ترجمة سورة النّمل

الترجمة الأذرية
ترجمة معاني سورة النّمل باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. Ta. Sin. Bu, Quranın və açıq-ay­dın bir Kitabın ayə­lə­ri­dir.
2. Möminlərə doğru yol gös­təricisi və müjdədir.
3. O kəslərə ki, namaz qılır, zəkat ve­rir və axirətə qətiy­yət­lə ina­nırlar.
4. Həqiqətən, Axirətə iman gətirmə­yənlərin bəd əməllərini on­la­ra yaxşı ki­mi gös­tərdik. Odur ki, onlar azğın­lıq­ları üzün­dən heç nə an­lamadan yer üzün­də veyllənirlər.
5. Bunlar əzabı ağır olacaq kimsə­lər­dir. Axirətdə ən çox ziyana uğ­raya­caq kəslər də elə onlardır.
6. Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alır­san.
7. Bir zaman Musa öz ailə­si­nə: “Mən, doğrudan da, bir od gör­düm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gə­ti­rim ki, qı­zı­n­a­sınız”– de­mişdi.
8. Musa oraya gəlib çatanda ona ni­da gəldi: “Odun için­də­ki də, ət­rafın­da­kı da mübarək­dir­lər. Aləmlərin Rəbbi olan Allah pak və mü­qəddəsdir!
9. Ey Musa! Qüdrətli, Müd­rik Allah Mənəm!
10. Əsanı yerə at!” Musa onun ilan ki­mi qıvrıldığını gör­dük­də dö­nüb qaç­dı və geriyə də dön­mədi. Allah dedi: “Ey Musa! Qorx­ma! Elçilər Mənim hüzu­rumda qorxmazlar.
11. Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yax­şılıq edərsə, bil­sin ki, Mən Ba­ğışlayanam, Rəhmliyəm!
12. Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıx­sın. Fi­ro­­na və onun tayfasına gön­dərilən doqquz möcü­zə­dən bi­ri budur. Hə­qi­qətən, onlar fa­siq bir tayfadır!”
13. Möcüzələrimiz onlara aş­kar şə­kildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedi­lər.
14. Buna qəti inandıqları hal­da, haq­sızcasına və təşəx­xüslə on­la­rı inkar et­dilər. Gör fəsad törədənlərin aqibəti ne­cə oldu!
15. Biz Davuda və Süleyma­na elm verdik. Onlar dedi­lər: “Bizi Öz mömin qullarının ço­xundan üstün tutan Alla­ha həmd olsun!”
16. Süleyman Davuda pey­ğəmbərlikdə varis oldu və dedi: “Ey in­san­lar! Bizə quş dili öy­rədildi və bizə hər şeydən ve­­rildi. Həqi­qə­tən, bu, bizə gös­tə­rilən açıq-aşkar üstünlükdür”.
17. Süleymanın cinlərdən, in­sanlar­dan və quşlardan iba­rət qo­şu­nu top­la­ndı. Onlar mün­tə­zəm şəkildə yerbəyer edil­dilər.
18. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qa­rışqa de­­di: “Ey qa­rışqalar! Yu­valarınıza girin ki, Süley­man və onun qo­şu­nu özləri də hiss et­mə­dən si­zi tapdayıb məhv etmə­sinlər”.
19. Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəb­bim! Mə­nə həm mənim özü­mə, həm də vali­deyn­lə­ri­mə əta et­di­yin nemətə şükür et­mək üçün, Sənin razı qala­ca­ğın yax­şı əməli et­mək üçün il­ham ver və məni Öz mər­hə­mə­tinlə əməli­saleh qul­la­rı­na qo­vuş­dur!”
20. Süleyman quşları nəzər­dən keçi­rib dedi: “Hüdhüdü nə üçün gör­mü­rəm? Yoxsa o bu­rada yoxdur?
21. O, ya mənə aşkar bir də­lil gə­tir­məlidir, ya da mən ona şid­dət­li bir əzab vermə­liyəm və yaxud da tutub bo­ğa­zını üz­mə­li­yəm”.
22. Çox keçmədən hüdhüd gəlib de­di: “Mən sənin bilmə­diyin bir şeyi öy­rəndim. Sənə Səbadan doğru bir xəbər gətir­mişəm.
23. Mən onlara padşahlıq edən, özü­nə hər şey verilmiş və çox bö­­yük taxtı olan bir qa­dın gördüm.
24. Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə et­dik­lə­ri­nin şahidi oldum. Şey­tan onların əməllərini öz­lə­rinə gözəl gös­tər­miş və onları haqq yol­dan çıxartdığına görə haq­qın yolunu tapa bil­mirlər.
