سورة التوبة

الترجمة الأذرية

الترجمة الأذرية kitabından الأذرية dilində التوبة surəsinin tərcüməsi

الترجمة الأذرية

الناشر

مجمع الملك فهد

1. Bu, Allah və Onun Elçisi tə­rə­fin­dən əhd bağladığınız müş­rik­lərə on­larla olan əhdlərin po­zul­ması barədə bir xəbər­darlıq­dır.
2. Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz müş­rik­lər Allah­dan yaxa qur­ta­ra bil­məyəcəksiniz və Allah ka­firləri rüs­vay edəcəkdir.
3. Bu, Allah və Onun Elçisi tə­rəfin­dən ən böyük həcc günü in­san­lara Alla­­hın və Onun El­çi­si­nin müşriklərdən uzaq ol­masını elan edəcək bir bil­diriş­dir. Əgər tövbə etsəniz, bu si­zin üçün xe­yirli olar. Yox əgər üz döndərsə­niz, bilin ki, siz Allah­­dan yaxa qurtara bil­mə­yəcək­si­niz. Kafirləri ağrılı-acılı bir əzabla müj­də­lə.
8. Necə ola bilər?! Əgər on­lar sizə qa­lib gəlsələr, nə qo­humluq əla­qəsinə, nə də əhdə riayət et­məz­lər. Onların qəl­bin­də nifrət ol­du­ğu halda, dildə sizi ra­zı sal­mağa çalışarlar. On­ların çoxu fa­siq­lər­dir.
10. Onlar möminlərlə mü­na­­si­bətdə nə qohumluq əlaqə­si­nə, nə də əhdə ria­yət etmir­lər. Onlar həddi aşanlardır.
13. Məgər siz andlarını po­zan, Pey­ğəm­bəri öz yurdundan qov­maq fikrində olan, özləri də sizinlə döyüşü birinci başla­yan bir ca­ma­atla vuruşmaya­caq­sı­nız? Mə­gər onlardan qor­xur­su­nuz? Əgər mö­­min­si­niz­sə, daha çox Allahdan qorxmalı­sı­nız.
14. Onlarla vuruşun ki, Allah sizin əl­lə­rinizlə onlara əzab ver­sin, onları rüs­vay etsin, sizə on­la­rın üzərində qələbə çaldır­sın, mö­min camaatın qəlbini se­vin­dirsin
15. və möminlərin qəlbin­dən qəzəbi si­lib aparsın. Allah is­tə­diyi kə­sin töv­bə­sini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
21. Rəbbi Öz tərəfindən on­ları bir mər­həmət, razılıq və içəri­sin­də onlar üçün tükən­məz ne­mətlər olan cən­nətlərlə müjdə­lə­yir.
24. De: “Əgər atalarınız, oğul­larınız, qardaşlarınız, zöv­cə­lə­ri­niz, yaxın qo­humlarınız, qa­zan­dı­ğınız mallar, iflasa uğ­ra­ma­sın­dan qorxduğunuz alış-veri­şi­niz və bə­yəndiyiniz məs­kən­lər sizə Allah­dan, Onun El­çi­sindən və Onun yo­­lunda ci­had­dan daha əziz­dir­sə, Allah Öz əmrini verincəyə qədər gözlə­yin. Allah günah­kar­la­rı doğru yola yönəlt­məz”.
25. Həqiqətən, Allah əksər dö­yüş­lər­də, habelə Huneyn gü­nün­də də sizə kö­mək etmiş­di. O zaman çoxluğunuza alu­də oldunuz, am­ma bu sizin ka­rı­nıza gəlmədi. Yer üzü, geniş­liyinə bax­ma­ya­raq, sizə dar gəl­di, sonra geriyə çevrilib qaç­dı­nız.
