سورة الجمعة

الترجمة الأذرية

الترجمة الأذرية kitabından الأذرية dilində الجمعة surəsinin tərcüməsi

الترجمة الأذرية

الناشر

مجمع الملك فهد

2. Savadsızlara özlərindən elçi gön­dərən Odur. Elçi on­la­ra Alla­hın ayələ­rini oxuyar, on­ları pis əməllərdən təmiz­lə­yər, onlara Kita­bı və Hikməti öyrə­dər. Halbuki on­lar əvvəllər açıq-aydın azğınlıq için­də idilər.
3. Allah səni hələ müsəlman­lara qo­şul­mamış başqalarına da elçi gön­dərmişdir. O, Qüd­rət­li­dir, Hikmət sahibidir.
5. Tövrata əməl et­mək tap­şı­rıl­dıqdan sonra ona əməl et­mə­yənlər, be­lində çoxlu kitab daşıyan, amma onlar­dan faydalana bil­mə­yən uzunqu­lağa bən­zəyir­lər. Allahın ayə­lərini yalan sayan adam­ların məsəli necə də pis­dir. Allah zalım adamları doğru yola yö­­nəlt­məz.
6. De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özü­nü­zün Alla­hın dost­ları olduğu­nu­zu iddia edirsinizsə və doğru da­nı­şan­lar­sınızsa, on­da özü­nü­zə ölüm di­ləyin!”
7. Lakin onlar öz əlləri ilə tö­rətdik­ləri əməllərə görə ölü­mü əsla di­lə­məz­lər. Allah za­lım­la­rı tanıyır.
11. Onlar ticarət və ya əy­lən­cə gör­dükləri zaman dağılı­şıb ona tə­rəf qaç­dılar və səni min­bərdə ayaq üstə oldu­ğun halda tərk et­di­lər. De: “Allah ya­nın­da qazanacağınız sa­vab əylən­cə­dən də, ti­ca­rət­dən də xeyir­lidir. Allah ən yaxşı ruzi ve­rən­dir”.
تقدم القراءة