ترجمة سورة الصافات

الترجمة الأذرية
ترجمة معاني سورة الصافات باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. And olsun göylərdə və yer­də səf-səf duranlara,
2. imansızları qətiyyətlə qo­vanlara
3. və Zikri oxuyanlara!
4. Həqiqətən, sizin məbu­du­nuz Tək­dir!
5. O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriq­lərin Rəbbidir.
6. Biz dünya səmasını par­laq ulduz­lar­la bəzədik
7. və onu hər bir asi şey­tan­dan mü­hafizə etdik.
8. Onlar artıq ali topluma – mələk­lə­rin söhbətlərinə qulaq asa bil­məz­lər və hər tərəfdən üst­lə­rinə yandırıb yaxan alov­lar yağ­dırılar
9. və oradan qovularlar. On­ları uzun sürəcək bir əzab göz­ləyir.
10. Lakin şeytanlardan hər kim o söh­bətlərdən bir söz qa­pıb qa­çar­sa, onu yan­dırıb-yaxan par­laq bir alov təqib edər.
11. Kafirlərdən soruş ki, on­la­rı ya­rat­maq çətindir, yoxsa Bi­zim baş­qa ya­rat­dıqlarımızı? Biz ki onları yapışqan kimi palçıq­dan ya­rat­dıq.
12. Sən onlara təəccüb edir­sən, onlar isə səni ələ salırlar.
13. Onlara xatırlatdıqda dü­şü­nüb ib­rət almırlar.
14. Bir möcüzə gördükdə isə ona is­tehza edir
15. və deyirlər: “Bu ancaq açıq-ay­dın bir sehrdir.
16. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildik­dən son­ra diril­di­ləcəyikmi?
17. Ya da atalarımızmı di­ril­diləcəklər?”
18. De: “Bəli, özü də, zəlil günə qal­mış olduğunuz halda di­ril­di­lə­cək­siniz”.
19. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib gör­mə­yə baş­la­yacaqlar.
20. Günahkarlar deyəcəklər: “Vay ha­lı­mıza! Bu ki, Haqq-he­sab gü­nüdür!”
21. Onlara deyiləcək: “Bu, ya­lan say­dı­ğınız fərqləndirmə gü­nü­dür!”
22. Mələklərə belə əmr olu­na­caq: “Top­layın bir yerə za­lım­la­rı, on­la­rın yol­daş­larını və iba­dət etdiklərini –
23. Allahdan başqa. Onları Cəhən­nəm yoluna yönəldin.
24. Onları dayandırın, çün­ki onlar sor­ğu-sual olunacaq­lar”.
25. Günahkarlara deyiləcək: “Si­zə nə olub ki, bir-birinizə kö­mək et­mirsi­niz?”
26. Bəli, onlar bu gün baş əyəcəklər!
27. Onlar bir-birinə üz tutub soru­şa­caqlar.
28. Tabe olanlar deyəcəklər: “Siz bi­zim yanımıza sağ tərəf­dən gə­lirdi­niz”.
29. Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar de­yildiniz.
30. Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aş­mış adamlar idiniz.
31. Rəbbimizin Sözü bizim barə­miz­də həqiqətə çevrildi. Biz əza­bı hökmən dadacağıq.
32. Biz sizi azdırdıq. Çünki biz özü­müz də azmış adamlar idik”.
33. Şübhəsiz ki, həmin gün onlar əza­ba şərik olacaqlar.
34. Həqiqətən, Biz günah­kar­larla be­lə rəftar edəcəyik.
35. Çünki onlara: “Allah­dan başqa ibadətə layiq olan məbud yox­dur!”– deyil­dikdə təkəb­bür gös­tərir
36. və deyirdilər: “Məgər bir məcnun şairə görə məbud­la­rı­mızı tərk edəcə­yik?”
37. Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiq­lə­di.
38. Siz mütləq ağrılı-acılı əza­bı da­da­­caq­sınız.
39. Siz ancaq etdiyiniz əməl­lərin cə­za­sını alacaqsınız.
40. Lakin Allahın seçilmiş ixlaslı qul­ları müstəsnadır.
41. Məhz onlar üçün müəy­yən bir ruzi vardır –
42. Cənnət meyvələri. Onla­ra ehti­ram göstəriləcək –
43. Nəim cən­nətlərində.
44. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.
