سورة الحديد

الترجمة الأذرية

الترجمة الأذرية kitabından الأذرية dilində الحديد surəsinin tərcüməsi

الترجمة الأذرية

الناشر

مجمع الملك فهد

1. Göylərdə və yerdə olan­la­rın hamı­sı Allahın şəninə tə­rif­lər de­yir. O, Qüd­rətlidir, Hikmət sahibidir.
7. Allaha və Onun Rəsuluna iman gə­tirin! Sizin ixtiyarınıza ver­di­yi maldan xeyirxah işlərə sərf edin! Sizdən iman gətirib mal­la­rın­dan xərcləyənləri bö­yük bir müka­fat gözləyir.
8. Peyğəmbər sizi Rəbbini­zə iman gə­tirməyə çağırdığı hal­da, si­zə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz mö­min­sinizsə, bi­lin ki, artıq O, sizdən əhd almışdır.
10. Sizə nə olub ki, malınız­dan Allah yolunda xərcləmir­si­niz? Hal­buki göy­lərin və ye­rin mirası Allahındır. Siz­lər­dən mallarını Məkkənin fət­hindən əvvəl xərc­ləyib döyüşənlər başqaları ilə eyni deyillər. On­la­rın dərəcəsi mallarını fəthdən sonra xərc­lə­yib döyüşənlərdən da­ha üs­tün­dür. Amma Allah onların ha­mı­sına ən gözəl olanı vəd et­­miş­dir. Allah sizin nə etdiklə­riniz­dən xəbərdardır.
11. Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin (Allah yo­lun­da malını yaxşı işlərə sərf etsin), O da onun üçün bunu qat-qat ar­tır­sın? Onun üçün çox dəyərli bir mükafat da var.
12. O gün sən mömin kişi­lərin və mömin qadınların nu­runun on­ların ön­lərindən və sağ tərəflərindən yayıl­dı­ğı­nı görəcəksən. On­lara: “Bu gün si­zin müjdəniz ağacları altın­dan çaylar axan cən­nətlərdir. Siz orada əbədi qala­caq­sı­nız!”– deyiləcək. Bu, böyük uğur­dur.
13. O gün münafiq kişilər və müna­fiq qadınlar iman gə­tirən­lə­rə: “Bir az gözləyin ki, biz də sizin işığınızdan alaq”– deyə­cəklər. On­lara deyi­ləcək­: “Geriyə qayıdıb işıq axta­rın!” Onların arasına içə­ri tərə­fində mərhəmət, çöl tərəfində əzab olan, qapılı bir sədd çə­ki­lə­cək.
14. Münafiqlər onları haray­layıb de­yə­cəklər: “Məgər biz sizinlə bir­likdə de­yil­dikmi?” Möminlər deyəcəklər: “Bəli, la­kin siz öz-özü­nü­zü aldadır­dı­nız, mö­minlərə bəla üz vermə­sini gözləyirdiniz, haqqa şüb­hə edir­diniz və Allahın əmri gələ­nə­dək xülyalar sizi yoldan çı­xart­dı. Tovlayan şeytan Allah barə­sində sizi yaman aldatdı.
18. Şübhəsiz ki, sədəqə ve­rən kişi və sədəqə verən qa­dın­lar və Alla­ha gözəl borc verən­lər üçün əvəzi qat-qat ar­tırı­la­caq. Onlar üçün çox dəyərli bir mükafat da var.
19. Allaha və Onun elçilə­ri­nə iman gətirənlər – məhz on­lar doğ­ru olan­lar­dır. Şəhid­lər isə öz Rəbbi yanında­dır­lar. On­ların öz mü­kafatları və öz nur­ları var. Kafir olub ayə­lə­ri­mizi yalan sa­yan­lara gə­lincə, onlar Cəhənnəm sakin­ləridir.
20. Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-bi­ri­nizin ya­nında öyün­mək, var-dövləti və oğul-uşağı ço­xaltmaq is­tə­yindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, on­dan əmələ gə­lən bitki əkin­çi­ləri heyran edir. Sonra o qu­ru­yur və sən onun sap­sa­rı ol­du­ğu­nu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axi­rət­­də şiddətli əzab, kimisini də Allah­dan bağışlanma və razı­lıq göz­lə­yir. Dünya həyatı isə al­dadıcı ləzzət­dən başqa bir şey deyil.
23. Allah bunu əlinizdən çı­xa­na kə­dərlənməyəsiniz və Onun si­zə verdi­yi­nə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özün­dən ra­zını, özünü öyəni sevmir.
24. O kəsləri ki, özləri xə­sis­lik edir, insanlara da xəsislik et­məyi əmr edir­lər. Kim haq­dan üz çevirsə, bilsin ki, Allah, hə­qiqətən də, Zən­gin­dir, Təri­fə­layiqdir.
25. Biz elçilərimizi aydın də­lillərlə göndərdik və onlarla bir­lik­də Kitab və tərəzi nazil et­dik ki, insanlar ədalətli ol­sun­lar. Biz özün­də çox böyük qüv­və və insanlar üçün mənfəətlər olan dəmiri də en­dir­dik ki, Allah, Onu görmədən Ona və elçilə­rinə kömək gös­­tə­rən­lə­ri üzə çı­xartsın. Həqiqətən, Allah Qüv­vətlidir, Qüd­rət­li­dir.
27. Sonra onların ardınca dalbadal el­çilərimizi yolladıq. Sonra Mər­yəm oğlu İsanı gön­dərib ona İncil bəxş etdik. Onun ardınca ge­dənlə­rin qəlblərinə şəf­qət və mərhəmət saldıq. Ra­hibliyi isə on­lar özlərin­dən icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. On­lar bu­nu Allahın razılığını qazanmaq üçün etdi­lər, lakin ona la­zı­­mın­ca ria­yət etmədilər. Biz onlar­dan iman gətirənlərin müka­fat­la­rını ver­dik. Onla­rın çoxu isə fasiq­lər­dir.
تقدم القراءة