سورة المائدة

الترجمة الأذرية

الترجمة الأذرية kitabından الأذرية dilində المائدة surəsinin tərcüməsi

الترجمة الأذرية

الناشر

مجمع الملك فهد

2. Ey iman gətirənlər! Alla­hın nişa­nə­lərinə, haram aya, qurban­lıq heyvana, boynuna nişan ta­xılmış qurbanlıq hey­van­lara, Rəbbi­nin lüt­fünü və razı­lı­ğını di­lə­yə­rək Bey­tulha­ra­ma gələnlərə qarşı hör­mət­siz­lik et­məyin. İh­ramdan çıxdığınız za­man ov edə bilərsi­niz. Sizi Məs­ci­dul­ha­rama da­xil ol­­mağa qoy­ma­yan camaata qarşı olan kin-küdu­rət sizi təca­vüz etməyə sövq et­mə­sin. Yaxşılıq et­mək­də və Allahdan qorxub pis əməllərdən çəkinməkdə bir-biri­nizə yar­­­dım edin. Günah iş­lər görmək­də və düşmənçilik et­mək­də bir-bi­ri­nizə yardım etməyin. Allah­dan qor­xun. Hə­qiqətən, Allah cəzası şid­­dət­lidir.
3. Leş, qan, donuz əti, Allah­dan baş­qa­sının adı ilə kəsil­miş, bo­ğul­muş, ağac, daş və s. bu kimi şeylərlə vurulub öldürül­müş, hün­dür bir yerdən yı­xı­lıb gə­bər­­miş, buy­nuzlanıb öl­­müş, yır­tıcı hey­van tə­rə­fin­dən parçala­nıb ye­yil­miş – öl­mə­miş kəsdikləriniz is­tisnadır – dik qoyulmuş daşlar (büt­­lər) üzə­rində kəsilmiş hey­van­lar və fal ox­ları ilə qismət ax­tar­manız sizə haram edildi. Bun­lar gü­nah­dır. Bu gün kafir­lər di­­ninizdən (onu yox etməkdən) ümidlərini kəsdi­lər. Elə isə on­lar­dan qorx­ma­yın, Mən­dən qorxun. Bu gün dininizi sizin üçün ka­mil et­dim, sizə olan nemətimi ta­mam­ladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən çarəsiz qa­lar­sa, gü­naha meyl et­mə­yə­rək, haram edilmiş ətlərdən yeyə bilər. Çün­ki Allah ba­ğışla­yandır, rəhmlidir.
4. Səndən özlərinə nəyin ha­lal edildi­yi­ni soruşurlar. De: “Tə­miz ne­mətlər və Allahın si­zə öyrət­di­yindən təlim edib əh­li­ləş­dir­di­­yiniz yır­tıcı heyvan­la­rın ovla­dıq­ları sizə halal edildi. On­­ların si­zin üçün tutub gətirdiklərin­dən yeyin və ova gön­dərərkən onların üzərinə Alla­hın adını çəkin. Allahdan qor­­xun! Şüb­həsiz ki, Allah tez haqq-hesab çəkən­dir.”
5. Bu gün pak ne­mətlər sizə ha­lal edildi. Kitab verilənlərin ye­mək­ləri sizə halal, sizin ye­mək­ləriniz də onlara ha­laldır. Mö­min qadınlardan ismətli olanlar və sizdən öncə Kitab verilənlər­dən is­mətli qa­dın­la­r, mehr­­ləri­ni verdiyiniz təq­dir­də, namuslu olub zina­karlıq et­mə­mək və aş­na saxlamamaq şər­ti ilə sizə ha­lal­dır. İmanı inkar edə­nin əməlləri boşa çıxar və o, axi­rət­də ziyana uğrayan­lar­dan olar.
6. Ey iman gətirənlər! Na­ma­za qalxdığınız zaman üzünüzü və dir­­sək­lərə qə­dər əl­lə­rinizi yu­yun, ba­şı­nıza məsh çəkin və topuq­lara qə­dər ayaqlarınızı yuyun. Əgər cunub olmusunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə ol­­sanız, ya­xud siz­lər­dən biri ayaq­yolun­dan gəlibsə və ya qadın­la­rla yaxınlıq etmisinizsə, su tapma­sa­nız, tə­miz torpaqla təyəm­müm edin və ondan üzünüzə və əl­lə­ri­ni­zə sür­tün. Allah sizi çə­tinliyə sal­maq is­təməz, fəqət O sizi pak etmək və sizə olan ne­mətini ta­mam­la­maq istər ki, bəlkə şü­kür edə­siniz.