30. Yəhudilər: “Üzeyir Alla­hın oğlu­dur”– dedilər. Xaçpə­rəstlər də: “Məsih Allahın oğ­ludur”– dedi­lər. Bu onların ağız­ların­dan çı­xan sözlərdir. Bu, da­ha əv­vəlki kafir­lərin sözlə­rinə ox­şayır. Allah on­ları məhv et­sin! Gör necə də haq­­dan dön­dəri­lirlər!
31. Onlar Allahı qoyub baş elm adamlarını və rahiblərini, bir də Mər­yəm oğlu İsa­nı tanrılar qə­bul et­­dilər. Halbuki on­la­ra an­caq tək olan İlaha ibadət et­mək əmr olun­muşdu. Ondan başqa ibadə­tə la­yiq olan məbud yox­­dur. O, bunların şərik qoş­duq­ları şeylərdən uzaq­dır.
33. Müşriklərin xoşuna gəl­mə­sə də, İslamı bütün dinlər­dən üs­tün etmək üçün Öz El­çi­sini doğru yol göstəricisi və haqq din ilə gön­dərən Odur.
35. O gün bu yığdıqları sər­vət­lər Cə­hən­nəm odunda qız­dırıla­caq və bu­nun­la onların alınlarına, böyürlərinə və kü­rəklərinə damğa vu­rulacaq və onlara: “Budur özü­nüz üçün yığdıqlarınız. Elə isə da­dın yığ­­dıqlarınızı!”– deyilə­cəkdir.
36. Həqiqətən, Allah yanın­da ayla­rın sayı on ikidir. Bunu da Allah göy­lə­ri və yeri yarat­dığı gündə Kitaba yaz­mışdır. Bunlar­dan dördü haram aylar­dır. Doğru din budur. Odur ki, bu ay­larda özünüzə zülm et­mə­yin. Müşriklər hamısı bir yer­də sizinlə vu­ruş­duq­ları ki­mi, siz də hamı­nız bir yerdə on­larla vuruşun və bilin ki, Allah müt­təqilər­lədir.
37. Haram ayı təxirə sal­maq ancaq küf­rü artırır. Bu­nunla da ka­fir­lər az­dı­rı­lırlar. Onlar bu­nu bir il halal sayır, bir il də haram sa­yır­lar ki, Alla­hın ha­ram et­diyi ayların sayını uy­ğunlaşdırsın­lar və Allahın ha­ram buyurdu­ğu­nu halal et­sin­lər. Beləcə, on­ların pis əməl­ləri öz­lə­ri­nə gö­zəl gös­tə­rildi. Allah kafir adam­ları doğ­ru yola yö­nəltməz.
39. Əgər döyüşə çıxmasa­nız, Allah sizi ağrılı-acılı bir əzaba dü­çar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zə­rər yetirə bilməz­si­niz, çünki Allah hər şeyə qa­dirdir.
40. Əgər siz Peyğəmbərə kö­mək et­mə­səniz, bilin ki, Allah ona ar­tıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nə­fər­dən ikincisi ola­raq Məkkədən çı­xart­dı­lar. O iki nəfər mağa­rada olar­kən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlə­dir!” Bun­dan sonra Allah ona arxa­yınlıq nazil etdi, sizin görmə­di­yi­niz döyüşçülər­lə ona yar­dım göstərdi və kafir­lərin sö­zü­nü al­çalt­dı. Ancaq Alla­hın Sözü uca­dır. Allah Qüd­rətlidir, Hikmət sahibidir.
42. Əgər səfəriniz gəlir gəti­rən və yüngül bir yürüş ol­say­dı, on­lar mütləq sənin ardınca ge­dərdilər. Lakin əziy­yətli yol onlara çə­tin gəldi. Onlar: “Əgər taqətimiz ol­saydı, biz də si­zin­lə bəra­bər çı­xar­dıq!”– deyə Alla­ha and içəcək­lər. Onlar öz­lə­ri­ni həlak edirlər. Çünki Allah on­ların yalançı olduq­larını bilir.
43. Allah səni bağışlasın! Doğ­ru da­nışanlar sənə bəlli ol­mamış, yalançıları da tanıma­mış nə üçün onlara cihaddan yayınmağa izin verdin?
