الترجمة الأذرية kitabından الأذرية dilində فاطر surəsinin tərcüməsi
Verse 1
1. Həmd, göyləri və yeri Yaradan, mələkləri iki, üç və dördqanadlı elçilər edən Allaha məxsusdur! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir.
Verse 2
2. Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Hikmət sahibidir.
Verse 3
3. Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz!
Verse 4
4. Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu. Bütün işlər ancaq Allaha qaytarılacaqdır.
Verse 5
5. Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın.
Verse 6
6. Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır.
Verse 7
7. Kafirlər üçün şiddətli əzab tədarük edilmişdir. İman gətirib yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat hazırlanmışdır.
Verse 8
8. Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, doğru yolla gedən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir.
Verse 9
9. Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz onları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Ölülərin dirildilməsi də belə olacaqdır.
Verse 10
10. Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır.
Verse 11
11. Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq açıq-aydın Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır.
Verse 12
12. İki dəniz eyni deyil. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
Verse 13
13. O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.
Verse 14
14. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.
Verse 15
15. Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.
Verse 16
ﯓﯔﯕﯖﯗﯘ
ﯙ
16. Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər.
Verse 17
ﯚﯛﯜﯝﯞ
ﯟ
17. Bu, Allah üçün çətin deyil.
Verse 18
18. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır.
Verse 19
ﭑﭒﭓﭔ
ﭕ
19. Kor ilə görən eyni deyil,
Verse 20
ﭖﭗﭘﭙ
ﭚ
20. zülmətlərlə nur da,
Verse 21
ﭛﭜﭝﭞ
ﭟ
21. kölgə ilə bürkü də eyni deyil.
Verse 22
22. Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən.
Verse 23
ﭳﭴﭵﭶ
ﭷ
23. Sən ancaq qorxudub xəbərdar edənsən.
Verse 24
24. Həqiqətən, Biz səni haqla müjdə verən və xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın.
Verse 25
25. Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər.
Verse 26
26. Sonra Mən haqqı inkar edənləri yaxaladım. Görəydin Mənim onları həlak etməyim necə oldu!
Verse 27
27. Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik.
Verse 28
28. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır.
Verse 29
29. Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki,
Verse 30
30. Allah onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir.
Verse 31
31. Sənə vəhy etdiyimiz Kitab, özündən əvvəlkiləri təsdiqləyici kimi gələn haqdır. Həqiqətən, Allah Öz qullarından Xəbərdardır, Görəndir.
Verse 32
32. Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.
Verse 33
33. Onlar Ədn cənnətlərinə daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır.
Verse 34
34. Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir.
Verse 35
35. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”
Verse 36
36. Kafirləri isə Cəhənnəm odu gözləyir. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq.
Verse 37
37. Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən Peyğəmbər də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz”.
Verse 38
38. Şübhəsiz ki, Allah göylərin və yerin qeybini biləndir. O, kökslərdə olanları da bilir.
Verse 39
39. Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz.
Verse 40
40. De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər.
Verse 41
41. Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır.
Verse 42
42. Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan bir peyğəmbər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı.
Verse 43
43. Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.
Verse 44
44. Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, hər şeyi biləndir, hər şeyə Qadirdir.
Verse 45
45. Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür.
تقدم القراءة