9. Allah iman gətirib saleh əməl­lər edənlərə vəd etmişdir ki, on­lar üçün bağışlanma və böyük mü­kafat vardır.
10. Kafir olanlara və ayələrimizi ya­lan sa­yanlara gəlincə, onlar Cəhənnəm sa­kin­­­ləridirlər.
12. Allah İsrail oğullarından əhd a­la­mışdı. Biz onlardan on iki başçı təyin etmiş­dik. Allah onlara demişdi: “Mən sizinləyəm. Əgər namazı doğru-düzgün qılsa­nız, zəkat versə­niz, peyğəmbərlərimə iman gətirib on­la­rı dəstəklə­sə­niz və ka­sıb­lara könüllü yardım et­məklə Alla­ha gözəl bir borc ver­sə­niz, əl­bət­tə, təqsir­ləri­nizdən ke­çər və sizi al­tından çay­lar axan cən­nətlərə daxil edərəm. Bun­dan sonra siz­lərdən kim küfr edərsə, artıq doğru yoldan az­mış­ olar.”
13. İsrail oğulları verdikləri əh­di poz­duqlarına görə, Biz on­­ları lənətlədik və qəlblərini sərt­ləş­dir­dik. Onlar kitabda olan kəlmə­lə­rin yerlərini də­yişdi­rir­­lər. Onlar özlərinə öyrə­dilmiş şeylərin bir his­səsini unut­du­lar. İçərilərin­dən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcək­sən. On­ları əfv et və təqsirlərin­dən keç. Şübhəsiz ki, Allah yax­şılıq edənləri sevir.
17. “Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir!”– deyən­lər ar­tıq kafir oldu­lar. De: “Əgər Allah Mər­yəm oğlu Məsihi, onun ana­sı­nı və yer üzün­də olanların hamı­sı­nı məhv et­mək istəsə, kim Ona bir şeylə mane ola bilər?” Göy­lə­rin, ye­rin və onların ara­sın­da olan­­la­rın mülkü Allaha məx­sus­dur. Allah istədiyini yaradır. Allah hər şeyə qadirdir.
18. Yəhudilər və xaçpərəst­lər: “Biz Allahın oğulları və se­vimli­ləri­yik”– dedilər. De: “On­da nə üçün Allah sizə günah­la­rı­nı­za görə əzab verir? Əksinə, siz Onun yaratdığı bir bəşər­si­niz.” O, istədiyi­ni ba­ğışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və on­la­rın ara­sında olanların mülkü Allaha məxsusdur. Dönüş də ancaq Ona­dır.
22. Onlar dedilər: “Ey Mu­sa! Ora­da çox qüvvətli adam­lar var­dır. Onlar oradan çıx­ma­yınca, biz əsla oraya­ da­xil ol­ma­yaca­ğıq. Əgər onlar ora­dan çıx­salar, biz daxil olarıq”.
27. Onlara Adəmin iki oğ­lu­­nun əhvalatını gerçək olaraq danış. O za­man ikisi də qurban vermiş, onların bi­rindən qəbul edil­miş, digə­rin­dən isə qəbul edilmə­miş­di. Qur­ba­nı qəbul olmayan qardaş öz qar­da­şı­na demişdi: “Səni hökmən öldü­rəcə­­yəm!” Qarda­şı da ona belə de­mişdi: “Allah saleh əməlləri ancaq müttəqi­lər­­dən qə­bul edər!
29. Mən istəyirəm ki, sən, həm mə­nim günahımı, həm də öz gü­nahını üzə­rinə götürəsən və Cəhənnəm əhlindən ola­san. Zalım­ların cəzası bu­dur”.
30. Nəhayət, nəfsi onu qardaşını qət­lə ye­tirmə­yə vadar etdi və o onu öl­dürdü, beləliklə də, ziyana uğrayan­lar­dan oldu.