44. Allaha və Axirət günü­nə iman gə­tirənlər Allah yolunda mal­ları və can­­ları ilə cihad et­mək üçün səndən izin istə­məz­­lər. Allah müttəqiləri tanı­yır.
45. Ancaq Allaha və Axirət gü­nünə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər dö­yüşə get­məmək məqsədilə sən­dən izin istə­yir­lər. Onlar öz şüb­hə­ləri için­də tərəddüd edir­lər.
46. Əgər onlar döyüşə çıx­maq istə­səy­dilər, mütləq ona hazır­lıq gö­rərdilər. La­kin Allah on­ların döyüşə getməsini istə­mə­di və on­la­rı saxladı. Onlara: “Evdə otu­ranlarla bərabər, siz də oturun!”– de­yildi.
47. Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işi­niz­də qa­rışıqlığı ar­tırar və sizi fit­nəyə məruz qoymaq üçün tez aranıza girərdilər. İçinizdə on­lara qulaq asanlar da var. Allah za­lım­ları ta­nı­yır.
48. Onlar əvvəllər də fitnə­kar­lıq et­məyə çalışmış və sə­nin əley­hi­nə hiylələr qur­muş­dular. Axır ki, haqq öz yerini tap­dı və onlar istə­mədikləri hal­da Alla­hın hökmü qələbə çal­dı.
49. Onlardan eləsi də var ki: “Mənə izin ver döyüşə getmə­yim, mə­ni günaha batırma!”– deyir. Doğrusu, onlar ar­tıq günaha bat­mış­lar. Şübhəsiz ki, Cə­hən­nəm kafirləri çulğaya­caqdır.
50. Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir mü­sibət üz versə: “Biz eh­ti­yat təd­birimizi əvvəl­cədən gör­mü­şük!”– deyər və sevinə-se­vinə çıxıb ge­dərlər.
51. De: “Allahın bizim üçün yaz­dı­ğın­dan başqa bizim başı­mı­za heç nə gəl­məz. O bizim Hima­yədarımızdır. Qoy mö­min­lər yalnız Allaha təvəkkül etsin­lər!”
52. De: “Doğrudanmı siz biz­­lərə iki uğurdan – qələbədən və ya şə­hidlikdən birinin yetiş­mə­si­ni gözləyirsiniz? Biz isə ya Alla­hın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar et­mə­sini gözləyi­rik. Siz gözləyin; şüb­hə­siz ki, biz də sizinlə birlikdə gözlə­yirik”.
53. De: “İstər könüllü, istər­sə­niz də könülsüz xərcləyin, on­suz da sizdən qə­bul olun­ma­­ya­caq. Çünki siz fasiq bir qövm oldu­nuz!”
56. Onlar sizinlə həmrəy ol­duq­larına and içirlər. Halbuki onlar sizdən de­yil­lər. Əs­lin­də, onlar qorxaq adam­lar­dır.
57. Əgər onlar bir sığınacaq və ya dal­dalanmaq üçün mağa­ralar ya­xud giz­lənməyə bir oyuq tap­saydılar, ləngi­mə­dən ora yönələr­di­lər.
59. Kaş ki, onlar Allahın və Onun El­çisinin onlara verdi­yi­nə ra­zı qalıb: “Allah bizə ye­tər. Allah da bizə Öz lütfün­dən ve­rəcək, Onun Elçisi də. Hə­qi­qə­tən də, biz Allaha rəğ­bət bəs­lə­yi­rik”– de­yəy­dilər.
60. Zəkatlar Allah tərəfin­dən bir fərz olaraq yalnız yox­sul­lara, ka­sıblara, onu yığıb pay­layanlara, qəlbləri İslam di­ninə isinişdirilə­cək kimsələrə, kölə­lərin azad olun­masına, borclu­lara, Allah yo­lun­da cihad edən­lərə və müsafirlərə məx­­sus­dur. Allah hər şeyi biləndir, hikmət sahibidir.
