ترجمة سورة الأحقاف

الترجمة الأذرية
ترجمة معاني سورة الأحقاف باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Ha. Mim.
2. Bu Kitab Qüdrətli, Müd­rik Allah tərəfindən nazil edil­mişdir.
3. Biz göyləri, yeri və onla­rın ara­sın­da olanları ancaq haqq olaraq və müəyyən bir za­man kəsimi üçün ya­rat­dıq. Ka­firlər isə xə­bərdar edildikləri şeylər­dən üz döndərdilər.
4. De: “Bir deyin görək, si­zin Allah­dan başqa tapındıqla­rınız yer üzündə nə yaratmış­lar? Yoxsa onların göylərin ya­radılma­sında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əv­vəl nazil ol­muş bir kitab və ya elmdən qalan bir əsər gətirin”.
5. Allahı qoyub Qiyamət gü­nünədək özünə cavab verə bil­mə­yən əşyalara yalvaran kim­sədən daha çox azmış kim ola bilər? Hal­buki o bütlər onların yal­varışından xəbərsizdirlər.
6. İnsanlar bir yerə toplanacaqları zaman bütlər onlara düş­mən kə­siləcək və onların ibadətini inkar edəcəklər.
7. Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqi­qətin gəl­diyini görüb onu in­kar edən kafirlər: “Bu, açıq bir sehrdir!”– de­yirlər.
8. Yaxud: “O bunu özündən uydur­muş­­dur!” – deyirlər. De: “Əgər mən onu uy­durmu­şam­sa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bil­məz­si­niz. O sizin Quran haqqındakı söz-söh­bət­ləri­nizi daha yaxşı bilir. Mənim­lə si­zin ara­nızda şahid kimi Allah yetər. O, Ba­ğış­la­yandır, Rəhmlidir”.
9. De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olu­na­na tabe olu­ram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!”
10. De: “Bir deyin görək, əgər bu Qu­ran Allah tərəfin­dən­dir­sə və siz də onu inkar etmi­si­niz­sə, İsrail oğullarından da bir şahid onun bənzərinə şa­hidlik edib iman gətiribsə, siz isə tə­kəbbür gös­tər­misi­nizsə, zülm et­­miş olmazsınızmı? Allah zalım­ları doğru yola yö­nəlt­məz!”
11. Kafirlər möminlərə de­di­lər: “Əgər Quran xeyirli bir şey ol­say­dı, onlar bun­da bizi qabaqlaya bilməzdilər!” Onlar bu­nunla doğ­ru yola gəlmə­dik­ləri üçün: “Bu, köhnə yalan­dır!”– deyəcəklər.
12. Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Ki­tabı var idi. Bu isə za­lımları qor­xut­maq və yaxşı iş görənlərə müjdə ver­mək üçün ərəb di­lin­də nazil edilmiş, əvvəlkiləri təs­diq edən bir Ki­tab­dır.
13. Həqiqətən də: “Rəbbi­miz Allah­dır!”– deyib sonra düz yol tu­tanla­ra heç bir qorxu yoxdur və onlar kədər­lənmə­yəcəklər.
14. Onlar Cənnət əhlidirlər və etdik­ləri əməllərin əvəzi ola­raq ora­da əbədi qalacaqlar.
15. Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə et­dik. Ana­sı onu bət­nində əziy­yətlə daşımış və əziyyətlə doğ­­muşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nə­hayət, o, yet­kinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəb­bim! Mənə, mə­nim özümə və va­li­deynlərimə bəxş etdiyin ne­mə­tə şükür et­mək və Sənin razı qa­la­cağın yaxşı işləri görmək üçün il­ham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə et­dim. Həqiqətən, mən müsəl­manlardanam!”
16. Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, gü­nah­la­rından keçə­cəyimiz və Cənnət əhli içərisinə daxil edə­cəyimiz kim­sələrdir. Bu, onlara ve­rilmiş doğru vəddir.
17. Kimisi də ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nə­sil gəlib-getdiyi hal­da, siz məni qəbirdən çıxarı­la­cağımlamı hə­dələyirsiniz?”– de­yər. On­lar Allahdan yardım di­ləyərək: “Vay sə­­nin halına! İman gətir, Allahın vədi haq­dır!”– deyərlər. O isə: “Bu, keç­miş­də­kilərin əfsanələrindən başqa bir şey deyildir!”– de­yər.
18. Belələri o kəslərdir ki, onlardan əvvəl gəlib-getmiş cin və in­sanlardan ibarət olan xalq­lar haqqındakı Söz on­ların ba­rəsində də ger­çəkləşmişdir. Hə­qiqətən də, onlar ziyana uğ­ra­yanlardır.
19. Hamının etdiyi əməllərə görə də­rəcələri var ki, Allah on­la­ra əməl­lə­ri­nin əvəzini ver­sin. Onlara əsla zülm edilməz.