32. Buna görə də İsrail oğul­la­rı­na ya­zıb buyurduq ki, kim bir cana qəsd etməyən və ya yer üzün­də fəsad tö­rət­məyən bir şəxsi öl­dürərsə, bü­tün insanları öl­dürmüş kimi olar. Kim də onu ölüm­­dən xilas edərsə, sanki bütün in­sanları xilas etmiş kimi olar. Pey­ğəmbərlərimiz onlara aydın dəlillər gətirmişdilər. Amma bun­dan sonra da onla­rın çoxu yer üzündə həddi aşdılar.
33. Allaha və Onun rəsuluna qar­şı savaşanların və yer üzündə fit­nə-fəsad törət­mə­yə səy göstərənlərin cə­za­sı an­caq öldü­rülmək və ya çarmı­xa çə­kilmək, yaxud əllərinin və ayaq­larının çar­paz­vari kəsilməsi, ya­ da yaşa­dıq­­ları yer­dən sürgün edil­mələri­dir. Bu, on­lar üçün dün­yada bir rüsvay­çı­lıq­dır. Axi­­rət­də isə on­la­rı bö­yük bir əzab gözlə­yir.
41. Ey Rəsul! Qəlbləri iman gə­tir­mədi­yi halda ağızları ilə: “İman gətirdik!”– deyən kim­sələrdən və yəhu­dilərdən küfrə can atanların halı səni kədər­lən­dirməsin. Onlar yalanı həvəslə dinlə­yir, həm də sənin ya­nı­na gəlməyən başqa bir ca­ma­ata həvəslə qu­laq asırlar. Bunlar haqqı bildik­dən sonra kəl­mələrin yerlərini də­yiş­dirib onlara deyirlər: “Əgər sizə bu də­yişdirilən hökm verilsə, onu gö­tü­rün. Yox əgər o ve­rilməsə, ondan çə­kinin!” Allah kimi fitnəyə salmaq is­tərsə, sən ondan ötrü heç bir şey­lə Allaha ma­ne ola bilməz­sən. Onlar o kəs­lər­dir ki, Allah on­la­rın qəl­bini tə­miz­lə­mək istə­mə­miş­dir. Onlar üçün dün­yada rəzillik, axi­rət­də isə bö­yük bir əzab vardır.
42. Onlar yalana həvəslə qu­laq asır və daima haram ye­yirlər. Əgər onlar sənin ya­nına gəlsələr, aralarında hökm ver, və ya on­lardan üz çevir. Əgər onlar­dan üz çevirsən, sə­nə heç bir şey­lə zə­rər verə bil­məzlər. Əgər on­ların ara­sında hökm verməli ol­san, ədalətlə hökm ver. Şübhə­siz ki, Allah ədalətli olanları sevir.
43. İçində Allahın hökmü olan Töv­rat özlərində olduğu halda, onlar səni necə hakim təyin edir­lər? Hələ bir bun­dan sonra da ver­diyin hökmdən üz çevi­rirlər. On­­lar iman gətirmiş kimsələr de­yil­lər.
44. Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı na­­zil etdik. Özlərini Alla­ha təslim edən pey­ğəm­bərlər bu­nun­la yəhudi­lə­r arasında hökm edərdi­lər. Din xadimləri və elm adamları isə Allahın kitabından qoru­nub sax­lanılanlarla hökm verərdi­lər. On­lar buna şahiddirlər. Elə isə in­sanlardan qorx­mayın, Məndən qor­xun! Ayə­lərimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz on­lar ka­firdirlər.
48. Biz sənə, özündən əv­vəl­ki kitab­ı təsdiqləyən və onu qoru­yan Kitabı haqq olaraq nazil etdik. Sən on­ların ara­sın­da, Allahın nazil etdiyi ilə hökm ver. Sə­nə gələn haqqı buraxıb on­­la­rın istək­lə­rinə uyma. Ey ümmətlər, hər biriniz üçün bir şə­riət və bir yol tə­yin etdik. Allah is­təsəydi, sizi tək bir üm­mət edərdi. Fəqət bu fərqli şə­riətlər və yollar, sizə verdikləri ilə sizi im­tahan etməsi üçün­dür. Elə isə yax­şı iş­lər görməkdə bir-birinizlə yarı­şın. Ha­mınızın dönüşü Alla­hadır. O, ixtilaf etdiyiniz şey­lər barəsin­də sizə xəbər verə­cək­dir.
