ترجمة معاني سورة الأنعام باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

1. Həmd, göyləri və yeri yaradan, zül­mət­lə­ri və nuru var edən Allaha məxsusdur! Bu dəlil­lər­dən sonra kafir olan­lar hələ də bütləri öz Rəb­binə tay tuturlar.
2. Sizi palçıqdan yaradan, son­ra da əcəlinizi təyin edən Odur. Onun yanın­da Qiya­mət gü­nü üçün də bəlli bir əcəl var­dır. Bunu bildikdən sonra siz ye­nə də şübhə edir­siniz.
3. O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allah­dır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qa­zanacağınızı da bi­lir.
6. Məgər onlar özlərindən əv­vəl ne­çə-neçə nəsilləri məhv et­di­yi­­mi­zi gör­mədilərmi? Biz onlara yer üzündə sizə ver­mə­diyimiz im­kan­ları vermiş­dik. On­ların üzə­rinə göydən bol-bol yağış yağ­dır­mış və ev­lərinin al­tından çaylar axıt­mışdıq. Biz onları günahlarına görə hə­lak etdik və onlardan sonra başqa nə­sil­lər yaratdıq.
7. Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey de­yil­!”– deyərdilər.
8. Onlar: “Nə üçün ona mə­lək endi­ril­məyib?”– dedilər. Əgər biz mələk en­dirsəydik, iş bit­miş olar­dı, onlara isə möh­lət ve­ril­məz­di.
9. Əgər biz onu mələk et­səy­­­dik, əl­bət­tə, onu kişi edərdik və on­la­rı bir daha düşdükləri şüb­hə­yə salardıq.
10. Əlbəttə, səndən əvvəlki el­çilərə də istehza edilmişdi. Am­ma istehza edən­­ləri, məsxə­rə­yə qoy­duqları şey hər tərəf­dən bürüdü.
17. Əgər Allah sənə bir zə­rər vur­maq istəsə, bunun qarşı­sını On­dan baş­qa heç kəs ala bil­məz. Əgər sənə bir xe­yir to­xundursa, heç kəs Ona mane ola bil­məz. O, hər şeyə qa­dirdir.
آية رقم 18
18. O Öz qulları üzərində müt­ləq ha­kimiyyət sahibidir. O, Hikmət sahibidir, hər şeydən Xə­bərdardır.
19. De: “Kimin şahidliyi da­ha böyük­dür?” De: “Allah mə­nimlə sizin ara­nız­da Şahiddir. Bu Quran mənə vəhy olun­du ki, onunla si­zi və onun çata­ca­ğı hər kəsi xəbər­dar edim. Mə­gər siz Allah­la ya­naşı ibadətə la­yiq olan başqa məbud­ların oldu­­ğu­na şa­hidlik edir­si­niz?” De: “Mən şa­hidlik et­mirəm!” De: “O, Tək olan İlahdır. Mən si­zin şərik qoş­duqla­rınızdan uza­ğam”.
20. Özlərinə Kitab verdiyi­miz kəslər Muhəmmədi öz oğul­larını tanı­dıq­ları ki­mi tanı­yır­lar. Özlərini ziyana uğradan­lar iman gə­tir­məzlər.
22. O gün onların hamısını bir yerə top­layacaq, sonra isə şə­rik qo­şanlara deyə­cəyik: “İd­dia etdi­yiniz şərikləriniz hara­dadır?”
23. Sonra onların: “Allaha – Rəb­bi­mi­zə and olsun ki, biz müş­rik olma­mış­dıq!”– demə­lərindən başqa bir bəhanə­ləri qal­ma­ya­caq.
24. Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydur­duq­ları bütlər isə onlar­dan uzaqlaşıb yox olacaqlar.
25. Aralarında səni dinlə­yənlər də vardır. Quranı anla­masın­lar deyə onla­rın qəlblə­rinə pərdə çək­dik, qulaq­la­rı­na da tıxac vurduq. Onlar istə­ni­lən ayə­ni görsələr belə, yenə də ona inan­maz­lar. Hətta sə­nin ya­nına gəldikdə sə­ninlə mü­ba­hisə edir­lər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əf­sanələ­rin­dən baş­­qa bir şey deyildir”– de­yər­lər.
26. Onlar həm insanları haq­­dan uzaq­laşdırır, həm də öz­lə­ri on­dan uzaq­la­şır­lar. Onlar ancaq özlərini həlak edir və bunu hiss et­mirlər.