25. Şeytan ona görə belə et­miş­dir ki, göylərdə və yerdə gizli olanı aş­kara çı­xardan, si­zin giz­lətdiklərinizi də, üzə çı­xart­dıq­larınızı da Bi­lən Allaha səcdə etməsinlər.
26. Böyük Ərşin Rəbbi olan Allah­dan başqa ibadətə layiq olan mə­bud yoxdur”.
27. Süleyman dedi: “Baxaq gö­rək, sən doğru deyirsən, yoxsa ya­lan­çılar­dansan.
28. Mənim bu məktubumu apar on­ların yanına at. Sonra bir qə­dər uzaqda dur və bax gör nə cavab verəcəklər!”
29. Qadın dedi: «Ey əyan­lar! Mənə çox əhəmiyyətli bir mək­tub atıl­dı.
30. O məktub Süleymandan­dır və on­da deyilir: “Mərhə­mət­li və Rəhm­li Alla­hın adı ilə!
31. Mənə qarşı təkəbbür gös­tərməyin və yanıma müsəl­man ola­raq gəlin!”»
32. Qadın dedi: “Ey əyanlar! Bu iş ba­rəsində mənə məsləhət ve­rin. Mən heç vaxt siz ya­nım­da olmayınca qəti qərar ver­­mə­mi­şəm.”
33. Onlar dedilər: “Biz bö­yük bir qüv­vət və qüdrət sahi­biyik. Bu­yu­ruq isə sənindir. Nə bu­yu­racağını özün düşün!”
34. Qadın dedi: Hökmdarlar hər han­sı bir məmləkətə so­xul­duq­la­rı za­man onu viran qo­yar, xalqının hörmətli adam­larını da zəlil edər­lər. Onlar bax belə edərlər.
35. Mən onlara bir hədiyyə göndə­rə­cəyəm və baxacağam gö­rüm elçilər nə ilə qayıda­caq­lar.
36. Elçilər Süleymanın ya­nı­na gəldik­də o dedi: “Siz mənə mal-döv­lətləmi yardım edirsi­niz? Allahın mənə bəxş etdiyi sizin ver­di­yi­nizdən daha yax­şı­dır. Siz isə ancaq öz bəx­şiş­lə­rinizlə fə­rəh­lə­nir­si­niz.
37. Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bil­məyə­cəkləri bir ordu ilə gəlib onları oradan zəlil və al­çalmış və­ziy­yətdə çıxardarıq!”
38. Süleyman dedi: “Ey əyan­lar! Onlar müti olaraq yanıma gəl­mə­miş hansınız onun tax­tı­nı mənə gətirə bilər?”
39. Cinlərdən çox qüvvətli birisi de­di: “Sən yerindən qalx­ma­mış mən onu sənə gə­ti­rə­rəm. Mən bu işi görməyə çox qüv­vət­li­yəm, etibarlı­yam!”
40. Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfün­dəndir ki, məni sınağa çəksin, görsün şükür edə­cə­yəm, yoxsa nankor olacağam! Kim şü­kür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nan­kor olsa, bilsin ki, hə­qi­qə­tən, Rəbbim onun şükrünə möhtac de­yil, Səxavətlidir!”
41. Süleyman dedi: “Onun taxtını ta­nınmaz hala salın, gö­rək onu tanıyacaq, yoxsa tanı­ma­yanlardan olacaq?”
42. Qadın gəldikdə ona: “Tax­tın bu cür­dürmü?”– deyildi. O de­di: “De­yəsən odur!” Süley­man dedi: “Bizə ondan əv­vəl elm ve­ril­miş və biz müsəlman ol­mu­şuq!”
43. Allahdan başqa tapındı­ğı şeylər o qadını tövhiddən ya­yın­dır­mışdır. Çünki o, kafir bir tayfadan idi.
44. Qadına: “Saraya daxil ol!”– de­yildi. O, sarayı gör­dük­də onu də­rin bir gölməçə he­sab etdi və baldırlarını açdı. Sü­ley­man dedi: “Bu, büllurdan ha­mar­lanıb düzəldilmiş bir sa­ray­dır!” Qadın dedi: “Ey Rəb­bim! Mən özümə zülm etmiş­dim. İn­di isə Süleymana tabe olub aləm­lərin Rəbbi olan Allaha təslim ol­dum!”
45. Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qar­daşları Sa­­lehi elçi göndərdik. Onlar isə bir-biri ilə müba­rizə aparan iki fir­qə­yə bölündülər.
46. O dedi: “Ey camaatım! Nə üçün yaxşılıqdan qabaq pis­li­yə tə­ləsir­siniz? Nə üçün Allah­dan bağışlanmağınızı di­lə­mir­­siniz? Ola bil­sin ki, sizə rəhm olu­na”.
