الترجمة الأذرية kitabından الأذرية dilində هود surəsinin tərcüməsi
ﰡ
Verse 1
1. Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır.
Verse 2
2. Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm.
Verse 3
3. Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram.
Verse 4
4. Siz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir.
Verse 5
5. Baxın, onlar ürəklərindəki küfrü ört-basdır edirlər ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir.
Verse 6
6. Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).
Verse 7
7. Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: “Siz öləndən sonra diriləcəksiniz!”– desən, kafir olanlar: “Bu, açıq-aydın bir sehrdir!”– deyərlər.
Verse 8
8. Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, əzab onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir.
Verse 9
9. Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar.
Verse 10
10. Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər.
Verse 11
11. Səbir edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır.
Verse 12
12. Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır.
Verse 13
13. Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”
Verse 14
14. Əgər sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Siz müsəlman olacaqsınızmı?
Verse 15
15. Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər.
Verse 16
16. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar.
17. Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca Ondan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl rəhbər və mərhəmət olmuş Musanın Kitabını təsdiqlədiyi kimsə kafirə tay ola bilərmi? Müsəlmanlar Qurana iman gətirirlər. Onu inkar edən firqələrin vəd olunduğu yer oddur. Sənin isə Qurana heç bir şübhən olmasın. Çünki bu, sənin Rəbbindən gələn haqdır, lakin insanların çoxu buna inanmır.
Verse 18
18. Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Allahın lənəti olsun zalımlara!
Verse 19
19. O kəslər ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və Axirəti inkar edirlər.
Verse 20
20. Onlar yer üzündə Allahdan yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar haqqı eşidə bilmirdilər və görmürdülər.
Verse 21
21. Onlar özlərini ziyana uğradarlar. Uydurduqları bütlər isə onlardan qeybə çəkilib gedər.
Verse 22
22. Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır.
Verse 23
23. Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar.
Verse 24
24. Bu iki zümrənin halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi? Məgər düşünüb ibrət almırsınız?
Verse 25
25. Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edən bir elçiyəm.
Verse 26
26. Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram”.
Verse 27
27. Onun qövmünün kafir zadəganları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”.
Verse 28
28. Nuh dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona inanmağa məcburmu edəcəyik?
Verse 29
29. Ey qövmüm! Mən buna görə sizdən var-dövlət istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Çünki onlar Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm.
Verse 30
30. Ey qövmüm! Əgər onları qovsam, məni Allahdan kim qoruya bilər? Məgər düşünüb ibrət almırsınız?
Verse 31
31. Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə demirəm ki, Allah onlara əsla xeyir verməyəcək. Onların canında nələr olduğunu Allah daha yaxşı bilir. Əks təqdirdə, sözsüz ki, mən zalımlardan olardım”.
Verse 32
32. Onlar dedilər: “Ey Nuh! Sən bizimlə mübahisə etdin və mübahisəmizi də çox uzatdın. Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir”.
Verse 33
33. O dedi: “Onu istəsə, ancaq Allah sizə gətirəcək və siz də ondan yaxa qurtara bilməyəcəksiniz.
Verse 34
34. Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə, nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız”.
Verse 35
35. Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”.
Verse 36
36. Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə.
Verse 37
37. Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar”.
Verse 38
38. Nuh gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq.
Verse 39
39. Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”.
Verse 40
40. Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz Nuha dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Lakin, onunla birlikdə az adam iman gətirmişdi.
Verse 41
41. Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”.
Verse 42
42. Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
Verse 43
43. O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu.
Verse 44
44. Sonra deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: “Məhv olsun zalım adamlar!”
Verse 45
45. Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin Hakimisən!”
Verse 46
46. O dedi: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, (kafirlər üçün mədəd diləməyin) pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”.
Verse 47
47. O dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”.
Verse 48
48. Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Özlərinə bir müddət güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyimiz ümmətlər də olacaqdır”.
Verse 49
49. Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilirdi. Səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərindir.
Verse 50
50. Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Siz ancaq iftira yaxırsınız.
Verse 51
51. Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradandadır. Məgər anlamırsınız?
Verse 52
52. Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin”.
Verse 53
53. Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə məbudlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq.
Verse 54
54. Biz ancaq onu deyə bilərik ki, bəzi məbudlarımız səni bəlaya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam.
Verse 55
55. Ondan başqa tapındıqlarınızın hamısından uzağam. Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin.
Verse 56
56. Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir).
Verse 57
57. Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”.
Verse 58
58. Əmrimiz gəldikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq.
Verse 59
59. Bu, Ad qövmü idi! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun elçilərinə asi oldular və hər bir inadcıl təkəbbür sahibinin əmrinə uydular.
Verse 60
60. Onları həm bu dünyada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Həqiqətən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qövmü Ad!
Verse 61
61. Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır, çağırışa cavab verəndir”.
Verse 62
62. Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir kimsə idin. Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin əqidə barəsində şübhə doğuran şəkk içindəyik”.
Verse 63
63. O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş edibsə, onda necə olsun? Əgər Allaha asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız.
Verse 64
64. Ey qövmüm! Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın onu Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab yaxalayar”.
Verse 65
65. Onlar dəvənin diz vətərini kəsdilər. Saleh dedi: “Yurdunuzda üç gün də kef eləyin. Bu, yalan olmayan bir vəddir”.
Verse 66
66. Əmrimiz gəldikdə Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə əzabdan və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin Qüvvətlidir, Qüdrətlidir.