27. Odun üzərində dayan­dı­­rıl­dıqları vaxt onların: “Kaş ki, bizi dünya­ya qay­taraydılar! Onda biz Rəbbimizin ayə­lə­rini yalan say­mayıb möminlərdən olar­dıq”– dediklərini görəy­din!
28. Xeyr! Əvvəllər gizlət­dik­­­ləri günah­lar onlara aşkar oldu. Əgər onlar geri qay­tarılsay­dı­lar, yenə də özlərinə qada­ğan olun­muş şeylərə qayıdardılar. Şüb­hə­siz ki, onlar yalançı­dır­lar.
29. Onlar dedilər: “Dünya hə­ya­tı­mızdan başqa bir həyat yox­dur və biz diril­dilmə­yə­cə­yik!”
30. Onları Rəbbinin qarşı­sın­da da­yan­dırılarkən bircə gö­rəydin! Allah on­lara de­yəcək­: “Məgər bu dirilmə həqi­qət de­yil­mi?” On­lar: “Əlbəttə, Rəb­­bi­mizə and olsun ki, bu həqi­qət­dir!”– deyə­­cək­lər. O buyu­ra­caq­: “Elə isə inkar etdi­yi­nizə görə dadın əzabı!”
33. Biz bilirik ki, onların de­dikləri sə­ni kədərləndirir. Əs­lində onlar səni ya­lançı hesab etmirlər. Lakin zalımlar Alla­­hın ayələrini inadla inkar edirlər.
34. Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bi­zim köməyimiz on­lara gələ­nə­dək ya­lançı sayılmalarına və on­lara əziy­yət verilməsinə sə­bir et­dilər. Heç kəs Allahın kəl­mələrini də­yi­şə bil­məz. Artıq peyğəmbərlərə aid bə­zi xə­bər­lər sənə gəlib çatdı.
36. Sənin çağırışını ancaq sə­mimi qəlb­dən din­­ləyənlər qəbul edər. Ölü­lərə gəl­dik­də isə, Allah onları di­rildəcək, son­ra da on­lar Onun hü­zuruna qayta­rıla­caqlar.
40. De: “Doğru danı­şan­lar­sı­­nızsa, de­yin görüm, əgər sizə Alla­hın əzabı gəlsə və ya hə­min Saat sizi haqlasa, Allah­dan baş­qa­sı­nı­mı çağıra­caqsı­nız?”
41. Xeyr! Siz yalnız Onu ça­ğı­racaq­sı­nız. Əgər Allah istəsə, Ona uzaqlaşdır­ması haqqında yal­var­dığınız bəlanı ara­dan qal­dı­rar və şə­rik qoşduğunuz şey­lə­ri unu­dar­sınız.
42. Səndən əvvəl də üm­mət­lərə elçilər göndərmişdik. Biz o üm­mətləri sıxın­tıya və xəs­təliyə dü­çar etdik ki, bəlkə boyun əyə­lər.
43. Nə üçün əzabımız on­la­ra gəldiyi zaman boyun əy­mə­dilər? On­ların qəlb­ləri sərt­ləş­di, şeytan da onlara etdikləri əməlləri gözəl­ gösdərdi.
44. Onlar özlərinə edilmiş xə­bər­dar­lı­ğı unutduqları zaman hər şeyin qapı­la­rını onların üzünə açdıq. Özlərinə ve­ri­lən şeylərə se­vindikləri vaxt isə on­ları qəf­lə­tən yaxaladıq və onlar naümid qal­­dılar.
46. De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və gör­mə qa­­bi­liy­yə­tinizi əli­­nizdən al­sa, qəlb­­lərinizə mö­hür vur­sa, Allah­dan başqa hansı məbud on­ları si­zə qay­tara bilər?” Bax gör, Biz ayələri ne­cə izah edi­rik, sonra onlar ye­nə üz çe­vi­rirlər.
48. Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi gön­dəririk. İman gətirib əməllə­rini islah edənlərin heç bir qorxu­su yoxdur və onlar kə­dər­lənməyə­cəklər.
آية رقم 49
49. Ayələrimizi yalan sa­yan­­lara isə günah işlətdiklərinə gö­rə əzab toxu­na­caqdır.
51. Rəbbinin hüzuruna top­la­na­caq­larından qorxanları xə­bər­dar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə pis əməl­­lərdən çə­kinələr.
