ترجمة معاني سورة الكهف باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الإنجليزية - صحيح انترناشونال
المنتدى الإسلامي
الترجمة الإنجليزية
الترجمة الفرنسية - المنتدى الإسلامي
نبيل رضوان
الترجمة الإسبانية
محمد عيسى غارسيا
الترجمة الإسبانية - المنتدى الإسلامي
الترجمة الإسبانية (أمريكا اللاتينية) - المنتدى الإسلامي
المنتدى الإسلامي
الترجمة البرتغالية
حلمي نصر
الترجمة الألمانية - بوبنهايم
عبد الله الصامت
الترجمة الألمانية - أبو رضا
أبو رضا محمد بن أحمد بن رسول
الترجمة الإيطالية
عثمان الشريف
الترجمة التركية - مركز رواد الترجمة
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة التركية - شعبان بريتش
شعبان بريتش
الترجمة التركية - مجمع الملك فهد
مجموعة من العلماء
الترجمة الإندونيسية - شركة سابق
شركة سابق
الترجمة الإندونيسية - المجمع
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الإندونيسية - وزارة الشؤون الإسلامية
وزارة الشؤون الإسلامية الأندونيسية
الترجمة الفلبينية (تجالوج)
مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الفارسية - دار الإسلام
فريق عمل اللغة الفارسية بموقع دار الإسلام
الترجمة الفارسية - حسين تاجي
حسين تاجي كله داري
الترجمة الأردية
محمد إبراهيم جوناكري
الترجمة البنغالية
أبو بكر محمد زكريا
الترجمة الكردية
حمد صالح باموكي
الترجمة البشتوية
زكريا عبد السلام
الترجمة البوسنية - كوركت
بسيم كوركورت
الترجمة البوسنية - ميهانوفيتش
محمد مهانوفيتش
الترجمة الألبانية
حسن ناهي
الترجمة الأوكرانية
ميخائيلو يعقوبوفيتش
الترجمة الصينية
محمد مكين الصيني
الترجمة الأويغورية
محمد صالح
الترجمة اليابانية
روايتشي ميتا
الترجمة الكورية
حامد تشوي
الترجمة الفيتنامية
حسن عبد الكريم
الترجمة الكازاخية - مجمع الملك فهد
خليفة الطاي
الترجمة الكازاخية - جمعية خليفة ألطاي
جمعية خليفة الطاي الخيرية
الترجمة الأوزبكية - علاء الدين منصور
علاء الدين منصور
الترجمة الأوزبكية - محمد صادق
محمد صادق محمد
الترجمة الأذرية
علي خان موساييف
الترجمة الطاجيكية - عارفي
فريق متخصص مكلف من مركز رواد الترجمة بالشراكة مع موقع دار الإسلام
الترجمة الطاجيكية
خوجه ميروف خوجه مير
الترجمة الهندية
مولانا عزيز الحق العمري
الترجمة المليبارية
عبد الحميد حيدر المدني
الترجمة الغوجراتية
رابيلا العُمري
الترجمة الماراتية
محمد شفيع أنصاري
الترجمة التلجوية
مولانا عبد الرحيم بن محمد
الترجمة التاميلية
عبد الحميد الباقوي
الترجمة السنهالية
فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام
الترجمة الأسامية
رفيق الإسلام حبيب الرحمن
الترجمة الخميرية
جمعية تطوير المجتمع الاسلامي الكمبودي
الترجمة النيبالية
جمعية أهل الحديث المركزية
الترجمة التايلاندية
مجموعة من جمعية خريجي الجامعات والمعاهد بتايلاند
الترجمة الصومالية
محمد أحمد عبدي
الترجمة الهوساوية
الترجمة الأمهرية
محمد صادق
الترجمة اليورباوية
أبو رحيمة ميكائيل أيكوييني
الترجمة الأورومية
الترجمة التركية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفرنسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإندونيسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفيتنامية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة البوسنية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الإيطالية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفلبينية (تجالوج) للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
الترجمة الفارسية للمختصر في تفسير القرآن الكريم
مركز تفسير للدراسات القرآنية
Dr. Ghali - English translation
Muhsin Khan - English translation