Verse 67
67. Zülm edənləri isə qorxunc bir səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
Verse 68
68. Sanki orada heç yaşamamışdılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü!
Verse 69
69. Elçilərimiz İbrahimə İshaqın doğulacağı barədə müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Salam!”– dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi.
Verse 70
70. İbrahim mələklərin yeməyə əl vurmadıqlarını gördükdə onlar onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü. Onlar dedilər: “Qorxma! Həqiqətən, biz Lut qövmünə göndərilmişik”.
Verse 71
71. Onun arvadı pərdə arxasında durmuşdu. O, güldü. Biz onu İshaqla, İshaqın ardınca da Yaqubla müjdələdik.
Verse 72
72. O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir”.
Verse 73
73. Onlar dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”.
Verse 74
74. İbrahimdən qorxu çəkildikdə və ona müjdə gəldikdə Lut qövmü barəsində Bizimlə mübahisə etməyə başladı.
Verse 75
ﭼﭽﭾﭿﮀ
ﮁ
75. Həqiqətən, İbrahim həlim, Allaha çox yalvaran və Ona üz tutan bir kəs idi.
Verse 76
76. Mələklər dedilər: “Ey İbrahim! Bu mübahisədən əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir”.
Verse 77
77. Elçilərimiz Lutun yanına gəldikdə, onlara görə kədərləndi, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi.
Verse 78
78. Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?”
Verse 79
79. Onlar dedilər: “Bilirsən ki, sənin qızlarına heç bir ehtiyacımız yoxdur. Nə istədiyimizi də yəqin ki, bilirsən”.
Verse 80
80. O dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”
Verse 81
81. Mələklər dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında arvadından başqa bütün ailənlə yola düş. Qoy içinizdən heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların həlak olmaq vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?”
Verse 82
82. Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq.
Verse 83
83. O daşlara Rəbbinin yanında işarə qoyulmuşdur. Onlar zalımlardan da uzaq deyildir.
Verse 84
84. Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi bolluq içində görürəm və qorxuram ki, başınıza hər şeyi bürüyən günün əzabı gələ.
Verse 85
85. Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əksik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin!
Verse 86
86. Əgər möminsinizsə, bilin ki, Allahın saxladığı nemətlər sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”.
Verse 87
87. Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”.
Verse 88
88. O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan buyurduğum şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam.
Verse 89
89. Ey qövmüm! Qoy mənimlə olan ixtilafınız, Nuh qövmünün, yaxud Hud qövmünün, yaxud Saleh qövmünün başına gələnlərin eynisini sizin də başınıza gətirməsin. Lut qövmü də sizdən uzaq deyildir”.
Verse 90
90. Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir, həm də Seviləndir.
Verse 91
91. Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”.
Verse 92
92. O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir.
Verse 93
93. Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyirəm”.
Verse 94
94. Əmrimiz gəldikdə Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar.
Verse 95
95. Sanki orada heç yaşamamışdılar. Səmud qövmü məhv olduğu kimi Mədyən qövmü də məhv olsun!
Verse 96
ﯰﯱﯲﯳﯴﯵ
ﯶ
96. Biz Musanı möcüzələrimizlə və aydın bir dəlillə elçi göndərdik –
Verse 97
97. Firon və onun əyanlarına. Əyanlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru yol göstərən əmr deyildi.
Verse 98
98. Firon Qiyamət günü öz qövmünün qabağına düşüb onları Oda aparacaq. Girəcəkləri yer nə pis yerdir!
Verse 99
99. Onları həm burada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Onlara verilən pay nə pis paydır!
Verse 100
100. Bu, sənə söylədiyimiz məmləkətlər haqqında hekayətlərin bəzisidir. Onlardan izi qalanı da var, yerlə yeksan olanı da.
Verse 101
101. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allahdan başqa çağırdıqları bütlər onları heç nədən qurtara bilmədi. Bütlər onların ancaq tələfatını artırdı.
Verse 102
102. Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlidir.
Verse 103
103. Həqiqətən, bunlarda axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bu, insanların bir yerə toplanacağı bir gündür. Bu, həm də, hamının şahid olacağı bir gündür.
Verse 104
ﮭﮮﮯﮰﮱ
ﯓ
104. Biz onu sadəcə müəyyən olunmuş vaxtadək təxirə salmışıq.
Verse 105
105. Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq.
Verse 106
106. Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada zarıyacaq və bağıracaqlar.
Verse 107
107. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir.
Verse 108
108. Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir sovqatdır.
Verse 109
109. Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik.
Verse 110
110. Biz Musaya Kitab verdik, lakin onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar Quran barəsində də şübhə doğuran şəkk içindədirlər.
Verse 111
111. Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.
Verse 112
112. Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də doğru yolda olun. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür.
Verse 113
113. Zalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də olunmaz.
Verse 114
114. Gündüzün iki başında – əvvəlində və axırında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.
Verse 115
115. Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.
Verse 116
116. Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular.
Verse 117
117. Ölkə əhalisi islah edən adamlar olduğu halda, Rəbbin o ölkəni haqsız yerə məhv etməz.
Verse 118
118. Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar.
Verse 119
119. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam!” Sözü yerinə yetəcək.
Verse 120
120. Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bununla sənin ürəyini möhkəmləndirək. Bu ayələrdə sənə həqiqət, möminlərə də öyüd-nəsihət və xatırlatma vəhy edilmişdir.
Verse 121
121. İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik.
Verse 122
ﮌﮍﮎ
ﮏ
122. Gözləyin! Biz də gözləyirik”.
Verse 123
123. Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin sizin etdiklərinizdən qafil deyildir.
تقدم القراءة