ترجمة معاني سورة القيامة
باللغة الأذرية من كتاب الترجمة الأذرية
.
من تأليف:
لي خان موساييف
.
ﰡ
1. And içirəm Qiyamət gününə!
2. And içirəm peşmançılıq çəkən nəfsə!
3. İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.
4. Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.
5. Lakin insan bundan sonra da günah etmək fikrindədir.
6. O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə rişxəndlə soruşur.
7. Gözlər bərələ qalacağı,
9. və günəşlə ayın qovuşacağı zaman –
10. o gün insan deyəcək: “Hara qaçaq?”
11. Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq.
12. O gün qayıdış ancaq sənin Rəbbinə olacaq.
13. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcək.
14. Əslində, insan öz əleyhinə şahidlik edəcək –
15. üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.
16. Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
17. Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir.
18. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.
19. Sonra onu izah etmək də, sözsüz ki, Bizə aiddir.
20. Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,
21. Axirətdən isə uzaqlaşırsınız.
22. O gün bir çox üzlər parlayacaq
23. və öz Rəbbinə baxacaqdır.
24. O gün bir çox üzlər də tutulub qaralacaq
25. və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.
26. Xeyr, ruh körpücük sümüklərinə yetişəcəyi zaman;
27. “Kim onu dua ilə müalicə edə bilər?”– deyiləcək.
28. Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi
29. və ayaq ayağa dolaşacağı zaman –
30. o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcək.
31. O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.
32. Haqqı da yalan saydı və üz döndərdi.
33. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.
34. Vay sənin halına, vay!
35. Yenə də vay sənin halına, vay!
36. Bəlkə insan özbaşına qoyulacağını güman edir?
37. Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?
38. Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.
39. Ondan da bir cüt kişi və qadın yaratdı.
40. Məgər O, ölüləri diriltməyə qadir deyilmi?