ترجمة معاني سورة مريم باللغة الأذرية من كتاب Alikhan Musayev - Azerbaijani translation
ﰡ
آية رقم 1
ﭑ
ﭒ
Kəf. Ha. Yə. Ayn. Sad.
آية رقم 2
ﭓﭔﭕﭖﭗ
ﭘ
Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya göstərdiyi mərhəmətinin yada salınmasıdır.
آية رقم 3
ﭙﭚﭛﭜﭝ
ﭞ
Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib
آية رقم 4
demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
آية رقم 5
Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,
آية رقم 6
o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!”
آية رقم 7
Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!”
آية رقم 8
O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?”
آية رقم 9
Mələk dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»
آية رقم 10
O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. Allah buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”
آية رقم 11
O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!”
آية رقم 12
Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!”– deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik.
آية رقم 13
Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi.
آية رقم 14
ﭢﭣﭤﭥﭦﭧ
ﭨ
Həm də ata-anasına qarşı qayğıkeş idi; lovğa və asi deyildi.
آية رقم 15
Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!
آية رقم 16
Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş
آية رقم 17
və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu.
آية رقم 18
Məryəm dedi: “Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma”.
آية رقم 19
Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”.
آية رقم 20
Məryəm dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?”
آية رقم 21
Mələk dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir”».
آية رقم 22
ﯜﯝﯞﯟﯠﯡ
ﯢ
Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi.
آية رقم 23
Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!”
آية رقم 24
Məryəmin aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı.
آية رقم 25
Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.
آية رقم 26
Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”».
آية رقم 27
Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan.
آية رقم 28
Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”.
آية رقم 29
Məryəm ona işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”
آية رقم 30
Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi.
آية رقم 31
Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.
آية رقم 32
ﮞﮟﮠﮡﮢﮣ
ﮤ
Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi.
آية رقم 33
Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”
آية رقم 34
Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur!
آية رقم 35
Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar.
آية رقم 36
İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”.
آية رقم 37
Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!
آية رقم 38
Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər.
آية رقم 39
Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər.
آية رقم 40
Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır.
آية رقم 41
Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.
آية رقم 42
Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?
آية رقم 43
Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim.
آية رقم 44
Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu.
آية رقم 45
Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”.
آية رقم 46
Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
آية رقم 47
İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.
آية رقم 48
Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.
آية رقم 49
İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.
آية رقم 50
Biz onlara öz mərhəmətimizdən əta etdik və gələcək nəsillər həmişə yada salsın deyə onlara yaxşı ad qismət elədik.
آية رقم 51
Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi.
آية رقم 52
Biz Musanı sağ tərəfindəki dağın yaxınlığından çağırdıq və onunla danışıb onu özümüzə yaxın etdik.
آية رقم 53
Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik.
آية رقم 54
Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi.
آية رقم 55
O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı.
آية رقم 56
Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi.
آية رقم 57
ﮂﮃﮄ
ﮅ
Biz onu yüksək bir məqama ucaltdıq.
آية رقم 58
Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır.
آية رقم 59
Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar.
آية رقم 60
Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar.
آية رقم 61
Bu Cənnət Mərhəmətli Allahın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir.
آية رقم 62
Onlar orada boş sözlər deyil, ancaq: “Salam!” eşidəcəklər. Orada səhər-axşam onların ruzisi olacaqdır.
آية رقم 63
Qullarımızdan olan müttəqilər üçün miras edəcəyimiz Cənnət budur.
آية رقم 64
Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”.
آية رقم 65
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!
آية رقم 66
İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra qəbirdən diri çıxardılacağam?”
آية رقم 67
Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?
آية رقم 68
Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik.
آية رقم 69
Sonra hər firqədən Mərhəmətli Allaha ən çox asi olanı çıxardacağıq.
آية رقم 70
Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.
آية رقم 71
İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır.
آية رقم 72
Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik.
آية رقم 73
Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”
آية رقم 74
Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.
آية رقم 75
De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”.
آية رقم 76
Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.
آية رقم 77
Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”– deyən adamı gördünmü?
آية رقم 78
Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vədə almışdır?
آية رقم 79
Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.
آية رقم 80
ﭭﭮﭯﭰﭱ
ﭲ
Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.
آية رقم 81
Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar.
آية رقم 82
Xeyr! Qiyamət günü o bütlər onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar.
آية رقم 83
Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?
آية رقم 84
Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə. Biz onların günlərini bir-bir sayırıq.
آية رقم 85
ﮗﮘﮙﮚﮛﮜ
ﮝ
O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq.
آية رقم 86
ﮞﮟﮠﮡﮢ
ﮣ
Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq.
آية رقم 87
Mərhəmətli Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.
آية رقم 88
ﮮﮯﮰﮱ
ﯓ
Kafirlər: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!”– dedilər.
آية رقم 89
ﯔﯕﯖﯗ
ﯘ
Siz olduqca pis bir iş tutdunuz.
آية رقم 90
Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –
آية رقم 91
ﯣﯤﯥﯦ
ﯧ
Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə.
آية رقم 92
ﯨﯩﯪﯫﯬﯭ
ﯮ
Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz.
آية رقم 93
Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək.
آية رقم 94
ﯺﯻﯼﯽ
ﯾ
Allah onları hesablamış və bir-bir saymışdır.
آية رقم 95
ﯿﰀﰁﰂﰃ
ﰄ
Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.
آية رقم 96
İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq.
آية رقم 97
Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.
آية رقم 98
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Heç onlardan kiminsə mövcudluğunu hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi?
تقدم القراءة