49. Onların arasında Alla­hın na­zil etdiyi ilə hökm ver və onla­rın is­tək­ləri­nə uyma. Onlardan ehti­yat et ki, Alla­hın sənə nazil et­diyi hökm­lərin bəzi­sindən səni sap­dırma­sınlar. Əgər on­lar üz dön­dər­sələr, bil ki, Allah onla­rı bəzi günahlarına gö­rə mü­si­bə­tə dü­çar etmək istəyir. Hə­qi­qə­tən, insanların çoxu fa­siq­lər­dir.
50. Yoxsa onlar cahiliyyət dövrü­nün hök­mü­nü istəyirlər? Nəyin haqq olduğunu yəqin bilən bir camaat üçün Allahdan da­ha yaxşı hökm ve­rən kim­ ola bi­lər?
52. Qəlblərində xəstəlik olan­ların: “Başı­mıza bir fə­lakət gəlmə­sindən qorxuruq”– deyə­rək ki­tab əhli arasın­da olmağa can atdıqla­rını görərsən. Ola bil­sin ki, Allah bir fəth nəsib et­sin və ya Öz tərə­fin­dən bir əmr versin və onlar ürək­lə­rin­də giz­lətdik­lərindən dola­yı peş­man ol­sun­lar.
53. İman gətirənlər isə de­yə­­cək­lər: “Sizinlə bir yerdə ola­caq­la­rı­na dair Alla­hın adı ilə möh­kəm and içənlər bun­lar­dırmı?” On­la­rın əməlləri puça çıxdı, öz­ləri də ziyana uğ­ra­yan­lardan oldu­lar.
54. Ey iman gətirənlər! Siz­lər­dən kim dinindən dön­ərsə, bilsin ki, Allah onun əvəzinə Özünün sev­­diyi və Onu sevən, mömin­lərə qar­şı mü­la­yim, kafirlərə qarşı isə sərt olan bir camaat gətirər. On­lar Allah yo­lunda ci­had edər və tə­nə edə­nin tənə­sindən qorx­maz­lar. Bu, Alla­hın lüt­­füdür, onu istədi­yinə verər. Allahın lütfü geniş­dir, O hər şeyi bi­lən­dir.
56. Kim Allahı, Onun rəsulunu və iman gətirənləri özünə dost tu­tarsa, bil­sin ki, qələbə çalanlar məhz Allahın fir­qəsidir.
58. Siz namaza çağırdığınız za­man onlar onu məsxərəyə qo­yub oyun-oyuncaq sayarlar. Bu, on­ların dü­şüncəsiz bir toplum olmala­rına görədir.
61. Onlar sizin yanınıza gəl­dikdə: “Biz iman gətirdik!”– de­yir­lər. Halbuki sizin ya­nı­nıza küfrlə girmiş, küfrlə də çıxıb get­miş­lər. Allah onların giz­lətdik­lə­rini daha yaxşı bilir.
63. Məgər din xadimləri və elm adamları on­lara günah sözlər danışmağı və haram ye­məyi qada­ğan etməli diyildilərmi?! Onla­rın tö­rət­dik­ləri əməllər necə də pisdir!
64. Yəhudilər dedilər: “Alla­hın əli bağlıdır!” De­dikləri bu sö­zə görə onların öz əlləri bağ­lansın və lənətə gəlsinlər! Əksinə, Allahın hər iki əli açıqdır, Öz lütfündən istədiyi kimi sərf edir. Rəb­bindən sənə nazil edilən kitab onlardan çoxunun az­ğın­lı­ğı­nı və küf­rü­nü artırar. Biz on­ların ara­­sı­na Qiya­mət gü­nünə qə­dər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alo­­­vunu yan­dır­dıqda, Allah onu söndü­rər. On­lar yer üzündə fit­nə-fəsad tö­rət­məyə səy gös­tərərlər. Allah isə fitnə­kar­ları sevməz!
65. Əgər Kitab əhli iman gə­­ti­rib Allah­dan qorxsaydı, əlbət­tə, Biz, onların təq­sirlərindən keçər və onları Nəim cən­nətlərinə daxil edərdik.
66. Əgər onlar Tövrata, İn­ci­lə və Rəb­bindən özlərinə na­zil edi­lənə düz­gün əməl etsəy­di­lər, başları üs­tün­­də və ayaqları al­tında olan nemət­lər­dən ye­yərdi­lər. Onların ara­sın­da orta yol tutan bir züm­rə vardır. Fəqət on­la­rın çoxu­nun etdiyi əməllər necə də pis­dir.