Pickthall - English translation
Yusuf Ali - English translation
Azerbaijani - Azerbaijani translation
Sadiq and Sani - Amharic translation
Farsi - Persian translation
Finnish - Finnish translation
Muhammad Hamidullah - French translation
Korean - Korean translation
Maranao - Maranao translation
Abdul Hameed and Kunhi Mohammed - Malayalam translation
Salomo Keyzer - Flemish (Dutch) translation
Norwegian - Norwegian translation
Samir El - Portuguese translation
Polish - Polish translation
Romanian - Romanian translation
Elmir Kuliev - Russian translation
Albanian - Albanian translation
Tatar - Tatar translation
Japanese - Japanese translation
محمد جوناگڑھی - Urdu translation
Ma Jian - Chinese translation
Turkish - Turkish translation
King Fahad Quran Complex - Thai translation
Ali Muhsin Al - Swahili translation
Abdullah Muhammad Basmeih - Malay translation
Hamza Roberto Piccardo - Italian translation
Indonesian - Indonesian translation
Bubenheim & Elyas - German / Deutsch translation
Bosnian - Bosnian translation
Hasan Efendi Nahi - Albanian translation
Sherif Ahmeti - Albanian translation
Sahih International - English translation
Czech - Czech translation
Abul Ala Maududi(With tafsir) - English translation
Tajik - Tajik translation
Alikhan Musayev - Azerbaijani translation
Muhammad Saleh - Uighur; Uyghur translation
Abdul Haleem - English translation
Mufti Taqi Usmani - English translation
Muhammad Karakunnu and Vanidas Elayavoor - Malayalam translation
Sheikh Isa Garcia - Spanish; Castilian translation
Divehi - Divehi; Dhivehi; Maldivian translation
Abubakar Mahmoud Gumi - Hausa translation
Mahmud Muhammad Abduh - Somali translation
Knut Bernström - Swedish translation
Jan Trust Foundation - Tamil translation
Mykhaylo Yakubovych - Ukrainian translation
Uzbek - Uzbek translation
Diyanet Isleri - Turkish translation
Ministry of Awqaf, Egypt - Russian translation
Abu Adel - Russian translation
Burhan Muhammad - Kurdish translation
Dr. Mustafa Khattab, The Clear Quran - English translation
Dr. Mustafa Khattab - English translation
الترجمة الإنجليزية - مركز رواد الترجمة
الترجمة الفرنسية - محمد حميد الله
الترجمة البوسنية - مركز رواد الترجمة
الترجمة الصربية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة الألبانية - مركز رواد الترجمة - جار العمل عليها
الترجمة اليابانية - سعيد ساتو
الترجمة الفيتنامية - مركز رواد الترجمة
الترجمة التاميلية - عمر شريف
الترجمة السواحلية - عبد الله محمد وناصر خميس
الترجمة اللوغندية - المؤسسة الإفريقية للتنمية
الترجمة الإنكو بامبارا - ديان محمد
الترجمة العبرية
الترجمة الإنجليزية للمختصر في تفسير القرآن الكريم
الترجمة الروسية للمختصر في تفسير القرآن الكريم
الترجمة البنغالية للمختصر في تفسير القرآن الكريم
الترجمة الصينية للمختصر في تفسير القرآن الكريم
الترجمة اليابانية للمختصر في تفسير القرآن الكريم
ترجمة معاني القرآن الكريم - عادل صلاحي
عادل صلاحي

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

2. Allah, Öz tərəfindən gə­lə­cək şid­dətli bir əzabla günah­karları qor­xut­maq, yaxşı işlər görən mö­min­ləri gözəl mü­ka­fata nail ola­caq­ları ilə müjdə­ləmək üçün bu Kitabı dop­doğ­ru şəkildə nazil et­di.