47. Onlar dedilər: “Biz sə­nin və sə­nin­lə birlikdə olanların uc­ba­tın­dan uğur­suz­luğa uğra­dıq”. Saleh dedi: “Sizin uğur­suz­lu­ğunuz Allah yanında­dır. Siz sı­na­ğa çəkilən bir qövmsü­nüz”.
48. Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fə­sad törə­dir, yaxşı işlər görmürdülər.
49. Onlar dedilər: “Bir-biri­nizin ya­nında Allaha and için ki, ge­cə ona və ailəsinə basqın edib onları öldürəcək, sonra da onun ya­xın qohumuna de­yə­cəyik ki, biz onun ailəsinin öl­dürüldü­yünü gör­məmişik və biz, həqi­qətən, düzünü de­yi­rik”.
50. Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmə­di­lər.
51. Bax gör onların hiylələ­rinin aqi­bəti necə oldu. Biz on­ları bü­tün tay­fa­la­rıyla birlikdə yerlə yeksan etdik.
52. Haqsızlıqları üzündən vi­ran qal­mış evləri də budur. Hə­qi­qə­tən, bun­da bilən adam­lar üçün ibrət var.
53. İman gətirib Allahdan qor­xanları isə xilas etdik.
54. Lutu da yada sal. Bir za­man o öz qövmünə demişdi: “Gö­zü­nüz görə-gö­rə murdar işmi görəcəksiniz?
55. Siz qadınları qoyub şəh­vətlə ki­şi­lərəmi yaxınlaşacaqsınız? Yox, siz cahil bir qövmsünüz!”
56. Qövmünün cavabı isə ancaq: “Lu­tun ailəsini kəndi­nizdən çı­xarın. Çün­ki onlar tə­miz qalmaq istəyən adam­lar­dır!”– demələri ol­du.
57. Biz onu və ailəsini xilas etdik. Yal­nız arvadından baş­qa. Biz onun arva­dının geridə qa­lan­lardan olmasına qərar verdik.
58. Biz onların üstünə daş­lar­dan ya­ğış yağdırdıq. Qorxu­du­lan­la­rın yağışı nə yaman imiş!
59. De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qul­la­rı­na! Allah yaxşıdır, yoxsa Ona şərik qoş­duq­ları­nız?
60. Bütlər yaxşıdır, yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur en­dirən Allah?! Biz o yağmurla gözəl bağçalar saldıq. Hal­buki siz on­la­rın ağacla­rını da böyüdə bil­məzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan ya­yınan qövmdürlər.
61. Bütlər yaxşıdır, yoxsa yeri məskən edən, ara­sından çay­lar axıdan, üzərində möh­kəm duran dağ­lar yara­dan və iki dənizin arasında maneə qoyan Allah?! Heç Allahla ya­naşı başqa bir məbudmu var? Xeyr, on­la­rın ək­səriyyəti bunu bilmirlər.
62. Bütlər yaxşıdır, yoxsa darda qalan kimsə yal­vardığı za­man ona cavab ve­rən, şəri so­vuşduran və sizi yer üzü­nün varisləri edən Allah?! Heç Allahla yanaşı başqa bir mə­budmu var? Siz necə də az dü­şünürsü­nüz?
63. Bütlər yaxşıdır, yoxsa qurunun və dənizin qa­ranlıq­la­rında sizə doğru yol gös­tə­rən, külək­ləri Öz mərhə­məti önündə yağışdan qabaq müj­dəçi kimi gön­dərən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoş­duqları şəriklər­dən ucadır.
64. Bütlər yaxşıdır, yoxsa məxluqatı əvvəldən ya­radan, son­­ra onu yenidən diril­dən, si­zə göy­dən və yerdən ru­zi verən Allah?! Heç Allahla ya­naşı baş­qa bir məbudmu var?” De: “Əgər doğru deyir­si­nizsə, dəlilinizi gə­ti­rin”.
65. De: “Allahdan başqa göy­lərdə və yerdə olanların heç biri qey­bi bilməz. Onlar nə za­man diriləcəklərini belə bil­mir­lər.
66. Həm də onların elmi axi­rəti qav­rayıb dərk edə bil­məz. Üs­tə­lik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”.
67. Kafirlər dedilər: “Məgər biz və ata­larımız torpağa qa­rış­dıq­dan sonra qəbirlərdən çı­xar­dılacağıq?
68. Bu dirilmə həm bizə, həm də əv­vəllər atalarımıza vəd olun­muş­du. Bu, keçmişdəki­lə­rin uydurduğu əfsanələ­r­dən başqa bir şey deyil”.