69. Şübhəsiz ki, iman gətirənlərin, habelə, yə­hudilərdən, sabii­lərdən və nəsra­ni­lər­dən Allaha və Axi­rət gü­nünə iman gətirib yax­şı iş gö­rən­lə­rin heç bir qorxusu yox­dur və onlar kə­dərlənmə­yəcəklər.
70. Biz İsrail oğullarından əhd-pey­man aldıq və onlara el­çilər göndərdik. Hər dəfə bir elçi on­lara könüllərinə yat­ma­yan bir şey gətirəndə o elçilə­rin bir qis­mini ya­lançı hesab edər, bir qismini də öldürər­dilər.
71. Onlar müsibət gəl­məyə­cə­yini gü­man etdilər, beləliklə də kor və kar ol­dular. Sonra Allah on­ların tövbələrini qə­bul etdi. Da­ha sonra isə onlardan bir ço­xu yenə kor və kar oldular. Allah onların nə et­diklərini görür.
72. “Şübhəsiz ki, Allah Mər­yəm oğlu Məsihdir”– deyənlər artıq kafir oldu­lar. Məsih isə de­mişdir: “Ey İsrail oğul­ları! Rəb­bim və Rəbbiniz olan Alla­ha iba­dət edin! Həqiqətən də, Allaha şə­rik qo­şan kimsəyə, Allah Cən­nə­ti haram etmişdir və onun gedəcəyi yer Od­dur. Za­­lımlara kömək edən olmaya­caqdır”.
74. Onlar Allaha tövbə edib On­dan ba­ğışlanma diləməyə­cək­lər­mi­? Allah ki Ba­ğış­layan­dır, Rəhm­lidir.
78. İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Mər­yəm oğlu İsanın dili ilə lə­nət­ləndilər. Bu, onların asi ol­duq­­­la­rı­na və Allahın qoyduğu həd­ləri aşdıqlarına görə idi.
80. Sən onların bir çoxunun kafirlərlə dostluq etdiyini gö­rür­­sən. Nəfslərinin onlar üçün ha­zır­ladığı şey necə də pis­dir! Buna gö­rə də Allah onlara qə­zəb­lən­miş­dir və onlar əzab içində əbədi qa­la­caqlar.
82. Yəhudiləri və müşrikləri iman gə­tirənlərə qarşı düş­mən­çi­lik edən in­sanların ən pisi ol­du­ğunu görəcəksən. “Biz xaç­pərəs­tik!”– de­yənləri isə dost­luq baxı­mından iman gətirən­lərə ən ya­xın ol­du­ğunu görə­cəksən. Çünki on­la­rın arasın­da keşişlər və ra­hiblər var­dır və onlar təkəb­bür­lük gös­tərmir­lər.
85. Belə dediklərinə görə də Allah on­ları ağacları altından çay­lar axan, için­də əbədi qala­caq­ları cən­nətlərlə mü­kafat­lan­dır­dı. Yaxşı iş görən­lərin mü­ka­fatı budur.
89. Allah sizi qəsdiniz olma­dan içdi­yi­niz andlara görə cə­zalan­dır­­maz, lakin O, sizi qəsd­lə içdi­yi­niz andlara görə cəza­landı­racaq­dır. Bu­nun kəf­farəsi öz ailə­nizə yedirtdi­yi­ni­zin or­ta hesabı də­yə­rin­də ya on kası­bı ye­dirt­mək və ya onları geyin­dirmək və yaxud da bir köləni azad et­məkdir. Kəf­farə vermək üçün bir şey tapmayan kim­sə üç gün oruc tutmalıdır. Bu, and içib son­ra poz­­du­ğunuz and­la­rınızın kəf­farə­si­dir. And­la­rı­nı­zı qoruyun! Allah Öz ayələri­ni sizə bu cür bəyan edir ki, bəl­kə şü­kür edə­siniz.
90. Ey iman gətirənlər! Şüb­hə­siz ki, sərxoşedici içki də, qu­mar da, tapınmaq məqsədilə dik qo­yul­muş daşlar da, fal oxları da şey­tan əmə­lindən olan mur­dar şey­lərdir. Bunlardan çə­kinin ki, bəl­kə ni­cat tapa­sınız.
