الترجمة الأذرية kitabından الأذرية dilində المؤمنون surəsinin tərcüməsi
ﰡ
Verse 1
ﭑﭒﭓ
ﭔ
1. Möminlər, həqiqətən də, nicat tapmışlar;
Verse 2
ﭕﭖﭗﭘﭙ
ﭚ
2. o kəslər ki, namazlarında mütidirlər,
Verse 3
ﭛﭜﭝﭞﭟ
ﭠ
3. o kəslər ki, sözbazlıqdan qaçırlar,
Verse 4
ﭡﭢﭣﭤ
ﭥ
4. o kəslər ki, zəkat verirlər,
Verse 5
ﭦﭧﭨﭩ
ﭪ
5. o kəslər ki, övrət yerlərini həmişə qoruyurlar,
Verse 6
6. zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar.
Verse 7
7. Bundan artığına can atanlar isə həddi aşanlardır.
Verse 8
ﭾﭿﮀﮁﮂ
ﮃ
8. O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.
Verse 9
ﮄﮅﮆﮇﮈ
ﮉ
9. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.
Verse 10
ﮊﮋﮌ
ﮍ
10. Məhz onlar – varis olanlardır.
Verse 11
ﮎﮏﮐﮑﮒﮓ
ﮔ
11. O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar; onlar orada əbədi qalacaqlar.
Verse 12
12. Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq.
Verse 13
ﮝﮞﮟﮠﮡﮢ
ﮣ
13. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik.
Verse 14
14. Sonra nütfədən laxtalanmış qan yaratdıq; sonra o qandan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sümüklər yaratdıq; sonra da sümükləri ət ilə örtdük; sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!
Verse 15
ﯜﯝﯞﯟﯠ
ﯡ
15. Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz.
Verse 16
ﯢﯣﯤﯥﯦ
ﯧ
16. Sonra da Qiyamət günü dirildiləcəksiniz.
Verse 17
17. Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatımızdan da xəbərsiz olmamışıq.
Verse 18
18. Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik.
Verse 19
19. Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır.
Verse 20
20. Biz Sina dağında bir ağac bitirdik ki, barından yeyənlərə həm yağ, həm də şirə verir.
Verse 21
21. Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də.
Verse 22
ﮉﮊﮋﮌ
ﮍ
22. Siz həm o heyvanlarla, həm də gəmilər ilə daşınırsınız.
Verse 23
23. Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”
Verse 24
24. Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.
Verse 25
25. Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!”
Verse 26
ﯧﯨﯩﯪﯫ
ﯬ
26. O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”
Verse 27
27. Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt erkək və dişi, barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olunacaqlar.
Verse 28
28. Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!”
Verse 29
29. Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!”
Verse 30
30. Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz qullarımızı beləcə sınağa çəkirik.
Verse 31
ﭲﭳﭴﭵﭶﭷ
ﭸ
31. Onlardan sonra isə başqa bir nəsil yaratdıq.
Verse 32
32. Onlara da özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”
Verse 33
33. Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir.
Verse 34
34. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız.
Verse 35
35. O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra dirildilib yenidən çıxarılacağınızımı vəd edir?
Verse 36
ﯖﯗﯘﯙﯚ
ﯛ
36. Sizə vəd olunan şey həqiqətdən çox uzaqdır, çox uzaq!
Verse 37
37. Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik.
Verse 38
38. Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”.
Verse 39
ﯴﯵﯶﯷﯸ
ﯹ
39. O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”
Verse 40
ﯺﯻﯼﯽﯾ
ﯿ
40. Allah dedi: “Onlar tezliklə peşman olacaqlar!”
Verse 41
41. Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar!
Verse 42
ﰊﰋﰌﰍﰎﰏ
ﰐ
42. Onlardan sonra başqa-başqa nəsillər yaratdıq.
Verse 43
43. Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar.
Verse 44
44. Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyən adamlar!
Verse 45
45. Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik –
Verse 46
46. Fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan adamlar idilər.
Verse 47
47. Onlar dedilər: “Bunların tayfası bizə kölə olduğu halda, biz özümüz kimi iki adama inanacağıq?”
Verse 48
ﮉﮊﮋﮌ
ﮍ
48. Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular.
Verse 49
ﮎﮏﮐﮑﮒﮓ
ﮔ
49. Biz Musaya Kitab verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər!
Verse 50
50. Biz Məryəm oğlunu və onun anasını bir möcüzə etdik. Onları əlverişli bir yerdə, çeşmə axan bir təpədə yerləşdirdik.
Verse 51
51. Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!
