سورة البقرة

الترجمة الأذرية

الترجمة الأذرية kitabından الأذرية dilində البقرة surəsinin tərcüməsi

الترجمة الأذرية

الناشر

مجمع الملك فهد

3. O kəslər ki, qeybə iman gə­­tirir, namaz qılır və Bizim on­­lara ver­diyi­miz ruzidən Allah yolunda xərcləyir­lər;
8. İnsanlar arasında elələri də vardır ki, mömin olmadıq­la­rı hal­­da: “Allaha və Axirət gü­nünə inanı­rıq”– deyirlər.
9. Onlar Allahı və iman gə­ti­rənləri aldatmağa çalışır­lar. Hal­bu­ki, yalnız öz­lərini aldadır və bunu anlamırlar.
10. Onların qəlblərində xəs­tə­lik var­dır, üstəlik, Allah on­la­rın xəs­­tə­­li­yi­ni artır­mışdır. Ya­lan danışdıqlarına görə onlar üçün ağ­rılı-acılı bir əzab vardır.
12. Əslində, elə onların özləri fəsad tö­­rə­dən­lərdir, lakin bunu başa düş­­mür­lər.
13. Onlara: “İnsanlar iman gə­tir­diyi kimi siz də iman gə­ti­rin!”– de­yil­diyi zaman: “Biz də səfehlərin iman gə­tirdikləri kimi iman gəti­rək?”– deyirlər. Əslində, səfeh elə onların öz­lə­ri­dir, lakin bu­nu bilmirlər.
14. Onlar möminlərlə rast­laş­­dıqda: “Biz iman gətirdik!”– de­­yir­lər, öz şey­tanları ilə təklik­də qal­dıqda isə: “Biz si­zin­ləyik. Biz mö­min­lərə ancaq istehza edirik!”– de­yir­lər.
15. Allah da, onlara istehza edər və azğınlıqlarını o qədər artı­rar ki, sərgər­dan gəzərlər.
16. Onlar doğru yolu verib az­ğın­lığı satın almış kimsə­lər­dir. On­ların ticarəti qa­zanc gə­tir­mədi, özləri də doğ­ru yola yö­nəl­mədilər.
17. Onların misalı zülmət ge­­cədə od qalayan kimsənin misalına bənzər. Alov onun ət­ra­fın­da­kıları işıqlandırdı­ğı za­man Allah on­la­rın nurunu apa­rar, öz­lərini də heç bir şey görə bil­məyə­cəkləri zül­mətlər içəri­sin­də bura­xar.
19. Yaxud onların misalı zül­­­mətlər için­də göy gurultusu və şim­şəklə göydən yağan leysana düşən­lə­rin misalına bənzəyir ki, il­dı­rım­dan öl­mək qor­xu­su ilə bar­maq­larını qulaqla­rına tıxa­yır­lar. Şüb­həsiz ki, Allah ka­fir­ləri hər tərəf­dən əhatəyə al­mışdır.
20. Şimşək az qalır ki, onla­rın gözlə­rini çıxartsın. Şimşək hər dəfə onların yo­lunu işıq­lan­dır­dıq­da onun­ işığında gedirlər, zül­mət on­ları bü­rü­dükdə isə da­ya­­nıb du­rur­lar. Əgər Allah is­tə­səydi, on­ları eşit­mək­dən və gör­məkdən məh­rum edərdi. Şübhəsiz ki, Allah hər şe­yə qa­dirdir.
24. Əgər siz bunu edə bil­mir­siniz­sə, – heç edə də bil­məz­­si­niz – onda yanacağı insanlar­dan və daşlardan olan, kafirlər üçün ha­­zır­lanmış oddan çəki­nin.
25. İman gətirib saleh əməl­lər edən­lərə müjdə ver ki, on­lar­ üçün al­tından çaylar axan cən­nətlər var­dır. Hər dəfə onun mey­və­lə­rindən on­lara ruzi veril­dikdə: “Bu ki, əv­vəllər bizə ve­rilən ruzilərdəndir!”– de­yə­cək­lər. Hal­bu­ki on­lara onun oxşarı verilə­cəkdir. On­lar üçün orada pak zöv­cə­lər vardır və onlar ora­da əbədi qala­caq­lar.
26. Heç şübhəsiz ki, Allah ağca­qa­nadı və on­dan da kiçik olanı məsəl çəkmək­dən utan­maz. İman gə­tirənlər bilir­lər ki, bu, on­ların Rəbbindən gələn haq­dır. Küfr edən­lər isə deyir­lər: “Bu mə­səl­lə Allah nə de­mək istəyir?” Hal­buki Allah bu­nun­la bir çox­larını sap­dırır, bir çox­la­rı­nı da haqq yoluna yö­nəl­dir. O, bu­nunla məhz fasiqləri sapdırır.
28. Allaha necə küfr edir­si­niz ki, siz ölü idiniz, O sizi di­riltdi?! Sonra O sizi öldürə­cək, sonra di­rildəcək, sonra da siz Ona qaytarı­la­caq­­sınız.
30. Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə bər­qə­rar edə­cə­yəm!”– de­dik­də, on­lar: “Biz Səni həmd-səna ilə tə­rif­lə­di­yimiz və Səni müqəd­dəs tut­du­ğumuz halda, Sən ora­da, fəsad tö­rədib qan tökəcək kəsmi bərqərar edəcək­sən?”– dedilər. O buyurdu: “Şüb­­həsiz ki, Mən sizin bil­mədik­lərinizi bi­lirəm!”
31. Allah Adəmə bütün şey­lə­rin adla­rını öyrətdi. Sonra on­ları mə­lək­lərə gös­tərib dedi: “Doğru deyirsinizsə, bun­­ların adla­rını Mənə bildirin!”
32. Onlar dedilər: “Sən pak və mü­qəddəssən! Sənin bizə öyrət­dik­lərindən başqa bizdə heç bir bilik yoxdur! Hə­qi­qə­tən, Sən Bi­lənsən, Müdrik­sən!”
33. Allah buyurdu: “Ey Adəm, bun­­la­rın adlarını onlara bil­dir!” O, bun­la­rın adla­rını onlara bil­dir­dikdə Allah buyurdu: “Mən sizə de­mə­dimmi ki, göy­lərdə və yer­də olan qeybi, aşkara çıxart­dı­ğı­nızı və gizli saxladığınızı bi­li­rəm?!”
34. Bir zaman Biz mələk­lə­rə: “Adə­mə səcdə edin!”– de­dikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib tə­kəbbür göstərdi və kafir­ oldu.
35. Biz dedik: “Ey Adəm! Sən zöv­cənlə birlikdə Cən­nət­də sa­kin ol və ora­da rahat­lıqla nemət­ləri­miz­dən istə­diyi­niz yer­də yeyin için, təkcə bu ağaca ya­xınlaşma­yın! Yoxsa zalım­lar­dan olarsı­nız.”
36. Şeytan isə o ağacla on­la­rı çaşdı­rıb ol­duqları yer­dən çı­xart­dı. Biz de­dik: “Bir-biri­nizə düş­mən ola­raq aşağı enin! Yer­də si­zin üçün müəy­yən olun­muş vax­ta­dək məskən və gün-güzəran var­dır.”
37. Adəm tövbə etmək üçün Rəb­bin­dən kəlmələr öyrəndi, O da onun töv­bəsini qəbul et­di. Həqiqətən də, O, töv­bələri qəbul edən­dir, Rəhmlidir.
38. Biz dedik: “Hamınız ora­dan yerə enin! Mənim tərə­fim­dən si­zə doğru yol göstəricisi gəldik­də, Mənim yol gös­tə­ri­ci­min ar­dın­ca ge­dən­lərə heç bir qorxu yox­dur və onlar kədər­lən­mə­yə­cəklər.”
40. Ey İsrail oğulları! Sizə bəxş etdi­yim nemətimi xatırlayın və Mənə verdiyiniz əhdi yerinə ye­ti­rin ki, Mən də si­zə verdiyim əhdi yerinə ye­ti­rim. Və yalnız Mən­dən qorxun!
45. Səbir etmək və namaz qıl­­maqla Allahdan kömək di­lə­yin! Hə­qiqətən, bu, Allaha müti olanlardan başqa hamıya ağır gəlir.
46. O müti kəslər ki, öz Rəbbi ilə qar­şıla­şacaqlarını və Ona qayı­da­caq­la­rını yəqin bilirlər.
49. Bir zaman Biz sizi Firo­nun tə­rəf­dar­larından xilas et­dik. O vaxt onlar sizə ağır əzab­lar verir, oğlan uşaq­ları­nı­zı öl­dürür, qa­dın­­larınızı isə sağ bu­ra­xırdılar. Bun­da Rəbbi­niz tə­rəfindən sizin üçün bö­yük bir sınaq var idi.
50. O zaman Biz sizin üçün də­nizi yardıq, sizi xilas etdik və Fi­ro­nun tə­rəf­dar­larını gö­zü­­nüzün qabağın­da dənizdə ba­tırdıq.
51. O zaman Biz Musa ilə qırx gecəlik görüşməyə vədələşdik. Sonra siz onun ardın­dan nəfsinizə zülm edərək buzovu özünüzə məbud qəbul etdiniz.
53. O zaman Biz Musaya Ki­tab və haqqı batildən ayıran Fur­qan verdik ki, bəlkə doğru yolla ge­də­siniz.
54. O zaman Musa öz qöv­mü­nə dedi: “Ey qövmüm! Siz buzo­va ibadət etməklə özü­nü­zə zülm et­diniz. Odur ki, Ya­ra­da­nı­nıza töv­bə edin və özü­nüzü öl­dürün. Bu, Yara­da­nını­zın yanında sizin üçün xe­yir­lidir.” O, sizin töv­bə­ni­zi qə­bul etdi. Həqiqətən də, O, töv­bələri qə­bul edən­dir, Rəhm­li­dir.
55. O zaman siz: “Ey Musa! Biz Alla­hı açıq-aşkar gör­mə­yincə sənə iman gətirməyə­cə­yik!”– de­diniz və gözünüz gö­rə-görə sizi il­dı­rım vurdu.
58. O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istə­di­yi­niz yerlər­də, rahatlıqla ye­yin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağış­la!”– deyin ki, sizin günahlarınızı bağışla­yaq.” Biz yaxşı işlər gö­rənlərə müka­fat­larını artırarıq.
61. Onda siz dediniz: “Ey Mu­­sa! Biz eyni cür yeməklərə döz­mə­yəcə­yik. Elə buna görə də, bizim üçün Rəbbi­nə dua et ki, bizə yerin bitir­dik­lə­rin­­dən – tərə­vəzin­dən, xi­ya­rın­dan, sa­rım­sağın­dan, mər­ciməyin­dən və so­ğa­nından çıxartsın!” Musa dedi: “Siz xeyirli olan şey­lərin da­ha də­yərsiz şeylərlə əvəz olunma­sınımı istə­yir­si­niz?! Şəhərə enin! Şübhəsiz ki, ora­da sizin üçün istə­dikləriniz var­dır!” On­la­ra zə­lil­lik və düş­gün­lük üz ver­di, üstəlik, onlar Allahın qəzəbinə dü­çar ol­du­lar. Bu cəza ona görə idi ki, on­lar Allahın ayə­lərinə küfr edir­dilər və pey­ğəm­bər­ləri haq­sız yerə öl­dü­rür­dü­lər. Bu həm də on­ların asi ol­duq­la­rına və həddi aşdıq­la­rına görə idi.
62. Şübhəsiz ki, möminlə­rin, yə­­hudilərdən, nəsranilərdən və sabiilər­dən Al­laha və Axirət gününə iman gə­ti­rənlərin və yaxşı iş gö­rən­lə­rin mü­kafatı öz Rəbbi yanın­da­dır. Onlara heç bir qor­xu yoxdur və on­lar kədərlən­mə­yəcəklər.
63. Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üs­tünə qal­dırdıq və buyurduq: “Si­zə ver­diyi­mizdən möh­kəm ya­pışın və onun için­dəkiləri ya­da salın ki, bəlkə Allahdan qor­xasınız!”
65. Siz artıq içərinizdən şən­bə günü həddi aşanları tanı­yırsınız. Biz də on­la­ra: “Mən­fur mey­mun­­lar olun!”– dedik.
66. Biz bunu onlarla bir dövr­­də olanlar və onlardan sonra gə­lən­lər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.
68. Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür inək ol­du­ğu­nu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bun­ların iki­si­nin arasın­da olan or­ta yaşlı bir inək­dir. Sizə nə əmr edilirsə, onu ye­rinə yeti­rin!”
70. Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür inək ol­du­ğu­nu bizə bil­dirsin! Çünki bu inəklər bizə bən­zər gö­rü­nür. Əgər Allah istəsə, biz düz yola yönələrik.”
71. Musa dedi: “Allah bu­yu­rur ki, o, nə yer şumlamağa, nə də əkin su­var­ma­ğa ram edil­miş, üstəlik, sağ­lam­ və heç bir ləkə-qüsuru olmayan bir inəkdir.” Onlar: “İndi sən əsl həqi­qəti bil­dir­din!”– dedilər və onu kəsdi­lər. Hal­buki az qala bunu yeri­nə ye­tir­mə­yə­cək­di­lər.
72. O zaman siz bir nəfəri öl­dür­müş­dünüz və onun qatili ba­rə­sin­də müba­hisə edirdiniz. Halbuki Allah gizlətdik­lərinizi aşkara çı­xarandır.
73. Biz dedik: “İnəyin bir par­çası­nı ölüyə vurun!” Allah ölü­ləri bu cür diril­dir və Öz ayə­lərini si­zə göstərir ki, bəl­kə an­la­yasınız.
74. Sonra bunun ardınca qəlb­ləriniz sərtləşib daş ki­mi, hət­­ta ondan da sərt oldu. Həqi­qə­­tən, daş­lardan eləsi var ki, içə­ri­sin­dən çaylar qaynayıb çı­xar. On­lardan elə­si də var ki, yarılar, içə­ri­sindən su çıxar. Eləsi də var ki, Allahın qorxu­sundan yuvarla­nıb ye­rə dü­şər. Allah sizin et­diklərinizdən qafil de­yil­dir.
76. Onlar möminlərlə rast­la­­şan­da: “Biz iman gətirdik!”– de­yir, bir-birləri ilə xəlvətdə qalan­da isə: “Allahın sizə bil­dirdiyini on­la­ra danışırsınız ki, Rəb­bi­nizin yanında bunu sizə qarşı dəlil gə­tir­sin­lər?! Məgər başa düşmürsü­nüz?!”– deyir­lər.
77. Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıq­la­rını və aşka­ra çıxartdıqlarını bilir?
79. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, son­ra da: “Bu, Allah tərəfin­dən­dir!”– deyir­lər ki, bunun­ sayəsində bir az pul əldə et­sin­lər. Öz əlləri ilə yaz­dıq­la­rı­na görə vay on­la­rın halına! Qa­­zan­dıq­ları şeyə görə də vay on­la­rın halına!
83. Bir zaman Biz İsrail oğul­ları ilə: “Allah­dan qeyrisinə iba­dət et­məyə­cək, vali­deyn­lərə, qo­hum-əq­rəbaya, yetimlə­rə və ka­sıblara xe­yirxahlıq edəcək, in­san­lara xoş söz deyəcək, na­maz qıla­caq və zə­kat ve­rəcək­siniz!”– deyə əhd bağ­­ladıq. Son­ra az bir qismi­niz is­tis­na ol­maq­la, üz çe­vi­rib dön­dü­nüz.
84. O zaman Biz sizinlə: “Bir-biri­ni­zin qanını tökməyə­cək­si­niz, bir-birinizi yurd­ları­nızdan çı­xarmaya­caqsınız!”– deyə əhd kəs­dik. Sonra da siz özünüz şa­hidlik edə­rək bu əhdi təsdiq­lə­di­niz.
85. Bu əhddən sonra siz yenə də bir-bi­rini­zi öldürür, özü­nüz­­dən olan bir dəs­təni öz yurd­undan çı­­xarır, onlara qar­şı pislik və düş­mən­çi­lik et­mək­də bir-biri­ni­zə kömək edir­si­niz. Onlar əsir tu­tu­­lub ya­nı­nı­za gə­tiriləndə, fidyə ve­rib on­ları azad edirsiniz. Hal­bu­ki on­ları yurdların­dan çıxart­maq si­zə haram edil­mişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, di­gər qis­minə küfr edirsi­niz?! Siz­lər­dən bunu edənin cəzası dünya hə­­yatında ancaq rüsvay ol­maq, Qi­ya­mət gü­nü isə ən şid­dətli əzaba düçar olmaqdır. Allah sizin et­dik­lə­riniz­dən qafil de­yil­dir.
86. Onlar axirət qarşılığında dün­ya hə­ya­tını satın alan kimsə­lər­dir. Ona görə də on­ların nə əzabı yün­gülləş­di­rilə­cək, nə də on­lara kö­mək gös­təri­lə­cək­dir.
87. Biz Musaya Kitab ver­dik və on­dan sonra bir-birinin ar­dın­ca elçi­lər gön­dərdik. Biz Mər­yəm oğlu İsa­ya da açıq-ay­dın dəlillər ver­dik və onu mü­qəddəs ruhla qüv­vət­ləndir­dik. Hər dəfə sizə göndərilən elçi ürəyi­nizə yat­ma­yan bir şey gəti­rəndə, siz tə­kəbbür gös­tər­mə­di­niz­mi?! Siz on­ların bir qismini ya­lançı hesab etdiniz, bir qis­mini isə öldürdünüz.
88. Onlar dedilər: “Qəlblə­ri­miz örtüldür!” Xeyr, Allah on­la­rı küfr­lərinə görə lə­nət­­lə­miş­dir. Odur ki, on­lar ol­duq­ca az ina­nır­lar.
91. Onlara: “Allahın nazil et­diyi­nə iman gətirin!”– deyildikdə, on­lar: “Biz sadəcə özü­müzə nazil edi­lənə ina­nırıq!”– deyib ondan başqasını inkar edirlər. Hal­buki bu Quran on­ların özlərində olanı təs­diq­lə­yən haqqdır. De: “Əgər siz inanan idi­nizsə, bəs nə üçün əv­vəllər Al­lahın pey­ğəmbərlərini öldü­rür­­dü­nüz?”
92. Musa sizə açıq-aydın də­­lil­lər gə­tirmişdi. Sonra siz onun ardın­dan nəfsinizə zülm edərək buzovu özünüzə məbud qəbul etdiniz.
93. Bir zaman sizdən əhd-pey­­man aldıq, Tur dağını başınız üs­tünə qal­dırdıq və buyurduq: “Sizə verdi­yimiz­dən möh­kəm yapışın və eşi­din!” Küfr­lə­rinə görə bu­zo­va olan məhəb­bət onların qəlblərinə yeridilmişdi deyə, onlar: “Eşitdik və asi ol­duq!”– de­dilər. De: “Əgər siz mö­min­sinizsə, ima­nınızın sizə əmr etdiyi şey necə də pisdir!”
95. Onlar öz əlləri ilə etdi­kləri əməllərə görə heç vaxt ölüm dilə­məyəcəklər. Allah zalım­ları tanıyır.
97. De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Qu­ranı özün­dən əvvəlkiləri təs­diq­ləyən, möminlərə doğru yol gös­tə­rən və müjdə verən bir kitab ki­mi sənin qəlbinə o nazil etmiş­dir.”
98. Kim Allaha, Onun mə­lək­­ləri­nə və elçilərinə, Cəb­railə və Mi­kailə düşmən­dirsə, şüb­həsiz ki, Allah da kafirlərə düş­mən­dir.
100. Onlar hər dəfə əhd bağ­la­dıqda, içərilərindən bir dəstə onu pozmadımı? Doğrusu, on­ların ço­xu buna iman gətirmir.
102. Onlar Suleymanın səltənəti barədə şeytanların oxuduqları­na uydular. Halbuki Süley­man kafir ol­madı. Lakin şey­tanlar sehri və Ba­bildə Harut və Marut adlı iki mə­ləyə nazil olanı insan­lara öyrə­dərək kafir oldular. O iki mələk: “Biz ancaq bir sınağıq, sən gəl kafir ol­ma!”– de­məmiş, onu heç kəsə öyrət­mirdilər. Yəhudilər ərlə arvadı bir-birin­dən ayıracaq işləri on­lardan öyrənir­di­lər. La­kin on­lar Alla­hın izni olma­dan heç kəsə zə­rər verə bilməzlər. On­lar öz­lərinə zə­rər verən və fay­da­sı olmayan şey­i öyrənir­di­lər. On­lar bilirdilər ki, bunu satın alan kimsələrin axi­rətdə heç bir payı yox­dur. Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş bunu bi­ləy­di­lər!
104. Ey iman gətirənlər! Pey­­ğəm­bərə: “Raina!”– de­mə­yin; “Un­zur­na!”– de­yin və Allahın əmrini eşi­din! Ka­firlər üçün ağ­rılı-acılı bir əzab vardır.
111. Onlar dedilər: “Yəhu­di­­lər­­dən və ya xaçpərəstlərdən baş­qa­ heç kəs Cən­nətə daxil olma­ya­caq!” Bu onla­rın xam xə­yal­la­rı­dır. De: “Əgər doğ­ru deyir­si­niz­sə, dəlilinizi gəti­rin!”
115. Məşriq də, məğrib də Alla­hın­dır! Hansı səmtə yönəl­səniz, Allahın Üzü oradadır. Həqiqə­tən, Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.
116. Onlar dedilər: “Allah Özü­­nə öv­lad götürmüşdür!” Hal­­buki O, pakdır, müqəddəs­dir! Hə­qi­qə­tən, göylərdə və yer­də nə var­sa, Ona məxsus­dur. Hər şey Ona baş əyir.
119. Biz səni haqq ilə müj­də­lə­yən və xəbərdarlıq edən bir pey­ğəmbər göndər­dik. Cə­hən­nəm sa­kinləri ba­rəsində isə sən sorğu-sual olunma­yacaqsan.
123. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda ve­rə bil­mə­­yəcək, heç kəsdən bir fidyə qəbul olunmayacaq, heç kəsə şə­fa­ət fayda ver­mə­yə­cək və onlara kömək göstə­ril­məyəcək.
124. Rəbbi İbrahimi bəzi kəl­­mə­lərlə sı­nağa çəkdiyi zaman o, bun­­ları tamamilə yeri­nə yetirdi. Allah buyurdu: “Mən səni in­san­la­ra imam edəcə­yəm!” İb­ra­him dedi: “Nəs­lim­dən də, imam et!” Allah buyurdu: “Mənim əhdim zalımlara yetişməz!”
125. Bir zaman Biz müqəddəs Evi insan­lar üçün zi­yarətgah və əmin-aman­­ bir ye­r etdik. “İb­ra­himin durduğu yeri na­mazgah edin!” Biz İb­ra­hi­mə və İs­mailə buyurduq: “Evi­mi təvaf edən­lər, eti­kafa gi­rən­lər, rüku və səc­də edən­lər üçün təmizləyin!”
126. Bir zaman İbrahim de­mişdi: “Ey Rəbbim! Buranı təh­lü­kə­siz bir şəhər et, onun əha­li­sinə, – on­lar­dan Alla­ha və Axi­rət gü­nünə iman gətirən­lərə – hər növ məh­sullardan ruzi ver!” Allah buyurdu: “Mən kafir olan­lara bir qədər zövq al­mağa izin ve­rər, sonra isə on­ları Cə­hən­nəm əzabına gi­riftar edə­rəm. Ora necə də pis dönüş ye­ri­dir!”
127. İbrahim və İs­mail müqəddəs Evin bünöv­rəsini qal­dı­rarkən belə dua etmişdi­lər: “Ey Rəbbimiz! Bu əməli biz­dən qəbul et! Hə­qiqətən, Sən Eşidən­sən, Bilən­sən!
128. Ey Rəbbimiz! İkimizi də Sənə təslim olan, nəsli­mizdən də Sənə təslim olacaq bir üm­mət et. Bizə ibadət qaydala­rını gös­tər və tövbə­mizi qəbul et! Həqi­qətən, Sən töv­bələri qəbul edənsən, Rəhm­­li­sən!
129. Ey Rəbbimiz! Onların içə­ri­sin­dən özlərinə elə bir elçi gön­dər ki, Sənin ayələrini on­lara oxu­sun, Kitabı və hikməti onlara öy­rətsin və onları gü­nah­lardan tə­mizləsin! Həqi­qə­tən, Sən Qüd­rət­li­sən, Müdrik­sən!”
131. Çünki Rəbbi ona: “Müsəlman ol!”– de­dik­də, o: “Aləm­lərin Rəbbi­nə təs­­lim oldum!”– demişdi.
132. İbrahim də, Yaqub da, bu­nu oğullarına vəsiyyət etdi­lər: “Ey oğulla­rım! Həqiqətən, Allah bu dini sizin üçün seç­mişdir. Siz də ancaq müsəl­man olaraq öl­məli­siniz!”
133. Yoxsa siz Yaquba ölüm gəl­diyi zaman onun yanında idi­niz? O zaman o, öz oğullarına demişdi: “Mən­dən sonra nəyə iba­dət edə­cək­si­niz?” Onlar dedilər: “Sə­nin İla­­hına, ataları­n – İbrahi­min, İs­ma­i­lin və İshaqın İlahı olan Tək İlaha ibadət edə­cəyik. Biz yalnız Ona təslim olanlarıq!”
134. Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazan­dıq­­la­rı özlə­ri­nə, sizin qazan­dı­ğınız isə sizə aid­dir. Siz onla­rın etdik­lə­ri əməllər barədə sorğu-sual olun­mayacaq­sınız.
135. Yəhudilər və xaçpərəstlər müsəlmanlara dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönə­ləsi­niz!” De: “Ək­si­nə, biz hə­nif İbra­himin dininə tabeyik. O, müş­riklərdən deyil­di.”
136. Deyin: “Biz Allaha, bi­zə nazil ola­na, İbrahimə, İs­mai­lə, İs­ha­qa, Ya­quba və onun nəs­­li­nə nazil olanlara, Mu­sa və İsa­ya veri­lən­lə­rə, özlərinin Rəbbi tə­rə­fin­dən peyğəmbərlərə ve­ri­lən­lərə iman gə­­tirdik. Biz on­la­rın heç birini digərindən fərqləndirmirik. Biz yal­nız Ona təs­lim olanla­rıq!”
137. Əgər onlar da, siz iman gə­tir­di­yinizə iman gətirsələr, doğ­ru yola yö­nəlmiş olarlar. Yox, əgər üz dön­dər­sə­lər, müt­ləq ixti­lafa düş­müş olarlar. On­lardan qo­runmaq üçün Allah sənə yetər. O, Eşi­dən­dir, Biləndir!
138. De: “Allahın boyasına (di­ninə) sarılın! Allahdan da­ha gözəl boyası olan kimdir? Biz yal­nız Ona iba­dət edənlərik!”
139. De: “Allah barəsində bi­zimlə mübahisəmi edirsiniz? Hal­bu­ki, O, bi­zim də Rəbbi­miz, sizin də Rəbbi­nizdir! Bi­zim əməlləri­miz bizə, sizin əməl­ləri­niz isə si­zə aiddir. Biz Ona səmimi-qəlbdən bağlı olan­la­rıq!”
141. Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqla­rı öz­ləri­nə, sizin qazandığı­nız isə sizə aid­dir. Siz onların et­dikləri əməllər ba­rə­də sorğu-sual olun­mayacaq­sınız.
143. Beləliklə, siz insan­lara şa­hid olasınız, peyğəmbər də, sizə şahid olsun deyə Biz sizi orta bir ümmət etdik. Biz, sənin əvvəl üz tutdu­ğun qib­ləni ancaq ona gö­rə təyin etdik ki, Allah rəsulunun ardın­ca ge­­dənləri üz dön­də­rən­lərdən fərq­lən­dirə bilək. Bu, Alla­hın doğru yola yönəltdiyi kimsələr­dən başqa ha­mı­ya ağır gəldi. Allah sizin ima­nı­nızı puç et­məz. Həqi­qətən də, Allah in­sanlara qarşı çox şəfqət­lidir, rəhm­­lidir.
144. Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Odur ki, sə­ni razı qala­cağın qibləyə tə­rəf döndərəcəyik. Sən üzünü Məsci­dul­harama tərəf çevir! Ha­­rada olursu­nuzsa, olun, üzü­nü­zü ona tərəf çe­­virin! Şübhə­siz ki, Kitab verilən­lər bunun özlərinin Rəbbi tərə­findən ger­çək ol­du­ğunu bilirlər. Allah on­la­rın et­dik­lərin­dən qafil de­yil­­dir.
145. Kitab verilənlərə hər cür dəlil gə­tirsən də, onlar sənin qib­lənə üz tut­maz­lar. Sən də, onla­rın qibləsinə üz tu­tan de­yilsən. On­ların özləri də bir-bir­ləri­nin qib­­lə­sinə üz tutan de­yil­lər. Əgər sənə gə­lən elmdən sonra onların is­tək­­lərinə uy­san, onda sən də, heç şübhə­siz ki, zalımlar­dan olar­san.
150. Hara səfərə çıxsan, na­maz qıldıq­da üzünü Məscidul­harama tə­rəf çevir! Harada olur­sunuzsa olun, üzünüzü ona tə­rəf çevirin ki, zalım­lar­dan baş­qa heç kəsin sizə qarşı bir dəlili olmasın. On­lar­­dan qorx­mayın, Mən­dən qor­xun ki, Mən də, sizə olan ne­mə­timi ta­mam­la­yım və bəlkə, siz doğru yola yönələsi­niz.
151. Həmçinin, öz içəriniz­dən ayələ­rimizi sizə oxuyan, sizi gü­nah­lar­dan tə­mizləyən, Ki­tabı və hikməti sizə öyrə­dən, habelə, bil­mədik­lərinizi sizə öy­rədən bir rəsul göndərdik.
152. Elə isə siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şü­kür edin, Mənə küfr etməyin!
153. Ey iman gətirənlər! Sə­bir etmək və namaz qılmaqla Allah­dan kömək di­ləyin. Həqi­qətən, Allah səbir edənlərlə­dir!
156. O kəslər ki, onlara bir mü­si­bət üz verdikdə: “Biz, Alla­ha məx­­susuq və biz yalnız Ona qayı­da­ca­ğıq!”– deyirlər.
158. Həqiqətən, Səfa və Mər­və Alla­hın qoyduğu nişa­nə­lər­dən­dir. Kim mü­qəddəs Evi həcc və ya ümrə məqsədi ilə zi­yarət edər­sə, bu iki dağ arasında səy etmə­sin­də ona heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, bilsin ki, Allah şükrün əvəzini verən­dir, hər şeyi biləndir.
160. Yalnız tövbə edənlər, əməl­­lərini islah edənlər və haqqı bə­yan edənlər is­tisnadır. Mən on­la­rın tövbəsini qəbul edə­rəm. Mən töv­bələri qəbul edənəm, Rəhmli­yəm!
162. Onlar bu lənətin içəri­sin­də hə­mişəlik qalarlar. Onla­rın əza­bı yüngül­ləşdirilməz və onla­ra möhlət də veril­məz.
163. Sizin məbudunuz Tək olan İlah­dır. Ondan başqa iba­də­tə layiq olan mə­bud yox­dur, Mər­hə­mət­li­dir, Rəhmlidir.
164. Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gün­­düzün bir-birilə əvəz olun­ma­sında, insanlara fay­da verən şey­lər­lə yüklənmiş halda dəniz­də üzən gəmilərdə, Alla­hın göydən en­dir­diyi, onunla da ölmüş tor­pağı dirilt­diyi suda, Onun növbənöv hey­­vanları yer üzü­nə yaymasında, külək­lərin dəyiş­di­ril­mə­sində və göylə yer arasında ram edil­miş buludlarda, başa dü­şən in­san­lar üçün dəlillər vardır.
165. İnsanlardan elələri də var­­ ki, Allahdan qeyrilərini Ona tay tutur, on­ları da, Allahı sev­dik­ləri kimi sevirlər. İman gə­ti­rən­lə­rin isə Allaha olan sev­gisi daha güclüdür. Kaş zülm edən­lər əzabı görəcəkləri za­man bü­tün qüdrət və qüv­vətin Alla­ha məx­sus ol­du­ğu­nu və Alla­hın şid­dət­li əzab verdi­yini biləy­di­lər.
166. Tabe olun­muş başçılar tabe olanlardan uzaq­­la­­şa­caqları za­man, hamısı əza­bı görəcək və ara­larındakı əlaqələr kəsilə­cək­dir.
167. Tabe olanlar deyəcək­lər: “Kaş, bizim üçün dünyaya dö­nüş olaydı, indi onlar biz­dən uzaq­­laşdıqları kimi, biz də on­lar­dan uzaq­­la­şardıq!” Belə­cə, peş­man ol­sunlar deyə, Allah on­lara özləri­nin əməllərini gös­tərəcək və on­lar heç vaxt Cə­hən­nəm odun­dan çıxa bilməyəcəklər.
175. Onlar doğru yol qarşılığında az­ğınlığı, bağışlanma qar­şılı­ğında da əzabı satın alan kəs­lər­dir. Onlar Cəhənnəm odu­na necə də sə­bir­lidirlər!
177. Yaxşı əməl üzünüzü məş­riqə və məğribə tərəf çe­vir­məyi­niz deyildir. La­kin yaxşı əməl sa­hibləri Allaha, Axirət gü­nünə, mə­lək­lərə, kitablara və pey­ğəm­bər­lərə iman gətirən, sev­diyi malı qo­hum-əqrəbaya, ye­timlərə, yoxsullara, müsafir­lərə, dilənənlərə və kö­lələrin azad edilməsinə xərcləyən, na­maz qılıb zəkat verən, əhd bağ­la­dıqda əhdlərini yerinə yeti­rən, sıxıntı və xəstəlik üz ver­dik­də, habelə, döyüş zamanı səbir edən şəxs­lərdir. Onlar imanla­rında doğ­ru olanlardır. Müttəqi olan­lar da, məhz onlardır.
178. Ey iman gətirənlər! Öl­dü­­rülən­lərə görə qisas almaq sizə va­­cib edildi. Odur ki, azad kəsə gö­rə azad olandan, köləyə görə kö­­lədən, qa­dına görə qadın­dan qi­sas alın! Əgər qatil öldürdüyü qar­daşının varis­lə­ri tərəfindən qan­­bahası müqa­bilində bir şeylə əfv edil­sə, on­da varislər onunla in­saf­la dav­ran­ma­lı, qatil də, qanbahasını gö­zəl tərzdə ödə­mə­li­dir. Bu, Rəb­bi­niz tərə­findən bir yün­güllük və mərhə­mət­dir. Bun­dan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab var­dır.
180. Sizlərdən birinə ölüm gəl­­diyi zaman qoyub gedəcəyi mal­dan mü­vafiq qay­da­da va­li­deyn­lərə və ya­xın qo­hum­lara və­siy­yət etməsi ona va­­cib edil­miş­dir. Bu, müt­tə­qi­lər üçün bir borc­dur.
181. Kim ölənin vəsiyyətini eşit­­dikdən sonra onu dəyiş­dir­sə, gü­nahı ancaq onu dəyişdi­rənlərin üzərinə düşər. Şüb­hə­siz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir!
182. Kim də vəsiyyət edə­nin haqsız­lıq etməsindən və ya gü­nah işlətmə­sin­dən ehtiyat edib tə­rəflə­rin arasını düzəl­dərsə, ona heç bir günah ol­maz. Şübhə­siz ki, Allah çox bağış­layan­dır, rəhm­li­dir!
184. Müəyyən sayda olan gün­ləri oruc tutmalısınız. Siz­lər­dən xəs­tə və ya səfərdə olan­lar başqa günlərdə eyni sayda oruc tutma­lı­dır­lar. Buna taqəti ol­ma­yanlar isə buraxdığı hər günü­nün əvə­zinə bir kasıbı ye­dirt­məklə fidyə vermə­lidir­lər. Kim könüllü olaraq yax­şı­lıq etsə, bu onun üçün daha xe­yirli olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyir­lidir.
185. İnsan­lara doğru yolu gös­­tərən, bu yolun və haqqı ba­tildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran rama­zan ayında na­zil edilmişdir. Qoy sizlər­dən bu aya yetişən kəslər həmin ayı oruc tut­sun. Xəstə və ya səfərdə olanlar isə başqa gün­lərdə eyni sayda oruc tutmalıdırlar. Allah si­zin üçün çə­tin­lik istəmir, əksinə, asanlıq istə­yir. Allah istəyir ki, siz müd­dəti (burax­dığınız gün­lərin orucu­nu) ta­­mam­la­ya­sınız və sizi doğru yola yö­nəlt­diyinə görə Onu uca tutasınız. Bəl­kə şükür edə­siniz.
186. Qullarım səndən Mə­nim barəm­də soruşsalar, sözsüz ki, Mən on­lara ya­xı­nam, Mənə yalva­ra­nın dua­­sını yalvardığı vaxt qə­bul edə­rəm. Gərək onlar da, Mə­nim ça­ğı­rışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, doğru yola yö­nəlsinlər.
187. Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə ha­lal edil­di. On­lar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız. Allah sizin oruc gecə­lə­rində qadınlarınızla yaxın­lıq etməklə özü­nüzə xəya­nət etdiyinizi bildi və töv­bə­nizi qəbul edib sizi ba­ğış­ladı. Artıq on­lara ya­xınlaşın və Allahın si­zin üçün əzəldən müəyyən et­di­yini­ istəyin. Dan ye­ri sö­küləndə, ağ sapın qara sap­dan se­çi­ldiyi sizə aydın ola­na­dək yeyin-için. Sonra gecəyə­dək oru­cunuzu ta­­mam­layın. Məs­cid­lərdə eti­kaf­da ol­du­ğunuz zaman on­larla ya­xın­lıq etmə­yin. Bun­lar Allahın qoy­du­ğu hüdud­lardır, onlara yaxınlaş­mayın! Allah Öz ayə­lərini in­san­lara belə bəyan edir ki, bəlkə On­dan qorxalar.
191. Müşrikləri harada yaxa­la­sanız öldürün və sizi çıxart­dıq­la­rı yerdən siz də onları çı­xa­rdın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidul­hara­mın ya­nın­da vuruşmayın­ca, siz də on­la­ra qarşı ora­da vuruş­mayın. Əgər si­zinlə vu­ruş­salar, siz də onları öl­dürün. Kafir­lərin cəzası belədir.
192. Əgər onlar bu savaşa son qoy­salar, əlbəttə ki, Allah çox ba­ğış­layandır, rəhmlidir!
193. Fitnə aradan qalxana qə­dər və din ancaq Allaha məx­­sus edilənədək on­lara qarşı vu­ru­şun! Əgər bu savaşa son qoysalar, bilin ki, düş­mənçi­lik ancaq zalım­la­ra qarşı olur.
195. Malınızdan Allah yo­lun­da xərc­ləyin və öz əlləri­nizlə özü­nü­zü təhlü­kəyə atma­yın. Yaxşı­lıq edin! Həqiqə­tən, Allah yaxşı­lıq edənləri sevir.
196. Allah üçün həcc və üm­rə­ni tam yerinə yetirin. Əgər si­zin qarşınızı kəs­sələr, mü­yəs­­sər olan bir qurban kəsin. Qur­banlıq hey­van öz yerinə çatana qə­dər başınızı qırx­mayın. Siz­lər­dən kim xəstə olarsa və ya başın­da­ ona əziyyət verən bir şey var­sa, fid­yə olaraq, ya oruc tut­ma­­lı, ya sə­dəqə verməli, ya da qur­ban kəs­məli­dir. Əminlik içində oldu­ğu­nuz təqdirdə isə həcc vaxtına qədər üm­rədən faydalanan kəs müyəssər olan bir qurban kəsməli­dir. Qur­ban­lıq heyvan tap­ma­yan­lar isə həcc əsna­sında üç gün, və­tə­ni­nə qa­yıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da, tam on gün edir. Bu, ailəsi Məscidulha­ram­da yaşamayan­lara aid­dir. Allah­dan qor­xun və bilin ki, Allah şiddətli cəza verəndir.
197. Həcc ziyarəti məlum olan aylar­dadır. Bu aylarda həcci ye­ri­nə yetirmə­yi niyyət edən kəs həcc ziyarəti əsnasın­da qadınıyla ya­xın­lıq etmə­məli, günah işlər görmə­məli və mü­bahisələrə qo­şul­ma­ma­lıdır. Si­zin etdiyiniz yax­şılıqları Allah bilir. Özünüzlə azu­qə gö­tü­rün! Həqiqətən də, ən xeyirli azuqə təqvadır. Məndən qor­xun, ey ağıl sa­hib­ləri!
199. Sonra insanların axışıb gəl­­diyi yerdən siz də gəlin. Allah­dan bağışlan­manızı dilə­yin. Şüb­həsiz ki, Allah çox ba­ğış­layandır, rəhm­­li­dir.
200. Həcc ibadətlərinizi bi­tir­­dikdə, vaxtilə atalarınızı yad et­di­yi­niz kimi, hətta ondan da qüvvətli şəkildə Allahı yad edin! İnsanlar ara­sın­da: “Ey Rəbbimiz! Bizə verə­cəyini elə bu dünya­da ver!”– de­yən­lər var­dır. Belə şəxs­lərin axi­rətdə heç bir payı yoxdur.
201. Onlardan: “Ey Rəb­bi­miz! Bizə həm bu dünya­da, həm də axi­rət­də gözəl nemət­lər ver və bizi Cəhənnəm odunun əzabın­dan qoru!”– de­yən­lə­r də vardır.
202. Onlar üçün qazan­dıq­la­rı əməl­lərə görə bir pay var­dır. Allah tez haqq-hesab çə­kəndir.
207. İnsanlardan eləsi də var ki, Alla­hın razılığını qazanmaq üçün canını da ve­rər. Allah Öz qulla­rına qarşı çox şəfqətli­dir.
213. İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər gön­dər­­di, onlarla bir­likdə haqq olan ki­tab nazil etdi ki, insan­ların ixtilafa düş­dük­ləri şey­­lə­­rə dair onların ara­sın­da hökm ver­sin. Hal­buki ki­tab ve­rilmiş şəxs­lər öz­lə­rinə açıq-ay­dın də­lil­lər gəl­­dik­dən sonra ara­ların­dakı ədavət üzündən ix­ti­la­fa düş­dü­lər. Allah isə Öz izni ilə iman gəti­rən­ləri ixtilafda ol­duq­ları məsələ­lər­də haqqa yö­nəltdi. Allah istə­di­yini düz yola yö­nəldər.
214. Yoxsa siz elə güman edir­diniz ki, sizdən əvvəlki­lə­rin ba­şı­na gələnlər sizin başı­nıza gəl­mə­dən Cənnətə daxil olacaq­sı­nız? On­­­­la­ra elə kasıb­lıq və xəs­tə­lik üz ver­miş, elə sar­sıl­mışdı­lar ki, hət­ta, Pey­ğəmbər və onun­la birlikdə olan mö­min­lər: “Alla­hın kö­mə­yi nə vaxt gələcək?”– dedilər. Bilin ki, Alla­hın kö­məyi ya­xın­­dır.
217. Səndən haram ayında vu­ruş­maq barəsində so­ru­şur­lar. De: “Bu ayda vu­ruşmaq böyük gü­nah­dır. Lakin insan­ları Allah yo­lun­dan sapdır­maq, Ona küfr etmək, müsəlmanları Məs­ci­dulha­ra­m­a bu­raxmamaq və onun sa­kin­lərini ora­dan çı­xart­maq Allah ya­nında daha bö­yük günahdır. Fitnə isə qətl­dən də bö­yük gü­nahdır.” Ka­fir­­lər ba­carsalar, sizi dini­niz­dən dön­dərənə qədər si­zinlə vu­ruş­maq­dan əl çək­mə­yə­cəklər. Sizlər­dən hər kim dinin­dən dö­nüb ka­fir ola­raq ölərsə, onların əməlləri dünyada və axi­rətdə puça çı­xar. On­lar Od sa­kin­lə­ri­dir­lər və onlar orada əbədi qala­caq­lar.
219. Səndən sərxoşedici içki və qu­mar barəsində soru­şur­lar. De: “İkisində də, həm böyük günah, həm də insanlar üçün mənfəət var­dır. Amma günah­ları mən­fə­ətlə­rindən daha bö­yük­dür.” Sən­dən Allah yolunda nə xərcləyəcək­lə­rini soruşur­lar. De: “Eh­tiyacınız­dan artıq qa­la­nını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fi­kir­ləşə­siniz –
220. dünya və axirət barə­sin­də. Sən­dən yetimlər haq­qın­da so­ru­­şurlar. De: “Onlara yax­şı­lıq et­mək daha xeyirlidir. Əgər on­ları öz işi­ni­zə qatırsınızsa, bilin ki, onlar sizin qardaşları­nız­dır.” Allah fə­sad tö­rə­dəni yax­şı­lıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, si­zi çə­tin və­ziyyətə salar­dı. Şübhəsiz ki, Allah qüd­rətli­dir, hikmət sahibidir.
221. Müşrik qadınlar iman gə­­tir­mə­yincə onlarla evlənmə­yin. Əl­bəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qa­dın­dan daha xeyir­lidir. Müşrik kişilər iman gətirmə­yin­cə mö­min qa­dın­ları onlara ərə verməyin. Əl­­bəttə, iman gətir­miş bir kölə, sizi hey­ran edən müşrik bir kişidən daha xe­yir­lidir. Onlar Oda çağırır­lar. Allah isə Öz izni ilə Cən­nətə və ba­ğışlan­mağa çağırır. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsın­lar.
222. Səndən heyz barəsində soruşur­lar. De: “Bu, əziy­yət­ve­ri­ci bir haldır. Heyz vaxtı qa­dın­larla cinsi əlaqəyə girməkdən çəkinin və heyzdən təmizlənməyincə on­larla yaxın­lıq et­məyin. Təmiz­lən­dik­dən son­ra isə Allahın si­zə buyur­du­ğu yerdən onlara yaxınla­şın!” Şüb­hə­­siz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.
223. Qadınlarınız sizin tar­la­­nız­dır. Tarlanıza nə təhər is­tə­yir­si­niz­sə, yaxın­laşın. Özünüz üçün qabaqcadan yaxşı işlər ha­zırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşa­caq­sınız. Mö­min­ləri müjdələ.
224. Andlarınızdan dolayı Alla­hın adını, yaxşılıq etmənizə, pis işdən çəkinmənizə və in­san­lar ara­sında sülh yaratmanı­za dair bir ma­neəyə çevirməyin. Allah hər şeyi eşi­dən­dir, hər şeyi biləndir!
225. Allah sizi qərəzsiz iç­di­yi­niz and­lara görə cəzalan­dır­maz, la­kin O, sizi qəlbinizin qə­rəzinə – qəsdən içdiyi­niz and­lara görə cə­za­landıracaqdır. Allah çox bağışla­yandır, həlimdir.
226. Qadınları ilə yaxınlıq et­məməyi and içənlər üçün göz­lə­mə müddəti dörd aydır. Əgər bu müddət içində qadınlarına dönsələr, şübhəsiz ki, Allah çox bağışla­yandır, rəhm­li­dir.
227. Əgər onlar boşanmağa qə­rar versələr, şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir!
228. Boşanmış qadınlar üç heyz görüncəyə və ya üç kərə təmizlə­nincəyə qədər göz­ləməlidirlər. Əgər Allaha və Axi­rət gününə iman gətirmişlər­sə, Alla­hın onla­rın bət­nin­də yaratdığını gizlət­mək on­lara halal olmaz. Əgər bu müd­dət ər­zin­də onların ər­lə­ri barışmaq is­tə­sələr, onları qay­­tarmağa daha çox haq­lı­dır­lar. Kişilərin qadınlar üzərində şə­ri­ətə müvafiq haqları ol­duğu kimi, on­la­rın da kişilər üzərin­də haqları vardır. Ki­şilərin on­lar üzə­rində olan haqları isə bir dərəcə üstündür. Allah qüd­rət­lidir, hikmət sahibidir.
229. Boşama iki dəfədir. Bundan sonra qadını şəriətə mü­vafiq qayda üzrə sax­lamaq, ya­xud xoşluqla buraxmaq gə­rək­dir. On­lara ver­diklərinizdən bir şey gö­türmək sizə halal ol­maz. Yalnız hər iki­si­nin Alla­hın qoy­du­ğu hüdud­lar­ı ye­rinə yetir­məyə­cəklə­rin­dən qorx­ması is­tis­na­dır. Əgər siz onların Allahın qoy­du­ğu hüdud­lar­ı ye­rinə yetir­mə­yəcək­lə­rin­dən qorx­sa­nız, qadının boşanmaq üçün bir şey əvəz ver­məsində iki­si­nə də heç bir günah yox­dur. Bunlar Alla­hın qoy­du­ğu hüdud­lar­dır, on­la­rı aşma­yın! Allahın qoy­du­ğu hüdud­lar­ı aşanlar – məhz onlar za­lım­lar­dır.
230. Əgər onu üçüncü dəfə bo­şayarsa, bundan sonra o qa­dın baş­qa bir kişiyə ərə getmə­yincə əvvəlki ərinə ha­lal ol­maz. Əgər sonrakı əri onu boşa­sa, Alla­hın qoy­du­ğu hüdud­lar­ı ye­ri­nə yetirə­cək­lə­rini gü­man et­dik­ləri təqdirdə, qadının birinci əri ilə ye­nidən nikaha gir­məsində, iki­sinə də heç bir gü­nah yoxdur. Bunlar Allahın qoy­du­ğu hüdud­lar­dır, onla­rı anlayan adam­la­ra bə­yan edir.
231. Qadınlarınızı boşadığı­nız və on­ların gözləmə müd­dəti so­na yetişdiyi zaman on­ları ya şə­ri­ətə müvafiq qayda üzrə sax­layın, ya da müvafiq qay­da üz­rə bu­ra­xın. Zərər vermək üçün haqsızlıq edib on­ları saxla­ma­yın. Kim bu­nu etsə, ancaq özünə zülm et­miş olar. Allahın ayə­ləri­ni məsxərəyə qoymayın. Allahın sizə olan ne­mətlə­rini, öyüd-nəsihət ver­­mək üçün nazil etdiyi Kitab və hik­mə­ti yadınıza salın. Allah­dan qor­xun və bilin ki, Allah hər şe­yi bi­lir.
232. Qadınlarınızı boşadığı­nız və on­ların gözləmə müd­dəti ba­şa çatdığı zaman keçmiş ərləri ilə öz ara­ların­da xoşluqla razılığa gəldikləri təqdirdə, o qadınlara yeni­dən əv­vəlki ər­lə­rinə ərə get­mə­yə mane ol­ma­yın. Bu, siz­lər­dən Allaha və Axi­rət günü­nə iman gə­tirən­lərə verilən bir öyüd-nə­si­hət­dir. Bu, sizin üçün daha yaxşı və daha pak­dır. Allah bilir, siz isə bil­mir­siniz.
233. Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmiz­dir­mə­ni tamam­lamaq istə­yənlər üçün­dür. Anaların ye­məyi və ge­yi­mi şə­riətə mü­vafiq qay­dada uşa­ğın ata­sının üzərinə düşür. Heç kəs qüvvəsi çat­dı­ğından artıq yük­lən­məz. Nə bir ana, nə də bir ata öz övladına gö­rə zərər çəkməməlidir. Atanın üzərinə düşən bu vəzifə ey­­ni­lə varisin üzə­rinə düşür. Əgər ata və ana özlərinin razı­lığı və məs­ləhəti ilə uşağı süd­dən kəs­mək istə­sələr, ikisinə də heç bir gü­nah ol­maz. Əgər siz uşaq­­larınızı süd ana­sına əmizdir­mək is­təyirsi­nizsə və süd haqqı­nı mü­­vafiq qayda üzrə ödə­sə­niz, si­zə heç bir gü­nah olmaz. Allah­dan qorxun və bilin ki, Allah sizin nə et­dik­lə­ri­nizi görür.
235. Qadınlara elçi göndər­mək istə­yi­nizi üstüörtülü bildirmək­də və ya ürəyi­nizdə giz­lət­­məkdə si­zə heç bir günah yox­dur. Allah bi­lir ki, siz on­ları xatır­la­ya­caq­sı­nız. Lakin on­lar­la gizlicə sözləşmə­yin, onlara yal­nız şəriətə müva­fiq qay­da üzrə söz deyin. Göz­lə­mə vaxtı başa çatanadək ni­kah bağlamayın. Bi­lin ki, Allah sizin kön­lünüzdəkiləri bilir. Elə isə Ondan qorxun! Bilin ki, Allah çox bağışla­yandır, rəhmli­dir!
237. Qadınlar üçün mehr tə­­yin et­dikdən sonra, yaxınlıq et­məz­dən əvvəl onları boşasa­nız, təyin etdiyinizin yarı­sını on­lara ver­mə­li­siniz. Qadınla­rın bu­nu ər­lə­rinə bağışlaması və ya əlində ni­kah müqa­viləsi ola­nın bunu qadına ba­ğışla­ması isə is­tisnadır. Sizin ba­ğışla­manız təqvaya da­ha ya­xındır. Bir-bi­rinizə güzəşt etməyi unut­ma­yın. Allah sizin nə etdik­lərinizi görür.
239. Əgər nədənsə qorxsa­nız, namazı­nızı ayaq üstə və ya mi­nik üzərində qı­lın. Təhlükə so­vuş­duq­da isə Allahı, si­zə bil­mədik­ləri­ni­zi necə öyrədibsə, o cür yad edin!
240. Sizlərdən ölüb özün­dən sonra zövcələr qoyub ge­dən kəslər sağlığında ikən, zövcə­lərinə bir ilin tamamı­nadək evlərindən çıxa­rıl­ma­maq şər­tilə baxılma­sını vəsiy­yət et­mə­­lidirlər. Əgər o qadın­lar öz istəkləri ilə çıxıb get­sələr, öz­ləri barədə şəriətə mü­va­fiq qayda üzrə etdikləri işə görə sizə günah ol­maz. Allah qüd­rətlidir, hikmət sahibidir.
241. Boşanmış qadınlara şə­riə­tə mü­vafiq qayda üzrə yax­şılıq et­mək lazım­dır. Bu, müt­təqilər üçün bir borcdur.
245. Kim Allaha gözəl bir borc versə (malından Allah yo­lunda xərcləsə), Allah onun üçün bunu qat-qat artır­ar. Allah ki­misinin ru­zi­sini azal­dar, kimi­si­nin ruzisini də artırar. Siz Ona qaytarı­la­caq­sı­nız.
246. Musadan sonra İsrail oğul­­ların­dan olan əyanların ba­­şına gə­lən­ləri bil­mirsən­mi? O za­man onlar özlərinə göndərilmiş pey­ğəm­bər­ə dedilər: “Bizə bir hökm­dar tə­yin et ki, Allah yo­lunda döyü­şək!” O dedi: “Si­zə döyüş vacib edildikdə, bəlkə heç döyüşmədi­niz?” On­lar de­di­lər: “Niyə Allah yo­lunda döyüşməyək ki, biz yur­du­muz­dan çı­xarıldıq, öv­lad­ları­mız­dan ayrıldıq?!” Döyüşmək on­lara vacib edildikdə isə on­lar­dan az bir qis­mi is­tisna ol­maq­la hamı­sı dö­yüş­dən üz çevir­di. Allah za­lımları yaxşı tanıyır.
247. Pey­ğəmbərləri onlara de­di: “Allah Talutu sizə hökm­dar göndərdi!” Onlar dedilər: “O, ne­cə bizə hökmdar ola bi­lər ki, biz hökmdarlığa ondan daha la­yiqik və ona çoxlu sərvət verilməmiş­dir?” O dedi: “Allah onu sizə hökm­dar seç­di, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mül­kü­nü istədi­yi kəsə verir. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.”
249. Talut əsgərlə­rlə birlikdə dö­yüşə yola düşdükdə onlara de­di: “Allah sizi bir çayla sınağa çəkəcək. Kim on­dan iç­sə, o mən­dən deyildir. Əli ilə bir ovuc götürüb dadanlar istisna olmaqla kim on­dan içməsə, o məndən­dir.” Onla­rın az bir qis­mi is­tis­na ol­maqla ha­mı­sı ondan su iç­di. Talut və onunla birlikdə olan mö­min­lər çayı keç­dikdən son­ra bəziləri de­dilər: “Bu gün bizim Caluta və onun əs­gərlərinə qarşı vuruşmağa gü­cü­müz yoxdur.” Allah­la qar­şılaşa­caq­ları­nı yəqin bi­lən­lər isə de­di­lər: “Neçə-neçə az saylı dəs­tə olub ki, Allahın izni ilə çox saylı dəs­təyə­ qalib gəlib!” Allah sə­bir edən­lərlə­dir.
250. Onlar Calutun və onun qoşunu­nun qarşısına çıxdıqda, de­dilər: “Ey Rəbbimiz! Bizə bollu səbir ver, qədəmləri­mi­zi möhkəm­lət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”
252. Bunlar Allahın ayələri­dir. Biz onları sənə haqq ola­raq oxu­yuruq. Şüb­həsiz ki, sən göndəri­lən elçilərdən­sən.
253. Biz o elçilərin bəzisini di­gərlə­rindən üstün etdik. Allah on­lar­dan bəzisi ilə danış­mış, bə­zisini isə dərəcələrlə yük­səltmişdir. Biz Məryəm oğlu İsaya açıq-ay­dın möcüzələr ver­dik və onu mü­qəd­dəs Ruh Cəb­rail ilə qüvvətlən­dir­dik. Əgər Allah istəsəydi, on­lar­dan son­ra gə­lən­lər özlərinə açıq-aydın dəlil­lər gəl­dikdən sonra bir-bi­ri­ləri ilə vuruşmaz­dılar. La­kin onlar ixti­laf et­dilər. Onlar­dan ki­mi­si iman gətirdi, kimisi də, kafir oldu. Əgər Allah istə­səy­di, onlar bir-biriləri ilə vu­ruş­maz­­dılar. La­kin Allah istə­di­yini edər.
255. Allah Özündən başqa haqq məbud olmayandır, əbə­­di Yaşa­yandır, bü­tün ya­rat­dıqlarının Qəy­yumudur. Onu nə mürgü, nə də yu­xu tu­tar. Göy­lərdə və yer­də nə varsa, Ona məx­susdur. Allahın iz­ni ol­madan Onun yanında kim şəfaət edə bi­lər? O, qulla­rının gə­ləcə­yini və keç­mi­şi­ni bi­lir. Onlar Allahın el­min­dən Onun is­tə­di­yin­dən başqa heç bir şey qav­raya bil­məzlər. Onun Kür­süsü göy­lə­ri və ye­ri əhatə edir. Bun­la­rı qo­ruyub sax­la­maq Ona ağır gəlmir. O, Uca­dır, Əzəmətlidir.
258. Allahın verdiyi haki­miy­yətə gö­rə, İbrahim ilə Rəbbi barə­sin­də höcət­lə­şən kəsi görmədinmi? İb­ra­him: “Mənim Rəb­bim həm dirildir, həm də öl­dürür!”– dedikdə, Nəmrud: “Mən də, həm diril­dir, həm də öldürü­rəm!”– de­miş­di. İbrahim: “Allah gü­nə­şi məş­riq­dən gətirir. Sən də, onu məğ­rib­dən gə­tir!”– dedikdə, o ka­fir ça­şıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəlt­məz.
259. Və ya damları uçulub xa­rabalığa çevrilmiş bir kən­din ya­nın­dan keçən kimsəni görmədinmi? O de­miş­di: “Görəsən, Allah bu kəndi ölü­mündən sonra necə dirildə­cək?” Allah onu öl­dürüb yüz il saxladı, sonra dirildib: “Nə qə­dər qaldın?”– deyə buyurdu. O dedi: “Bir gün və ya bir gündən də az!” Allah buyurdu: “Xeyr, sən yüz il qaldın. Yediyinə və iç­diyinə bax, hələ də xarab ol­mayıb. Uzun­qu­la­ğına da bax! Səni belə etdik ki, insan­lar üçün bir dəlil olasan. Sü­mük­lə­rə bax, gör Biz onları ne­cə bir-birinə birləş­dirir, sonra da, on­ların üstünü ətlə örtürük.” Ona həqiqət bəlli olduqda: “Mən ar­tıq bilirəm ki, Allah hər şeyə qa­dir­dir!”– dedi.
260. Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə di­riltdi­yini mə­nə gös­tər!”– demişdi. Rəbbi ona: “Mə­gər sən inanmır­san?”– de­yə buyurdu. İb­rahim dedi: “Əlbəttə, ina­nıram! Lakin istəyirəm ki, qəlbim ra­hat ol­sun.” Allah bu­yurdu: “Quşlar­dan dördünü tut və onları götür tikə-tikə et, sonra hər dağın başına on­lardan bir parça qoy, sonra da onları çağır, tez sə­nin yanına gələcəklər. Bil ki, Allah qüdrətlidir, hikmət sahibidir!”
264. Ey iman gətirənlər! Sə­də­qələ­ri­nizi, özünü camaata gös­tər­mək məqsə­dilə xərclə­yən, Alla­ha və Axirət gününə inan­mayan şəxs kimi minnət qoy­maqla və əziyyət verməklə puç etməyin. Beləsinin misalı üzə­rində torpaq olan ha­mar qaya­nın misalına bənzə­yir ki, şid­dətli bir yağış onu çılpaq hala sal­mışdır. Onlar qazan­dıq­larından heç bir şey əldə etməzlər. Allah kafir qövmü doğ­ru yo­la yönəltməz.
265. Mallarını Allahın razı­lığı­nı qa­zanmaq və nəfslərini möh­kəm­lən­dir­mək üçün xərc­ləyənlə­rin misalı təpə üzərin­dəki bağın misalına bənzəyir ki, ona şid­dət­li yağış düşdük­dən sonra o öz bəh­­rəsini iki qat verər. Yox, əgər ona şid­­dətli ya­ğış düşməzsə, narın ya­ğış da bəs edər. Allah sizin nə etdiklə­ri­nizi görür.
266. Məgər sizlərdən biri is­tə­yərmi ki, onun xurma ağac­ların­dan və üzüm­lüklərdən iba­rət, ağac­ları altından çay­lar axan və için­də onun üçün hər cür mey­vələr olan bir bağı olsun, sonra ona qo­ca­lıq üz verdiyi zaman, özü­nün də, o bağa möh­tac olan uşaq­ları ol­duğu halda, bu bağa odlu bir qasırğa düşüb onu yan­dır­sın? Allah ayələri sizə belə bə­yan edir ki, bəlkə fikirləşə­siniz.
268. Şeytan sizi yoxsulluqla qor­xu­dur və sizə yaramaz işlər gör­­mə­­yi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlan­ma və lütf vəd edir. Allahın lütfü genişdir, O hər şeyi bi­lən­dir.
273. Verəcəyiniz sədəqələr Allah yolunda ci­had edib yer üzündə qazanc dalınca səfərə şıxa bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmə­dik­lə­rinə görə tanıma­yan adam on­ları varlı he­sab edir. Sən isə onları simalarından ta­nı­yırsan. Onlar üzə salıb in­sanlar­dan bir şey is­tə­məz­lər. Malınızdan Allah yolun­da nə xərclə­səniz, şübhəsiz ki, Allah onu bilir.
275. Sələm yeyənlər qəbir­lə­rin­dən, şey­­tan vurmuş dəlinin qalx­dığı kimi qalxar­lar. Bu onların: “Alış-ve­riş də sələm­çi­lik kimi­dir!”– de­mə­lə­rinə görə­dir. Halbuki, Allah alış-ve­ri­şi ha­lal, sələm­çiliyi isə haram et­mişdir. Hər kim özü­nə Rəbbin­dən xəbərdarlıq gəl­dikdən sonra sələm­çiliyə son qoyar­sa, keçmişdə aldığı sələmlər onundur. Onun işi Allaha qa­lar. Kim yenə sələmçiliyə qayı­darsa, məhz onlar cəhənnəmlik olar və ora­da sürəkli qalarlar.
280. Əgər borclu olan kəs borcu qaytarmağa qadir deyilsə, vəziy­yəti dü­zələ­nə qədər ona möh­lət verin. Bilsəniz borcu sədəqə olaraq ona bağış­lamağınız si­zin üçün nə qədər xe­yir­lidir!
282. Ey iman gətirənlər! Mü­əy­yən bir müddətədək bir-bi­ri­ni­zə borc ver­dikdə, onu ya­zın. Qoy bunu aranızda bir katib ədalətlə yazsın. Katib Alla­hın onu öy­rətdiyi kimi yaz­maqdan bo­yun qa­çırmasın. Qoy o yazsın, borc alan adam da gö­türdüyü borcun miq­da­rını yaz­dırsın, Rəbbi olan Allah­dan qorxsun və borcdan heç bir şey əs­kilt­məsin. Əgər borc alan adam səfehdirsə, yaxud ağıldan zəifdirsə və ya özü yazdırmağa qadir de­yil­sə, qoy onun himayə­darı borcu əda­lətlə yazdırsın. Aranız­dakı kişi­lərdən iki nə­fə­ri şa­hid tutun. Əgər iki kişi tapılmazsa, razı ol­duğunuz şahid­lərdən bir kişi və iki qa­dını şa­hid tutun ki, qadın­lardan biri unutduqda, o birisi onun ya­dı­na sal­sın. Şa­hidlər şa­hid­lik et­məyə çağırıl­dıq­da, bo­yun qaçır­ma­sın­lar. Az da olsa, çox da olsa, onun qaytarılma vax­tını yaz­maq­dan usan­ma­yın. Belə etməyiniz, Allah ya­nın­da daha əda­lətli, şa­hid­lik üçün daha düzgün və şüb­həyə düşməməyiniz üçün daha mü­na­sib­dir. Yalnız ara­nızda ge­dən nağd ticarət istis­nadır. Bunu yaz­ma­mağınız isə sizin üçün gü­nah deyil­dir. Al­ış-veriş et­dikdə şahid tutun. Lakin ka­ti­bə və şahidə zərər ve­rilməsin. Əgər zərər ver­sə­niz, şübhəsiz ki, bu, si­zin üçün bir fasiqlikdir. Allahdan qor­xun! Allah sizi öyrədir. Allah hər şeyi bilir.
283. Əgər səfərdə olduqda katib tapmasanız, borc yiyə­si yanında sax­lanılmış girov yetərlidir. Əgər sizlərdən biri digə­rinə eti­bar edirsə, qoy etibar olun­muş kəs ona verilmiş əmanəti qay­tar­sın və Rəbbi olan Allahdan qorx­sun. Şahidliyi giz­lət­mə­yin! Kim onu giz­lə­dirsə, şübhəsiz ki, onun qəlbi gü­nah­kardır. Allah nə etdik­ləri­nizi bilir.
285. Allahın rəsulu öz Rəbbin­dən ona nazil edilənə iman gə­tirdi, mö­minlər də, iman gətir­di­lər. Ha­mısı Allaha, Onun mə­ləklə­rinə, ki­tab­larına və elçi­lə­rinə iman gə­tirdilər. On­lar de­dilər: “Biz Onun el­çi­ləri ara­sın­da fərq qoymuruq!” Həmçinin, de­dilər: “Eşit­dik və itaət et­dik! Ey Rəb­bimiz, Səndən ba­ğış­­lanma diləyirik, dö­nüş də, yal­nız Sə­nədir!”
286. Allah hər kəsi yalnız onun qüv­vəsi çatdığı qədər mü­­kəlləf edər. Hər kəsin qa­zan­dığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əley­hinədir. “Ey Rəb­bimiz, unut­saq və ya xəta et­sək bi­zi cəzalandırma! Ey Rəb­bi­miz, biz­dən əv­vəlkiləri yüklə­di­yin ki­mi, bizi ağır yüklə yük­lə­mə! Ey Rəbbimiz, gü­cü­müz çat­mayan şe­yi bizə daşıtdırma! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayə­da­rı­mızsan! Ka­fir­ qövmə qalib gəlməkdə bizə yardım et!”
تقدم القراءة