61. Onlardan elələri də var ki, Pey­ğəm­bərə əziyyət verib: “O hər sözü eşidən bir qulaq­dır!”- deyir­lər. De: “O, sizin üçün ancaq xe­yirli sözlər eşi­dir. O, Alla­ha iman gətirir, mö­min­lərə də inanır. O, sizlərdən iman gətirənlər üçün bir rəh­mət­dir”. Allahın Elçisinə əziy­yət ve­rən­lər üçün isə ağrılı-acılı bir əzab var­dır.
62. Sizi razı salmaq üçün yanı­nızda Allaha and içirlər. Əgər mö­mindirlərsə, bilsinlər ki, Allahı və Onun Elçisini razı salmaları da­ha yaxşıdır.
64. Münafiqlər, özlərinin qəl­bində ola­nı xəbər verən bir su­rə­nin möminlərə na­zil olmasın­dan çəkinirlər. De: “Siz is­teh­za edin! Şüb­həsiz ki, Allah çəkin­diyiniz şeyi üzə çıxaracaqdır”.
65. Onlardan nə üçün is­tehza etdiklərini soruşsan, deyərlər: “Biz sa­dəcə boş-boş danışıb za­rafatla­şırdıq!” De: “Allaha, Onun ayələ­ri­nə və Onun Elçi­sinə is­teh­zamı edirsiniz?
67. Münafiq kişilər və mü­na­fiq qa­dınlar bir-birinin tayı­dır­lar. On­lar in­sanları pis işlər görməyə vadar edir, yaxşı əməl­lərə qa­da­ğa qoyur və xə­sis­lik göstərirlər. On­lar Allahı unut­dular. Allah da on­ları unutdu. Həqiqətən, mü­nafiq­lər günah­kardırlar.
68. Allah münafiq kişilərə, mü­nafiq qadınlara və kafirlərə içəri­sində əbədi qalacaqları Cə­hən­nəm odu vəd etmiş­dir. Bu onlara ki­fa­yət edər! Allah on­lara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.
69. Onlar da sizdən əvvəl ya­şamış münafiqlər kimidirlər. On­lar sizdən qüv­vədə daha üs­tün, mal-dövlət və övlad baxı­mından da­ha çox idilər. Onlar öz payla­rından zövq aldılar. Sizdən əvvəl­kilər öz payların­dan zövq aldıq­ları ki­mi, siz də öz payınızdan zövq al­dı­nız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axi­rətdə də heçə getmişdir. Məhz onlar zi­ya­na uğrayanlardır.
70. Məgər onlara özlə­rin­dən əvvəl­ki­lərin – Nuh qövmü­nün, Ad və Sə­mud tayfaları­nın, İb­rahim qöv­münün, Məd­yən əha­lisinin və alt-üst edil­miş kən­din – Lut tay­fa­sı­nın xəbər­ləri gəlib çatma­yıb­? El­çiləri onlara açıq-aydın də­lillər gə­tir­mişdilər. Allah onlara zülm et­mə­di, la­kin onlar özləri öz­lə­rinə zülm edir­dilər.
71. Mömin kişilərlə mömin qa­dınlar bir-birinin dost­ları­dır. On­lar insanlara yaxşı işlər gör­məyi buyurur, pis əməl­lə­rə qa­dağa qo­yur, namaz qılır, zəkat ve­rir, Alla­ha və Onun Elçisinə itaət edir­lər. Allah onlara rəhm edəcəkdir. Hə­qiqətən, Allah Qüdrətlidir, Hik­mət sahibidir.
73. Ey Peyğəmbər! Kafir­lər­lə və mü­nafiqlərlə vuruş. On­larla sərt davran. Onların gedəcəkləri yer Cəhənnəm­dir. Ora nə pis dö­nüş yeridir!
