الترجمة الأذرية kitabından الأذرية dilində الطارق surəsinin tərcüməsi
Verse 1
ﭑﭒ
ﭓ
1. And olsun səmaya və gecə yolçusuna!
Verse 2
ﭔﭕﭖﭗ
ﭘ
2. Sən nə bilirsən ki, gecə yolçusu nədir?
Verse 3
ﭙﭚ
ﭛ
3. Bu, qaranlıqları dəlib keçən ulduzdur.
Verse 4
ﭜﭝﭞﭟﭠﭡ
ﭢ
4. Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!
Verse 5
ﭣﭤﭥﭦ
ﭧ
5. Qoy insan nədən yaradıldığına bir baxsın!
Verse 6
ﭨﭩﭪﭫ
ﭬ
6. İnsan axıdılan nütfədən yaradılmışdır.
Verse 7
ﭭﭮﭯﭰﭱ
ﭲ
7. Bu nütfə bel və köks sümükləri arasından çıxır.
Verse 8
ﭳﭴﭵﭶ
ﭷ
8. Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir.
Verse 9
ﭸﭹﭺ
ﭻ
9. Sirlərin sınaqdan keçiriləcəyi gün,
Verse 10
ﭼﭽﭾﭿﮀﮁ
ﮂ
10. onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
Verse 11
ﮃﮄﮅ
ﮆ
11. And olsun yağmurla qayıdan göyə!
Verse 12
ﮇﮈﮉ
ﮊ
12. And olsun növbənöv bitkilərlə yarılan yerə!
Verse 13
ﮋﮌﮍ
ﮎ
13. Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır.
Verse 14
ﮏﮐﮑ
ﮒ
14. O, əyləncə də deyil.
Verse 15
ﮓﮔﮕ
ﮖ
15. Həqiqətən, kafirlər hiylə qururlar.
Verse 16
ﮗﮘ
ﮙ
16. Mən də hiylə qururam.
Verse 17
ﮚﮛﮜﮝ
ﮞ
17. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.
تقدم القراءة