52. Rəbbinin Üzünü diləyə­rək səhər və axşam çağı Ona dua edən­ləri ya­nın­dan qovma. Nə sən onların verəcəkləri he­sa­bata az­ca da olsa cavab­deh­sən, nə də onlar sənin verə­cəyin hesabatına az­ca da olsa ca­vab­dehdirlər. On­ları qov­san, za­lım­lardan olarsan.
53. Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar de­sinlər: “Mə­gər Allah bizim ara­mızdan ancaq bun­la­ra lütf gös­tər­mişdir?” Allah şü­­kür edən­ləri daha yaxşı tanı­yan de­yil­­mi?
54. Ayələrimizə iman gəti­rən­lər sə­nin yanına gəldikdə onlara de: “Sizə sa­lam olsun! Rəbbiniz Özünə rəhmli ol­mağı əzəldən yaz­mış­dır; sizlərdən hər kəs avam­lığı üzündən pis iş görsə, son­ra töv­bə edib əməl­lə­rini islah etsə, Allah onu ba­ğış­layar. Həqiqətən, O, Ba­ğış­la­yan­dır, Rəhmlidir”.
آية رقم 55
55. Günahkarların tutduğu yo­lun ay­dınlaşdırılması üçün Biz ayə­lərimizi be­ləcə bir-bir izah edirik.
58. De: “Əgər səbirsizliklə can atdı­ğı­nız əzab mənim əlim­də ol­saydı, əlbət­tə, mənimlə si­zin ara­nızda iş bitmiş olar­dı. Allah za­lımları daha yaxşı ta­nıyır”.
60. Gecələr sizi yatızdıran, gün­düz­lər isə nələr etdiyinizi bilən Odur. Son­ra O, sizi sə­hər­lər oya­dır ki, müəyyən olun­muş əcə­liniz gəlib çatsın. Son­ra isə dönü­şünüz Ona ola­caq. O, nə etdiklə­ri­niz ba­rədə sizə xəbər verəcək­dir.
61. O Öz qulları üzərində müt­ləq ha­kimiyyət sahibidir. O sizə gö­zətçi mə­ləklər gön­də­rir. Nəha­yət sizlərdən biri­nə ölüm gəl­di­yi za­man elçilə­ri­miz mələk­­lər onun ca­nı­nı alır­lar və heç bir səhvə yol ver­mir­lər.
62. Sonra onlar öz­lə­rinin hə­qiqi Hi­mayədarı olan Allaha qayta­rılacaq­lar. Hökm yalnız Ona məx­susdur və O, ən tez haqq-hesab çəkən­dir.
63. De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əl­bət­tə ki, şü­kür edənlərdən olarıq”– deyə yal­var­dı­ğınız za­man sizi qu­runun və dənizin zülmətlərindən xilas edən kim­dir?”
64. De: “Ondan və bütün başqa sıxın­tılardan sizi Allah xilas edir. Sonra siz yenə də Ona şərik qoşur­sunuz”.
آية رقم 67
67. Hər bir xəbərin gerçəklə­şə­cəyi mü­əyyən vaxtı var və siz onu biləcəksiniz.
69. Müttəqilər onların törət­dik­lərinə görə azca da olsa məsuliy­yət daşı­mır­lar. Lakin xatırlatmaq lazımdır ki, bəl­kə Allahdan qor­xalar.
70. Dinlərini oyun və əy­ləncə sa­yan­ları və dünya hə­ya­tının al­datdığı şəxs­lə­ri tərk et. Bununla xatırlat ki, heç kəs qa­zandıq­larına görə özünü məh­və məh­­kum etmə­sin. Allah­dan baş­qa onun nə bir hamisi, nə də bir havadarı olacaq­dır. O nə cür fidyə versə də, on­dan qə­bul olun­maya­caq. Onlar qa­zan­dıqları gü­nahlara görə məhvə məhkum olan­lar­dır. Kafir ol­duq­larına görə onlar üçün qay­nar içki və ağrılı-acılı bir əzab hazır­lan­mış­dır.