74. Allaha and içirlər ki, na­la­­yiq söz­lər deməyiblər. Onlar küfr danışmış, İslamı qə­bul etdik­dən sonra kafir olmuş və bacara bil­mədikləri bir işə can atmışlar. Onların intiqam almağı yalnız Alla­hın və Onun Elçisinin onları Öz lütfündən varlandırdığına gö­­rədir. Əgər tövbə etsələr, onlar üçün xe­yir­li olar. Əgər üz dön­dər­sələr, Allah on­ları dünyada da, axi­rətdə də acılı-ağrılı bir əzaba düçar edər. Yer üzündə on­la­rın nə bir dos­tu, nə də bir kömək­çisi var­dır.
75. Onlardan: “Əgər Allah Öz lüt­fündən bizə bəxş etsə, əl­bəttə, biz sə­də­qə verər və əmə­lisaleh­lərdən ola­rıq!”– deyə Alla­ha əhd edənləri də var­dır.
77. Allaha verdikləri vədə xi­laf çıx­dıq­larına və yalan söy­lə­dik­lə­­rinə görə Allah da on­ların qəlb­lərinə Onunla qar­şı­la­şa­caq­ları gü­nədək nifaq saldı.
78. Məgər anlamırdılar ki, Allah on­ların sirlərindən də, xəl­vəti danı­şıq­la­rın­dan da agah­dır və Allah qeybləri bi­lən­dir?
79. Möminlərdən könüllü su­­rətdə sə­dəqə verənlərə və çə­tin­­lik­lə tapdıqlarını verənlərə eyib tutanları, onları məs­xə­rə­yə qo­yan­la­rı, Allah məsxərəyə qoya­caq­dır. Onları ağrılı-acılı bir əzab gözlə­yir.
81. Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əley­hinə çı­xaraq evdə qalmalarına se­vindilər. Onlar Allah yo­lun­da öz mal­la­rı və canları ilə ci­had et­mək istəmədilər və: “Bu istidə döyüşə çıx­mayın!”– de­dilər. De: “Cəhən­nəm odu bun­dan da hərarət­li­dir!” Kaş an­la­yaydılar.
83. Əgər Allah səni onlar­dan bir züm­rənin yanına gön­dərsə və on­lar dö­yüşə çıxmaq üçün səndən izin istəsələr, de: “Siz bir daha mə­nimlə döyüşə çıx­maya­caq və mənimlə birlik­də heç bir düş­­mən­lə vuruşma­ya­caqsınız. Çünki siz birinci dəfə evdə oturmağa razı ol­du­­nuz. Elə isə arxada qalanlarla bə­ra­bər, siz də ev­də oturun!”
86. “Allaha iman gətirin və Onun El­çisi ilə birlikdə cihad edin!”– deyə bir su­rə nazil edil­dikdə onların var-dövlətə ma­lik olanları sən­dən icazə istə­yib de­dilər: “Bizi burax evdə otu­ranlarla bir­likdə qa­laq!”
87. Onlar arxada qalanlarla birgə ol­ma­ğa razılaşdılar. On­la­rın qəl­blərinə mö­hür vu­rul­du. Buna görə də onlar haq­qı anla­maya­caq­lar.
90. Bədəvilərdən üzrlü ol­duq­larını id­dia edənlər evdə qal­maq üçün onlara ica­zə verilsin deyə gəldilər. Allaha və Onun Elçi­sinə ya­lan danışanlar isə evdə oturdu­lar. Onlardan kafir olan­lara ağ­rılı-acılı bir əzab üz ve­rəcəkdir.
92. Miniklə təmin edəsən de­yə sənin yanına gəldikdə: “Si­zin üçün minik ta­pa bilmi­rəm”– de­diyin zaman cihad üçün xərc­lə­mə­yə bir şey tapa bil­mə­dik­lə­rindən ötrü kədərlə­nib göz­ləri dol­muş hal­da geri dö­nən­lərin də heç bir günahı yoxdur.
93. Yalnız varlı olduqları halda evdə qal­maq üçün sən­dən icazə al­mağa gə­lən­lər dan­lan­malıdır­lar. Onlar arxada qa­lan­lar­la birgə dal­dalanmağa ra­zı­laş­dılar. Allah on­ların qəlbini möhürlə­mişdir. Məhz bu sə­bəb­dən onlar özləri­nin aqi­bətini bil­məz­lər.