Verse 52
52. Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun.
Verse 53
53. Lakin ümmətlər özlərinin dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir.
Verse 54
ﯣﯤﯥﯦﯧ
ﯨ
54. Sən onları bir müddət öz cəhaləti içində burax!
Verse 55
55. Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə
Verse 56
56. onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar.
Verse 57
57. Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər,
Verse 58
ﰂﰃﰄﰅﰆ
ﰇ
58. Rəbbinin ayələrinə iman gətirənlər,
Verse 59
ﰈﰉﰊﰋﰌ
ﰍ
59. Rəbbinə şərik qoşmayanlar,
Verse 60
60. Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbləri qorxa-qorxa yerinə yetirənlər –
Verse 61
61. Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.
Verse 62
62. Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz.
Verse 63
63. Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan əlavə gördükləri başqa pis işləri də vardır.
Verse 64
64. Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar.
Verse 65
65. Onlara deyiləcək: “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir köməklik göstərməyəcəyik!”
Verse 66
66. Ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz.
Verse 67
ﮝﮞﮟﮠ
ﮡ
67. Həm də Kəbə ilə təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız.
Verse 68
68. Məgər kafirlər bu Söz haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?
Verse 69
69. Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər?
Verse 70
70. Yaxud: “O cinlidir?”– deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır.
Verse 71
71. Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.
Verse 72
72. Yoxsa sən onlardan bir mükafat istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!
Verse 73
ﯿﰀﰁﰂﰃ
ﰄ
73. Sən, həqiqətən də, onları doğru yola çağırırsan.
Verse 74
74. Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar.
Verse 75
75. Əgər Biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək, onlar yenə öz azğınlıqları içində sərgərdan gəzəcəklər.
Verse 76
76. Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, Ona yalvarıb-yaxarmadılar.
Verse 77
77. Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapıldılar.
Verse 78
78. Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.
Verse 79
79. Sizi yer üzündə yerləşdirən Odur. Siz Onun hüzuruna toplanacaqsınız.
Verse 80
80. Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər bunu anlamırsınız?
Verse 81
ﮔﮕﮖﮗﮘﮙ
ﮚ
81. Xeyr, onlar da əvvəlki ümmətlərin dedikləri kimi dedilər.
Verse 82
82. Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyik?”
Verse 83
83. Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil.
Verse 84
84. De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?”
Verse 85
ﯛﯜﯝﯞﯟﯠ
ﯡ
85. Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almırsıniz?”
Verse 86
86. De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?”
Verse 87
ﯫﯬﯭﯮﯯﯰ
ﯱ
87. Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?”
Verse 88
88. De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”
Verse 89
ﰁﰂﰃﰄﰅﰆ
ﰇ
89. Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”
Verse 90
ﭑﭒﭓﭔﭕ
ﭖ
90. Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar!
Verse 91
91. Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.
Verse 92
ﭲﭳﭴﭵﭶﭷ
ﭸ
92. O, qeybi və aşkarı biləndir. Allah müşriklərin Ona qoşduqları şəriklərdən çox ucadır.
Verse 93
ﭹﭺﭻﭼﭽﭾ
ﭿ
93. De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə,
Verse 94
ﮀﮁﮂﮃﮄﮅ
ﮆ
94. məni zalım adamların içində qoyma, ey Rəbbim!”
Verse 95
95. Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik.
Verse 96
96. Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik.
Verse 97
97. De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!
Verse 98
ﮢﮣﮤﮥﮦ
ﮧ
98. Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”
Verse 99
99. Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar.
Verse 100
100. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır.
Verse 101
101. Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.
Verse 102
ﯱﯲﯳﯴﯵﯶ
ﯷ
102. O gün məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar.
Verse 103
103. Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar.
Verse 104
ﰃﰄﰅﰆﰇﰈ
ﰉ
104. Od onların üzünü yandıracaq və onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar.
Verse 105
105. Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi?
Verse 106
106. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq.
Verse 107
107. Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də, zalım olarıq”.
Verse 108
ﭫﭬﭭﭮﭯ
ﭰ
108. Allah buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin!
Verse 109
109. Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər.
Verse 110
110. Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu məsxərə Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.
Verse 111
111. Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!”
Verse 112
112. Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq.
Verse 113
113. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş”– deyəcəklər.
Verse 114
114. Allah deyəcək: “Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz!
Verse 115
115. Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?”
Verse 116
116. Haqq Hökmdar olan Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir.
Verse 117
117. Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!
Verse 118
118. De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”
تقدم القراءة