71. De: “Biz Allahı qoyub bi­zə nə bir xeyir, nə də bir zərər verə bilməyən şey­­lərəmi iba­dət edəcə­yik? Allah bizi doğ­ru yola yönəlt­dikdən sonra, şey­tan­la­rın yer üzün­də azdır­dığı, mömin dost­ları­nın isə: “Bizə tə­rəf gəl!”– deyib doğru yola ça­­ğır­dıqları çaşbaş qa­lan kim­sə ki­mi ge­ri­yəmi döndə­riləcəyik?” De: “An­caq Alla­­hın haqq yolu doğru yoldur! Bizə əmr edil­mişdir ki, aləm­lərin Rəb­binə təs­lim olaq.
74. Bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri mə­bud­lar­mı qə­bul edirsən? Mən səni və sənin qövmü­nü açıq-aydın azğın­lıq için­də görü­rəm”.
75. Beləcə, Biz, İbrahimə göy­­lərin və yerin səltənətini gös­tərdik ki, yəqin­lik­lə inanan­lar­dan olsun.
78. Doğan günəşi gördük­də: “Bu mə­nim Rəbbim­dir, bu da­ha bö­yükdür!”– dedi. O bat­dıq­da isə dedi: “Ey qöv­müm! Hə­qiqətən, mən sizin Allaha şərik qoşduq­larınızdan uzağam!
80. Qövmü onunla höcət­ləş­di. O de­di: “Allah məni doğru yola yönəlt­diyi halda, siz Onun barə­sində mənimlə hö­cət­ləşir­siniz? Rəb­bimin istə­diyi şey­lər­­dən başqa mən, sizin Ona şə­rik qoşduq­la­rı­nızdan qorx­mu­ram. Rəb­bim el­mi ilə hər şeyi əhatə etmiş­dir. Mə­gər düşü­nüb ibrət alma­ya­caqsınız?
81. Siz, Allahın sizə, haq­qın­da heç bir dəlil nazil etmə­diyi şey­lə­ri Ona şə­rik qoşmaqdan qorxmursu­nuz­sa, mən sizin şə­rik qoş­duq­ları­nızdan necə qor­xa bilə­rəm? Əgər bilirsinizsə, deyin gö­rüm iki dəstədən hansı əmin-aman­lıq­da olmağa daha haq­lıdır?”
82. İman gətirdikdən sonra iman­la­rına zülm qatışdırma­yan­ları əmin-aman­­lıq gözləyir. Doğ­ru yola yönəl­mişlər də məhz on­lardır.
83. Bunlar, öz qövmünə qar­şı İbra­hi­mə verdiyimiz dəlil­lə­ri­miz­dir. Biz istə­diyi­miz kəsi dərəcə-dərəcə ucaldarıq. Şüb­­həsiz ki, Rəb­bin hikmət sahibidir, hər şeyi bi­lən­dir.
آية رقم 85
85. Zəkəriyyanı, Yəhyanı, İsa­nı və İl­yası da. Hamısı əməli­saleh­lər­dən idilər.
87. Onların atalarından, nə­sil­lərin­dən və qardaşlarından bəzilə­ri­ni də. On­ları seçdik və düz yola yönəltdik.
90. Bunlar Allahın doğru yo­la yö­nəlt­diyi kəslərdir. Sən də on­la­rın haqq yo­lu­na yönəl. De: “Mən bunun əvəzinə siz­dən heç bir mü­kafat istəmirəm. Bu Ki­tab aləmlər üçün yalnız bir xatırlat­ma­dır”.
91. Onlar: “Allah insana heç bir şey nazil etməmişdir”– de­mək­lə Allahı la­yiqincə qiy­mət­ləndirmədilər. De: “Mu­sa­nın in­sanlar üçün nur və doğru yolu göstərən rəhbər olaraq gətir­di­yi Kitabı kim nazil et­mişdir? Siz onu kağızlara yazıb bir qis­mini göstərir, ço­xu­nu isə giz­lə­dirsiniz. Axı, sizin də, ata­la­rı­nı­zın da bil­mədiyiniz şey­lər si­zə öy­rədilmiş­dir”. Sən: “Allah!”– de, sonra da onları bu­rax ki, öz boşboğazlıq­ları ilə əylən­sin­lər.
93. Allaha qarşı yalan uy­du­­randan və ya özünə vəhy olun­ma­dı­ğı halda: “Mə­nə də vəhy olun­muşdur”– söylə­yəndən və: “Mən də Allahın nazil et­di­yi­nin bənzə­rini endirəcəyəm”– deyən­dən da­ha zalım kim ola bilər? Zalımları ölüm girda­bın­da olduqda, mə­lək­lərin də əl­lərini uzadıb: “Canları­nızı çı­xarın! Allaha qarşı na­haq söz­lər söylədiyinizə və Onun ayə­lərinə təkəbbür göstərdiyi­ni­zə gö­rə bu gün siz cəzalan­dırı­la­caq­sı­nız!”– dediklərini bircə gö­rəy­din.
96. Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə vaxt üçün he­sablama ölçüsü etdi. Bu, Qüdrətli və Bi­lən Alla­hın mü­əyyən etdiyi hökmdür.
98. Sizi tək bir candan ya­ra­dan Odur. Sizin üçün qərar tu­ta­ca­ğı­nız və əmanət sax­la­nılan yer vardır. Artıq Biz ayələri anlayan bir qövmə izah etdik.
99. Göydən su endirən Odur. Biz onunla hər bir bitkini ye­tiş­dir­dik, on­dan yaşıl otlar bi­tirdik, onlar­dan da üst-üstə dü­zül­müş də­nələr çıxartdıq. Xur­ma ağacından, onun tumur­cuğun­dan sallan­­mış sal­­xımlar yetişir. Biz həmçinin üzüm bağ­ları, bir-bi­rinə bənzə­yən və bənzə­mə­yən zeytun və nar ağac­ları da yetiş­di­rdik. Bar ver­diyi və ye­tişdiyi za­man onların meyvə­sinə ba­xın. Şübhəsiz ki, bun­larda iman gətirən adamlar üçün də­lil­lər vardır.
100. Onlar cinləri Allaha şə­rik qoş­du­­lar. Halbuki onları da Allah yarat­mış­dır. Onlar Allah haqqında bir şey bil­mə­dən Onun üçün öz­lə­rindən oğullar və qız­lar uydur­dular. Allah onların uy­dur­duqları si­fət­lərdən uzaq­dır və uca­dır.
104. De: “Rəbbinizdən sizə göz qa­ba­ğında olan dəlillər gəl­miş­dir. Kim on­la­rı görsə, xeyri onun özünə, kim kor olsa, zərəri onun öz əleyhinə olar. Mən sizin üstü­nüzdə gözətçi deyiləm”.
آية رقم 105
105. Biz ayələri beləcə izah edi­rik ki, onlar: “Sən dərs al­mı­san”– de­sinlər və Biz də Qu­ra­nı bilən adamlara izah edək.
108. Müşriklərin Allahdan baş­qa­la­rı­na tapındıqlarını söy­mə­yin. Yox­sa onlar da elmsiz ola­raq düş­məncəsinə Allahı sö­yərlər. Biz hər bir ümmətə öz əməl­lə­ri­ni be­ləcə gözəl­ləş­dir­dik. Sonra isə on­la­rın dönüşü öz Rəbbinə olacaq, O da nə et­dikləri barədə onlara xə­bər ve­rə­cək­dir.
109. Kafirlər Allahın adı ilə möhkəm and içdilər ki, əgər on­lara bir ayə gəlsə, mütləq ona ina­nacaqlar. De: “Ayələr an­caq Alla­hın ya­nındadır. Siz hara­dan bilə­siniz ki, o ayələr gəl­dik­də onlar ye­nə də iman gə­tir­məyəcəklər?”
110. Biz onların ürəklərini və göz­lə­rini ilk dəfə ona iman gə­tir­mədikləri ki­mi tərsinə çe­vi­rər və onları öz azğınlıq­ları içə­risində sərgərdan dola­şan və­ziy­yətdə tərk edərik.
112. Beləliklə, Biz hər bir pey­ğəmbər üçün insanlar və cin­lər­dən olan şeytan­ları düş­mən­ müəyyən etdik. Bunlar aldat­maq məq­sədilə bir-birlə­ri­nə təm­təraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəy­di, onlar bunu etməz­di­lər. Onları uydurduqları şey­lər­lə birlik­də tərk et.
113. Bu ona görədir ki, axi­rə­tə inanma­yanların ürəkləri təm­­tə­raqlı sözlərə meyl etsin, bun­dan razı qalsınlar və gör­dük­lə­ri pis işləri bir daha gör­sünlər.
115. Rəbbinin kəlamı həm doğ­ruluq, həm də ədalət baxı­mın­dan tamam­lan­mışdır. Heç kəs Onun kəlmələrini də­yi­şə bil­məz. O, Eşidəndir, Biləndir.