94. Döyüşdən qayıtdığınız za­man siz­dən üzr diləyəcəklər. De: “Üzr dilə­mə­yin. Sizə əsla inanma­yacağıq. Allah si­zin iş­lərinizdən bi­zi agah etmişdir. Son­rakı əməl­lərinizi Allah da görəcək, Onun El­çi­si də”. Son­ra isə qeybi və aş­karı Bi­lənin hüzuruna qaytarıla­caq­sı­nız, O da sizə nə etdikləri­nizi xəbər verə­cəkdir.
95. Yanlarına qayıtdığınız za­man on­lardan əl çəkəsiniz de­yə qar­şınızda Alla­ha and içə­cəklər. Siz onlardan üz dön­də­rin. Çünki on­lar murdardırlar. Qa­zandıqları günahların cəzası olaraq gedəcəkləri yer Cəhən­nəm olacaqdır.
97. Bədəvilər kafirlik və mü­nafiqlik ba­xımından daha be­tər, Alla­hın Öz El­çi­sinə nazil et­diyi qanunları bilməməyə da­ha meyl­li­dir­lər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
98. Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədi­yini itki sa­yır və sizə bir bəd­bəxtlik üz verməsini gözləyir. Bəd­bəxt­lik on­la­rın öz başlarına gələ­cək. Allah hər şeyi eşidəndir, bi­ləndir.
99. Bədəvilərdən eləsi də var­dır ki, Alla­ha və Axirət gü­nü­nə ina­nır, xərc­lə­diyini Allah ya­nında yaxınlıq və Pey­ğəm­bə­rin du­ala­rı­na nail olmaq üçün va­sitə sayır. Həqiqətən də, bu, on­lar üçün ya­xınlaşmağa bir vasi­tədir. Allah onları Öz mər­hə­mətinə qo­vuş­du­­ra­caq­dır. Hə­qi­qətən, Allah Bağış­layan­dır, Rəhm­lidir.
100. Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsar­a, həm­çinin yax­şı işlər gör­mək­də onların ardınca ge­dən­lərə gəlincə, Allah onlardan ra­zı­dır, onlar da Ondan razıdır­lar. Allah on­lar üçün ağac­ları altından çay­lar axan, içində əbədi qala­caq­ları cən­nətlər hazır­lamış­dır. Bu, böyük uğur­dur.
102. Digərləri isə günahla­rı­nı etiraf et­dilər. Onlar yaxşı bir əməl­lə başqa bir pis əməli qa­rışdırdılar. Ola bilsin ki, Allah on­la­rın töv­bələrini qəbul etsin. Hə­qiqətən, Allah Bağış­layan­dır, Rəhm­li­­dir.
103. Onların mallarından sə­də­qə götür ki, bununla onları pak edib tə­mi­zə çıxarasan. On­lar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlik­dir. Allah hər şeyi eşidən­dir, hər şeyi biləndir.
105. De: “İşinizdə olun! Allah, Onun El­çisi və möminlər əməl­lə­­rinizi görə­cək­lər. Sonra qey­bi və aşkarı Bilənin ya­nı­na qay­tarıla­caq­sınız, O da sizə nə et­dikləri­nizi xəbər verəcəkdir”.
106. Döyüşə getməyənlər­dən baş­qaları da var ki, onlar Alla­hın ix­tiyarına bu­ra­xılmış­lar. O, ya onlara əzab verəcək, ya da tövbə­lə­ri­ni qəbul edəcək. Allah hər şeyi bilən­dir, hikmət sahibidir.
