ترجمة معاني سورة لقمان باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

آية رقم 1
1. Əlif. Ləm. Mim.
آية رقم 3
3. Xeyirxah əməl sahibləri­nə doğru yol göstəricisi və rəh­mət­dir.
6. İnsanlar arasında eləsi də var ki, heç bir biliyi olma­dan baş­qa­­larını Allah yolun­dan sapdırmaq və Allahın ayə­lə­ri­ni lağa qoy­maq üçün boş-boş söz­ləri sa­tın alır. Məhz onları alçaldıcı bir əzab göz­ləyir.
7. Ayələrimiz onlara oxun­duğu za­man sanki ona eşit­mirmiş, qu­laqla­rında tıxac var­mış kimi təkəbbürlə üz çevi­rər. Sən be­lə­lə­ri­ni ağrılı-acılı bir əzab­la müjdələ.
آية رقم 8
8. İman gətirib yaxşı işlər gö­rənlər üçün Nəim cən­nətləri ha­zır­lan­mış­dır.
11. Bunlar Allahın yaratdıq­larıdır. İndi siz mənə göstərin gö­rüm, On­dan başqaları nə ya­radıblar? Xeyr! Zalımlar açıq-aydın az­ğınlıq için­dədirlər.
14. Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-gü­nə zəiflədiyinə baxmayaraq da­şımışdır. Onun süd­dən kəsil­məsi isə iki il ərzində olur. Mənə və vali­deyn­lə­ri­nə şükür et! Axır dönüş Mənədir.
17. Oğlum! Namaz qıl, yax­şı işlər gör­məyi əmr et, pis iş­lə­ri qa­da­ğan elə. Ba­şına gə­lən çə­tinliklərə səbir et. Həqi­qə­tən, bu, əzm tə­ləb edən əməl­lər­dən­dir.
21. Onlara: “Allahın nazil et­diyinə itaət edin!”– deyil­dik­də, on­lar: “Yox! Biz əcdadımı­zın getdiyi yolu tutub ge­dəcə­yik!”– de­yər­lər. Əgər şeytan onları Cə­hənnəm odunun əza­bına doğru sü­rük­lə­yir­sə, onda necə olsun?
23. Kafirlərin küfr etməsi sə­ni kədər­lən­dirməsin. Onların dö­nü­şü Bizə ola­caq. Biz də on­lara etdikləri əməllər ba­rədə xə­bər ve­rə­cə­yik. Həqi­qətən, Allah kökslərdə olanları bilir.
آية رقم 24
24. Biz onlara dünyada olan nemət­lər­dən az bir müddət is­tifadə et­məyə im­kan verəcək, sonra da onları ağır bir əzaba qatlaşma­ğa məc­bur edəcəyik.
25. Əgər sən onlardan: “Göy­ləri və ye­ri kim yaratmış­dır?”– de­yə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onla­rın çoxu bunu bilmir.
31. Onun dəlillərinin bəzi­si­ni sizə göstərməkdən ötrü də­nizdə gə­milərin Allahın nemə­ti sayəsində üzdü­yünü gör­­mür­sü­nüzmü? Şüb­həsiz ki, bunlar sə­birli olanlar və şükür edən­lər üçün bir ib­rət­dir.
32. Dağların saldığı kölgə­lər kimi dal­ğalar onları çul­ğadığı za­man onlar dini məhz Allaha məxsus edərək Ona yal­va­rar­lar. Allah on­ları xilas edib quru­ya çı­xartdıqda isə ara­la­rından bəzilə­ri küfrlə iman arasında or­ta yol tutar. Bizim ayə­lərimizi yalnız nan­kor xain­lər inkar edərlər.
تقدم القراءة