ترجمة سورة الفرقان

الترجمة الأذرية
ترجمة معاني سورة الفرقان باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Aləmləri xəbərdar etmə­sindən öt­rü Öz quluna Fur­qa­nı nazil edən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!
2. Göylərin və yerin səltə­nə­ti Ona məxsusdur. O, Özünə oğul gö­tür­mə­mişdir, səl­tə­nə­tində də heç bir şəriki yoxdur. O, bütün şey­ləri xəlq etmiş və on­lara mü­nasib bir biçim ver­miş­dir.
3. Kafirlər isə Onun əvə­zinə heç nəyə fayda verməyən, həm də öz­ləri yara­dı­lan, özlərinə nə bir zərər, nə də bir xe­yir ver­məyə qa­dir olmayan, öldür­mə­yə, hə­yat verməyə və yenidən diriltməyə qüd­rəti olmayan­la­rı özlərinə məbud gö­türdü­lər.
4. Kafirlər: “Bu, Muhəmmə­din uydur­duğu yalandan başqa bir şey deyil. Ona bu işdə baş­qa adamlar da kömək et­miş­lər”– de­di­lər. Beləcə, onlar haq­sız­lı­ğa və iftiraya yol ver­dilər.
5. Onlar: “Bu, keçmişdəki­lə­rin nağıl­la­rıdır. O bunları baş­qasına yaz­dır­mış­dır. Bunlar sə­hər-axşam onun özünə oxu­­nur”– dedilər.
6. De: “Onu göylərdə və yer­də olan sirləri bilən Allah nazil et­miş­dir. Həqi­qətən, O, Ba­ğış­layandır, Rəhmlidir!”
7. Onlar dedilər: “Bu necə el­çidir ki, yemək yeyir, bazar­ları gə­zib do­laşır? Nə üçün ona özü ilə birlikdə xəbər­dar­lıq edən bir mə­lək göndərilmədi?
8. Niyə ona bir xəzinə veril­mədi? Ni­yə meyvəsindən ye­yib do­lan­masından ötrü bir ba­ğı olmadı?” Zalımlar: “Siz an­caq sehr­lən­miş bir adamın ar­dınca gedirsiniz”– dedilər.
9. Gör sənə aid hansı məsəl­ləri çək­dilər! Onlar haqq yol­dan az­dı­lar və bir daha o yolu tapa bilməyəcəklər!
10. İstəsə, sənin üçün onla­rın dedik­lərindən daha xeyirli­sini, ağac­ları altın­dan çaylar axan cən­nətlər yara­dan, sə­nin üçün qəsrlər inşa edə bilən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!
11. Lakin onlar Qiyamət Sa­atını da ya­lan saydılar. Biz də onu ya­lan sayan­lar­dan ötrü yan­dırıb-yaxan bir od ha­zırladıq.
12. Onlar Cəhənnəm odunu uzaq mə­safədən gördükdə be­lə, onun necə qə­zəblə qay­na­ma­sını duyacaq və xışıltısı­nı eşi­də­cək­lər.
13. Onlar əlləri boynunda bağlı hal­da Cəhənnəmin dar bir ye­ri­nə atıldıqları za­man ölüm di­ləyəcəklər.
14. Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər is­təyin!”
15. De: “Bu yaxşıdır, yoxsa müt­təqi­lərə bir mükafat və dö­nüş ye­ri olaraq vəd edilən Əbə­diyyət cən­nəti?”
16. Onlardan ötrü orada is­tə­dikləri hər şey vardır. Onlar orada əbə­di qa­la­caqlar. Bu, sə­nin Rəbbinin Öz öhdə­si­nə gö­türdüyü və ye­rinə yetirilməsi ar­zu olunan bir vəddir.
17. O gün Allah onları və on­ların Allahdan başqa sitayiş et­dik­lə­rinin ha­mısını məhşər ayağında cəm edərək deyəcək: “Mənim bu qul­larımı haqq yol­dan sizmi azdırdınız, yoxsa on­lar öz­ləri az­dı­lar?”
18. Onlar deyəcəklər: “Sən pak və mü­qəddəssən! Sənin əvə­zinə özümü­zə başqa hima­yə­dar­lar götürmək bizə ya­raş­maz. La­kin Sən onlara və ataları­na o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çı­xart­dılar və məhvə məhkum olun­muş bir zümrəyə çev­ril­di­lər”.
19. Kafirlərə deyiləcək: “On­lar sizin dediklərinizi yalan hesab et­di­lər. Artıq siz nə əzabı özü­nüz­dən dəf edə bilər, nə də başqa bir əla­c tapa bilərsiniz. Zülm edən­lə­ri­ni­zə böyük bir əzab dad­dı­racağıq”.
