarı dəvələrdir.
34. O gün Qiyaməti yalan sayanların vay halına!
35. Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür.
36. Onlara üzrxahlıq üçün izin belə verilməyəcək.
37. O gün Qiyaməti yalan sayanların vay halına!
38. Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik!
39. Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
40. O gün Qiyaməti yalan sayanların vay halına!
41. Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
42. və istədikləri meyvələr içində olacaqlar.
43. Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için!
44. Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
45. O gün Qiyaməti yalan sayanların vay halına!
46. Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarsınız!
O gün Qiyaməti yalan sayanla-rın vay halına!
48. Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər.
49. O gün Qiyaməti yalan sayanların vay halına!
50. Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar?