الترجمة الأذرية kitabından الأذرية dilində الملك surəsinin tərcüməsi
Verse 1
1. Mülk Əlində Olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır. O hər şeyə qadirdir.
Verse 2
2. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.
Verse 3
3. Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyğunsuzluq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi?
Verse 4
4. Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcək.
Verse 5
5. Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.
Verse 6
6. Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir.
Verse 7
7. Onlar oraya atıldıqda onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər.
Verse 8
8. Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?”
Verse 9
9. Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik.
Verse 10
10. Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alovlu od sakinlərinin içində olmazdıq!”
Verse 11
ﯷﯸﯹﯺﯻ
ﯼ
11. Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!
Verse 12
12. Həqiqətən, öz Rəbbindən Onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat var.
Verse 13
13. Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanları bilir.
Verse 14
14. Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?
Verse 15
15. Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da Onadır.
Verse 16
16. Göydə olan Allahın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcək.
Verse 17
17. Ya da ki, göydə olan Allahın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz.
Verse 18
18. Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmişdilər. Görəydin Mənim onları həlak etməyim necə oldu!
Verse 19
19. Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür.
Verse 20
20. Ya da Mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qoşununuz varmı? Kafirlər ancaq aldanmaqdadırlar!
Verse 21
21. Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər.
Verse 22
22. Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən?
Verse 23
23. De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”
Verse 24
24. De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanacaqsınız!”
Verse 25
25. Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”
Verse 26
26. De: “Buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!”
Verse 27
27. Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və onlara: “Sizin durmadan istədiyiniz əzab bax budur!”– deyiləcək.
Verse 28
28. De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”
Verse 29
29. De: “O, Mərhəmətli Allahdır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu tezliklə biləcəksiniz.
Verse 30
30. De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?”
تقدم القراءة