ترجمة سورة الضحى

الترجمة الأذرية
ترجمة معاني سورة الضحى باللغة الأذرية من كتاب الترجمة الأذرية .
من تأليف: لي خان موساييف .

1. And olsun səhərə!
2. And olsun sakitləşən ge­cəyə!
3. Rəbbin nə səni tərk et­di, nə də sənə acığı tut­du.
4. Həqiqətən, Axirət sənə dünya hə­yatından da­ha xeyir­lidir.
5. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qa­la­caq­san.
6. Məgər O, səni yetim ça­ğın­da qo­ruyub sığınacaq ver­mə­dimi?
7. Səni çaşqın olduğun hal­da doğru yola yönəltmədimi?
8. Kasıb olduğun zaman sə­ni varlan­dırmadımı?
9. Elə isə yetimə xor baxma!
10. Səndən kömək diləyəni qovma!
11. Və Rəbbinin nemətin­dən danış.
Icon