118. Əgər Allahın ayələrinə ima­n gətirmişsinizsə, üstündə Onun adı çə­kilmiş – “bis­milləh” de­yi­lib kə­silmiş heyvanlardan ye­yin.
119. Allah, – məcburiyyət qar­şısında yeyəcəyiniz şeylər istisna ol­maqla – ha­ram buyu­rulanları təfsilatı ilə sizə bil­­dirdiyi halda, üstündə Onun adı çəki­lənlərdən nə üçün ye­məyəsi­niz? Şüb­həsiz ki, çox­la­rı elmsiz olduqları üçün öz is­təklərinə uyub insanları doğ­ru yol­dan azdırırlar. Həqiqə­tən, sə­nin Rəb­bin, həddi aşan­ları da­ha yaxşı tanıyır.
120. Günahın aşkarından da, gizli­sin­dən də əl çəkin! Şübhə­siz ki, günah qa­zananlar etdik­ləri əməllərə görə cəza­lan­dı­rı­lacaqlar.
121. Üstündə Allahın adı çə­ki­lməmiş – “bismilləh” deyi­lib kə­­sil­mə­miş heyvan­lar­dan ye­məyin. Çünki bu, günah­dır. Hə­qi­qə­tən, şey­tan­lar öz dost­larına si­zinlə mü­bahisə etmək üçün ba­til əqidə­lər təl­qin edir­lər. Əgər onlara itaət etsəniz, söz­süz ki, siz də müş­rik­lər­dən olar­sı­nız.
123. Beləliklə hər bir ölkə­də oranın günahkarlarını başçı­lar tə­yin etdik ki, onlar orada müm­kün qədər yaramaz iş­lər gör­sün­lər. Hal­buki onlar o yaramaz işləri yalnız öz­lərinə qarşı edir­lər və bu­nu da hiss etmirlər.
127. Onlar üçün Rəbbi ya­nın­da əmin-amanlıq yurdu ha­­zır­lan­mış­dır. Gördükləri yaxşı işlərə görə onların Hi­mayəçisi Odur.
128. Allah onların hamısını bir yerə toplayacağı gün deyə­cəkdir: “Ey cin tay­fası! Artıq siz insan­lardan bir çoxunu özü­nü­zə tabe et­di­niz”. On­ların in­san­­lardan olan dostları isə de­yə­cəklər: “Ey Rəb­bi­miz! Biz bir-birimizdən fay­da­lan­dıq və bi­zim üçün mü­əyyən et­di­yin əcə­li­mizə yetiş­dik”. Allah de­yə­cək: “Si­zin qa­la­cağınız yer Od­dur. Allahın istə­dikləri kəslərdən başqa siz ora­da əbə­di qala­caq­sınız”. Həqi­qə­tən, Rəbbin hikmət sahibidir, hər şeyi bilən­dir.
آية رقم 129
129. Beləliklə, qazandıqları gü­nahlara görə zalımların bir qis­mi­ni digərinə ha­kim təyin edərik.
130. Allah deyəcək: “Ey cin və insan tayfası! Məgər sizə öz içə­ri­niz­dən ayə­lə­rimi xəbər ve­rən və bu günü­nüzlə qarşıla­şaca­ğı­nız ba­rədə sizə xə­bərdarlıq edən elçilər gəl­mə­dimi?” Onlar de­yə­cək­lər: “Biz öz əley­hi­mizə şa­hidlik edi­rik!” Onları dünya hə­­yatı aldat­dı və onlar kafir ol­duqları ba­rədə özlərinə qarşı şəhadət ver­dilər.
132. Hər kəsin etdiyi əməl­lə­rə görə dərəcələri vardır. Rəb­bin on­ların etdik­lərindən qafil deyil­dir.
آية رقم 134
134. Həqiqətən, sizə vəd olu­nan əzab gələcəkdir. Siz ondan yaxa qurtara bil­məyəcəksiniz.
136. Onlar Allah üçün Onun yarat­dı­ğı əkindən və mal-qa­ra­dan pay ayırıb öz batil id­dia­la­rına əsasən: “Bu, Allah üçün­dür, bu da şə­rik qoşduq­ları­mız bütlər üçündür”– deyirlər. Şə­rikləri üçün ayır­dıqları pay Alla­ha çatmır, Allah üçün ayır­dıq­ları pay isə şərik­lə­ri­nə çatır. On­ların verdik­ləri hökm necə də pisdir!