20. Səndən öncəki elçiləri­miz də ye­mək yeyər, bazarları gə­zib do­lanar­dı­lar. Sizin bəzi­lə­ri­nizi digərlərinizlə sınağa çəkdik ki, görək səbir edə bilə­cək­sinizmi? Sənin Rəbbin Gö­rəndir.
21. Bizimlə qarşılaşacaqla­rı­nı güman etməyənlər dedilər: “Nə üçün bizə mə­ləklər gön­də­rilmədi? Niyə biz Rəbbi­mizi gör­mü­rük?” Onlar özləri haq­qın­da yüksək fikirdə oldular və böyük üs­yan­karlıq etdilər.
22. Məhz mələkləri görə­cək­ləri gün günahkarlara heç bir müj­də olma­ya­caq­. Mələklər deyəcəklər: “Cənnətə girmə­yi­niz qa­da­ğan­dır, qadağan!”
23. Biz onların etdikləri əməl­lərə bax­dıqdan sonra onları sov­rul­muş toz dənə­ciklərinə çevi­rərik.
24. Həmin gün Cənnət sa­kin­lərinin qalacağı yer daha lə­ta­fət­li və istirahət edəcəyi yer da­ha gözəl olacaq.
25. Həmin gün göy buludla par­ça­la­nacaq və mələklər yerə en­di­riləcək­.
26. Həmin gün gerçək hökm vermək ancaq Mərhəmətli Alla­ha məx­susdur. O, kafir­lər üçün çətin bir gün olacaq.
27. Həmin gün zalım kimsə bar­maq­larını dişləyərək deyə­cək­: “Kaş ki, mən Peyğəm­bərin yolunu tutub gedəy­dim!
28. Vay halıma! Kaş ki, fi­lan­kəslə dost olmayaydım!
29. Çünki Zikr mənə çat­dıq­dan son­ra o məni ondan uzaq­laş­dır­dı”. Hə­qi­qətən, şeytan in­sanı tənha qoyub qaçan­dır.
30. Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk et­di!”– de­yəcək.
31. Beləcə, Biz hər peyğəm­bər üçün günahkarlardan bir düş­mən etdik. Doğ­ru yol gös­təricisi və yardımçı olaraq Rəb­bin sənə ye­tər.
32. Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəyə bütöv na­zil olmadı?” Biz onu sənin qəl­bini möhkəmləndir­mək üçün tədri­cən nazil etdik və onu ən gö­zəl şəkildə ayəbəayə izah et­dik.
33. Onlar sənin yanına gəlib elə bir mə­səl çəkməzlər ki, ona ca­vab olaraq Biz sə­nə haqqı və ən yaxşı yozumu ver­mə­yək.
34. Üzüstə sürüklənib Cə­hən­nəmə top­lanacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kim­sələrdir.
35. Həqiqətən, Kitabı Mu­sa­ya Biz ver­dik və qardaşı Ha­ru­nu da ona köməkçi etdik.
36. Onlara: “Ayələrimizi ya­lan sa­yan bir tayfanın yanına ge­din!”– dedik. Sonra Biz o tay­fanı yerli-dibli yox et­dik.
37. Biz Nuh qövmünü elçi­ləri yalan­çı saydıqları zaman suda ba­tırdıq və onları insan­lar üçün bir ibrət etdik. Biz za­lım­lar üçün ağ­rılı-acılı bir əzab ha­zır­la­mışıq.
38. Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik.
39. Biz onların hamısına mə­səllər çək­­dik və onların ha­mı­sını büs­bütün məhv etdik.
40. Məkkə müşrikləri bəla yağ­muru düşüb viran qalmış şəhə­rin ya­nından keç­mişdilər. Mə­gər onlar onu görmə­miş­­di­lər? Xeyr, on­lar öldükdən son­ra di­rilməyə inanmırlar.
41. Onlar səni gördükdə an­caq sənə lağ edir və deyirlər: “Bu­dur­mu Allahın elçi göndər­diyi kəs?
42. Əgər biz məbudlarımıza tapın­maq­da səbirli olma­say­dıq, az qa­la o bizi on­lardan uzaq­laş­dıracaqdı”. Onlar əzabı gör­dük­ləri za­man kimin haqq yol­dan daha çox azdığını anlaya­caq­lar.
43. Nəfsinin istəyini ilahi­ləş­dirən kim­səni gördünmü? Sən ona və­killikmi edəcəksən?
44. Yoxsa elə hesab edirsən ki, onla­rın əksəriyyəti eşidəcək və ya anla­ya­caq? Onlar hey­van kimidirlər, hətta, haqq yoldan da­ha çox uzaq­laş­mışlar.
45. Məgər Rəbbinin kölgəni necə uzat­dığını görmürsənmi? Əgər O istə­səydi, onu hərəkət­siz halda saxlayardı. Sonra Biz gü­nə­şi onun bələdçisi etdik.
46. Sonra o kölgəni yavaş-yavaş Özü­müzə tərəf çəkib qısaltdıq.
47. Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də can­lan­ma vaxtı edən Odur.
48. Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi ola­raq göndərən Odur. Biz göy­dən tərtəmiz su endirdik ki,
49. onunla ölü bir diyarı can­landıraq, yaratdığımız neçə-ne­çə hey­vana və neçə-neçə in­sana ondan içirdək.
50. Biz düşünüb ibrət alsın­lar deyə o suyu onların ara­sın­da pay­laş­dırdıq. La­kin insan­la­rın çoxu küfrdən başqa bir şey qəbul et­mə­di.
51. Əgər istəsəydik, hər kən­də qorxu­dan bir peyğəmbər gön­də­rər­dik.
52. Belə olduqda sən kafir­lərə baş əy­mə və onlara qarşı bu Qu­ran­la böyük bir cihad et!
53. Birinin suyu dadlı və şi­rin, digə­rininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və ke­çilməz sədd qo­yan Odur.
54. Sudan insan yaradan, ona qan qo­humları və sonradan qo­hum olanları bəxş edən Odur. Rəbbin hər şeyə Qadir­dir.
55. Onlar Allahı qoyub öz­lə­rinə nə xe­yir, nə də zərər verə bil­mə­yənlərə ibadət edir­lər. Ka­fir öz Rəbbinə qarşı şey­tana kö­mək­çi­dir.
56. Biz səni ancaq müjdə ve­rən və xəbərdarlıq edən kimi gön­dər­dik.
57. De: “Mən bunun əvə­zi­nə sizdən heç bir mükafat istə­mi­rəm. Tək­cə onu is­təyirəm ki, insanlar Rəbbinə tərəf apa­ran bir yol tut­sun­lar”.
58. Ölməz, əbə­di Yaşayana təvəkkül et və Onu həmd-səna ilə tə­rif­­lə. Onun Öz qullarının günahlarından agah ol­ma­sı ki­fayətdir.
59. O, göyləri, yeri və on­la­rın ara­sın­dakıları altı gündə ya­ratdı, son­ra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu bi­lən­dən so­ruş!
60. Onlara: “Mərhəmətli Alla­ha səc­də edin!”– deyildikdə: “Mər­hə­mətli Allah nədir? Mə­gər bizə əmr etdiyin şeyə səc­də et­mə­li­yik?”– deyərlər. Bu da onların nif­rə­tini artırar.
61. Səmada bürclər qoyan və orada günəş və nurlu bir ay ya­ra­dan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır.
62. Yada salmaq və şükür etmək is­təyənlər üçün gecə ilə gün­dü­zü bir-bi­rinin ardınca gətirən Odur.
63. Mərhəmətli Allahın qul­la­rı o kəs­lərdir ki, onlar yer üzün­də tə­vazökar­lıqla gə­zər, cahil­lər onlara söz atdqda: “Sa­­lam!”– deyib keçərlər.
64. Onlar gecələrini Rəbbi üçün səc­dədə və qiyamda ke­çi­rərlər.
65. Onlar deyərlər: “Ey Rəb­bimiz! Cə­hənnəm əzabını biz­dən uzaq elə. Doğ­rusu, onun əzabı həmişəlikdir.
66. Həqiqətən, ora nə pis məs­kən, ne­cə də pis iqamət­gah­dır!”
67. Onlar mallarını xərclə­dik­də nə is­rafçılıq, nə də xə­sis­lik edər, bunların arasında orta bir yol tutarlar.
68. Onlar Allahla yanaşı baş­qa mə­buda yalvarmaz, Alla­hın ha­ram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər. Bu­nu edən kim­sə cəzalandı­rılar.
69. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zə­lil olub əbədi qalar.
70. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış­layandır, Rəhm­­­lidir!
71. Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Alla­ha tə­rəf qayıtmış olar.
72. Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəl­dik­də oradan ləyaqətlə ötüb keçərlər.
73. Onlara Rəbbinin ayələri xatır­lan­dı­ğı zaman o ayələrə qarşı kar və kor ki­mi davran­mazlar.
74. Onlar deyərlər: “Ey Rəb­bimiz! Bi­zə gözümüzün ay­dın­lığı olan zövcələr və övladlar bəxş et və bizi müttə­qi­lə­rə imam et!”
75. Onlar səbir etdiklərinə gö­rə Cən­nətdə olan yüksək mə­qam­la mü­kafatlan­dırılacaq, orada xeyir-dua ilə, salamla qarşıla­na­caqlar.
76. Onlar orada əbədi qala­caqlar. Ora nə gözəl məskən, necə də gö­zəl iqa­mət­gahdır!
77. De: “Əgər yalvarma­ğı­nız olma­saydı, Rəbbim sizə diqqət ye­tir­­məzdi. Siz haqqı yalan say­dınız. Ona görə də əzab sizi ra­hat bu­rax­mayacaq!”
Icon