الترجمة الأذرية kitabından الأذرية dilində القمر surəsinin tərcüməsi
Verse 1
ﮬﮭﮮﮯ
ﮰ
1. Qiyamət yaxınlaşdı və ay yarıldı.
Verse 2
2. Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, davam edən bir sehrdir” deyirlər.
Verse 3
3. Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaq.
Verse 4
4. Onlara küfrdən çəkindirən neçə-neçə xəbər gəlmişdir.
Verse 5
ﯪﯫﯬﯭﯮﯯ
ﯰ
5. Bu, böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!
Verse 6
6. Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
Verse 7
7. onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
Verse 8
8. Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər.
Verse 9
9. Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.
Verse 10
ﭯﭰﭱﭲﭳ
ﭴ
10. O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!”– dedi.
Verse 11
ﭵﭶﭷﭸﭹ
ﭺ
11. Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
Verse 12
12. Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
Verse 13
ﮅﮆﮇﮈﮉ
ﮊ
13. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
Verse 14
ﮋﮌﮍﮎﮏﮐ
ﮑ
14. İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.
Verse 15
ﮒﮓﮔﮕﮖﮗ
ﮘ
15. Biz həmin hadisəni nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
Verse 16
ﮙﮚﮛﮜ
ﮝ
16. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
Verse 17
17. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
Verse 18
ﮦﮧﮨﮩﮪﮫ
ﮬ
18. Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
Verse 19
19. Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.
Verse 20
ﯘﯙﯚﯛﯜﯝ
ﯞ
20. O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
Verse 21
ﯟﯠﯡﯢ
ﯣ
21. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
Verse 22
22. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
Verse 23
ﯬﯭﯮ
ﯯ
23. Səmud qövmü də peyğəmbərləri Salehi yalan saydı.
Verse 24
24. Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
Verse 25
25. Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”
Verse 26
ﰅﰆﰇﰈﰉ
ﰊ
26. Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.
Verse 27
27. Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Onların nə edəcəklərini gözlə və əziyyətlərinə səbir et!
Verse 28
28. Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
Verse 29
ﭛﭜﭝﭞ
ﭟ
29. Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.
Verse 30
ﭠﭡﭢﭣ
ﭤ
30. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
Verse 31
31. Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
Verse 32
32. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
Verse 33
ﭶﭷﭸﭹ
ﭺ
33. Lut qövmü də qorxudan peyğəmbərləri yalan saydı.
Verse 34
34. Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –
Verse 35
35. Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
Verse 36
ﮏﮐﮑﮒﮓ
ﮔ
36. Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
Verse 37
37. Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”
Verse 38
ﮟﮠﮡﮢﮣ
ﮤ
38. Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
Verse 39
ﮥﮦﮧ
ﮨ
39. Elə isə əzabımı və təhdidlərimi dadın!
Verse 40
40. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
Verse 41
ﮱﯓﯔﯕﯖ
ﯗ
41. Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.
Verse 42
42. Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
Verse 43
43. Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
Verse 44
ﯫﯬﯭﯮﯯ
ﯰ
44. Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?
Verse 45
ﯱﯲﯳﯴ
ﯵ
45. Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaq.
Verse 46
ﯶﯷﯸﯹﯺﯻ
ﯼ
46. Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır (Qiyamətdir). O Saat isə daha ağır, daha acıdır.
Verse 47
ﯽﯾﯿﰀﰁ
ﰂ
47. Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
Verse 48
48. O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!”– deyiləcək.
Verse 49
ﰍﰎﰏﰐﰑ
ﰒ
49. Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.
Verse 50
ﭑﭒﭓﭔﭕﭖ
ﭗ
50. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.
Verse 51
ﭘﭙﭚﭛﭜﭝ
ﭞ
51. Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?
Verse 52
ﭟﭠﭡﭢﭣ
ﭤ
52. Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.
Verse 53
ﭥﭦﭧﭨ
ﭩ
53. Hər bir kiçik və böyük əməl yazılmışdır.
Verse 54
ﭪﭫﭬﭭﭮ
ﭯ
54. Şübhəsiz ki, müttəqilər cənnətlərdə və çaylar kənarında,
Verse 55
ﭰﭱﭲﭳﭴﭵ
ﭶ
55. qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!
تقدم القراءة