137. Beləliklə, müşriklərin bir çoxu­na övladlarını öldür­məyi öz şərikləri gözəl göstər­dilər ki, həm onları məhv et­sinlər, həm də din­lərinə qarma­qarı­şıq­lıq salsınlar. Əgər Allah istə­səy­di, onlar bu­nu etməz­dilər. Elə isə onları uydur­duqları ilə birlikdə tərk et.
138. Onlar öz batil iddiala­rına görə: “Bu mal-qara və əkin­lər ha­ram­dır. Bun­ları bizim is­tədikləri­mizdən başqa heç kəs yeyə bil­məz”– deyirlər. Müş­rik­lər mal-qaradan bəzisinə min­məyi haram edir, bəzisini də kəsərkən üstündə Alla­hın adını çək­mirlər. Onlar bu­nu Allaha iftira ataraq edirlər. O da on­la­rı atdıq­la­rı iftiraya görə cəza­landıracaqdır.
139. Onlar: “Bu mal-qara­nın qarın­la­rın­dakı balalar kişiləri­mi­zə halal, qadın­larımıza isə haram­dır”– deyirlər. Əgər o bala ölü do­ğu­larsa, hamısı onu yeməyə şə­rik olurlar. Allah on­ları bu vəsf­lə­rinə görə cəza­lan­dıracaqdır. Hə­qiqətən, O, hikmət sahibidir, hər şeyi biləndir.
141. Talvar üzərində olan və tal­var­sız öz gövdəsi üzə­rində du­ran bağları, dad­ları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzə­mə­yən zeytunu və narı yaradan Odur. Bar ver­di­yi za­man onla­rın mey­vəsin­dən yeyin, yığım günü zəka­tını ve­rin, lakin israf etmə­yin. Şübhəsiz ki, Allah israf edənləri sevmir.
142. Üstündə yük daşınan və yük da­şınmayan mal-qaranı da ya­radan Odur. Allahın sizə ver­diyi ruzilərdən yeyin, şeyta­nın izi ilə get­məyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməni­nizdir.
144. Dəvədən də ikisini, inək­­dən də ikisini. De: “O, iki er­kəyi ha­ram bu­yur­du, yoxsa iki dişini, yaxud iki dişinin qar­nındakı ba­laları? Yoxsa Allah bunu sizə tövsiyə etdiyi za­man şahid idi­niz?” Elmsiz olaraq in­sanları az­dırmaq üçün Allaha qarşı yalan uy­du­ran kim­sədən daha zalım kim ola bilər? Şüb­hə­siz ki, Allah zalım qövmü doğru yola yö­nəltməz.
145. De: “Mənə gələn vəhy­lər içə­ri­sində ölü heyvan, axar qan, murdar sa­yılan donuz əti və Allahdan başqasının adı ilə kəsil­miş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin ye­diyi ye­məklər içərisində ha­ram buyu­rulan bir şey görmürəm”. Hər kəs harama meyl etmədən və həd­di aş­madan bunlardan yeməyə məc­bur olarsa, ona gü­nah gəlməz. Şübhəsiz ki, Allah Bağışlayan­dır, Rəhm­lidir.
147. Əgər onlar səni yalançı hesab et­sələr, de: “Rəbbiniz ge­niş mər­həmət sa­hibidir. La­kin Onun əzabı günahkar tayfa­dan uzaq­laş­dırılmaz”.
148. Müşriklər deyəcəklər: “Allah is­təsəydi, nə biz, nə də ata­la­rı­mız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bi­lərdik”. On­lar­dan əvvəlkilər də öz pey­ğəmbərlərini beləcə ya­lan­çı hesab et­miş­di­lər. Axırda əza­bımızı dad­dılar. De: “Bizə gös­tərə biləcəyi­niz bir bil­gi­niz­mi var? Siz ancaq zənnə qapılır və an­caq yalan danı­şır­sı­nız”.
آية رقم 149
149. De: “Tutarlı dəlillər Alla­ha məx­susdur. Əgər O istə­səy­di, si­zin ha­mınızı doğru yola yönəl­dərdi”.
151. De: “Gəlin, Rəbbinizin sizə nə­lə­ri haram etdiyini oxu­yum”. Ona heç nə­yi şərik qoş­ma­yın, valideynlərə yax­şı­lıq edin və yox­sul­luq üzündən uşaq­larınızı öldürməyin. Sizin də, onla­rın da ru­zisini Biz ve­ri­rik. Murdar əməl­­lərin aşka­rına da, gizlisinə də ya­xın­laş­mayın. Allahın, öldürül­məsini haram bu­yurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə an­la­­yasınız.