92. Allaha itaət edin, Onun El­çisinə ita­ət edin və asi ol­maq­dan çə­kinin! Əgər üz çevir­sə­niz, bilin ki, Elçimizin öh­də­si­nə düşən an­caq açıq-aydın təb­liğ et­mək­dir.
93. İman gətirib yaxşı işlər gö­rən­lə­rə, Allahdan qorxaraq iman gə­tirib yaxşı işlər gör­dük­ləri, son­ra yenə Allahdan qor­­xa­raq iman gə­tir­dikləri, sonra ye­nə də Allah­dan qorxa­raq yaxşı işlər gör­dük­lə­ri təq­dirdə, ha­ram edil­məmişdən əv­vəl dad­­dıqları şey­lərə görə heç bir gü­nah gəl­məz. Allah yaxşı iş görənləri se­vir.
94. Ey iman gətirənlər! Allah sizi əllə­ri­nizin və nizələrinizin ça­ta biləcəyi bir ovla imtahan edə­cək ki, Allah, gizlində (ya­xud Onun Özünü görmədən) kimin Ondan qorxduğunu üzə çıxar­sın. Bun­dan sonra həddi aşan kimsə üçün isə ağrılı-acılı bir əzab ha­zırlan­mış­dır.
95. Ey iman gətirənlər! İh­ram­da ikən ovu öldürməyin. Sizlər­dən kim onu qəs­dən öl­dü­rərsə, kəffarəsi öldür­düyünün mislində bir qur­banlıq heyvanı əvəz ödə­mək­dir. Buna sizlər­dən iki ədalət­li kişi qərar ver­məli, sonra da hə­min qurbanlıq heyvan Kə­bəyə çat­dı­rıl­ma­lı­­dır. Yaxud kəf­farə ola­raq kasıbları yedirtməli, ya­xud da buna bə­rabər oruc tutmalıdır ki, öz işi­nin zərərini dadsın. Allah olub-ke­çən­ləri ba­ğışlamışdır. Hər kim yenə bu günaha qa­yıtsa, Allah on­dan in­ti­qam alar. Allah Qüd­rətlidir, inti­qam al­mağa qa­dirdir.
97. Allah Kəbəni – müqəd­dəs evi, haram ayı, qurbanı və boy­nu­na nişan taxılmış qur­banlıq hey­vanları insanların iş­lə­rini yo­lu­na qoymaq üçün bir vasitə kimi mü­əy­yən etdi. Bu ona görə­dir ki, siz göylərdə və yer­də olan­ların Alla­ha bəlli olma­sını və Allahın hər şe­yi Bilən olduğunu an­laya­sınız.
99. Allahın elçisinin vəzi­fə­si an­caq təbliğ etməkdir. Allah sizin aş­kara çı­xar­dı­ğınızı da, gizlində saxladığınızı da bilir.
101. Ey iman gətirənlər! Si­zə agah olun­ca xoşunuza gəl­mə­yə­cək şeylər ba­rəsində so­ruş­mayın. Əgər Quran nazil edil­diyi za­man onlar haqqında so­ruş­sa­nız, sizə aydın olar. Allah bunları – indi­yə qədər verdiyi­niz bu cür sualları əfv etdi. Allah Bağış­layandır, Rəhm­lidir.
103. Allah müşriklərin bə­hi­rə, saibə, və­silə və ham ad­lan­dırıb büt­lərə nəzir et­di­yi hey­van­lar ba­rəsində heç bir gös­təriş ver­mə­mişdir. La­kin kafir olan­lar Alla­ha qarşı ya­lan uy­du­rurlar. Onların çoxu isə bunu anlamır.
105. Ey iman gətirənlər! Öz qeydini­zə qalın! Siz doğru yol­da ol­sanız, haqq yoldan azmış­lar sizə zərər yetirə bilməz­lər. Ha­mı­­nı­zın dönüşü Allaha ola­caq və O, et­di­yiniz əməllər ba­rədə sizə xə­bər verəcəkdir.
