ترجمة سورة البروج

الترجمة الأذرية
ترجمة معاني سورة البروج باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. And olsun bürclü göyə!
2. And olsun vədə verilmiş günə!
3. And olsun şahidlik edənə və edi­lənə!
4. Məhv olsun xəndək sahibləri!
5. Odunla alovlandırılmış xəndəklər.
6. Onlar o xəndəklərin başında otu­rub,
7. möminlərə verdikləri işgən­cə­ləri seyr edirdilər.
8. Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gə­tir­diklərinə görə inti­qam alırdılar.
9. Halbuki, göylərdə və yer­də müt­ləq hakimiyyət Ona məx­sus­dur. Allah hər şeyə Şa­hiddir.
10. O kəslər ki, mömin kişi və qadın­ları yan­dırmaqla sı­na­ğa çək­miş, sonra da tövbə et­məmişlər, onlara Cəhənnəm əzabı və onları yan­dırıb-yaxa­caq od əzabı hazırlanmışdır.
11. Şübhəsiz ki, iman gəti­rib yaxşı işlər görənlər üçün ağac­la­rı al­tından çaylar axan cən­nətlər var. Bu, böyük mü­vəf­fə­qiy­yət­dir.
12. Doğrudan da, Rəbbinin günah­karları yaxalaması çox şid­dət­li­dir!
13. Həqiqətən, O, hər şeyi il­kin yara­dır və onu yenidən bər­pa edir!
14. Bağışlayan da, Sevən də Odur!
15. Ərşin sahibidir, Şan-şöh­rətlidir!
16. İstədiyini edəndir.
17. Qoşunlar haqqında əh­valat sənə gəlib çatıbmı?
18. Firon və Səmud qoşun­la­rının.
19. Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar.
20. Allah onları arxadan əha­tə et­mişdir.
21. Bəli, bu şanlı Qurandır.
22. O, mühafizə edilən löv­hədədir.
Icon