آية رقم 3
3. Möminlər orada əbədi qa­la­caq­lar.
آية رقم 4
4. Kitabı həm də: “Allah Özü­nə övlad götürmüşdür!”– de­yən­ləri qorxutmaq üçün na­zil etdi.
7. Biz yer üzündə olan bü­tün şeyləri ona bəzək et­dik ki, in­san­lar­dan hansı­nın əməlcə da­ha gözəl oldu­ğunu sınaq­dan keçirək.
آية رقم 8
8. Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qup­qu­ru bir torpağa döndə­rə­rik.
9. Yoxsa sən mağara və Rə­qim əhli­nin möcüzələrimiz­dən ən qə­ri­bəsi ol­du­ğunumu gü­man edirsən?
آية رقم 11
11. Biz mağarada onların qu­laq­la­rını illərlə qapalı saxla­dıq (on­ları yu­xu­ya verdik).
12. Sonra iki dəstədən han­sının on­ların mağarada qaldıq­ları müd­də­ti daha düzgün he­sabladıqlarını bilmək üçün on­ları oyat­dıq.
13. Biz onların əhvalatını sə­nə olmuş bir həqiqət kimi söy­lə­yi­rik. Onlar Rəb­bi­nə iman gə­tirmiş gənc­lər idi. Biz də on­la­rın hi­da­yə­tini artırdıq.
14. Onlar kafir hökmdarın qar­şısında durub: “Rəbbimiz göy­lə­rin və ye­rin Rəb­bidir. Biz heç vaxt Ondan başqa mə­buda iba­dət et­mə­yə­cə­yik. Əks halda ol­duqca böyük bir küfr danış­mış ola­rıq!”– de­yər­kən onla­rın qəl­binə qüvvət verdik.
15. Cavanlardan biri o biri­lə­rinə dedi: “Bi­zim bu xalqı­mız Allah­dan başqa mə­budlar qə­bul etdi. Bəs nə üçün onlar bu büt­lərə dair bir dəlil gə­tir­mə­di­lər? Allaha qar­şı ya­lan uydu­randan daha zalım kim ola bi­lər?!
16. Madam ki, siz onları və Allah­dan savayı ibadət etdik­lə­rini tərk etdi­niz, onda mağa­raya sığı­nın ki, Rəbbiniz sizə Öz mərhə­mə­tini geniş etsin və işi­nizdə sizin üçün fayda ha­zır­lasın.
17. Orada olsaydın günəşin doğ­duğu zaman onların ma­ğa­­ra­sı­nın sağ tərəfinə yönəl­diyi­ni, bat­dığı zaman isə onlardan uzaqlaşıb sol tərə­fə adladı­ğı­nı, onların da mağaranın içində geniş bir yerdə yer­ləşdiklərini görərdin. Bu, Alla­hın də­lillə­rindəndir. Allah kimi doğ­ru yola yönəl­dərsə, o, doğru yol­dadır. Kimi də azdı­rarsa, ona doğ­ru yolu göstərən bir yaxın adam tapa bilməzsən.
19. Beləcə onları oyatdıq ki, nə baş ver­diyini bir-birindən so­ru­şub öyrənsin­lər. Onlardan biri: “Burada nə qədər qal­dı­nız?”– dedi. Bə­­zi­ləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq”– dedi­lər. Di­gərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bi­lir. Bi­ri­nizi bu gümüş pulunuzla şə­hə­rə gön­dərin. Qoy baxsın ən tə­­miz yemək han­sıdırsa, ondan sizə azuqə gə­tirsin. Am­ma eh­ti­yat­lı ol­sun və sizin barənizdə heç kəsi duyuq salmasın!
