ترجمة معاني سورة الطور باللغة الأذرية من كتاب الترجمة الأذرية

علي خان موساييف

الترجمة الأذرية

علي خان موساييف

الناشر

مجمع الملك فهد

آية رقم 1
1. And olsun Tur dağına!
آية رقم 2
2. And olsun yazılmış Ki­ta­ba –
آية رقم 3
3. nazik dəri üzərində olan Kitaba!
آية رقم 4
4. And olsun Beytulmə­mura!
آية رقم 5
5. And olsun yüksək tavana!
آية رقم 6
6. And olsun alovlanan də­nizə!
آية رقم 10
10. dağlar da hərəkətə gələ­cək.
آية رقم 11
11. O gün vay halına haqqı yalan sa­yanların!
آية رقم 13
13. O gün onlar amansız­ca­sına sürü­dülərək Cəhənnəm odu­na atı­lacaqlar.
آية رقم 14
14. Onlara deyiləcək: “Bu, si­zin yalan saydığınız Cəhən­nəm odu­dur!
آية رقم 17
17. Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və nemət içində ya­şa­ya­caqlar.
آية رقم 18
18. Rəbbinin onlara bəxş et­diyinə se­vinəcəklər. Rəbbi on­ları Cə­hən­nəm əza­bından xilas etmişdir.
آية رقم 19
19. Onlara deyiləcək: “Xe­yir­xah əməl­lərinizin əvəzi ola­raq nuş­can­lıqla ye­yin, için!”
آية رقم 20
20. Onlar səflərlə salınmış mütək­kə­lərə dirsəklənəcəklər. Biz on­­ları iri qa­ra gözlü huri­lər­lə evləndirəcəyik.
21. Möminlərin imanda on­la­rın ar­xa­sınca gedən nəsillə­ri­ni də Cən­nətdə öz­lərinə qo­vuş­duracağıq. Onların əməllə­rin­dən heç bir şey əskilt­məyə­cə­yik. Hər kəs qazandığının gi­rovudur.
آية رقم 22
22. Onlara istədikləri mey­və­dən və ətdən bol-bol verə­cə­yik.
آية رقم 23
23. Onlar orada bir-birinə şə­­rab dolu badə uzadacaqlar. Bu şərab on­ları nə boşboğaz­lığa, nə də günaha təhrik edəcək.
آية رقم 24
24. Onların ətrafında xid­mət­lərinə ve­rilmiş, qorunub saxla­nılan mir­­vari kimi yeniyetmə oğ­lanlar dolanacaqlar.
آية رقم 26
26. Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allah­dan qorxur­duq.
آية رقم 27
27. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əza­bın­dan qoru­du.
آية رقم 30
30. Yoxsa onlar: “O bir şair­dir. Biz onun ölümünü gözlə­yirik!”– de­yirlər.
آية رقم 31
31. De: “Gözləyin, mən də sizinlə bir­likdə gözləyənlər­dənəm!”
آية رقم 33
33. Yoxsa onlar: “Bunu özün­dən uy­durdun!”– deyirlər. Xeyr, on­lar iman gə­tirmirlər.
آية رقم 34
34. Əgər doğru söyləyir­lər­sə, qoy Qurana bənzər bir kə­lam gə­tir­sinlər.
آية رقم 37
37. Yoxsa sənin Rəbbinin xə­zinələri onlardadır? Yaxud on­lar hökm sahibi­dirlər?
38. Yoxsa onların, üstünə çı­xıb mə­lək­lərin söhbətlərini din­lə­dik­lə­ri bir nərdi­va­nı var­? Onda qoy onların mələk­ləri din­ləyənləri an­la­şıqlı bir dəlil gə­tirsin­lər!
آية رقم 40
40. Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borc­lu qaldıq­la­rı­na görə ağır yük altındadırlar?
آية رقم 42
42. Yoxsa bir hiylə qurmaq istəyir­lər? Amma kafirlər öz­lə­ri o hiy­lənin qurba­nı olacaqlar.
44. Əgər onlar göy parçala­rının düş­düyünü görsələr: “Bu­lud to­pası­dır!”– deyərlər.
46. O gün hiylələri onlara heç bir fay­da verməyəcək və on­la­ra kö­mək gös­tə­rilməyə­cək­.
48. Sən öz Rəbbinin hök­mü­nə səbir et! Həqiqətən, sən Bi­zim Göz­ləri­miz önündəsən. Yu­xudan qalxdıqda Rəbbi­ni həmd ilə zikr et!
آية رقم 49
49. Gecənin bir vaxtında, bir də ul­duzlar batandan sonra Onun şəninə tə­riflər de!
تقدم القراءة