69. De: “Yer üzündə gəzib dolaşın və görün günah­karla­rın aqi­bə­ti necə ol­muş­dur”.
70. Onlara görə kədərlənmə və qur­duqları hiylələrdən ötrü də ürə­yini sıx­ma.
71. Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər.
72. De: “Ola bilsin ki, tələ­sik istə­di­yiniz şeyin bir qismi, ar­tıq si­zə yaxın­laşmışdır”.
73. Həqiqətən, sənin Rəbbin insan­la­ra qarşı lütfkardır, la­kin on­ların əksə­riy­yəti naşükür­dür­.
74. Şübhəsiz ki, sənin Rəb­bin onların qəlblərinin gizli sax­la­dıq­la­rını və onla­rın aşkar et­diklərini bilir.
75. Göydə və yerdə elə bir giz­li şey yoxdur ki, açıq-aydın Ya­zı­da (Lövhi-məh­fuzda) ol­ma­sın.
76. Həqiqətən, bu Quran İs­rail oğul­larına ixtilafda olduq­ları şey­lərin ço­xu­nu anlatmaq­dadır.
77. Həqiqətən, o, mömin­lə­rə doğru yol göstəricisi və bir mər­hə­­mət­dir.
78. Şübhəsiz ki, sənin Rəb­bin onların arasında Öz hök­münü ve­rə­cək­. O, Qüdrət­li­dir, Biləndir!
79. Sən yalnız Allaha təvək­kül et! Çünki sən açıq-aydın haqq yol­dasan.
80. Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dö­nüb gedən karlara çağırışı çatdıra bilərsən.
81. Sən korları düşdükləri az­ğın­lıq­dan doğru yola çıxara bil­məz­sən. Sən haqqı yalnız mü­səlman ikən ayələrimizə ina­nanlara eşit­dirə bi­lərsən.
82. O söz (Qiyamət) onların başla­rı­nın üstünü aldığı za­man on­lar üçün yer­dən elə bir hey­van çıxardarıq ki, on­lar­la danı­şıb in­san­ların ayələ­rimizə yə­qin­lik­lə inanmadıqlarını söy­lə­yər.
83. Həmin gün hər ümmə­tin ayələ­ri­mizi yalan sayan­la­rın­dan bir dəstə top­layarıq. Sonra da onlar bir yerdə məh­şərə sü­rük­lə­nər­lər.
84. Nəhayət haqq-hesab ye­ri­nə gəl­dik­ləri zaman Allah de­yər: “Ayə­lərimi ba­şa düşmədi­yiniz halda, onları yalanmı say­dınız? Bəs siz nə iş görür­dü­nüz?”
85. Zülm etdiklərinə görə o söz on­la­rı haqlayacaq və onlar da­nı­şa bilmə­yə­cəklər.
86. Məgər onlar görmür­lər­mi ki, Biz gecəni onların hə­min vaxt is­tirahət et­məsi üçün ya­rat­mış, gündüzü isə işıqlı et­mi­şik? Şüb­hə­siz ki, bunda iman gə­ti­rən adamlar üçün dəlillər var­dır.
87. Sur üfürüləcəyi gün Alla­hın istə­diklərindən başqa, göy­lər­də və yerdə olan­lar dəhşətə düşəcək və hamısı Onun hü­zu­runa baş əyə­rək gələcəkdir.
88. Sən dağlara baxıb onları hərə­kət­siz durmuş güman edər­sən, hal­buki on­lar bulud keç­diyi kimi keçib gedərlər. Bu, hər şeyi ka­mil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xə­bər­dardır.
89. Hər kim yaxşı əməllə gəl­sə, ona da­ha yaxşısı (Cən­nət) ve­ri­lər. Onlar o gün dəh­şətli qorxu hissindən uzaq olar­lar.
90. Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara de­yilər: “Mə­gər siz an­caq etdi­yi­niz əməllərə görə cəzalan­dı­rıl­mırsınız?”
91. De: “Mənə ancaq bu şə­hərin (Mək­kənin) Rəbbinə iba­dət et­mək əmr edil­mişdir. O şəhər ki, Rəbbim onu toxunulmaz buyur­muş­dur. Hər şey yalnız Onun­dur. Mənə əmr olunub ki, müsəl­man olum
92. və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğ­ru yol­da olmuş olar. Haqq yoldan azana isə be­lə de: “Mən ancaq xə­bərdar edənlər­də­nəm!”
93. De: “Həmd, Alla­ha məxsusdur! O Öz dəlillərini sizə gös­tə­rə­cək, siz də onları tanıyacaq­sı­nız. Rəbbin sizin etdiklərinizdən qafil deyildir!”
Icon