106. Ey iman gətirənlər! Siz­lərdən bir kimsəyə ölüm gəl­di­yi zaman, vəsiyyət vaxtı içi­niz­dən iki ədalətli kişi, bir yerə səfərə çıx­­dığınız zaman başı­nı­za ölüm mü­sibəti gəldikdə isə özünüzdən ol­ma­yan iki kişi aranızda şahidlik etsin. Əgər özünüzdən olmayan şa­hidlərə şüb­hə etsə­niz, namaz­dan sonra hər ikisini sax­layın və qoy onlar: “Biz bu andımızı lap ya­xın qo­humlara belə heç bir qiy­mətə satma­rıq və Allahın şahid­li­yi­ni giz­lət­mə­rik. Əks halda biz, şüb­həsiz ki, gü­nah­­karlardan olarıq”– deyə and içsinlər.
107. Əgər hər ikisinin gü­nah iş tut­duq­ları aşkar edilsə, o za­man onların ye­rini haqsız­lığa məruz qalanlardan ölən şəxsə daha ya­xın olan iki kişi tutar və onlar: “Əl­bəttə, bizim şa­hid­liyimiz o iki nə­fə­rin şa­hid­li­yin­dən daha doğru­dur və biz həd­di aşmadıq. Əks hal­da biz, şüb­həsiz ki, zalımlar­dan olarıq”– deyə and içərlər.
108. Bu, onların olduğu ki­mi şahidlik etmələri və ya and­la­rı­nın sonradan va­rislər tərə­fin­­dən baş­qa andlarla rədd edil­məsindən qorx­­maları üçün da­ha mü­na­sibdir. Allahdan qor­xun və qulaq asın! Allah gü­nahkar tayfanı doğru yo­la yö­nəltməz.
110. Allah deyəcək: “Ey Mər­yəm oğlu İsa! Sənə və ana­na olan nemətimi xatırla! O za­man səni müqəddəs ruhla qüv­vətlən­dir­miş­dim. Sən həm be­şikdə ikən, həm də yet­kin ça­ğında in­san­lar­la da­nı­şırdın. Sə­nə yazmağı, hik­mə­ti, Töv­ratı və İncili öyrət­miş­dim. Sən Mə­nim iznimlə palçıqdan quşa bənzər bir şey düzəl­dib ona üfü­rürdün, o da Mənim iz­nim­­lə quş olurdu. Sən Mənim iz­nim­lə ana­dangəlmə koru və cüzam xəs­tə­li­yinə tutu­lanı sa­ğaldır və Mə­nim iznim­lə ölü­ləri dirildirdin. Sən İs­rail oğul­la­rı­nın yanına açıq-ay­dın də­lillərlə gəldik­də Mən on­ları səndən dəf etmişdim. On­lar­dan kafir olanlar isə demiş­di­lər: “Bu, açıq-aydın sehrdən baş­qa bir şey deyildir”.
111. Bir zaman Mən həvari­lə­rə: “Mə­nə və elçimə iman gə­­ti­rin!”– deyə vəhy etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlman­la­rıq!”– de­miş­dilər.
113. Onlar demişdilər: “Biz is­təyirik ki, ondan yeyək, qəlb­lə­ri­miz ra­hat ol­sun, bizə doğru söy­lədiyini bilək və o möcü­zəyə şa­hid­lik edənlərdən olaq”.
114. Məryəm oğlu İsa dedi: “Ey Alla­hım! Ey bizim Rəbbi­miz! Bi­zə göy­dən bir süfrə en­dir ki, bi­zim həm birin­ci­miz, həm də axı­rıncımız üçün bir bay­ram və Sən­dən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yax­şı­sı­san!”
116. Allah deyəcək: “Ey Mər­­yəm oğlu İsa! Sənmi in­san­­la­ra: “Allahı qo­yub məni və anamı iki məbud qəbul edin!”– demiş­din?” İsa deyəcək: “Sən pak və müqəd­dəssən! Haqqım olma­yan bir şe­yi demək mənə yaraşmaz. Əgər bu­nu demiş ol­saydım, əl­bət­tə, Sən onu bi­lər­din. Sən mənim qəl­bim­də olan­ları bilirsən, mən isə Sə­nin Özün­də olanları bil­mirəm. Şüb­hə­siz ki, qeybləri bilən Sən­sən!
118. Əgər onlara əzab ver­sən, sözsüz ki, onlar Sənin qul­la­rın­dır. Əgər onları bağışla­san, şüb­həsiz ki, Sən Qüdrət­li­sən, Müd­rik­sən!”
تقدم القراءة