152. Yetim həddi-buluğa ça­tana qə­dər, – xeyirxahlıq (qo­ru­yub sax­lamaq və ar­tırmaq məq­sədilə istifadə etmək) is­tis­na olmaqla, – onun malına ya­xın­laş­mayın! Öl­çüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çat­dığı qədər yükləyərik. Söz söy­lə­di­yi­niz zaman, qohumu­nuz olsa be­lə, əda­lətli olun. Allah qarşısındakı əhdə sa­diq qalın. Allah bunları sizə töv­siyə et­mişdir ki, bəlkə, düşü­nüb ib­rət alasınız.
153. Bu, Mənim doğru yo­lum­dur, onu tutub gedin. Baş­qa yol­la­ra uyma­yın. Çünki, o yollar sizi Allahın yolun­dan uzaqlaşdırar. Allah bunları si­zə töv­siyə etmiş­dir ki, bəlkə pis əməllərdən çəki­nəsi­niz.
154. Sonra Biz Musaya – yax­şı iş gö­rən kimsəyə nemə­timizi ta­mam­lamaq məqsədilə, hər şe­yi müfəssəl izah edən, doğru yol gös­tə­ricisi və mər­həmət ola­raq Kitab verdik ki, bəlkə on­lar öz Rəbbi ilə qar­şılaşa­caq­la­rına iman gə­tirələr.
آية رقم 155
155. Bu, Bizim nazil etdiyi­miz mü­ba­rək bir Kitabdır. Ona tabe olun və Allah­dan qorxun ki, bəlkə sizə rəhm oluna­.
156. Biz bunu ona görə nazil etdik ki, siz: “Kitab yal­nız biz­dən əv­vəl­ki iki tay­­faya – yəhu­dilərə və xaçpərəstlərə nazil edil­mişdir. Biz isə onla­rın oxu­duq­la­rın­dan xəbərsi­zik”
157. və ya: “Əgər bizə Kitab nazil edil­səydi, onlardan daha çox doğru yol­da olar­dıq”– de­məyə­si­niz. Artıq sizə Rəb­bi­niz­dən açıq-ay­dın bir dəlil, doğru yol göstəricisi və mər­həmət gəl­mişdir. Alla­hın ayə­lə­rini yalan sayan və onlar­dan üz çe­virən kimsədən daha za­lım kim ola bilər? Ayələrimizdən üz çevi­rənləri üz çevir­dik­lə­ri­nə görə pis əzab­la cəza­lan­dıra­cağıq.
158. Yoxsa onlar ancaq ya mələk­lə­rin, ya Rəbbinin və ya­xud da Rəbbinin bəzi əlamət­lərinin gəlmə­sini gözləyir­lər? Rəbbinin bəzi əlamətləri gələ­cəyi gün əv­vəlcə iman gətir­mə­miş və ya ima­nında bir xeyir qazanmamış kimsəyə iman gə­tirməsi fayda verməyə­cək­dir. De: “Gözləyin, şübhə­siz ki, Biz də göz­ləyirik”.
160. Kim yax­şı əməl gə­tirərsə, ona gətir­diyinin on qat əvəzi ve­ri­lər. Kim pis əməl gə­tirərsə, ona ancaq gə­tirdi­yi­nin misli qədər cəza ve­rilər. On­lara haq­sızlıq edilməz.
آية رقم 162
162. De: “Şübhəsiz ki, mə­nim nama­zım da, qurbanım da, hə­ya­tım da, ölü­müm də aləm­lə­rin Rəbbi Allah üçün­dür!
آية رقم 163
163. Onun heç bir şəriki yox­dur. Mə­nə belə buyurul­muş­dur və mən müsəl­manların birinci­siyəm”.
165. Verdiyi nemətlərlə sı­namaq üçün sizi yer üzünün xə­ləf­ləri təyin edən, bi­rinizi di­gə­rini­zin föv­qünə dərəcə-də­rə­cə qal­dı­ran Odur. Həqi­qə­tən, sənin Rəb­bin tezliklə cəza ve­rəndir. Həqiqətən, O, Ba­ğış­la­yandır, Rəhm­lidir.
تقدم القراءة