21. Beləcə, insanları onla­rın halından xəbərdar etdik ki, Alla­hın və­dinin həqi­qət oldu­ğunu və o Saatın (Qiyamət gününün) gə­lə­cə­yi­nə şübhə olma­dı­ğı­nı bil­sinlər. O zaman mömin­lər və kafirlər öz ara­larında onla­rın işi ba­rə­sin­də mübahisə edir­dilər. Bə­ziləri: “On­ların üstündə bir bi­na ti­­kin. Rəbbi onların halını daha yaxşı bi­lir!”– dedilər. Mü­ba­hi­sədə üs­tün gələnlər isə: “On­la­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”– dedilər.
22. Bəziləri: “Onlar üçdür, dör­dün­cü­sü köpəkləridir!”– de­yəcək­lər. Digərləri isə “On­lar beş­dir, altıncısı köpəklə­ri­dir!”– de­yəcək­lər. Bu­nunla da qeyb haq­qında təxmini fikir yürü­də­cək­lər. Bəzi­ləri də: “On­lar yed­di­dir, səkki­zincisi kö­pəklə­ri­dir!”– de­yəcək­lər. De: “On­la­­rın sa­yını Rəbbim daha yaxşı bilir. İnsan­lardan bunu bilən çox az­dır!” Mağara əhli ba­rədə açıq mü­ba­hisə et (ayələrə əsaslan) və ki­­tab əhli­nin heç bi­rindən on­lar barədə bir şey soruşma!
34. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söh­bət edərkən ona: “Mən sər­vətcə səndən daha zən­gin və adamla­rıma gö­rə səndən daha qüvvət­liyəm!”– dedi.
36. O Saatın (Qiyamət gününün) gələcəyini də zənn etmi­rəm. Rəbbimin ya­nı­na qay­tarılmalı ol­sam, söz­süz ki, bundan daha firavan bir hə­yat qis­mə­tim olacaq!”
42. Beləcə, onun bağının məh­sulu bir anda məhv edildi. O, ba­ğı­nı belə görüb ora qoy­duğu xərcə görə peşmançılıq çək­məyə və əllərini bir-birinə vurmağa baş­ladı. Bağın talvar­ları uçulub dar­madağın olmuşdu. O dedi: “Kaş Rəb­bimə heç kəsi şərik qoşma­yay­dım!”
44. Belə hallarda kömək et­mək an­caq Haqq olan Allaha məx­sus­dur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.
46. Var-dövlət və övladlar dün­ya hə­yatının bərbəzəyidir. Əbə­di qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxı­mın­dan daha əfzəl­dir.
47. O gün Biz dağları hərə­kətə gə­ti­rəcəyik. O vaxt yerin düm­düz olduğu­nu görəcək­sən. Biz hamını bir yerə top­laya­caq, on­lar­dan heç birini kənara bu­raxmayacağıq.
48. Onlar Rəbbinin hüzu­run­da səf-səf duracaqlar. Biz de­yə­cəyik: “Hüzuru­mu­za sizi ilk də­fə yarat­dığımız kimi gəl­diniz. Amma siz elə güman edir­di­niz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyə­cə­yik”.
49. Hər kəsin kitabı qarşı­sına qoyu­la­caq və sən günah­kar­la­rın ora­da yazıl­mış olanlar­dan qorx­duqlarını görə­cək­sən. Onlar de­yə­cək­lər: “Vay halı­mıza! Bu ne­cə bir kitab imiş! O nə bir ki­çik, nə də bir böyük günahı bu­rax­madan hamısını sayıb yaz­mış­dır!” Onlar et­­dik­ləri əməlləri öz qarşılarında görəcəklər. Rəb­bin heç kəsə haq­sız­lıq etməz!
50. Bir zaman Biz mələk­lə­rə: “Adəmə səcdə edin!”– de­mişdik. İb­lisdən başqa ha­mısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əm­rinə boyun əy­mədi. Onlar sizin düşməni­niz olduğu halda, siz Mə­ni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz?! Za­lımlar üçün bu necə də yarıtmaz bir mü­badilədir!