107. Müsəlmanlara zərər vur­maq, küfr etmək, möminlərin ara­sı­na təfriqə sal­maq məqsə­di­lə, əv­vəlcədən Allaha və Onun Elçisinə qar­şı müharibə edən kim­səni göz­ləmək üçün məs­cid tikənlər, əl­bət­tə: “Biz yax­şı­lıq­dan başqa bir şey is­tə­mə­dik”– deyə and içə­cək­lər. Allah şa­hid­dir ki, onlar yalan­çıdırlar.
111. Doğrudan da, Allah mö­minlər­dən, Cənnət müqa­bilin­də, on­ların can­la­rını və malla­rı­nı sa­tın almışdır. Çünki on­lar Allah yo­lunda vuruşub öldü­rür və öldü­rülürlər. Bu, Allahın Töv­ratda, İn­cil­də və Quranda Öz öhdəsinə gö­tür­düyü bir vəd­dir. Allahdan da­ha yaxşı əh­di­ni ye­rinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə gö­rə sevinin. Məhz bu, böyük uğurdur.
112. Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görmə­yi buyu­rub pis əməl­ləri qada­ğan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o mö­min­ləri müj­də­lə.
117. Allah, müsəlmanlar­dan bəzi­ləri­nin qəlbi cihaddan ya­yın­maq üzrə olduqdan sonra, Pey­ğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacir­lə­rin və ən­­sarın da əvvəlcə töv­bəsini qə­bul et­di, son­ra da on­ları ba­ğışladı. Çünki Allah on­lara qar­şı çox şəf­qət­li­dir, rəhm­lidir.
118. Geri qalmış üç nəfəri də bağışla­dı. Hətta yer üzü öz geniş­li­yi­nə baxma­yaraq onlara dar gəl­miş, ürəkləri kədər­dən sı­xılmış və yə­qin bilmişdilər ki, Allah­ın əzabın­dan, ancaq Onun Özünə sı­ğın­maq­dan başqa ça­rə­ləri yox­dur. Sonra Allah peş­man olsunlar de­yə on­ların töv­bəsini qəbul etdi. Həqi­qətən, Allah töv­bə­ləri qəbul Edəndir, Rəhm­lidir.
120. Mədinə əhalisinə və on­­la­rın ətra­fındakı bədəvilərə dö­yüşdə Allahın El­çi­sindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq ya­raşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuz­luq, yorğunluq və aclıq, ka­fir­ləri qəzəbləndirən elə bir atıl­mış ad­dım, düş­mən üzərində qa­zanılan elə bir uğur yox­dur ki, bunların müqa­bi­lin­də onla­ra yaxşı bir əməl yazılmasın. Hə­­qi­qə­tən, Allah yaxşı iş gö­rən­lərin mü­ka­­fa­tını puç etməz.
121. Allah onları, etdikləri əməl­lərin ən gözəli ilə müka­fat­lan­dır­­sın deyə xərc­lədikləri elə bir kiçik və ya böyük məs­rəf, keç­dik­lə­ri elə bir vadi yox­dur ki, buna görə onlara savab yazılmasın.
122. Möminlərin hamısı ey­ni vaxtda döyüşə çıxma­malı­dır. Hər qə­bilədən bir dəstə qalma­lıdır ki, dini dərindən öy­rən­sinlər və öz camaatı dö­yüş­dən ge­ri qayıtdıq­ları zaman onları xəbərdar et­sin­lər. Bəlkə, onlar pis işlərdən çəki­nə­lər.
124. Bir surə nazil edildiyi za­man on­lardan istehza ilə: “Bu, han­sı­nızın ima­nı­nı artırdı?”– de­yənlər də var. İman gə­ti­rən­lərə gəl­dik­­də isə, o surə onla­rın ima­nını artırır və onlar bir-bir­lərini müj­də­­lə­yirlər.
125. Qəlbində xəstəlik olan­lara gə­lin­cə, o surə onların mur­dar­lı­ğı üstünə bir murdarlıq da artırır və onlar kafir o­la­raq ölürlər.
128. Sizə özünüzdən elə bir Elçi gəl­di ki, sizin əziyyətə düş­mə­yi­niz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəf­qətli, rəhm­lidir.
تقدم القراءة