20. Kafirlər Odun qarşısına gətiri­lə­cəkləri gün onlara deyi­lə­cək­: “Siz dün­ya həyatı­nızda pak nemətlərinizi sərf edib qur­tar­dı­nız və onlardan zövq al­dı­nız. Bu gün isə siz yer üzündə haqsız ola­raq tə­kəbbür göstər­diyinizə və asi olduğu­nu­za gö­rə alçaldıcı əzab­la cə­za­landırı­la­caq­sınız!”
21. Ad tayfasının qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan peyğəmbərlər gəlib-getmiş qum­sal təpələrdə ya­şayan tayfasını: “Allah­dan başqasına ibadət et­məyin. Mən si­zə üz verəcək əzə­mətli günün əzabın­dan qor­xu­ram!” deyə xəbərdar et­mişdi.
22. Onlar isə demişdilər: “Sən bizi məbudlarımızdan dön­dər­mə­yəmi gəl­din? Əgər doğru danışanlar­dan­sansa, bizə vəd et­di­yi­ni gətir!”
23. Hud dedi: “Bu haqda bil­gi ancaq Allaha məxsusdur. Mən si­zə yalnız mə­nimlə gön­dərilənləri təbliğ edirəm. La­kin mən sizin ca­hil adamlar ol­du­ğu­nu­zu görürəm”.
24. Nəhayət, o əzabı vadilə­ri­nə doğru gələn bir bu­lud şək­lində gör­dük­də: “Bu bizə ya­ğış yağdıracaq bulud­dur!”– de­di­lər. Hud de­di: “Xeyr! Bu si­zin tez gəl­məsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!
25. O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcək­!” On­lar elə məhv oldular ki, evlərindən başqa heç bir şey gö­rün­mə­di. Biz günahkar adam­ları belə cəzalandırırıq.
26. Sizə vermədiyimiz im­kanları Biz onlara vermişdik. Onlara qu­laq, göz və qəlb ver­mişdik. Lakin nə qulaqları, nə gözləri, nə də qəlb­ləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayə­lə­ri­ni inkar edirdilər. Onları ələ sal­dıqları əzab bürüdü.
27. Biz sizin ətrafınızda olan şə­hərlə­ri məhv etdik. Biz ayə­ləri on­lara müx­tə­lif cür izah et­dik ki, bəlkə küfrdən əl çə­kələr.
28. Bəs nəyə görə Allahı qo­yub Ona yaxınlaşmaq məq­sə­dilə ila­hi­ləşdir­dik­lə­ri tanrı­lar onlara kömək etmədi? Ək­si­nə, onlardan uzaq­la­şıb yox oldu­lar. Bu, onların iftiraları və uy­durmalarıdır.
29. Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin ya­nı­na yolladıq. Onlar onu din­ləməyə gəldikdə bir-birinə: “Su­sun, qulaq asaq!”– dedilər. Qu­ran oxunub qurtardıqdan sonra isə xəbər­dar et­mək məq­sədilə öz tayfalarının yanına qayıtdı­lar.
30. Onlar dedilər: “Ey qöv­mümüz! Biz, həqiqətən də, Mu­sadan sonra nazil edilmiş, özün­dən əvvəlkiləri təsdiqlə­yən, haq­qa və düz yola yönəl­dən bir Ki­tab dinlədik!
31. Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman gətirin ki, Allah günah­la­rınızı bağışlasın və sizi ağrılı-acılı əzab­dan qur­tarsın!”
32. Allahın dəvətçisini qə­bul etmə­yən kimsə yer üzün­də Allah­dan yaxa qurtara bil­məz və Ondan başqa onun hima­yəçi dostları da ol­maz. On­lar aş­kar azğınlıq içindədirlər.
33. Məgər onlar göyləri və yeri yara­dan, onları yarat­maq­la yo­rul­ma­yan Allahın ölüləri də diriltməyə qadir ol­duğunu gör­mür­lər­mi? Sözsüz ki, O, hər şeyə qadirdir.
34. Kafirlər Odun qarşısına gətiri­lə­cəkləri gün onlara: “Mə­gər bu, həqiqət deyilmi?”– de­yiləcək. Onlar: “Bəli, Rəb­bi­mizə and ol­sun ki, hə­qi­qət­dir!”– deyəcəklər. Allah da: “Küfr et­diyinizə görə da­dın əzabı!”– de­yəcək.
35. Elçilərdən möhkəm iradə sahib­lə­rinin səbir etdiyi kimi, sən də səbir et! Onlara əzabın tez gəlməsini istəmə. On­lar vəd olun­du­ğu­nu görəcəkləri gün gündüzün bircə saatı qədər qal­dıqlarını sa­na­caqlar. Bu, bir təb­liğdir. Heç fasiq adamlardan başqası məhv edi­lərmi?
Icon