51. Mən onları nə göylərin və yerin yaradılışına, nə də öz­lə­ri­nin yara­dı­lı­şı­na şahid et­mə­dim. Mən başqalarını yol­dan çıxaranları Özümə kö­məkçi tut­mu­ram.
52. O gün Allah müşriklərə: “İddia et­diyiniz şəriklərimi ça­ğı­rın!”– deyəcək. Müşriklər on­ları çağıracaq, lakin onlar ca­vab ver­mə­yə­cək­lər. Biz müş­rik­­lərlə büt­lə­rin arasına həlakedici bir yarğan sa­la­rıq.
53. Günahkarlar atəşi görən kimi ora­ya düşəcəklərini yə­qin edə­cək və ora­dan qaçmağa bir yer tapa bil­məyə­cəklər.
55. İnsanlara doğru yol gös­təricisi gəldiyi zaman onla­rın iman gə­tirmələ­rinə və Rəbbin­dən bağışlanma di­ləmə­lərinə səbəb yalnız əv­­vəlkilərin ba­şı­na gələn­lərin onların da başına gəl­məsini, yaxud da gözləri gö­rə-görə əza­bın gə­lib onlara ye­tişməsini gözləmə­lə­ri ma­­ne ol­du.
56. Biz elçiləri yalnız müjdə verən­lər və xəbərdarlıq edən­lər ki­mi gön­də­ririk. Kafir­lər isə ba­til dəlilləri ilə haqqı ara­dan qal­dır­maq üçün müba­hisə edir­lər. Onlar Mənim ayə­lərimə və xə­bər­dar olun­duqları şeylərə is­tehza edirlər.
57. Rəbbinin ayələri yadına salı­nar­kən onlardan üz döndə­rən, əv­vəl­cə öz əl­ləri ilə etdik­ləri gü­nahlarını unudan adam­­dan daha za­lım kim ola bilər? Qu­ranı anla­masın­lar deyə, Biz onların qəl­binə ör­tük­lər çək­dik, qulaqlarına da tı­xac vurduq. Sən onları doğru yo­la ça­ğır­san da, onlar heç vaxt doğru yola gəl­­məzlər.
58. Rəbbin Bağışlayandır, mər­həmət sahibidir. Əgər Allah onla­rı qazan­dıqları günahlara görə cəza­landırsaydı, onların əzabını tez­ləş­dirərdi. Lakin on­­ların öz vaxtı var. Əzab gə­ləcəyi vaxt onlar heç bir sığına­caq tapa bilməyəcəklər.
آية رقم 59
59. Budur haqsızlıq etdik­ləri zaman məhv etdiyimiz məm­lə­kət­lər. Biz onla­rı məhv et­mək üçün vaxt müəyyən et­miş­dik.
60. Bir zaman Musa öz xid­mətçisinə belə demişdi: “Mən iki də­ni­zin qovuş­du­ğu yerə ça­­tana qədər, yaxud uzun il­lər sərf edənə qə­dər səfə­rimə da­vam edə­cə­yəm”.
61. Hər ikisi o dənizlərin qo­vuş­duğu yerə gəlib çatdıqda özləri ilə götürdükləri balığı unut­dular. Balıq isə dənizdə su­yun altı ilə yol alıb getdi.
62. Onlar dənizlərin qovuş­du­ğu yerdən çıxıb getdikdə Musa öz xid­mətçisinə: “Nahar ye­mə­yimizi gətir. Biz bu sə­fə­ri­miz­də lap əl­dən düşdük”– dedi.
63. Xidmətçi dedi: “Qaya­nın yanında gizləndiyimiz vaxt ya­dına gəlirmi? O zaman mən ba­lığı unutdum. Doğrusu, onu xa­tırla­mağı mə­nə yalnız şeytan unut­durdu. Balıq dirilib qəribə bir şə­kil­də də­niz­də yol tutub getmiş­dir”.