45. Onlar üçün çeşmə şəra­bı ilə dolu piyalələr dolandırıla­caq­.
46. Özü də ağappaq, içənlə­rə ləzzət verən bir şərab.
47. O şərab nə baş ağrısı ve­rər, nə də ondan məst olarlar.
48. Onların yanında baxış­ları öz ərlə­ri­nə dikilmiş iri qara­ gözlü hu­rilər ola­caq­.
49. Özü də qorunub saxla­nılmış yu­murta kimi hurilər.
50. Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
51. Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.
52. O deyirdi: “Sən də ina­nanlar­dan­san?
53. Məgər biz öldükdən, tor­pağa çev­rilib sür-sümük ol­duq­dan son­ra haqq-hesaba çəkilib cəzalandı­rıla­cağıq?”
54. O sözünə davam edib de­yə­cək: “Siz onun harada ol­du­ğunu gör­mək istəyirsi­niz­mi?”
55. O boylanıb yoldaşını Cə­hən­nə­min ortasında görəcək
56. və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edə­cək­din.
57. Əgər Rəbbimin lütfü ol­masaydı, mən də Cəhənnəmə gə­ti­ri­lən­lər­dən olar­dım.
58. Doğrudanmı biz bir da­ha ölmə­yəcəyik –
59. ilk ölümümüzdən başqa? Doğru­danmı biz heç vaxt əza­ba dü­çar olma­ya­­cağıq?”
60. Həqiqətən, bu, böyük uğurdur.
61. Qoy çalışanlar bunun üçün ça­lış­sınlar!
62. Ziyafət üçün bu yaxşı­dır, yoxsa zəqqum ağacı?
63. Biz onu zalımlar üçün bir sınaq etdik.
64. O, Cəhənnəmin lap di­bindən bi­tib çıxan bir ağacdır.
65. Onun meyvəsi şeytanla­rın baş­la­rı kimidir.
66. Günahkarlar ondan ye­yib qarın­ları­nı dolduracaqlar.
67. Sonra da üstündən onla­rı qaynar su ilə qatışdırılmış bir içki göz­ləyir.
68. Sonra onlar mütləq Cə­hənnəmə qaytarılacaqlar.
69. Həqiqətən, onlar ata-ba­balarını az­mış gördülər,
70. özləri də tez-tələsik on­la­rın izini tutub getdilər.
71. Həqiqətən, onlardan ön­cə əvvəlki nəsillərin çoxu zə­la­lətə düş­müşdü.
72. Artıq Biz onlara xəbərdar edən peyğəm­bərlər göndərmişdik.
73. Bax gör xəbərdar edi­lən­lərin aqi­bəti necə oldu.
74. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
75. Nuh Bizə yalvarıb ya­xar­dı. Biz çağırışa necə də gözəl ca­vab ve­­rənik!
76. Biz onu və ailəsini bö­yük sıxın­tı­dan qurtardıq.
77. Təkcə onun nəslini qo­ru­yub sax­ladıq.
78. Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq;
79. aləmlər içərisində Nuha salam olsun!
80. Həqiqətən, Biz yaxşı iş gö­rənləri belə mükafatlan­dı­rı­rıq.
81. Həqiqətən, o Bizim mö­min qulla­rımızdandır.
82. Sonra o birilərini suya qərq et­dik.
83. Həqiqətən, İbrahim onun ardıcıl­larından idi.
84. Bir zaman o, öz Rəbbi­nin yanına pak bir qəlblə gəldi.
85. Onda o, öz atasına və qöv­münə dedi: “Siz nəyə si­tayiş edir­si­­niz?
86. Allahı qoyub uydurma məbudla­rı­mı diləyirsiniz?
87. Aləmlərin Rəbbi barə­sin­də nə düşünürsünüz?”
88. O, ulduzlara bir nəzər sa­laraq
89. “Mən xəstəyəm!”– dedi.
