سورة التغابن

الترجمة الأذرية

الترجمة الأذرية kitabından الأذرية dilində التغابن surəsinin tərcüməsi

الترجمة الأذرية

الناشر

مجمع الملك فهد

5. Daha öncə kafir olmuş və öz əməl­lərinin cəzasını dad­mış kim­sələ­rin xəbəri sizə gəlib çat­madımı? Onlar üçün acılı-ağ­rı­lı bir əzab hazırlanmışdır.
6. Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, on­lar isə: “Mə­gər bizə bir in­san­mı doğru yol gös­tə­rə­­cək?”– de­yir­di­lər. On­lar küfr edir və üz döndərirdilər. Allahın on­lara eh­tiyacı yox­dur. Allah Zəngin­dir, Tərifə­layiq­dir.
7. Kafir olanlar heç vaxt di­rildil­mə­yə­cəklərini iddia edir­lər. De: “Xeyr, Rəb­bimə and ol­sun ki, siz mütləq dirildi­lə­cək­siniz. Sonra isə etdiyiniz əməl­lər sizə xəbər veriləcək­. Bu, Allah üçün çox asan­dır!”
10. Kafir olub ayələrimizi yalan sa­yan­lara gəldikdə isə, onlar Cə­hən­nəm sakinləridir. Onlar orada əbədi qala­caqlar. Ora necə də pis dönüş yeridir!
14. Ey iman gətirənlər! Şüb­həsiz ki, zövcələrinizdən və öv­la­dı­nız­dan sizə düşmən olan­lar da vardır. Onlardan özü­nü­zü qo­ru­yun! Lakin on­ları əfv et­sə­niz, günahlarından keçsəniz və bağış­la­sa­nız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.
15. Həqiqətən, var-dövləti­niz və öv­ladlarınız ancaq bir sınaq­dır. Böyük mü­kafat isə Allah yanındadır.
16. Nə qədər bacarırsınızsa Allah­dan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malı­nızdan öz xeyriniz üçün xərc­lə­yin. Nəfsinin tamahından qo­ru­nanlar – məhz onlar nicat tapanlardır.
17. Əgər Allaha gözəl bir borc ver­səniz (malınızı Onun yo­lun­da xərclə­sə­niz), O bunu sizin üçün qat-qat artırar və sizi ba­ğış­la­yar. Allah şükürün əvəzi­ni verəndir, həlimdir.
18. Allah qeybi və aşkarı bilən­dir, Qüdrətlidir, Hikmət sahi­bi­dir.
تقدم القراءة