64. Musa: “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz lə­pir­­lərinin izinə düşüb ge­ri qayıtdılar.
65. Onlar orada Öz tərə­fi­miz­dən mər­həmət bəxş etdi­yimiz və elm öyrət­di­yimiz qulla­rı­mız­dan bi­rinə rast gəldi­lər.
66. Musa ona dedi: “Sənə öyrə­dilmiş doğru yolu göstə­rən elm­dən mənə öyrət­mək şərtilə sənin arxanca gələ bilə­rəm­mi?”
آية رقم 67
67. Xızır dedi: “Doğrusu, sən mənim yanımda səbir edə bil­məz­sən.
69. Musa dedi: “İnşallah, sə­birli ol­duğumu görəcəksən. Sə­nin heç bir əm­rindən çıxma­ya­cağam”.
70. Xızır dedi: “Əgər mənə tabe ola­caqsansa, özüm sənə bir xə­bər bildir­mə­­yincə mən­dən heç bir şey haqqında so­ruş­ma”.
71. Sonra hər ikisi yola dü­zəlib get­dilər. Nəhayət gəlib gə­miyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gə­midə olan­la­rı suya qərq et­mək üçünmü onu deşdin? Doğ­ru­su, günahı bö­yük olan bir iş gör­dün”.
74. Yenə yola düzəldilər. Nə­ha­yət, bir oğlan uşağı ilə rast­laş­dıq­da Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öl­dür­mə­yən gü­nah­sız bir canamı qəsd et­din? Doğrusu, çox pis bir iş tutdun”.
76. Musa dedi: “Əgər bun­dan sonra səndən bir şey ba­rə­sində so­ruş­sam, da­ha mənə yol­daş olma. Sən artıq mənim di­ləyəcəyim so­­nuncu üzrxah­lığa çat­dın”.
77. Yenə yola düzəldilər. Nə­ha­yət, bir kənd əhlinin ya­nına gə­lib camaatdan yeməyə bir şey istədi­lər. Camaat onları ye­məyə qo­naq etmək istəmədi. Onlar orada da­ğılmaq istəyən bir di­var gör­dü­lər. Xızır onu dü­zəlt­di. Musa dedi: “Əgər is­tə­səy­din, bunun mü­qa­bilində zəhmət haqqı alardın”.
79. Gəmiyə gəlincə, o, də­niz­də çalışan kasıb adamlara məx­sus idi. Mənim onu korla­ma­ğı­mın sə­bəbi, onların önün­də hər bir ya­rar­lı gəmini zorla ələ ke­çirən hökm­darın olması idi.
80. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşa­ğın bö­yü­yəndə onları az­ğın­lığa və küfrə sürük­lə­mə­sin­dən qorx­duq.
81. Biz istədik ki, onların Rəb­bi onun əvəzində onlara on­dan da­ha təmiz və da­ha mər­hə­mət­li olan başqa bir övlad versin.
82. Divara gəldikdə isə, o, şə­hərdəki iki yetim oğlanın idi. Al­tın­da onlara məxsus bir xə­zinə vardı. Onların atası əmə­li­saleh adam ol­muşdur. Rəbbin on­ların həddi-buluğa çatmala­rını və Rəb­bin­dən bir mərhə­mət olaraq öz xəzi­nə­lə­rini ta­pıb çıxartmalarını is­tə­di. Mən bun­ları öz ixtiyarımla etmir­dim. Sənin səbir edə bilmə­di­­yin şeylərin yozumu budur!”
83. Səndən Zülqərneyn ba­rə­sin­də so­ruşurlar. De: “Onun barə­sin­də si­zə bir əhvalat da­nışa­cağam”.
آية رقم 85
85. O, yer üzündə gəzib do­laş­maq üçün səfərə çıxdı.
86. Nəhayət, günəşin qürub etdiyi yerə gə­lib çatdıqda onu qa­ra pal­çıq­lı bir yerdə batan gör­dü. Zülqərneyn onun ya­nın­da bir tay­fa­ya rast gəldi. Biz bu­yur­duq: “Ey Zülqər­neyn! Sən ya onları cə­za­lan­dırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!”