90. Onlar ondan üz çevirib çıxıb get­di­lər.
91. O, xəlvətcə onların mə­budlarının yanına gəlib istehza ilə de­di: “Siz bu təam­ları ye­mir­siniz?
92. Sizə nə olub ki, danış­mır­sınız?”
93. Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.
94. Bütpərəstlər tələsik onun yanına gəldilər.
95. O dedi: “Siz yonub dü­zəltdiklə­ri­nizəmi sitayiş edir­siniz?
96. Axı sizi də, sizin düzəlt­dik­lərinizi də Allah yarat­mış­dır”.
97. Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu ora­da od­la­yın!”
98. Onlar İbrahimə hiylə qur­maq is­tədilər, Biz də onları rüs­vay et­dik.
99. O dedi: “Mən Rəbbimə doğru ge­di­rəm. O məni doğru yola yö­nəl­dəcək­”.
100. O dedi: “Ey Rəbbim! Mənə əmə­li­salehlərdən olan öv­lad bəxş et!”
101. Biz də onu həlim xa­siy­yətli bir oğlan uşağı ilə müj­də­lədik.
102. O, böyüyüb atası ilə bə­rabər ça­lışmaq həddinə çat­dıq­da İb­ra­­him dedi: “Oğlum! Yu­xuda gördüm ki, səni qur­ban kəsirəm. Bax gör nə düşü­nür­sən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə ye­tir. Allah qoysa mənim səbirlilərdən ol­du­ğumu görəcəksən”.
103. Hər ikisi Allahın əm­rinə tabe ol­duqları və İbrahim onu üzüs­tə yerə yıx­dığı zaman
104. Biz onu çağırıb dedik: “Ey İbra­him!
105. Artıq sən yuxunu təs­diq etdin!” Biz yaxşı iş görənləri belə mü­ka­fat­lan­dırırıq.
106. Həqiqətən də, bu, açıq-aydın bir imtahandır.
107. Biz onun əvəzinə bö­yük bir qur­banlığı fidyə verdik.
108. Sonradan gələnlər ara­sında ona gözəl xatirə qoyduq.
109. İbrahimə salam olsun!
110. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlan­dırı­rıq.
111. Həqiqətən, o, Bizim mö­min qulla­rımızdandır.
112. Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müj­də verdik.
113. Biz ona və İshaqa bə­rə­kət ver­dik. Hər ikisinin nəs­lin­də yax­şı iş gö­rənləri də var, açıq-aydın özünə zülm edən­ləri də.
114. Biz Musa ilə Haruna da nemət bəxş etdik.
115. Onların hər ikisini və tayfa­la­rı­nı böyük sıxıntıdan qur­tar­dıq.
116. Onlara kömək göstər­dik və on­lar qa­lib gəldilər.
117. Hər ikisinə aydın bir Ki­tab ver­dik.
118. Hər ikisini də doğru yo­la yö­nəltdik.
119. Sonradan gələnlər ara­sında hər ikisinə gözəl xatirə qoy­duq.
120. Musaya və Haruna sa­lam ol­sun!
121. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırı­rıq.
122. Həqiqətən, onların iki­si də Bi­zim mömin qullarımız­dan­dır.
123. Şübhəsiz ki, İlyas da el­çilər­dən­dir.
124. Bir zaman o öz qöv­mü­nə demişdi: “Məgər qorx­mur­su­nuz?
125. Siz yaradanların ən yax­şısını qo­yub niyə Bələ yal­va­rır­sınız –
126. həm sizin Rəbbiniz, həm də əc­dadlarınızın Rəbbi olan Alla­hımı tərk edirsiniz?”
127. Onlar onu yalançı say­dılar. Ona görə də hamısı Cə­hənnəmə gə­tiri­lə­cək­dir.
128. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
129. Sonradan gələnlər ara­sında ona gözəl xatirə qoyduq.
130. İlyasinə salam olsun!
131. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırı­rıq.
132. Həqiqətən, o Bizim mö­min qul­larımızdandır.
133. Şübhəsiz ki, Lut da el­çi­lər­dən­dir.