آية رقم 92
92. Sonra o, yenə yoluna da­­vam etdi.
94. Onlar dedilər: “Ey Zül­qər­neyn! Yəcuc və Məcuc tay­fa­ları yer üzündə fitnə-fəsad tö­rədirlər. Bəlkə biz sənə xə­rac verək, sən də bi­zimlə onların ara­sın­da bir sədd düzəl­də­sən?”
95. O dedi: “Rəbbimin mə­nə əta et­di­yi mülk daha yax­şı­dır. Gə­lin öz qüv­və­niz­lə mə­nə kö­mək edin, mən də sizinlə on­ların ara­sın­da möhkəm bir sədd çə­kim.
96. Mənə dəmir parçaları gə­­tirin!” Nəhayət, dağın iki ya­nı ara­sını dəmir parçaları ilə dol­durduqda: “Körükləyin!”– de­di. Də­mir közərən kimi: “Gə­ti­rin mə­nə, onun üstünə ərimiş mis tö­küm!”– de­di.
آية رقم 97
97. Yəcuc və Məcuc tayfa­la­rı nə səd­din üstünə çıxa bil­di­lər, nə də onu dəlib keçə bil­dilər.
99. O gün Yəcuc və Məcuc tay­­falarını axışıb bir-birinə qa­rış­mış hal­da bura­xa­rıq. Sur üfü­rülən kimi məxluqatın ha­mı­sı­nı bir yerə top­layarıq.
آية رقم 100
100. O gün Biz Cəhənnəmi ka­firlərə aşkar göstərərik.
101. O kəslərə ki, gözləri Məni an­maqdan qapali idi, (ayə­lə­rim­dən üz döndərərdilər), özləri də eşidə bilmir­dilər.
102. Olmaya, kafirlər Məni qo­yub qul­larımı özlərinə dost tu­ta­caq­­la­rını güman edirdilər? Həqiqətən, Biz Cə­hənnəmi ka­firlər üçün mən­zil hazırla­mı­şıq.
آية رقم 103
103. De: “Sizə əməlləri ba­xı­mından ən çox ziyana uğra­yan­lar ba­rə­sində xəbər verimmi?
104. O kəslər haqqında ki, on­ların dünya həyatındakı səy­ləri bo­şa çıx­mış­dır. Çünki on­lar özlü­yündə yaxşı işlər gör­dükləri gü­ma­nında idilər.
105. Onlar Rəbbinin ayələ­rini və Onun­la qarşılaşacaqla­rını in­kar edən, buna görə də bütün əməlləri boşa çıxan kim­sələrdir. Odur ki, Qiyamət gü­nü Biz onlara əhə­miyyət ver­mə­yəcəyik”.
آية رقم 106
106. Kafir olduqlarına, ayə­lə­rimi və elçilərimi lağlağıya qoy­duq­larına görə onların cə­zası Cəhən­nəmdir.
آية رقم 108
108. Onlar orada əbədi qa­la­caq, ora­nı başqa bir yerə də­yiş­mək is­tə­­məyə­cək­lər.
109. De: “Əgər Rəbbimin Söz­lərini yazmaq üçün dəniz mü­rək­kəb olsaydı və bir o qə­dər də ona əlavə etsəydik be­lə, Rəb­bimin Söz­ləri qurtar­ma­dan ön­cə dənizin suyu qur­tarardı”.
110. De: “Mən də sizin kimi bir in­sa­nam. Mənə vəhy olu­nur ki, si­zin məbu­dunuz Tək olan İlah­dır. Kim Rəbbi ilə qar­şılaşaca­ğına ümid bəslə­yirsə, yaxşı iş­lər gör­sün və yerinə yetirdiyi ibadət­lə­rin­də Rəb­bi­nə heç kəsi şərik qoşmasın!”
تقدم القراءة