134. Bir zaman Biz onu və bütün ai­ləsini xilas etdik.
135. Yalnız geridə qalanla­rın içində olan yaşlı bir qadın­dan baş­qa.
136. Sonra da o birilərini yer­li-dibli yox etdik.
137. Siz həm səhər çağı on­la­rın ya­nından keçirsiniz,
138. həm də axşam çağı. Mə­gər an­la­mırsınız?
139. Yunus da, həqiqətən, el­çilər­dən­dir.
140. Bir zaman o, yüklü bir gəmiyə tə­rəf qaçdı.
141. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan ol­du.
142. O, qınanmağa layiq ol­duqda ba­lıq onu uddu.
143. Əgər o, Allaha tərif de­yən­lər­dən olmasaydı,
144. balığın qarnında Qiya­mət gü­nü­nə qədər qalardı.
145. O, halsız olduğu vəziy­yətdə Biz onu sahilə çıxartdıq.
146. Və üstünə kölgə salmaq üçün ­qabaq növündən iriyarpaqlı bir bitki bitirdik.
147. Biz onu yüz mindən də daha çox adama peyğəmbər gön­dər­dik.
148. Onlar ona iman gətir­di­lər, Biz də onlara müəyyən vax­ta­dək firavanlıq nəsib etdik.
149. Kafirlərdən soruş: “Nə­yə görə qız­lar sənin Rəbbinin, oğ­lan­lar isə onların olmalıdır?”
150. Yoxsa Biz mələkləri di­şi yarat­mı­şıq və onlar da buna şahid olub­lar?
151. Həqiqətən, onlar yalan uydu­rub deyirlər:
152. “Allah doğmuşdur”. Şüb­həsiz ki, onlar yalançıdırlar.
153. Məgər Allah qızları oğ­lanlardan üstünmü tutmuş­dur?
154. Sizə nə olub, bu necə müha­ki­mə­dir yürüdürsünüz?
155. Məgər düşünüb ibrət alma­ya­caqsınız?
156. Yoxsa sizin aydın bir dəliliniz vardır?
157. Əgər doğru deyirsiniz­sə, kita­bı­nızı gətirin!
158. Onlar Allahla cinlər ara­sında qohumluq olduğunu uy­dur­du­lar. Hə­qiqətən, cinlər on­ların Cəhənnəmə gə­ti­ri­ləcə­yini bi­lirlər.
159. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.
160. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.
161. Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız
162. heç kəsi Allaha qarşı yol­dan çı­xa­ra bilməzsiniz.
163. Ancaq Cəhənnəmə gi­rə­cək kim­sə­dən başqa.
164. Mələklər dedi: “Bizlər­dən hər kə­sin müəyyən bir yeri var­dır.
165. Həqiqətən, biz səf-səf dururuq.
166. Həqiqətən, biz Allahın şəninə tə­riflər deyirik”.
167. Müşriklər deyirdilər:
168. “Əgər bizdə də əvvəl­ki­lərdə olan zikrdən (o kitabdan) olsaydı,
169. biz mütləq Allahın se­çil­miş sə­mimi qulları olardıq”.
170. Lakin onlar onu inkar et­dilər. Onlar tezliklə bilə­cəklər.
171. Bizim elçi göndərdi­yi­miz qul­la­rımız haqqında bu Sö­zü­müz əzəldən deyilmişdi:
172. “Həqiqətən, onlara kö­mək gös­tə­riləcək.
173. Bizim ordumuz mütləq qalib gələcək”.
174. Sən bir müddət onlar­dan üz çe­vir!
175. Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər.
176. Onlar əzabımızın tez­lik­lə gəl­mə­sinimi istəyirlər?
177. Əzab onların yurdları­na endiyi zaman qorxudulan­la­rın sa­ba­hı necə də pis olacaq!
178. Sən bir müddət onlar­dan üz çe­vir!
179. Onlara bax! Onlar tez­liklə əzabı görəcəklər.
180. Qüdrət sahibi olan Rəb­bin pak­dır, müşriklərin Ona aid et­dik­ləri sifət­lərdən uzaqdır.
181. Elçilərə salam olsun!
182. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Icon